Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    23
    18:49:42
    Dekabr
    691 nəfər oxuyub

    Terror təhdidi var, bəs təhlükəsi?

    Rusiyanın Akaradakı səfiri Andrey Karlovun öldürülməsindən sonra bir sıra ölkələr və səfirliklər haqlı olaraq təşvişə düşdülər və qabaqlayıcı tədbirlər görməyə başladılar. Belə bir vaxtda İŞİD terror qruplaşması Rusiyanın digər ölkələrdəki səfirliklərinə hücum planını hazırladığını bəyan etdi. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilib. Ancaq məsələ burasındadır ki, Türkiyə höküməti məlum sui-qəsd hadisəsində FETÖ-dən və Əl-Qaidə terror qruplaşmasından şübhələndiyini açıqlayıb.

    Nəzərə alsaq ki, Azərbaycanda da Fətullah Gülən tərəfdarları var və əslində, son günlərdə Türkiyədə baş verən terrorların arxasında, əslində, PKK və ya İŞİD-in deyil, güclü dövlət və kəşfiyyyatların dayandığı söylənilir, onda bu təhlükənin ölkəmizdə gözlənilmısi nə dərəcədə inandırıcıdır? Kiçik və ya böyük güclərin hədəfində Bakı da varmı?

    Politoloqlar bu təhdidin Azərbaycan üçün real təhlükəsi olub-olmadığını xəbər365 üçün şərh etdilər.

     

     

    “Təhlükə də var, qorunma da”

     

     

     

     

     “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə, Azərbaycanda Gülən tərəfdarlarının belə bir addım atacağı gözlənilən deyil: “Birincisi həmin açıqlamanı DAEŞ yayıb ki, Rusiyanın başqa ölkələrdəki, həmçinin, Azərbaycandakı səfirliyi hədəfə alınıb. İkincisi, Türkiyədəki sui-qəsdi FETÖ törədibsə, məqsəd Türkiyə-Rusiya münasibətlərini gərginləşdirməkdir. Azərbaycanda Fətullah Gülən şəbəkəsinə bağlı olan qrupların və şəxslərin, məncə, elə bir planı yoxdur. Amma DAEŞ-dən müəyyən təhlükə ola bilər.

    Bilirsiniz ki, Azərbaycan vətəndaşları əvvəlki illərdə Türkiyə üzərindən Suriya və İraqa gedərək terrorçulara qoşulublar. Düzdür, onların bir çoxu neytrallaşdırılıb və bu axın da yoxdur Azərbaycanda. Amma DAEŞ tərəfdarlarına belə bir əmr verirsə, vacib deyil DAEŞ-dən hansısa bir qrup və ya azərbaycanlı bir şəxs qayıdıb Azərbaycanda belə bir hadisə törətsin. Azərbaycanın özündə də müəyyən şəxslər var ki, DAEŞ-ə rəğbət bəsləyir. Ona görə bu təhlükə məncə var və təhlükənin qarşısını almaq üçün, yəqin ki, müvafiq tədbirlər artıq görülüb. Bucür açıqlamanı qulaq ardına vurmaq olmaz. Təhlükəni o adamlardan gözləmək olar ki, onlar nə DAEŞ-in üzvüdür,  nə də ki, İraq və Suriyaya gedib onlara qoşulub. Amma onlara rəğbət olduğundan özbaşına bu cür hadisələr törədə bilərlər”.

     

     

    “Azərbaycanda İŞİD-in hərəkət edə biləcəyi şərait yoxdur”

     

     

     

    Sabiq dövlət müşaviri Qabil Hüseynli isə əksini düşünür: “Mən bunun ola biləcəyinə az inanıram və yaxud inanmağım çətindir. Çünki Azərbaycanda səfirliklərin qorunması ciddi səviyyəyə qaldırılıb, müxtəlif strukturlar bu barədə artıq informasiyaya malikdir, eyni zamanda, səfirliklərin ətrafında asayiş keşikçilərinin sayı da artırılıb. Güman edirəm ki, İŞİD-in və ya hansısa terrorçu təşkilatın Azərbaycanda hərəkət etməsi üçün lazım olan şərait yoxdur, həm mühafizə xidməti yüksək səviyyədə işləyir, həm də ölkə əhalisi kifayət qədər fəaldır, belə hallara yol verməz. Mən Bakı şəhərində diplomatik missiyalara qarşı hansısa terror hərəkatının ola biləcəyini gözləmirəm”.

