Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    20
    22:12:45
    Dekabr
    629 nəfər oxuyub

    İl sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılır

     

    Xeber365.com iqtisadçı ekspert Qulu İbrahimli Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir:

     

    - Ölkənin maliyyə-bank sektorunda mövcud durumu və perspektivləri necə görürsünüz?

     

    Ölkənin bank sektorunda mövcud problemləri bilmək üçün birinci səbəbləri öyrənmək lazımdır. Bu gün maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas səbəbi Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsidir. O cümlədən, Dövlət Neft Şirkətinə (ARDNŞ) 2015-ci ildə Mərkəzi Bankın 2 milyarda yaxın vəsait ayırmasıdır. Çünki bu gün maliyyə-bank sektorunda yaranmış problemin kökü bununla bağlıdır. Atılan addım Mərkəzi Bankın balansında tarazılığın pozulmasına səbəb olub. Eyni zamanda, bu gün Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ümumiyyətlə ölkənin maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub. Buna baxmayaraq, yenə də dövlət Beynəlxalq Bankla bağlı vəsait ayırmaq istəyir. Hesab edirəm ki, bu növbəti illərdə də gərgin və ağır fəsadlarını verəcək.

     

     

    Bizdəki məzənnənin bir adı var. Bu məzənnənin adı, - Azərbaycan Beynəlxalq Bankı sindromudur.

     

     

     

     

    - Mərkəzi Bank yaxın zamanda valyuta bazarında tam üzən məzənnəyə keçiləcəyini bildirib? Üzən məzənnəyə keçid valyuta bazarında sabitləşmə yarada biləcəkmi?

     

    2016-cı ildə dünya valyutaları içərisində üzən məzənnə rejimində işləyən bir valyuta olubsa, o da Azərbaycan manatıdır. Çox təəssüf ki, hökumət bəzi iqtisadçıların dili ilə cəmiyyətə izah etmək istəyir ki, sanki manata təzyiq mövcud olmuşdur. Ötən müddət ərzində Mərkəzi Bank tərəfindən manatın qorunması üçün heç bir tədbir görülməyib. Ona görə, biz baxmalıyıq ki, ötən müddət ərzində Mərkəzi Bank özünün valyuta ehtiyatlarından manatın dəstəklənməsi üçün istifadə edib-etməyib? Mərkəzi Bank çox təəssüflər olsun ki, resurslarından manatın dəstəklənməsi üçün istifadə etməyib. Bizdəki məzənnənin bir adı var. Bu məzənnənin adı - Azərbaycan Beynəlxalq Bankı sindromudur. Çox təəssüf olsun ki, 2017-ci ildə də Beynəlxalq Banka daha 10 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da domino effekti kimi, yenə də gələn il də manatın məzənnəsi ilə bağlı risklərə səbəb olacaq.

     

     - Hazırda “qara valyuta bazarı” sürətlə genişlənir və dollar sürətlə bahalaşır? Fikrinizcə, manatın dollar və avroya nisbətdə ucuzlaşması hansı həddə qədər davam edəcək?

     

    Son bir ayda hökumət “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb. Biz ötən ildən də bilirik ki, Azərbaycanda valyuta bazarına təqdim olunan valyutanı əsasən iki bank alırdı. Bu iki bankın əli ilə valyuta bazarına dollar axıdılırdı. Maraqlı məsələ budur ki, bəs niyə son bir ayda hökumət bu “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb? Bazarın özü bizə yaxşı bir göstərici verir ki, bazarda bu günədək manat qıtlığı olmayıb. Bu gün “qara bazar”da olan vəziyyətin təhlili də göstərir ki, Azərbaycan manatının dəyəri süni şəkildə artırılır. Heç bir sahibkar, iş adamı bu günədək deyə bilməz ki, ,o valyuta qıtlığı ilə qarşılaşıb, ehtiyac duyduğu valyutanı bazardan ala bilməyib. Çox maraqlıdır ki, rəsmi məzənnə nə qədər artırsa, qara bazarda artım daha az olur. Bu da göstərir ki, manata təzyiq olmayıb. Manat indiyədək üzən məzənnə rejimində işləyib. Əgər manatın məzənnəsi yuxarı olsa idi, təzyiq olsa idi, ən birinci buna “qara bazar” reaksiya verərdi. Yəni, rəsmi kursun müəyyənləşməsindən asılı olmayaraq bu, bazarda kəskin fərqlənməlidir. İndi dekabrın 31-i gəlir, Mərkəzi Bankın balansı təsdiq olunmalıdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının daha yuxarı məbləğdə yenidən qiymətləndirilməsinə əsas yaradılmalıdır. İndi “qara bazar” ləğv olunub, Mərkəzi Bank imkan vermir ki, “qara bazar”da valyuta dövriyyəsi olsun. Beləliklə, valyuta qıtlığı yaradıb. Cəmiyyətə də çatdırmaq istəyir ki, sanki valyuta yoxdur, manata təzyiqlər var və dekabrın 31-dək manatın bahalaşdırılması, xüsusi vurğulamaq istəyirəm ki, süni şəkildə bahalaşdırılmasına əsas yaratmaq üçün bu gün “qara bazar”ı ləğv ediblər. Belə sual ortaya çıxır, axı, niyə indiyədək “qara bazar”ın mövcudluğuna göz yumulurdu və indi ləğvi başlanıldı. Ona görə başlanıldı ki, bu “qara bazar”a təkcə valyuta hərraclarında təqdim olunan valyuta deyil, ümumiyyətlə vətəndaşların əllərində olan dolların bazara təqdim olunmasında çətinlik yaradılsın. Yəni, süni yaradılmış valyuta qıtlığı cəmiyyətə çatdırılsın və ilin sonunadək Azərbaycan manatının kəskin bahalaşdırılmasına əsas yaratsınlar. Mən hesab edirəm ki, bugünkü məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar. Heç bir əsaslandırma olmadan dolların manata nisbətini 2.20-2.50 manat göstərirlər. Bununla da cəmiyyətə, ictimai firkə diktə edirlər ki, sanki valyutanın qiyməti bu olmalıdır. Amma bunun bir səbəbi var, Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi. Bu real iqtisadi hadisələrlə bağlı deyil.

     

    İlin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradırlar

     

     

     

     

    - Kommersiya banklarının dollar satmamasının səbəbi nədir? Bazarda süni dollar defisiti yaradıla bilərmi?

    Dollar defisiti yaradıla bilər yox, artıq yaradılıb. Bu gün hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması ilə “qara bazar”ın faktiki olaraq ləğv olunması göstərir ki, hökumət manatı süni şəkildə bahalaşdıracaq. Çox təəssüf olsun ki, indiyədək bunun hər hansı əsaslandırılması verilmir. 2016-cı il üçün Mərkəzi Bankın balansı dərc olunanda biz bunu görəcəyik. Necə ki, 2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazlığı pozulub. “Qara bazar”ı da ləğv etməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın.