Xəbər lenti

  • 2017-02-21
  • 18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    12:29 Sabah hava necə olacaq?
    12:23 Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb
    11:55 Suriyada 44 terrorist öldürüldü
    11:45 Türk bayrağını təhqir edən şəxs üzr istədi
    11:39 "Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək"
    11:36 Pakistanda partlayışlar oldu: 13 yaralı
    11:35 Trampın yeni Milli Təhlükəsizlik müşaviri bəlli oldu
    11:20 Türk ordusu Əl Babda şəhid verdi
    11:04 İtaliyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı
    10:57 Türkiyədən İrana cavab: "Bizi ittiham etmək əvəzinə..."
    10:28 NATO əsgərləri tutuldu
    10:20 ABŞ konqresmeni Xocalı soyqırımını pislədi
    10:18 Ərdoğanla Makkeyn görüşdü
    10:14 Dehli-Amsterdam reysi Moskvada məcburi eniş etdi
    10:05 "Türkiyə Azərbaycana gömrük güzəştləri edəcək"
    09:51 Türkiyəli səfir İran XİN-nə çağırıldı
    09:44 Ermənilər atəşkəsi 31 dəfə pozub
    09:40 "Azəravtoyol"un işçilərinə fəxri adlar və "Tərəqqi" medalı verildi
    09:32 Məhərrəm Əsədova Prezidentin fərdi təqaüdü verildi
    11
    20:43:28
    Yanvar
    876 nəfər oxuyub

    Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?

    Dünən dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər ölkə gündəmini zəbt edib. Prezidentin çıxışında xüsusilə bank sektorundakı nöqsanlar və müstəqil iqtisadçıların qərəzli fikir yürütmələriylə bağlı söylədikləri geniş müzakirə obyektinə çevrilib.

     

    Ölkə başçısı qeyd edib ki, keçən il iqtisadiyyatımıza ən böyük zərbəni bank sektoru vurub. O, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacağını vurğulayıb.

     

    Ölkə iqtisadiyyatı üçün mühüm  əhəmiyyət kəsb edəb bank sektoru və sözügedən iclasda toxunulan problemin nədən ibarət olduğu və hansı addımlar atıla biləcəyini iqtisadçıların özləriylə müzakirə etdik.

     

    “İnsanlar banka gedib kredit üçün yalvarmamalıdırlar”

     

     

     

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  bank sistemiylə əlaqədar problemlərin çox ciddi olduğunu deyir: “Çünki 2016-cı ildə Azərbaycan iqtisadiyaytına ən ziyan vuran amil məhz bank sistemində gedən proseslər oldu. Bank sisteminin sağlamlaşdırılması qarşıda duran ən əsas məsələlərdən biridir. Biz mütəmadi olaraq, bu məsələni həm Milli Məclisin iclaslarında, həm mətbuatda qabartmışıq, bununla bağlı müəyyən görüşlər keçirmişik. Kredit faizlərinin yüksək olması, bankların kapitallaşması, təmərküzləşməsi və başqa məsələlər həmişə müzakirə olunub. Ancaq bank sektoru bu problemlərin öhdəsindən gələ bilmirdi. Maliyyə bazarına nəzarət palatası yaradılandan sonra bəzi diaqnostikalar aparılmalı, bəzi banklar bağlanmalı idi və sairə. Biz, ümumiyyətlə, bankların bağlanmasının tərəfdarı deyilik, bankların təmərküzləşməsinin tərəfdarıyıq. Hətta dollarla olan kreditlərin qaytarılması ilə bağlı təkliflərimiz oldu.

     

    Ümumilikdə banks sistemi bu gün çox ağır vəziyyətdədir. Onu bu vəziyyətdən çıxarmaq üçün ciddi sağlamlışdırıma əməliyyatları aparılmalıdır. Kredit portfelləri, bankın kapitallaşma prosesini hıyata keçirmək üçün işləmək lazımdır. Bunu da tez eləmək lazımdır. Çünki prezident tərəfindən strateji yol xəritəsi təsdiq olunub. Bu xəritəni həyata keçirmək üçün bank sisteminə çox böyük ehtiyac var. Yəni bank sektoru ilə əhali arasında münasibət tamamilə müasir formalara uyğun olaraq qurulmalıdır. İnsanlar banka gedib kredit üçün yalvarmamalıdırlar. Banklar insanlara müraciət etməlidir ki, gəlin bizimlə işləyin. Prezident bu kimi məsələlərə çox ciddi şəkildə toxundu və bununla bağlı ciddi işlər görüləcək. Adi bir misal çəkim. Azərbaycan banklarında bu gün dollar tapılmır. Niyə? Amma hərraclarda Mərkəzi Bank da, Neft Fondu da dollar satır, banklar da alıb qara bazarda dəyişirlər, nəinki bankın özündə. Yəni burda nəzarət mexanizmi və digər məsələlər öz həllini tapmalıdır. Kompleks şəkildə bank sisteminin şəffaflaşdırıması və sağlamlaşdırılması həayata keçirlməlidir”.

