Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    17
    14:44:55
    Dekabr
    391 nəfər oxuyub

    Klintonun seçki kampaniyasında iştirak edən azərbaycanlı danışır

     

    ABŞ-ın Corc Meyson Universitetində dövlət idarəçiliyi üzrə təhsil almış siyasi ekspert Toğrul Şükürlü demokratların prezidentliyə namizədi Hillari Klintonun seçki kampaniyasında könüllü qismində fəaliyyət göstərib. Toğrul Şükürlü ilə Trampın qələbə qazanmasında rol oynayan amillər və yeni prezidentin gələcək administrasiyasının siyasi kursu mövzusunda etdiyimiz söhbəti təqdim edirik.

     

     - Toğrul bəy, Amerikada Trampın qələbə qazanmasında hansı amillər rol oynadı?

     

    - Donald Trampın qələbə qazanmasının bir çox səbəbi var. Lakin ən böyük iki amili qeyd etmək istərdim. Birincisi, Xanım Klintonun vaxtından əvvəl özünü qalib elan etməsi və seçkilərə 2-3 həftə qalmış resurs imkanlarını konqress seçkilərinə yönləndirməsidir. İkincisi isə Klintonun "Obama koalisiyasına" yetərli qədər enerji verə bilməməsidir. Seçkilərdən 2-3 həftə əvvəl, demək olar ki, bütün ekspert rəyləri və sorğuları Klintonun qələbəsini proqnozlaşdırırdı. Buna görə də qələbə qazanacağına inanan Klinton, öz gələcək hakimiyyətini gücləndirmək üçün qalibiyyət şansı az olan, lakin Demokratların Konqressdə yer qazana biləcəyi ştatlara, misal üçün Arizonaya diqqət yönəltdi. Nəticədə Demokratların onillərdir ki, qalib gəldiyi Pensilvaniya, Viskonsin və Miçiqan kimi ştatlarda Trampın populist iqtisadi mesajlari müəyyən traksiya yaratdı. Xanım Klinton bu ştatlarda məğlub olmaq təhlükəsinə yetəri qədər diqqət vermədi və burada yaşayan həmkarlar ittifaqı üzvləri, əsasən, ailəli və işçi sinifinə mənsub seçicilər Xanım Klintonu bir növ cəzalandırdılar. İkincisi isə sosial məsələlərdə Klinton proqressiv mesaj verərək Obama koalisiyasını - gənc və azlıqlardan ibarət "yeni nəsil" demokratlar - seçkilərdə iştiraka çağırmağa cəhd etdi. Yalnız onun öz siyasi karyerasında 90-cı illərdən bəri atdığı addımları Tramp kampaniyası seçkilərin mərkəz nöqtəsi etməyi bir növ bacardı. Nəticədə Klintonun proqressiv mesaji mühafizəkar dəstələri xeyli qıcıqlandırdı, onları Trampa səs verməyə vadar etdi. Eyni zamanda isə Klintonun eyni məsələlərdə köhnə səhvləri yeni nəsil demokratlarda müəyyən qədər apatiya yaratdı və Tramp demokratlardan xeyli səs almış oldu.

     

     

     

    -Sizcə, Amerikanın xarici siyasətində hansısa dəyişikliklərin baş verəcəyi gözlənilirmi? Xüsusilə, Suriya məsələsində yeni rəhbərlik hansı addımlar ata bilər?

     

    -Amerikanın xarici siyasətində ciddi dəyişikliklərin olacağını gözləmək mümkündü. Lakin bunların hansı istiqamətdə olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Tramp administrasiyası formalaşdıqca onun xarici siyasətinin prinsip və ideologiya yox, praqmatizm və strateji məqsədlər üzərinə qurulacağına dair bir sıra siqnallar alırıq. Misal üçün Bəşər Əsədə qarşı daha "neytral" mövqe qoyulacağını, Rusiya ilə münasibətlərin, ən azı, müvəqqəti istiləşəcəyini, eyni zamanda Çin və Avropa Birliyi ilə münasibətlərin bir qədər soyuqlaşacağını gözləmək olar. Ancaq hal-hazırda bunların konkret hansı nəticələrə yol açacağını demək spekulyasiya olar.

     

    - Ümumiyyətlə, Amerika cəmiyyətində irqi ayrı-seçkiliyin artma ehtimalı nə qədər realdır?

     

    -Amerika cəmiyyətində irqçiliyin artması təhlükəsi həmişə var. Heterojen ölkələrdə bu arzuolunmaz olsa da, bir qədər normaldır. Lakin ABŞ-da dövlət səviyyəsində irqçiliyin yenidən, XX əsrin əvvələrində olduğu kimi baş verməsi mümkün deyil, çünki konstitusion rejim və adil, müstəqil məhkəmələr buna qətiyyən imkan verməz. Ən əsası, bir şeyi vurğulamaq lazımdır ki, Birləşmiş Ştatlarda irqçiliyin qalıqları hələ də  qalsa da, indiki zamanda irqçilər marjinal bir qrup sayılır. Yaxın və ya uzaq gələcəkdə rasizmin XX əsrdəki kimi iri miqyasda üzə çıxması çətindir. Yerli və individual miqyasda çaxnaşmaların artmasını gözləmək olar, yalnız bu da siyasi və sosial müstəvidə - yəni fiziki zor və cinayət müstəvisində yox - özünü birüzə verəcək.

     

    - Tramp erməni diasporunu 24 apreldə sevindirə bilərmi?

     

    -ABŞ-ın bu məsələdə siyasətinin dəyişəcəyini gözləmək bir qədər əsassız olar. Hər halda Tramp hökümətinin Türkiyəyə yaxınlaşmasını gözləmək olar. Bundan əlavə, erməni diasporasının ABŞ-a Türkiyə ilə olan əməkdaşlıq qədər dəyərli heç nəyi yoxdur. Buna görə də nəinki erməni lobbisinə dəstək, hətta əksinə, bu məsələdə Türkiyəyə daha isti münasibət göstərməsini gözləmək, məncə, daha məntiqlidir.