Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    15
    14:32:13
    Dekabr
    960 nəfər oxuyub

    Bağda ərik qurtardı: xarici şirkətlər ölkəmizi tərk edir

    "Jumeirah" brendi və "Jumeirah Bilgah Beach Hotel" sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən "Jumeirah" riteyli Azərbaycanı tərk edir.

    Tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadək, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqadar olaraq 2017-ci ildən hotel daha "Jumeirah" adını daşımayacaq. 

    Son bir il ərzində Azərbaycanda artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında "Rixos" brendi "Samaxi Platinum Hotel by Rixos"dan imtina edəndən sonra hotel "Samaxi Palace Sharadil Hotel" kimi transformasiya olundu. 2016-ci ilin iyulunda isə "Kempinski" brendi “Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.

    Dünən isə 5 xarici şirkətin filialı və nümayəndəliyinin ləğv olunması ilə bağlı Vergilər Nazirliyi məlumat yaydı. Bundan əvvəl bir neçə xarici şirkət də Azərbaycandakı nümayəndəliklərini bağlamışdı. 

    Xarici şirkətlərin, beynəlxalq brendlərin Azərbaycandan getməsinin səbəbi nədir və bu gedişin ölkəmizə nə kimi təsirləri olacaq? Milli valyutanın günü-gündən dəyərini itirdiyi, neftin ucuzlaşdığı bir dövrdə, əksinə, xarici investorları ölkəyə cəlb etmək daha yaxşı olmazdımı?

    Bu barədə iqtisadçılar danışır.

     

     

    “Artıq xarici şirkətlər üçün Azərbaycanda biznes mənfəətli deyil”

     

    İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, xarici şirkətlərin ölkədən getməsinin səbəbi gəlirin olmaması, risklərin isə əksinə – daha çox olmasıdır:

     

    "Kimsə – fərqi yoxdur yerli və ya xarici şəxs – Azərbaycanda biznesini bağlayırsa, deməli, həmin biznes ona artıq sərf etmir, mənfəətli deyil. Hər hansı biznes gəlir və xərclə bağlıdır. Gəlir xərcdən çoxdursa, mənfəət var, həmin bizneslə məşğul olurlar. Amma başqa meyar da var: risklər. Yəni mənfəət ola bilər, amma həmin mənfəəti və biznesi itirmək riski də yüksək ola bilər. Bu halda biznes sərfəli deyil. Azərbaycanda son 10-15 ildə ucuz neft pulları hesabına biznesin bir çox sahələrindən yüksək mənfəət götürmək olurdu.  Hətta il ərzində qoyduğunu ikiqat götürmək, yəni 100% mənfəət əldə etmək mümkün idi. Aparıcı ölkələrdə belə yüksək mənfəət olmur. Buna görə də xarici şirkətlər ölkəmizə axışmışdı. Təbii, risklərimiz də çox idi. Əsas risk qanunun aliliyinin olmaması, korrupsiya, ədalətsiz məhkəmə və sairə idi. Yəni biznesmen bilirdi ki, yüksək mənfəətli ölkəyə gəlir, amma qeyri-adi riskləri də ola bilər. Sadəcə düşünürdü ki, ona ilişənin ağzına pay atıb işinə davam edəcək. Əsasən, belə də olurdu. Həm yerli, həm də xarici sahibkar işini görürdü, ona ilişən məmur və ya rəqiblə isə pulla sövdələşə bilirdi ki, biznesi və mənfəəti qanunsuz yolla əlindən alınmasın.

     

    Amma hazırda ölkəmizdə böhrandır. Ucuz və asan pul yoxdur, mənfəətlilik azalıb. Yəni mənfəət var, amma azdır. Amma risklər olduğu kimi qalıb. Buna görə də sahibkar (yerli də, xarici də) düşünür ki, yaxşı, tutaq ki, lap qazandım, amma məsələn, icra hakimiyyəti biznesimi qanunsuz olaraq əlimdən almaq istəsə, ona verməyə pulum çatmayacaq, verəcək məni məhkəməyə, ora da verməyə pulum yoxdur, uduzacam işi və sairə. Yəni mənfəətlilik azalıb, risklərimiz isə azalmayıb. Bax buna görə də Azərbaycanda biznesin bağlanması halları artıb".

