Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    10
    14:46:12
    Yanvar
    550 nəfər oxuyub

    İslam Hərbi Alyasına qoşulmaq Azərbaycana nə verəcək?

    Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

     

    İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın ovaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb. Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

     

     

    Ölkəmizin İslam hərbi koalisiyasına qoşulması barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur: “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

     

    Sözügedən məsələni Xəbər365-ə şərh edən hərbi ekspert Üzeyir Cəfərov dünyada baş verən proseslər fonunda Azərbaycanın Hərbi Alyansa daxil olmaq barədə istəkli görünməsini alqışladığını bildirib: “Bu gün baş verənlərdən bəllidir ki, dünyada qütbləşmə gedir. Qütbləşmə isə ondan ibarətdir ki, bəzi ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ məsələsində haqlı olduğunu başa düşsələr də, bunu sözdən o yana keçirmək iqtidarında deyillər. Düzdür, 20 ildən artıqdır ki, beynəlxalq təşkilatların, konkret olaraq ATƏT-in Qarabağ məsələsində bivecliyinin və həmsədrliyinin heç bir nəticə vermədiyinin şahidiyik. Bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatının üzvü idi. Ortaya belə bir sual çıxır ki, Qoşulmama Hərəkatının üzvü olduğu halda Azərbaycan necə hərbi alyansa daxil ola bilər?

     

     

     

    Qoşulmama Hərəkatının üzvü olmaq hələ o demək deyil ki, biz ömrümüzün axırına qədər orda qalmalıyıq. Azərbaycan müstəqil dövlətdir və hər an istədiyi qərarı qəbul edir. İslam Hərbi Alyansına biz çoxdan dəvət almışdıq. Sadəcə olaraq, bəzi geosiyasi və geostrateji məsələlərə görə biz bu dəvətə dərhal münasibət bildirmədik, lakin “yox” cavabını da vermədik. Artıq zamanı gəlib ki, Azərbaycan İslam Hərbi Alyansına daxil olsun. Alyansa üzv olmaq ölkəmiz üçün çox müsbət hallar yaradacaq. Azərbaycan NATO ilə əməkdaşlığını əsla dayandırmayacaq və sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığı davam etdirəcək. O cümlədən, bizim zabitlər əvvəlki kimi NATO tədbirlərində iştirak edəcək. Amma bununla yanaşı, bizim güc strukturlarının nümayəndələri İslam Hərbi Alyansının da keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəklər. Həm Alyansa üzv olan ölkələr Azərbaycana gələcəklər, silahlı qüvvələrimiz və güc strukturları ilə daha yaxından tanış olacaqlar”.