Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    03
    12:13:00
    Yanvar
    838 nəfər oxuyub

    Xanım yazar: Həmişə evə onlara görə tələsirdim

    Gənc yazar Züleyxa NaEl “Gecə sayıqlamaları” adlı mistik hekayənin və uşaqlar üçün yazılmış onlarla nağılın müəllifidir.  Arxada qoyduğumuz ildə  onun “Sızanaq” adlı ilk romanı işıq üzü görüb.

     

    Züleyxa NaEL Xəbər365-ə müsahibəsində  “Sızanaq” romanı, Azərbaycanda gənc yazarların vəziyyəti və digər məsələlər barədə danışıb.

     

    – Züleyxa xanım, niyə yazmağı seçdiniz?

     

    – Yazmağı öyrəndiyim vaxtdan bəri nələrsə yazdığımı xatırlayıram. İlk yazdıqlarım kiçik şeirlər idi. Gülə, böcəyə, kəpənəyə, nənə-babama həsr etdiyim kiçik şeirlər. Zamanla kiçik şeirləri kiçik hekayələr əvəz elədi. Uzun illərdən sonra o şeirləri, hekayələri oxuyub, o  qızcığazın saflığına, hisslərinə həm gülmüş, həm qibtə etmişdim. Əlyazmaların çoxu qalmasa da, zamanında öz dünyasına qapanan balaca qızın art terapiyası olmuşdu deyə bilərəm. Özündən yeni nağıllar uydurur, sədaqətli qəhrəmanları ilə dünyanı xilas edirdi.

     

    – Romandan başqa nələr yazırsınız?

     

    – Oxucuya ötürmək  istədiklərimi daha ətraflı yazmaq üçün, məhz, roman yazmalı idim, belə düşünürəm. Romandan başqa, uşaq ədəbiyyatı üçün nağıllar, film ssenariləri  yazıram.

     

    – Bir az “Sızanaq” romanından bəhs edin: necə yarandı və onu yazmaq nə qədər vaxt apardı?

     

    – Əslində, əvvəl mənə etiraf olunan hekayənin bu qədər uzanacağını zənn etmirdim.  Danışılanda kiçik hekayə idi. Amma sonra bir az da öz fantaziyam işə düşdü, realizm və sürrealizm qarışıq, psixoloji  bir iş ərsəyə gəldi. On üç aya yazıb bitirdim. Hiss edirdim ki, ağır yükün altına girmişəm, ilk kitabım işıq üzü görəcəkdi. Tez-tez ruhdan düşürdüm.  Amma bəxtim onda gətirib ki, ətrafımda məni sevənlər var. Məhz, onların sayəsində özümdə güc tapdım və bu işi sona çatdırdım. 

     

     

    – Bu romanda bir adamın güc və səbrinə şahid oluruq, o, həm də çox mərhəmətlidir. Sizcə, bir xarakterin bu qədər yaxşı olmağı inandırıcı ola bilər?

     

    – Bu günlə iyirmi, on  il öncəni müqayisə etdikdə görürəm ki, bizim qadınlar həmişə səbirli, müdrik olublar. Nənələrimiz, analarımız ailə fədailəri olublar. Mənim qəhrəmanım Elmira da həmçinin. Əslində, bu roman bir mesajdır, inkişaf etsək də, özümüzə aid, özümüzə xas olan nəcib cəhətlərdən vaz keçməməyə səsləyirəm. Tam səmimi və ürəkdən deyirəm ki, bəli,  Elmira kimi güclü, səbirli və mərhəmətli qadınlarımız çoxdur.

     

    – “Sızanaq”da dörd kişi var və dördü də xəyanətkardır. Bunun səbəbi nədir?

     

    – “Sızanaq”da xəyanət edənlərin özlərinə bəraəti var, əslində. İlk olaraq xəyanət edən kişi yazıçı xanımın həyat yoldaşıdır. Yazıçı həqiqətlə üzləşir, ərinin fantaziyasına heyran qalır. Amma əslində, baş verənlərin ərinin deyil, rəfiqəsinin oyunu olduğunu anlayır. Demək ki, yalnız işdə həmkarı və evdə yemək bişirən arvadı olmaqla kifayətlənmək olmazmış.  İkinci xəyanət edən isə Xaliddir. Elmiranın xəstəliyini öyrəndiyi gündən ona dəstək olmaq istəsə də, idealist, surətpərəst Xalid öz fobiyalarını üstələyə bilmir. Elmiranın isterikaları isə onun evdən getməsinə təkan verir. Həqiqətdə Xalid arvadını itirməkdən qorxduğu üçün, hər gün onun necə eybəcər hala düşdüyünə şahidi olmamaq üçün gedir.  Burda qorxaraq əlini uzatdığı arvadı ona nifrət bəsləyir.  Digər tərəfdə isə  gənc, sağlam, gözəl Nərgiz bütün sevgisini ona verir.  Xalid mələk deyil ki, ona verilən şansdan imtina etsin.  O da insandır. Zakir – xəyanətkar deyil. Ağır ailə dramı yaşamış, arvadının oxşarı olan Elmiraya aşıq olmuş bədbəxt personajdır. Onu sevən, yaşca özündən çox kiçik olan Səbinənin sevgisinə qarşılıq vermir, onu özündən uzaqlaşdırır.  Yazıçının qonağı –sirli personaj. Yazıçını fantaziyası. Qeybdən gəlib, qeyb olan şəxs. Yazıçının ən ağır dövründə ona dəstək olan, arzularına çatmasına kömək edən dost. Yazıçını nağıl dünyasına aparan qəhrəman.  Paralel dünyaların sakini.  Emin – Xalidin iş yoldaşı.  Ona hər zaman yaxşılıq edən Xalidə zərbə vurur. İllərdi, əziyyətlə qurduğu işi iki ay içində məhv edir.  Hətta onun da bəraəti var – gənc və ağılsızdır. Çox qazanmaq istəyib azdan da olan  cahil.

