Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    07
    21:15:03
    Yanvar
    630 nəfər oxuyub

    Kimdir müqəssir: Nurayın atası, xalası, yoxsa səriştəsiz qanun icraçıları?

    Dünən sosial şəbəkələrdə yayılan bir video, az qala, bütün ölkəni ayağa qaldırdı. Söhbət on yaşlı Nurayın “məni anamdan ayırmayın!” deyə fəryad  elədiyi, məhkəmə icraçılarının isə “məhkəmənin qərarı var” deyərək onu zorla anasından ayırdığı göstərilən videomaterialdan gedir. Mediada və sosial şəbəkələrdə yayılan xəbərlərdən belə məlum olur ki, Nurayın valideynləri o, körpə olanda ayrılıblar. Bir müddət sonra anası Rübabə xanım xərçəng xəstəliyindən dünyasını dəyişib. Nuray lap körpəlikdən xalası Mehriban xanımın himayəsində böyüyüb, xalasını ana, onun həyat yoldaşını özünə ata bilib. O, hazırda beşinci sinifdə oxuyur, musiqi və rəsmlə məşğul olur. Ailənin dediyinə görə, bu günə qədər Nurayın atası Əvəz Bayramov bir dəfə də uşaqla maraqlanmayıb, hətta aylıq məcburi alimenti də ödəməyib. Əvəz Bayramov isə mətbuata vediyi açıqlamasında deyilənləri təkzib edib.

     

    O, 2011-ci ildə isə məhkəməyə müraciət edərək qızını geri tələb edib. Məhkəmə uşağın bioloji atasının himayəsinə verilməsi barədə qərar çıxarıb.

     

    Biz sözügedən məsələdə hansı tərəfin haqlı olduğunu bilmirik. Bizi sadəcə həmin prosesdə Nurayın yaşadığı travma və onun nə düşündüyü maraqlandırır və narahat edir.

     

    Nurayın xalasından alınaraq bioloji atası Əvəz Bayramova verilməsi prosesi 2016-cı il dekabrın 7-də Quba Rayon İcra Şöbəsində həyata keçirilib. Sözügedən videoda şahidi olduğumuz  qorxunc mənzərə də həmin prosesdir və orda dövlət məmurlarının, məhkəmə qərarının icraçılarının Nuraya güc tətbiq etdiyi, onu bərk-bərk sarıldığı xalasından zorla ayırdıqları, otaqdan sürüyə-sürüyə çıxardıqları aydın görünür.

     

     

     

    Həqiqətənmi, məhkəmə qərarı 10 yaşlı, psixologiyası travmalara açıq olan uşaqla belə rəftara  bəraət qazandırır? Bu məsələni həll etməyin başqa yolu yoxdurmu? Əslində, qərarın icrası proseduru necə həyata keçirilməli idi? Bu kimi proseslər yalnız hüquqi əsaslaramı dayanır, mənəvi və psixoloji məqamlar nəzərə alınmalı deyilmi?

     

    Xeber365 bu suallarla ekspertlərə müraciət edib.      

     

     

    “Ailə Məcəlləsinə görə, 10 yaşlı uşaq müstəqil fikir bildirmək hüququna sahibdir”

     

     

    Vəkil Asif Abdullayev deyir ki, belə hallarda hər şeydən və hər kəsdən əvvəl  uşağın maraqları təmin olunmalıdır: “Belə işlərdə icra məmuru “İcra məmurları haqqında” Qanunda nəzərdə tutulduğu kim,i fiziki və hüquqi şəxslərin hüquq və maraqlarına xələl gətirəcək hərəkətlərə yol verməməlidir. Bu, birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, burda söhbət uşaq hüququndan gedir. “Uşaq hüquqları haqqında” Qanuna əsasən də, o prosedurlarda, ilk növbədə, uşağın maraqları təmin olunmalıdır. Təbii ki, məhkəmə qərarı var və icra olunmalıdır, bu, öz yerində. Amma icra üsulunda  uşağın maraqları ən birinci yerdə dayanmalıdır. Eyni zamanda, icra haqqında qanuna görə, icra mümkün deyilsə, o qətnamə icra olunmaya da bilər, icra məmuru bu qətnaməni qəbul etmiş məhkəməyə təqdimat göndərə bilər ki, bəzi səbəblərdən məhkəmə qətnaməsinin icrası mümkün deyil. Çünki o, uşaqdır, 10 yaşı var. Ailə Məcəlləsinə görə də, həmin uşaq müstəqil fikir bildirmək hüququna sahibdir və 10 yaşından sonra onun fikirləri nəzərə alınmalıdır. Həm də videodan göründüyü kimi, icraat otağında psixoloq yoxdur, orda mütləq mütəxəssis olmalı idi”.

