Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    25
    13:02:45
    Dekabr
    536 nəfər oxuyub

    Mehmet Ali Erbil: “Qadınlar mənim sayəmdə əsl türk kişisini tanıyırlar”

    Osmanlı tərbiyəsi almış bir atanın övladı olan iki qardaş... Axtardıqları ailə qayğısını ata nənələrində tapır, gecələr analarından eşitdikləri duaları təkrarlayaraq yatırmışlar.

    Ögey atası tərəfindən kötəkləndiyi günlərdə tez-tez Anadolunu gəzməyə çıxırmış. Qadınlara olan marağı da lap kiçik yaşlarından başlayır.

    “İldə 200 canlı veriliş aparan bir aparıcı olaraq səhvlərim olub, amma heç birində pis niyyətim olmayıb”, – deyir. Az qala, 40 ildir efirlərdə bizi əyləndirmək üçün dəridən-qabıqdan çıxır. Yaşından cavan görünən, təpədən-dırnağa kimi dəlisov bir adam: Mehmet Ali Erbil... Amma bu dəfə onu başqa cür görəcəksiniz; vərdiş etdiyimiz siması ilə yox,  kədərli, tragik yaşantıları ilə...

     

     

    - Yetkinlik yaşından bəri göz qabağındasan. O vaxtdan bugünə qəhqələrlə keçən həyatının demək olar hər detalını bilirik. Yaxşı, bəs uşaqlığın? Gəl, birlikdə zaman maşınının içinə girək.

    - Vallah, bir şey tapsam, heç düşünmədən girərdim (gülür). Zarafat bir yana, lap əvvələ qayıtmaq üçün babamın Yeniköydəki evinə səyahət etməyimiz lazımdır. Çünki uşaqlığımla əlaqədar ağlıma gələn ilk kadr odur. Anamla atam mən hələ 4 yaşında olanda ayrıldıqları üçün böyük qardaşımla mənə həyatda ən sevdiyim varlıq olan nənəm baxırdı. Onu qucaqlamamış yatmırdım. Qorxunc xorultusu belə mənə layla kimi gəlirdi. Bizi o qədər sevirdi ki, bu sevgi onun özünü Boğazın soyuq sularına atmasına belə səbəb oldu.

     

    - Maraqlıdır...

    - Dedim axı nənəm bizə çox bağlı idi. Bir gün əmimdən bizə banan almasını istəyib. Əmim də yaddan çıxarıb. Qardaşım Mustafa ilə mənə banan yedirdə bilmədiyi üçün arvad çox kədərlənmişdi, özünü Yeniköy Ədliyyəsinin yanından dənizə atmışdı... Bir neçə nəvəsi var idi, amma qardaşımla mənim yerim başqa idi. Çünki atamı çox sevirdi!

     

     - Nəvələri üçün özünü dənizə atan qadın kim bilir oğlunun eşqindən gəlininə nə zülmlər verib?

    - Demə-demə! Evlənəndə anamın 16 yaşı var imiş və nənəmlə birlikdə yaşayırmışlar. Bir gün anam pəncərənin qarşısında həyəcanla ərinin evə gəlməyini gözləyirmiş. Bunu görən nənəm, ta arxa otaqdan qışqıra-qışqıra “Gözlədim də gəlmədin” mahnısını oxuyub. Atamın anamı evdə qoyub gəzib-dolaşmasını, başqası ilə sevgi yaşamasını istəyirdi həmişə!

    Anam bunlara dözə bilməyib, ata evinə qayıtmışdı. Nənəmin evi də üç mərtəbəli idi. Uşaq ağlımızla o ev bizə elə böyük gəlirdi ki, yatmazdan əvvəl qorxumuz bir azca azalsın deyə anamın oxuduğu duaları ucadan təkrarlayardıq. Əvvəllər bir otaqdan başqa otağa keçməyə qorxduğumuz o malikanəyə illər sonra təkrar qayıdanda mənə kibrit qutusu kimi gəlmişdi.

     

    - Bütün bunlara ögey ana-ata böhranı da əlavə olunub yəqin ki...

    - Bəs necə! Ayrıldıqdan sonra ikisi də evləndilər, istər-istəməz ögey ana və ögey ata sindromunu yaşadım. Onsuz da o dövr yaşadıqlarım irəlidə mənə yol, su, elektrik olaraq geri qayıtdı. Bunların hamısının kökündə ana və ata sevgisini tam olaraq yaşamamaq var idi. Arada məni vurmağa cəsarət etdiyi üçün ögey atama o yaşlarda çox əsəbiləşərdim. Amma indi haqq verirəm. Həyatımıza daxil olduğu vaxt çox gənc və təcrübəsiz idi.

     

     

     - Sonradan bağışlaya bildin, heç olmasa?

