Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    15
    18:45:36
    Dekabr
    1091 nəfər oxuyub

    “Dolların bahalaşmasından həm qazana bilərik, həm də uduza” - MÜSAHİBƏ

    Bütün dünyanın maraqla gözlədiyi FES ilin sonunda nəzərdə tutulmuş iclasında uçot dərəcəsi ilə bağlı qərarını açıqladı.

    Amerika Federal Ehtiyatlar Sistemi bütün üzvlərinin səs çoxluğu ilə 0.25%-lik artım barədə qərar qəbul etdi. Yəni, dollar valyuta bazarında mövqeyini daha da möhkəmləndirəcək. Bu isə, o deməkdir ki, digər valyutaların, xüsusilə manatın taleyi sual atındadır. Məsələ təkcə bununla bitmir. FES gələn il daha üç dəfə faiz artımına gedəcəyini açıqlayıb. Bu da öz növbəsində inkişaf etməkdə olan ölkələr üçün yaxşı heç nə vəd etmir. FES-in son qərarının nəticələri və təsirləri ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu ilə söhbətləşdik.

    Xəbər365.com ekspertlə müsahibəni təqdim edir:

     

    - Qubad bəy, FES-in son qərarlarını necə qiymətləndirirsiniz? Bütün bunlar nə dərəcədə gözlənilən idi?

     

    – Bu barədə biz də öz fikirlərimizi açıqlamışdıq. Əvvəlcədən gözlədiyimiz nəticə baş verdi. İlin sonunda iki iclas nəzərdə tutulmuşdu, noyabrda və dekabrda.  Biz bu iclaslarla bağlı qeyd etmişdik ki, böyük ehtimalla dekabr ayında FES uçot dərəcələrinin qaldırılmasına qərar verəcək. Belə də oldu. Əslində, bu gözləntini şərtləndirən ABŞ-ın iqtisadi vəziyyətidir. Yəni iqtisadiyyatındakı durum, təbii ki, FES-in siyasətində də öz əksini tapıb. Bu baxımdan iqtisadiyyatın vəziyyətini dəyərləndirib qənaətə gəlmək bir o qədər çətin deyil. Gözləntilər ondan ibarət oldu ki, indiki halda FES artımla bağlı qərar verdi və bu artımın da təsirlərini artıq biz hiss edirik. Və bu təsirlər dünya qiymətli kağızlar bazarında da özünü göstərir . Xüsusilə də ABŞ-a məxsus olan qiymətli kağızlar bazarındakı  fond birjalarındakı indekslərin FES-in qərarından sonra dəyişikliyini görürük. Düzdür, bu dəyişiklik çox müxtəlif cür müşahidə olunur. Məsələ ondan ibarətdir ki, FES-in qərarı nəticədə ona gətirib çıxarır ki, bütövlükdə milli valyutasının, yəni dolların  mövqeyini möhkəmləndirir. Dollarla olan əməliyyatlara sərmayə qoyuluşunu artırır. Dollarla olan əməliyyatlara sərmayə qoyuluşunun artırılması ABŞ-ın həm qiymətli kağızlarının, həm də şirkətlərinin fəaliyyətində öz təsirini bir daha nümayiş etdirir. Bu isə özlüyündə ona gətirib çıxarır ki, kənardan olan inverstorlar daha çox vəsaiti ABŞ-ın nəzarətində olan əməliyyatlara qoyurlar.  FES-in qərarından sonra istər sənayə, pul, istərsə də digər indekslərdə  müəyyən dəyişiklikləri biz müşahidə edirik. Bu beynəlxalq səviyyədə gedən bir prosesdir. Çünki bu proses borclanmalar üçün xərci artırır.  Ona görə də ABŞ bundan bir növ dollarla olan investisiyaların çoxalmasına nail ola bilir. Bu investisiyaların çoxalması dünya valyuta bazarlarına, maliyyə bazarlarına, eləcə də xammal bazarlarına təsir göstərir. Dünya valyuta bazarında artıq bilindiyi kimi avronun və digər valyutaların dollar nisbətdə ucuzlaşması müşahidə olunur. Maliyyə bazarlarında, xüsusilə qiymətli kağızlar bazarında daha çox bundan zərər çəkən Avropa və Asiya ölkələrinin qiymətli kağızlar indeksi olub. Xammal bazarına gəlincə isə, göründüyü kimi müəyyən dəyişikliklər var. Xüsusilə də kommunal xidmətlər bazarında qiymətlərin düşməsi müşahidə edilir. Söhbət, təbii ki, beynəlxaq səviyyədən gedir. Enerji daşıyıcılarının qiymətlərində də bu istiqamətdə dəyişikliklər qeydə alınıb. 

