Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    09
    14:46:15
    Yanvar
    374 nəfər oxuyub

    Dollar 2 manat 80 qəpiyə qədər qalxa bilər

    Mərkəzi Bank ötən ilin sonunda üzən məzənnəyə keçidi elan etsə də, görünən odur ki, buna nail ola bilmədi. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları müəyyən edir.

     

    Geridə qoyduğumuz il ərzində yumşaq devalvasiyalarla kəskin devalvasiyanın baş verməsinin qarşısı alındı. Hazırda isə ABŞ dollarının rəsmi məzənnəsi 1,7742 manat təşkil edir. Qara bazarda isə 1 dolların qiyməti 2 manata çatmaq üzrədir. Bütün bunların manatın gələcəyindən və ümumilikdə ölkənin iqtisadi durumundan nə xəbər verir? Tam üzən məzənnəyə keçid nə dərəcədə mümkün görünür? İqtisadçı ekspertlərlə bu və bu kimi suallara aydınlıq gətirməyə çalışacağıq.

     

    “Üzən məzənnəyə keçid ləngidikcə xərclər çoxalır”

     

    Qubad İbadoğlunun sözlərinə görə, rəsmi açıqlamalar yaxın zamanlarda üzən məzənnəyə keçidin planlaşdırılmadığını göstərir: “Bunun üçün müəyyən vaxt lazımdır. Bu vaxt ərzində hökumət, xüsusən də maliyyə instansiyaları qarşısına bir neçə vəzifə qoyub ki, onu yerinə yetirsin. Bu vəzifələrin yerinə yetiriliməsi ümumi iqtisadi durumdan asılıdır, yəni tədiyyə balansı və xarici ticarətlə bağlı olan məsələlər, eyni zamanda, maliyyə bazarlarındakı vəziyyət əhəmiyyətli rol oynayır. Bunların hamısını hökumət tam üzən məzənnəyə keçmək üçün görülən tədbirlər kimi təqdim edir. Bu tədbirlərin həyata keçirilməsi, başa çatdırılması xeyli vaxt tələb edir. İstənilən halda tam üzən məzənnəyə keçid planda var və düşünürəm ki bu nəvaxtsa olacaq. Sadəcə, burda ən vacib məsələlərdən biri vaxt amilidir ki, o vaxt düzgün seçilməlidir. Əslində, sizə deyim ki, tam üzən məzənnəyə keçidi ləngitdikcə onun xərcləri də çoxalır. Məncə, tam üzən məzənəyə 2015-ci ildə keçid daha düzgün yanaşma olardı, hətta biz 2016-cı ildə də bu şansı itirdik. Tam üzən məzənəyə keçid istiqamətində əhəmiyyətli iş görmədik. Fikrimcə, ən yaxşı halda 2017-ci ilin orta kursu 2.20 qəpik, orta ssenaridə 2.50 qəpik, ən pis halda 2.80 qəpik civarında müəyyən oluna bilər. Bu da təxminən ilin ikinci yarısından sonra ola bilər”

     

     

    “Azərbaycan bazarında Neft Fondundan başqa oyunçu yoxdur”

     

    Natiq Cəfərli isə Azərbaycanda tam üzən məzənnəyə keçidin mümkün olmadığını deyir: “Adının nə qoyulmasından asılı olmayaraq, yenə inzibati qaydada Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək və onun nəzarəti altında olacaq. Çünki üzən məzənnəyə tam keçid üçün instutsional əsas olmadığına görə bu, mümkün deyil. Bunun üçün bazarda çoxlu sayda oyunçu olmalıdır, Azərbaycanda Neft Fondundan başqa oyunçu yoxdur bazarda. Manatın gələcək taleyi həm daxili proseslərdən asılı olacaq, həm də xaricdə baş verən proseslərdən. Daxili proseslər odur ki,ölkənin dollara olan tələbatı bəllidir: aşağı-yuxarı illik 12 milyarda dollar civarındadır, amma bazara çıxarılacaq vəsaitin həcmi çox azdır, bu il Neft Fondu tərəfindən bazara təqribən 4-4,5 milyard  dollar çıxarılacaq. Digər oyunçunun olmaması bu prosesi daha da çətinləşdirir.

     

    “Manatın dəyərdən düşməsi prosesi davamlı olacaq”

     

    Xarici məsələlərə gəlincə isə, Natiq bəy bildirir ki, manatın durumu Federal Rezerv sisteminin, yəni Amerikada faiz artımının sürətindən asılı olacaq: “Əgər, doğrudan da, 3 dəfə faiz artacaqsa, bu, dolları dünyada bahalaşdıracaq. Təbii olaraq manata qarşı da dollar möhkəmlənəcək. Bir də neftin qiymətindən asıldır. Hələlik neftin qiyməti 50-55 dollar civarındadır ki, bu manatın müəyyən dərəcədə hələlik daha kəskin ucuzlaşmasının qarşısını alır.Hər halda görünən odur ki, manatın dəyərdən düşməsi prosesi davamlı olacaq.Dolların qalxması təxminən ilin ikinci yarısından sonra ola bilər. İndi əsas məsələ dollara çıxış imkanlarının məhdud olmasıdır insanlar valyuta alışında ciddi problemlər yaşayırlar. İndi əsas problem budur ki, bu həll olunmalıdır. Bu ilin sonlarında əgər neftin qiyməti 50 dollardan aşağı olacaqsa ən yaxşı halda dolların kursu 2.20 civarında olacaq”.