    - Bəli, uzun vaxtdan sonra anamı çox sevdiyini başa düşəndə onunla təkrar görüşməyə başladım. Baxdım ki, bir-birlərinə lap ilk gündəki kimi aşiqdilər. Bu sevgiyə hörmət olmasın, nə olsun?  Halal olsun ona!

     

    - Övladlarına olan böyük sevginin alt qatında sevgisiz keçən uşaqlığın ola bilərmi?

    - Yasmin 18, Əli Sədi 9 yaşındadır və hələ də mənimlə birlikdə yatırlar. Amma analarının yanında qalanda vəziyyət elə deyil, ayrı otaqları var.

     

    - Boşanmış bir ana-atanın uşağı olaraq, öz uşaqlarına da eyni zədələri yaşatmaq nə qədər doğrudur?

    -  Təəssüf ki, həyatda bəzi şeylər istədiyimiz kimi getmir. Çoxadamlı ailəni, evi sevməyimə baxmayaraq, bunu heç bir evliliyimdə gerçəkləşdirə bilmədim. Sonradan başa düşdüm ki, mənim bunu etməyim onsuz da qeyri-mümkündür, çünki ailənin nə olduğunu bilmirəm, heç görmədim də. Məsələn, dost dediyim bir insan da yoxdur. Bunun səbəbi də ögey atamın hərbi həkim olduğu üçün şəhər-şəhər gəzərək böyüməyimdir. Hər köçümüzdə məktəb, məhəllə dəyişdirdiyim üçün dostluğun  nə olduğunu hiss edə bilmədim heç vaxt.

     

    - Yaxşı, içindəki Don Juan ilə Eros necə tanış oldu?

    - İlk dəfə birinci sinifdə aşiq oldum, qardaş! O yaşda olanda “kim gözəl, kim çirkindir” oynayar, qızların ətəklərini qaldırardıq. Seksual istəklərimi kəşf edəndə, qızlarla güləş seansları başladı.

     

     

    - Hər halda, pəhləvanlar kimi yağlanıb özünü meydanlara atmırdın...

    - Yox, bizimki yorğan altında güləş idi (gülür). Qıza birbaşa sevişək deyə bilmirdim, desəm də sevişə bilmədiyimiz üçün belə kiçik oyunlar icad etmişdim. Qonaq gedəndə anam qadınlarla söhbət edərkən, mən qızları başqa otağa aparıb güləşməyə başlayardım.

    Vallah, qadınlara qarşı həddindən artıq bir marağım olduğunu heç vaxt inkar etməmişəm. Gedib həkimdən “mən xəstəyəm?” deyə soruşmamışam, amma həkim dostlarımdan bu mövzunu soruşanda onlar da bunun normal olduğunu demişdilər

     

     - Amma bir ara Maykl Duqlas xəstəliyinə tutulduğun deyilirdi.

    - Seksə düşkünlüyümdən bəhs edirsənsə, çox şükür xəstəlik mənasında bir problemim yoxdur. Ehtimal olunan kimi təhlükə siqnalları çalmır. Əziz qadınlar, rahat ola bilərsiniz (gülür).

     

     - Beləcə, haqqında çıxan “mavi” dedi-qodularına da cavab vermiş oldun...

    - Onda ilk dəfə burada açıqlayıram: təəssüf ki, heteroseksualam (gülür).

     

    - “Dostum dediyim biri yoxdur” deyirsən. Özünü narahat hiss edəndə dərdləşə biləcəyin bir adam da yoxdur?

    - İnan ki Stelyo xaric dostum yoxdur. O qədər köçəri uşaqlıq həyatından sonra davamlı dostluq münasibəti qura bilmədim mən. Sınamadım kimi də başa düşülməsin ha, qətiyyən səhv başa düşmə! O vaxtlar çox səmimi olduğum bir dostum var idi, məni birjaya saldı və soyub soğana çevirdi. Ondan sonra anladım ki, insandan dost olmaz (gülür).

     

     

    - Yaxşı, qadınlar səndən özlərini qorumaq məcburiyyətində qaldılarmı heç?

    - Qətiyyən! Hələ şiddət mənasında soruşursunuzsa, şiddətə müraciət edənləri həmişə aciz görmüşəm. Amma mən o qədər qorxaq bir kişiydim  ki, gecə yatanda qadınlar mənə bir şey edə bilərmi deyə düşünərdim (gülür).

     

    - Bu xoşniyyətliliyini boşananda da sərgiləyirdin, hər halda?

    - İnan ki, cəmi nə qədər aliment verdiyimi bilmirəm, amma hamısı halal olsun. Məsələn, Nərgizlə (Kumbasar) boşananda, bütün malımı-mülkümü ona həvalə etdim. Kirayə ev tutdum, həyata sıfırdan başladım.

     

    - Aha...

    - İki dəfə sıfır nöqtəsinə çatdım. Amma qətiyyən insanların ağlına deyildiyi kimi qumar-filan gəlməsin. Mən bu günə qədər qumara görə evimi, avtomobilimi  satmamışam.

     

     - Heç olmasa, pul qazana bildin?

    - Ara-sıra qazandım, amma ümumiyyətlə, qumara verilən pul hər zaman itkindir. Otuz üç ildir kazinolardayam və özümü idarə etməyi çox yaxşı bilirəm. Bir gecədə həyatını müzakirəyə qoyanları da gördüm. Amma mən onlardan biri olmadım. Həddimi aşacaq qədər heç vaxt qumar oynamadım.

     

     - Yəni ən böyük riski qumar stollarında yox, sevgidə elədin...

    - Ay səni, hardan girib, hardan çıxdın. Sevgidə daha çox bəxtsizəm. Səhv etmişəm, amma heç vaxt pis niyyətli olmamışam.

     

    - Türk televiziya tarixinin əhəmiyyətli xarakterlərindən birisən. Yaxşı, efirdə olanda etdiyin hər hansı bir hərəkətdən peşmanlığın oldumu?

    - Xeyr, olmadı! Çünki mən ildə təxminən 200 canlı yayına çıxmışam. Ancaq bir-iki dəfə pis vəziyyətlə qarşılaşmışam. Amma bunların heç birinin arxasında bir pis niyyət yox idi.

     

     

    - Amma həqiqətən çox nəzakətsizsən...

    - Sən də çox nəzakətli (gülür). Bəli, bir az kobud danışıram adamlarla. İnsanlar məni bu halımla sevib qəbul etdilər. Gülməyin ayıb olduğunu düşünən türk kişisinin beyin quruluşunu mən dəyişdirdim. Digər tərəfdən özümlə də zarafat edirəm. Məsələn, çıxıb “dodaqlarıma silikon vurdurdum” deyə bilirəm.

     

    - Doğrudan eləmisən bunu?

    - Səncə? Tükdən incə, qılıncdan iti üst dodağımı görüb hələ “silikon elətdirmisən?” deyə soruşur. Uşaq olanda stoldan yıxılmısan? (gülür). Bu nümunədən də göründüyü kimi mənim insanlar üzərində heç bir sənətçiyə nəsib olmayan sonsuz bir kreditim var, şükürlər olsun.

     

    - Keçmiş həyat yoldaşın Nərgizin sənə nisbətdə Kira sevgi”ylə bir fenomen halına gəlməsinə nə deyirsən?

    - Onun uğurlarıyla qürur duyuram! Bilirsən, şəxsi həyatında da serialdakı kimi ziddiyətli bir qadındır. Tam özünü oynayır yəni...

     

    - Deməli, “Nərgiz uğurlu deyil, deyil rol ona uyğundurdeyirsən.

    - Manyaka bax, o mənada demədim (gülür). Həqiqətən həm super bir insandır həm də möhtəşəm bir performans sərgiləyir serialda. Evliykən də birlikdə bir neçə filmdə oynamışdıq. Aktyorluq ehtirası onun içində həmişə vardı.

     

    - Üzümə baxanda utandın, hə?

    - Utandın da sözdü?! Biz Nərgizlə eyni dildə danışırıq. İkimiz də ankaralıyıq və beş il evli olmuşuq. Bir-birimizdən təsirlənməyimiz çox normaldır. Amma dediyin kimi - qadın bir anda fenomen oldu! Bilirsənmi, küçədə insanlar “Sizə heyranıq” deyəndə, inanamayıb “Aaa doğrudan?” deyə soruşurmuş (gülür).

     

    - “Çərxi-fələkdəki son tərəf müqabilin Zeynep Ece Akenginlə sevgili olduğun doğrudur?

    - Aramızda münasibət oldu, amma indi yoxdur. İndi dostuq və birlikdə işimizə davam edirik. Çünki mən heç vaxt kimsənin çörəyinə baiskar olmaram. Həyatda ən çox qorxduğum şeydir!

     

    - Belə qəşəng-qəşəng izah edirsən, amma digər tərəfdən cəmiyyətdə bütün qadınları pərişan edirsən kimi bir hiss də var...

    - Məndən sonra evlilikdən soyuduqları doğrudur. Mənim sayəmdə əsl türk kişisini tanıyırlar. Bunu pul versən belə öyrənə bilməzsən. Oxşar səhvi bir daha təkrarlamırlar. Pərişan etmək niyə? Bəlkə də, savab iş görürəm (gülür). Zarafat bir yana, hər nə qədər ayrılıq ölümdən sonrakı ən böyük ikinci zədə olsa da mən ayrıldığım qadınlarla həmişə dost qalmağı bacarmışam.

     

    - Geriyə qayıtmaq şansın olsa, hansı evliliyini yenidən yaşayardın?

    - Dediyim kimi - özümə verdiyim ayrılmamaq sözlərinə heç vaxt əməl edə bilmədim, amma geriyə dönə bilsəm, birinci həyat yoldaşım Muhsineylə yenidən evli olmaq istəyərdim.