     

    “Xarici şirkətləri cəlb etmək üçün riskləri azaltmalıyıq”


    Ekspert hesab edir ki,  biznesin bağlanması qeyri-neft sektorunun azalması deməkdir, bu  da ölkə iqtisadiyyatına zərər vurur:

     

    "Neft sektorumuzun azaldığı dövrdə bunun olması iqtisadiyyatımıza ciddi zərər vurur, inkişaf əvəzinə tənəzzül var. Halbuki hazırda qeyri-neft sektorunu artırmaq lazımdır, yeni şirkətlər, sərmayələr cəlb etmək lazımdır. Amma onlar niyə gəlsin, axı? Riskləri azaltmalıyıq ki, gəlsinlər. Yəni məhkəmələr müstəqil, ədalətli olmalıdır. Qanunlar işləməlidir. Ölkəyə pul qoyan əmin olmalıdır ki, oyun qaydaları pozulmayacaq, sahibkar qorunacaq. Bunun üçün gərgin və ardıcıl işləmək lazımdır. Necə ki, Gürcüstan etdi! Niyə bizim öz sahibkarlarımız belə pulunu Azərbaycana deyil, Gürcüstana yatırır? Çünki orada qanunlar işləyir, məhkəmələr ədalətlidir, sahibkar onlara arxalanır. Bizdə bunlar olmayınca, iqtisadiyyatımız yalnız geriyə gedəcək".

     

     

    “İnsanların alım gücünün və gəlirinin azalması Azərbaycana marağı azaldıb”

     

    İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, xarici şirkətlərin və brendlərin ölkəni tərk etməsi birbaşa iqtisadi aktivliyin azalmasıyla bağlıdır:

     

    "Şirkətlərə nisbətən otellərdə vəziyyət fərqlidir. Otellərdə nümayəndəlik deyildi, idarəetmə müqavilələri idi. Yəni Azərbaycanda bəzi otellər böyük otellər şəbəkəsinin adını almışdı və müqavilələr də orda hər ilin əvvəli yenilənirdi. Çox güman ki, növbəti ildə bəzi müqavilələri yeniləmək üçün əlavə vəsait lazımdır. İllik 1-1,5 milyon vəsait tələb olunur. Ola bilsin ki, bəzi otellər öz adı altında fəaliyyət göstərməyə üstünlük verib və beynəlxalq brendlərdən imtina edib. Bu da maliyyə çatışmazlığı, gəlirlərin azalması ilə bağlıdır. Otellərin getməsinin əsas səbəbi budur. Xarici şirkətlərin nümayəndəliklərinə gəldikdə isə müxtəlif səbəblər var. Obyektiv səbəb odur ki, iqtisadi aktivlik, ticarətin dövriyyəsi, insanların alıcılıq qabiliyyəti zəifləyib və buna görə də xarici şirkətlərin marağı azalıb. Subyektiv səbəb isə illərdir davam edən xroniki problemlərdir. Bu investisiya mühitinin yaxşı olmaması, mülkiyyətlə, məhkəmə hakimiyyəti ilə, leqal işləməklə bağlı problemlər, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, beynəlxalq normaların qəbul olunmasını gecikdirməsi ilə bağlı problemlərdir. Təbii ki, bütün bu problemlər də şirkətlərə təsir göstərir. Amma son zamanlar Azərbaycanda büdcə xərcləmələrinin, büdcə layihələrinin, insanların alım gücünün və gəlirinin azalması da Azərbaycana qarşı marağı azaldıb. Nümayəndəliklərin bağlanmasının əsas səbəbləri bunlardır”. 

     

    “Hökümətin atdığı addımlar xarici şirkətlərdə maraq yaratmağa kifayət etmir”

     

    İqtisadçı xarici şirkətlərin ölkəyə cəlb olunması üçün iqtisadi aktivliyin artırılmasının, güzəştlərin tətbiq olunmasının vacibliyini vurğulayıb:

    "Əslində, əsas hədəf xarici şirkətlərin cəlb edilməsi olmalıdır. Bunun üçün investisiya mühiti yaxşılaşdırılmalı, müəyyən güzəştlər tətbiq olunmalıdır ki, xarici şirkətlərin burada çalışmaq üçün marağı yaransın. Görünən odur ki, hələlik hökümətin apardığı siyasət və atdığı addımlar bu marağı yaratmağa kifayət etmir".