     

     

    “Ədaləti icra edirik” prinsipi altında insanlara zərər vurmağın ədalətlə əlaqəsi yoxdur”

     

     

     

     

    Hüquqşünas Xalid Bağırov da söyləyir ki, məhkəmə qərarlarının icrası məcburi olsa da,  bu, icra məmurlarına istədikləri kimi davranmaq ixtiyarı vermir: “Bilirsiniz, burda hüququn müxtəlif prinsiplərinin toqquşması məsələsi var. Birinci prinsip məhkəmə qərarlarının məcburiliyidir. Yəni məhkəmə qərar qəbul edibsə, onu icra etmək məcburidir, icra olunmalıdır. Digər vacib prinsip isə  “ən üstün uşağın maraqlarıdır” prinsipidir. Təbii ki, məhkəmə qərarı icra olunmalıdır, əgər ləğv olunmayacaqsa. Lakin bu, o demək deyil ki, icra məmuru icra edərkən istədiyi hərəkəti edə bilər. İcraçı qərarı icra edərkən ən birinci uşağın maraqlarını təmin etməlidir. Yəni proses elə aparılmalıdır ki, uşağa həm fiziki, həm də psixoloji baxımdan heç bir zərər dəyməsin. Videoda bir məqam da diqqətimi çəkdi: orda rayon icra hakimiyyətindən uşaqların hüquqların müdafiə edən şəxs də əyləşmişdi. İcraçı ona deyir ki, sən otur kənarda, rəyini yazarsan. Yəni ona qanuni görəcəyi işini həyata keçirməyə imkan vermirlər, hətta onu təhqir etməyə də hazırdırlar. Mən şoka düşdüm. Uşağın mənafeyini qorumalı olan şəxs icra məmuru qarşısında aciz durumdadır. Biz o videoda həm də icra məmurunun uşağı hədələdiyini görürük. Bu da yolverilməz hərəkətdir. Məhkəmə qərarları humanizm prinsiplərinə əsaslanmalıdır, yəni məhkəmə ədalət naminə qərarlar qəbul edir, ədalət naminə problemləri həll edir. Məhkəmə kimin üçün ədaləti təmin edir? İnsanlar üçün. Daşlar, divarlar üçün ədalət olmur. Əgər biz “ədaləti icra edirik” prinsipi altında insanların psixikasına humanist olmayan tərzdə zərər vururuqsa, bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bunun, ümumiyyətlə, hüquqla əlaqəsi yoxdur, bu, sadəcə zorbalıqdır. Belə hallarda prosesə uşaq psixoloqları cəlb olunmalıdır, vəziyyəti onlar izah etməlidir. İcraçının özünü psixoloq yerinə qoyub uşağı hədələməsi, sadəcə, qorxuncdur”.

     

     

    “Qərar ədalətli olsa belə, bu, yolverilməz hərəkətdir”

     

     

     

     

    Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyәtinin sədri Şəhla İsmayıl dünən feysbukda yayılan videomaterialı izləyəndən sonra balaca Nurayın hüquqlarının qorunmasını öz üzərinə götürüb. Şəhla xanım bildirir ki, problemi dərindən araşdırıb Nuraya kömək etməyə çalışacaqlar: “Gələn həftə biz işçi qrupu yaradacağıq. Tərkibi hüquqşunalardan, vəkillərdən, jurnalistlərdən ibarət olacaq və Nurayı böyüdən ailə ilə qapalı görüş təşkil edəcəyik. Hadisənin detallarını öyrənəcəyik, sonra bu haqda müzakirələrimiz olacaq. Təbii ki, hamı kimi mən də o videoya baxmışam və təəssüflənirəm ki, icra prosesi  o şəkildə baş tutub.  Lap qərar ədalətli olsa belə, bu, yolverilməz hərəkətdir. İcraat üçün vaxt verilməlidir. Dərhal o şəkildə, yəni o cür zorakılıqla, uşaq hüquq müdafiəçisi, psixoloq olmadan icraat aparmaq düzgün deyil. Əslində, o video gerçəkliyin bir hissəsidir, çünki biz həmin videodan sonra ailə ilə əlaqə saxladıq və onlar bildirdilər ki, həmin çəkilişdən əvvəl də, sonra da onlara qarşı təzyiqlər olub. İstənilən halda elə bir icra proseduru düzgün deyil. Cəmiyyətimiz də sağ olsun, bu məsələyə adekvat cavab verdi və problem ictimailəşdi. Bacardığımız qədər hər iki tərəfi dinləyib problemi dərindən araşdıracağıq. Daha dolğun məlumatı isə qapalı görüş yekunlaşandan sonra verə biləcəm”.

    Ümid edirik ki, bundan sonra prosesin gedişatında Nurayın psixologiyası və fikirləri nəzərə alınacaq.