     

    “Beynəlxalq Bankın haqqında ortaya çıxan faktlar təlatüm yaşatdı”

     

     

     

     

    İqtisadçı-ekspert Natiq Cəfərlinin sölzərinə görə, prezidentin çıxışı zamanı bank sektoruyla bağlı dediklərində böyük həqiqət var: “Ən azından, Beynəlxalq Bankda baş verən proseslər onu sübut elədi ki, bu bank normal şəkildə menecment prosesini aparmadığından və kredit siyasətinə sədd qoyduğundan ölkəyə ciddi zərər dəydi. Ölkədə bank sektorunda təlatümlərin yaşanmasının əsas səbəbi bu bankda baş verənlər və davam edən məhkəmə prosesində üzə çıxan faktlar oldu. Ümumilikdə bank sektorunda baş verən proseslər isə bütün iqtisadiyyata təsir göstərir. Hər bir ölkənin iqtisadiyyatının qan-damar sistemi bank sektorudur. Ona görə də, prezidentin çıxışında bu il ərzində maliyyə və bank sektorunda sağlamlaşdırıcı addımların atılması vurğulanıb və bu da gözlənilən idi. Bu il ərzində bir neçə bankın bağlanması, birləşdirilməsi, onların aktivlərinin sağlamlaşdırılması davam edəcək. Anlamaq lazımdır ki, bank sistemindəki problemlər həll edilmədən, banklarda rəqabətə davamlı fəaliyyət, bank sistemində kreditləşmə xətləri bərpa edilmədən ölkə iqtisadiyyatında ciddi irəliləyişə nail olmaq mümkün deyil. Bank sektoru sağlam olmalıdır ki, iqtisadi münasibətlər sağlamlaşdırılsın. Bu mənada prezidentin qaldırdığı məsələdən sonra, mənə elə gəlir ki, bankların bağlanması, birləşdirilməsi davamlı şəkildə gedəcək.

     

    “Biz, əslində, hökumətə kömək edirik”

     

    Natiq Cəfərli ölkə başçısının iqtisadçılarla bağlı tənqidinə də fikir bildirib: “Prezident çıxışında tənqid hədəfinin kim olduğunu bildirsəydi, daha açıq münasibət bildirmək mümkün olardı. Amma hər halda, biz tənqid ediriksə, dövlət başçısının da tənqidə bu cür reaksiya verməsi təbii haldır. Ölkədə baş verən iqtisadi proseslər haqqında mütəmadi olaraq fikirlərimizi bildiririk. Bunun da əsas məqsədi ölkədə ciddi inkişafa nail olmaqdır. Biz əslində, heç bir maddi qarşılıq gözləmədən hökumətdin atdığı addımlarda problemlərin üzə çıxarılmasına yardımçı olmağa çalışırıq. Buna görə həmin iqtisadçılara təşəkkür düşür. Hökumətin görmədiyi nöqsanları bizim görməyimiz və işıqlandırmağımız bir köməkdir”.

     

    “Cahangir Hacıyevdən savayı cəzalandırılan olmadı”

     

     

     

     

    Digər iqtisadçı Əkrəm Həsənov bank sahibləri və bank rəhbərlərininin məsuliyyətsiz və cinayətkar kredit siyasəti həyata keçirdiyini və prezidentin çıxışında da onların tənqid olunduğunu bildirir: “Faktiki ya pulları bilərəkdən banklardan oğurlayıblar, ya da necə gəldi kredit verib bankları müflis vəziyyətə salıblar. Nəticədə problemli kreditlər artır, əmanətlər çıxarılır, kreditləşmə azalır, iqtisadiyyatda böhran dərinləşir. Buna görə də, ötən il 11 bank bağlandı. Bu il də ardı olacaq. Digər tərəfdən, dövlət başçısı Mərkəzi Bankı da nəzərdə tuturdu, çünki bank sisteminin başında o durur və öz pul və məzənnə siyasəti ilə iqtisadiyyata zərbə vurdu.

     

    Təəssüf ki, ötən il Cahangir Hacıyevdən savayı cəzalandırılan olmadı. Halbuki Beynəlxalq Bankdan başqa “Bank Standard” və “Texnikabank” kimi iri banklar da çökdü və dövlətə xeyli zərər vurdu. Amma onların nə sahibləri, nə də idarəçiləri məsuliyyətə cəlb olundu. Əksinə, bəziləri hazırda heç nə olmamış kimi digər banklarda çalışır. Onlara bərbad nəzarət etmiş Mərkəzi Bankda da heç kəs cəzalandırılmadı. Ümid edirəm ki, Prezidentin bu çağırışından sonra onları məsuliyyətə cəlb edəcəklər”.

     

     

     

    Ekspertin fikrincə, bank sisteminin sağlamlaşdırılması, ilk növbədə, problemli kreditlər məsələsinin həllini tələb edir. O, problemlə bağlı dövlətin 4 məsələni həll etməli olduğunu qeyd edir:

    1. Bank sahiblərinin və idarəçilərinin özlərinə yaxın qurumlara verdiyi kreditlər aşkar edilməli və geri tələb edilməlidir. Fakitki həmin pullar banklardan oğurlanıb. Yəni söhbətin oğruları könüllü qaytarmağa dəvət etməkdir. Etməsələr, cinayət işi açılmaldır. Nəticədə xeyli pul qayıdacaq;

    2. Müflis vətəndaş və sahibkarların borcu silinməlidir;

    3. Digər borc alanlara güzəşt edilməlidir;

    4. Nəticədə xüsusi zərər məruz qalmış banklara dövlət yardım etməlidir.