     

    – “Sızanaq” ilk əsəriniz olaraq maraqlı üsluba malikdir. Bu üslubda yazılan romanlar çox azdır. Bu üslubu necə tapdınız?

     

    – Mənin üçün həm bir sınaq idi, həm də çoxdan arzuladığım bir tərz. Romanda roman yazmaq özümü labirintə salmaq kimi bir iş idi. Amma yazdıqca seçimimdən həzz alırdım. Obrazların hər biri mənim üçün canlı idi. O zaman işləyirdim və iş qrafikim sərbəst deyildi. Axşamdan-axşama evə gəlincə romanı davam edirdim. Daxilimdə bir həsrət var idi. Sanki onlar məni gözləyirdilər və mən onlara görə evə tələsirdim. Amma gün olurdu ki, yazdıqlarımı oxuyur, yeni heç nə yazmırdım. Yaxud yazır, bəyənmir və pozurdum.

     

    – Azərbaycanda ədəbi kitabların çapı məsələsi, xüsusilə, yeni yazarlar üçün necədir?

     

    – Azərbaycanda ədəbi kitabların çapı sərbəstdir. İmkanı olan hər kəs kitab çap edə bilər. Həmçinin gənc yazarlar. Amma təbii ki, öz hesablarına olduğu üçün tiraj az olur.

     

    – Yeni kitabınızdan nə xəbər?

     

    –  “Sızanaq”dan sonra  “Son Addım” adlı televiziya filmində senaristlərdən biri oldum. Hazırda yeni bir roman üzərində işləyirəm. Paralel olaraq uşaq nağılları kitabının çapına hazırlıq görürəm.

     

     

    Gənc yazarların kitablarının tərcüməsi hansı səviyyədədir?

     

    – Tərcümə bu gün  gənclər üçün problemdir. Əvvəla ona görə ki, əgər dili bilirsə belə, tərcüməyə sərf etdiyi vaxtda yeni bir əsər yazar. Yox əgər özü tərcümə etməyib, bu işi kiməsə həvalə etsə, gərək onun haqqını ödəsin. Təəssüf ki, bu da gənc yazıçının büdcəsinə uyğun deyil.  Kitabların tərcüməsi,  əlbəttə ki, mədəniyyətlərin yaxınlaşması üçün çox vacibdir.  Təbii ki, bunu biz də istərdik. İnkişaf etmiş mədəni ölkələrdə belə qurumlar var.  Gənclərə belə bir fürsət verilsəydi, bu, onların öz üzərində daha da mükəmməl işləməsinə kömək edərdi. Maddi problemlərinin həllinin yollarını axtarmaqdansa, yeni əsərlər yaradar və ədəbiyyata yeni töhfələr bəxş edərlər.

     

    – Kitabınız Azərbaycan və digər türklərin arasında necə qarşılandı?

     

    – Belə bir deyim var ki, hər şeirin iki şairi var: şair və oxucu. Görünür,  hər hansı bir əsər özünün gözəllik ifadəsini oxucunun qəlbində oyandırdığı heyranlıq və rəğbət hissi ilə qazanır. Ədəbiyyatda yazıçı və oxucu arasında bağlılıq yeni yaranan əsərlərlə hər dəfə təzələnir. Buna görə də yazıçının borcudur ki, oxucularını uzun zaman intizarda qoymasın və növbəti işi əvvəlkindən zəif olmasın.  “Sızanaq” mənim ilk işim olduğu üçün,  əlbəttə ki, iradlar da vardı . Amma oxuyanların çoxu məmnun qalıb.  Bu da məni çox sevindirir.  Kitabları əldə edən, Rusiyada, Türkiyədə, Ukraynada, İsraildə yaşayan soydaşlarımdan məktublar alanda isə seçdiyim dəsti-xəttin heç də pis olmadığını görürəm.

     

    – Azərbaycanda iranlı yazıçılardan  kimlər daha çox  tanınır?

     

    – Nasir Mənzuri, Hadi Qaraçay, Eyvaz Taha, Nigar Xiyavi, Nasir Mirqati, Əlirza Seyfəddini, Məryəm Pənahşahi,  Fəranək Fərid, Fəriba Vəfi kimi imzalar var. Parlaq imzalı iranlı yazıçıların kitabları, istər şeir olsun, istər hekayələr, fərq etmir, oxunur, tərcümə və çap  olunur.

     

    – İran ədəbiyyatı daha çox şeirlə tanınır, yoxsa hekayə ilə?

     

    – Daha çox şeirlərlə. Çünki İran ədəbiyyatında şərq fəlsəfəsinin təmsilçisi kimi məsnəvilər bu gün də aktualdır. Mən çox vaxt internet saytlarında, hətta rus dilində məsnəvilərin, qəzəllərin tərcümələrinə rast gəlirəm. İki beytlik şeirdə bir səhifəyə yerləşə  biləcək hisslər ötürülür. Bu da heyrətamiz söz ustalığıdır.