     

    “İslamçı qüvvələrin bizdəki radikallarla əlaqəyə girmək təhlükəsi ola bilər”

     

     

     

     

    Politoloq Rasim Ağayev terrora qarşı birlikdə mübarizə aparılmasa, onun hər yerdə baş verə biləcəyini deyir: “Bilirsiniz, terrorçuların məntiqini başa düşmək olmur, kim ki bunu başa düşmək istəyir özünü də çaşdırır, başqalarını da. Biz gərək faktlarla danışaq. Bu İslam terror qrupları özbaşına deyil, hərəsinin öz yiyəsi var. Onlara maliyyə dəstəyi verən Səudiyyə Ərəbistan, Qatar kimi zəngin ərəb dövlətləri, siyasi dəstək verən, onları formalaşdıran isə hamının yaxşı bildiyi Amerika Birləşmiş Ştatlarıdır. Mən bunu “İslam terror hərəkatı” adlandırardım. Bu da bu gün başlamayıb, belə terror qruplarını Əfqanıstan müharibəsi vaxtından yaratdılar. Yoxsa Əfqanıstan kim idi ki, SSRİ boyda dövlətlə müharibə aparsın və SSRİ müharibəni yarımçıq tərk eləsin?! Çünki orda müharibə artıq başqa şəkildə aparılırdı: partladırdılar, öldürürdülər, boğurdular. Burda məntiqsiz bir yarıpartizan, yarıterror müharibəsi baş verirdi. Sonra ABŞ bu təcrübəni Yaxın Şərqdə gerçəkləşdirməyə başladı. Niyə? Çünki orda da Sovet İttifaqının izini birdəfəlik itirmək istəyirdi. Belə də oldu. Bunun da nəticəsində faktiki olaraq, Amerika yeganə dominant qüvvəyə çevrildi. Burda Türkiyənin də bölgədə rolu dəyişir. Ümumiyyətlə, bu siyasi dəyişiklik öz təsirini göstərməyə başlayır. Bir yandan da, Yaxın Şərqdə güclü hərəkat yaranır. Ümumilikdə bunlar hamısı Rusiyanın və Türkiyənin əleyhinə yönələn addımlardır. Həm də burda başqa məsələlər də var. Məqsədlərdən biri də müstəqil siyasət yürüdən güclü ərəb dövlətlərini sıradan çıxarmaqdır. Hansı ki, onlar İslam radikallarına qarşı çıxırdılar. Birinci olaraq Səddam Hüseyn idi. Səddam Hüseyn həmin radikalları ölkədən qovurdu, onlar gedib başqa ölkələrdə gizlənirdilər. Elə ki Səddamı aradan götürdülər, İraq dağılmağa başladı. İndi də bunu Bəşər Əsədlə etmək istəyirdilər, amma onun bəxti onda gətirdi ki, belə deyək, SSRİ-nin orda yeganə hərbi bazası qalmışdı. Trabqusda onu da Rusiya qoruyurdu, çünki yeraltı gəmiləri saxlamağa yeganə yeri ora idi. Rusiyanı burdan çıxarmaq istəyirdilər, ona görə Bəşər Əsəddən yapışdılar.

    Məsələni geniş planda şərh elədim ki, əslində, Ankaradakı sui-qəsdin bir neçə səbəbi var. Birinci növbədə, Türkiyəni yerində oturtmaq istəyirlər, bir tərəfdən də Moskvaya xəbərdarlıq mesajı göndərirlər ki, yerində otursun. Burda Qərbin də günahı var,  hansı ki 70-ci illərdə ermənilərin “ASALA” terror qruplaşması 15-ə yaxın türk diplomatını öldürəndə buna heç bir reaksiya verməmişdi. İndi də həmin mövqeni tuturlar və gözləyirlər ki, terrorçular qarşı anti-terror əməliyyatları güclənəcək və bunu kökündən məhv edəcəklər. Amma bu cür olmaz, terroru əl-ələ verib məhv eləmək lazımdır.

    Azərbaycana gələndə isə, yenə deyirəm, əgər terrora qarşı birlikdə mübarizə aparılmasa o hər yerdə baş verə bilər. Ancaq İsrailin təcrübəsi onu göstərir ki, nə vaxt  terrorçularla üz-üzə gəldin, gərək yüz ölçüb bir biçəsən və onlara gücünü göstərəsən. Bildiyiniz kimi, bizim şimal qonşumuz Dağıstanda da radikal islamçı qüvvələr var, onların bizdəki radikallarla əlaqəyə girmək təhlükəsi var. Hər-halda güc strukturları bunu nəzarətdə saxlayır”.