     

    - Nəticələrin bu cür olmasında sizcə Donald Tramp faktorunun hər hansı bir rolu varmı? Varsa, bunu necə izah etmək olar?

     

    – Mən nəticənin bu cür olmasında onun ciddi rolundan danışa bilmərəm. Çünki Donald Tramp hazırda icraçı prezident deyil, seçilmiş prezidentdir, vəzifələrinin icrasına başlamayıb. İkincisi, Tramp seçilsəydi də, seçilməsəydi də, bu, baş verəcək hadisə idi. Çünki FES-in artıq əvvəldən apardığı siyasətdən, müzakirələrdən gözlənilirdi ki, uçot dərəcələrini qaldıracaq. Yəni o baxımdan Donald Trampın birbaşa təsirlərindən danışmağa dəyməz. Həmçinin, Trampın mövqeyi uçot dərəcələrinin dəyişməməsindən yana idi, uçot dərəcələrinin qaldırılması siyasətini dəstəkləmirdi. Ona görə də, bunun onunla hər hansısa bir əlaqəsi olması ağlabatan deyil.

     

     

     

     

    - Bəs bu qərarın 2017-ci ildə dünya maliyyə sisteminə nə kimi təsirləri olacaq?

     

    – Dollarla olan sərmayələr artacaq. Bu, təbii ki, digər valyutalarla qoyulmuş sərmayələrin azalmasına, həmçinin, xammal bazarlarında sərmayələrin azalmasına gətirib çıxaracaq. Yəni bu baxımdan 2017-ci il üçün dollar stabil və möhkəm valyuta olaraq öz hökmran mövqeyini saxlayacaq.

     

    - Qubad bəy, Avropa ölkələrini nə gözləyir?

     

    – Avropa ölkələrində bütün proseslərin hamısını pulla əlaqələndirmək olmaz. Avronun məzənnəsinin ucuzlaşması gözləniləndir. Bu da Avropa şirkətlərinin investisiya qoyuluşlarına mənfi təsir göstərən bir amil olacaq.

     

     

     

    - Yaxşı, FES-in bu qərarı neft qiymətlərinə necə təsir göstərəcək?

     

    – Dolların bahalaşması elə neftin ucuzlaşması deməkdir. Ancaq burada ciddi təsirlərdən danışmaq hələ tezdir. Çünki neftin qiymətində vacib amil hasilat amilidir. İndiki halda nəzərə alsaq ki, OPEC və qeyri-OPEC ölkələri hasilatın azaldılması istiqamətində müəyyən müzakirələrə başlayıblar. Bu da son nəticədə onu deməyə əsas verir ki, neftin daha çox bahalaşmasının tempini aşağı salsın.  Yəni əslində OPEC-in və qeyri-OPEC ölkələrinin müzakirələrinə nəzər salanda yaxın zamanda neftin qiymətində ciddi artım gözlənilmir.

     

    - Azərbaycan qısa və uzun dönəmdə qərardan necə təsirlənəcək? Yeni devalvasiya və ya devalvasiyalar gözlənilirmi?

     

    – Azərbaycana təsirlər birbaşa və dolayı ola bilər. Birbaşa təsir daha çox psixoloji təsirdir. Bu gün bizdə olan məlumata görə, yenə valyuta bazarında gərginlik var. Bankların bir çoxu dollar satmaqdan imtina edib. Dolayı təsir də ondan ibarətdir ki, bu qərar başqa ölkələrin də valyutalarına təsir göstərir.  O cümlədən, Rusiya rubluna, Türkiyə lirəsinə təsir göstərə bilər. Rusiya və Türkiyə də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təbii ki, qonşu ölkələrdə baş verən dəyişikliklər xüsusilə dolların valyutası ilə əlaqədar dəyişikliklər Azərbaycanın ticarət əlaqələrində və digər investisiya əməkdaşlığında özünü göstərəcək. Bu baxımdan bu dolayı təsirlərdir.  Əgər Azərbaycan ABŞ-ın qiymətli kağızlar bazarında müəyyən sərmayələrə sahib olsaydı, o halda da ona təsir göstərmək imkanları var. Yəni bunu da nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir qismi (50 %-ə yaxın) dollarladır.  Dövlət Neft Fondunun dollarla olan valyuta səbətindəki vəsaitlər dolların bahalaşması hesabına arta bilər. Bu kimi təsirləri ola bilər. Ancaq birbaşa manata təsirindən danışmaq hələ tezdir. Çünki manat tənzimlənir. Manatın məzənnəsini hazırda Mərkəzi Bank bazara müdaxilə edərək istədiyi səviyyədə saxlaya bilir. Gələcəkdə manat sərbəst bazarda və üzən məzənnə rejimində öz kursunu formalaşdıracaqsa, o zaman birbaşa təsirlər daha çox olacaq, nəinki dolayı təsirlər. Amma indiki halda dolayı təsirlər daha çoxdur, nəinki birbaşa təsirlər. Burada da müsbət və mənfi təsirlər var. Məsələn, bayaq dediyim kimi, DNF-nin investisiyalarının bir qismi Amerika bazarındadır, eyni zamanda DNF-nin aparıcı valyuta səbətində valyuta vahidi dollardır.  Onun aktivlərinin 47, 6 % dollarla saxlanılır. 35, 3 %i isə avro ilədir.  Coğrafi baxımdan nəzər yetirsək görərik ki, DFN-nin vəsaitlərinin 24, 1 %-i ABŞ-da yerləşdirilibdir. Yəni bu baxımdan müsbət təsirlərdən danışmaq olar. Təbii ki, burada da bir tərəfdən qazanc var, digər tərəfdən uduzmaq da var.  Bayaq da qeyd etdiyim kimi, DNF-nin aktivlərinin 47, 6 %- i dollarladır, 35,3 %- i isə avroyla. Yəni avronun ucuzlaşmasından müəyyən itkilər ola bilər.

     

    – Hökümət və Mərkəzi Bank maliyyə sahəsində vəziyyəti stabilləşdirmək üçün hansı tədbirləri görməlidirlər? Bəs sizcə, bu, nə dərəcədə mümkün olacaq?

     

    – Maliyyə xidmətlərinin genişləndirilməsi ilə bağlı bilirsiniz ki, yol xəritəsi qəbul olunub. Biz hələ onunla tanış ola bilməmişik. Hər halda maliyyə sektorunda sabitliyin yaradılması hesab edirəm ki, elə ilk növbədə, ölkə vəsaitlərinin daha rasional, səmərəli istifadəsindən asılı olacaq. Bu da hökümətdən hesabatlıq və şəffaflıq tələb edir. Nəzərə alsaq ki, son zamanlar xüsusilə inhisarçı strukturlar tarifləri qaldırıblar. Bu da hesabatlıq və şəffaflıq istiqamətinin önəmini daha da artırır. Bizim hökümətdən gözləntilərimiz də elə xüsusilə maliyyə əməliyyatları, maliyyə xidmətləri və informasiyalarına dair daha şəffaf, daha hesabatlı siyasət yeritməkdən ibarətdir.