Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    13
    18:13:08
    Dekabr
    522 nəfər oxuyub

    Əməkhaqqı bir artırsa, xərclər beş artır: bəs nəticə?

     

    Azərbaycanda minimum əməkhaqqı artırıla bilər. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunub. Sözügedən sənəddə bildirilir ki,  2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək.  2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək.

     

     

    Minimum əməkhaqqı məbləğində tədrici artım, işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də, minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-ə yaxınlaşacaq.

     

    Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 105 manat – 60 dollardır. (2013-ci il sentyabrın 1-də müəyyən ediləndə 105 manat 134 dollara bərabər idi).

     

     

     

    Qonşu Rusiyada minimum əməkhaqqı 7500 rubl (117 dollar) təşkil edir.  Ermənistanda 55 min dramdır. Bu, 114 dollar deməkdir.

     

     

    Belarusda minimum əməkhaqqı göstəricisi 240 rubla (122 dollar), Ukraynada 1450 qrivnaya (54 dollar) bərabərdir. Qazaxıstanda bu göstərici 23 min təngədir (68 dollar).

     

     

    Baltikyanı ölkələrdən Estoniyada minimum əməkhaqqı 430 avro, Litvada 380 avro, Latviyada isə 370 avro təşkil edir. 

     

     

    Ekspertlərlə birgə məsələnin mahiyyətinə varmaq istədik. Minimum əmək haqqının artırılması nə dərəcədə realdır? Reallaşacağı təqdirdə bu əhalinin həyat səviyyəsinə təsir edə, yoxsulluq səviyyəsini aşağı endirə biləcəkmi?

     

     

    “Qiymət siyasəti idarəolunmaz səviyyəyə çatıb”

     

     

     

     

    İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, hökümət gəlirlərlə yanaşı, xərcləri artıracağı təqdirdə bu müsbət effekt verməyəcək:

    "Bu məsələnin reallaşdırılması inandırıcıdır, buna imkanlar da var. Ancaq məsələ bundadır ki, reallıqdakı minimal həyat tərziylə ayaqlaşmır. Manatın devalvasiyası, bahalaşma və idxal amilindən asılılığımızı nəzərə alsaq, əlbəttə ki, bu minimumlar həm maaşda, həm orta əmək haqqında reallıqla uyğunlaşmır. Burada əsaslı şəkildə tədqiqatlar aparılmalı və uyğun minimumlar müəyyənləşdirilməlidir. Ümumiyyətlə, bu problem, MDB dövlətlərində ümumi bir haldır. Çox təəssüflər olsun ki, 20 ildən artıq mövcuddur və düzəlmir. Bunun da səbəbi odur ki, bazar iqtisadiyyatına dərindən yanaşılmır. 

     

    Hazırda hər hansısa bir artım olsa da, paralel olaraq xərclər də artır, özünüz görürsünüz. Birincisi, qiymət siyasəti idarəolunmaz səviyyəyə gəlib çatıb. Ərzaq məhsullarının qiyməti, eləcə də kommunal xərclər əsassız şəkildə artırıldı. Bilirsiniz ki, bazar iqtisadiyyatında böhran zamanı vəziyyəti daha da mürəkkəbləşdirən belə təsirli alətlərdən istifadə etmək qətiyyən olmaz. Ancaq və ancaq yumşaldıcı və stimullaşdırıcı alətlərdən istifadə etmək lazımdır ki, iqtisadiyyat ayağa qalxsın. Yəni 10 manat gəliri artırıb, 20 manat xərci artırırlarsa, bu, yaramaz siyasətdir, belə olmamalıdır".

     

     

     

     

    “Minimum əməkhaqqının orta əməkhaqqının 60%-ə yaxınlaşması uzaq hədəfdir”

     

     

     

     

    İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, hökümət qarşıya qoyduğu hədəfə çatmaq üçün ciddi və düşünülmüş addımlar atmalıdır:

     

     

    “Əslində, bu, sadəcə "Strateji Yol Xəritəsi"nin elementlərindən biridir. Yəni bu xəritədə nəzərdə tutulmuş məqsədlərə nail olandan sonra haqqında müsbət fikir söyləmək mümkün olacaq. Bu da hardasa 20-25-ci illər arasında nəzərdə tutulub. Minimum əməkhaqqı orta əməkhaqqının 60%-ə yaxınlaşacaq. Bu, uzaq bir hədəfdir. Hamımızın da arzumuz budur ki, bu hədəfə ölkə olaraq çataq. Amma ona çatmaq üçün çox böyük işlər görmək lazımdır. Ölkənin iqtisadi aktivliyi, gəlirliyi artmalıdır, büdcədə ciddi artım müşahidə olunmalıdır. Ancaq görünən odur ki, iqtisadi aktivlik azalıb, məsələn, bu il iqtisadi aktivlikdə 4%-ə yaxın azalma müşahidə olunur. Büdcədə ciddi azalmalar var. Dollar ekvivalentində, büdcənin formalaşmasında 10 ilə yaxındır geriləmişik. Təbii ki, “yol xəritəsi”ndə nəzərdə tutulan hədəfə çatmaq mümkündür. Lakin yenə bildirirəm, bunun üçün çox ciddi islahatlara, çox ciddi iş qrafikinə ehtiyac var. Ölkədə iş yerləri yaranmalı, iqtisadi aktivlik artmalı, neftdən asılılıq səviyyəsi aşağı düşməlidir. Hökümət qarşıya qoyduqları məqsədlərə çatmaq üçün ciddi və düşünülmüş addımlar atmalıdır. Hər şey hökümətin proqramından asılıdır. Əgər proqramda nəzərdə tutulmuş hədəflərlə bağlı problemlər yaşanacaqsa, açığı, yaxın illərdə belə bir göstəriciyə nail olmaq mümkünsüz görünür”.