Xəbər lenti

  • 2017-01-21
  • 19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    11:15 Cerrard “Liverpul”a qayıtdı
    10:59 Lapşinin anası İlham Əliyevdən oğlunun əfvini istədi
    10:41 Bu şəxs ABŞ-ın müdafiə naziri oldu
    10:25 Neft bahalaşır
    10:13 Nazir həbs edildi
    10:05 Atəşkəs rejimi 39 dəfə pozulub
    09:48 Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
    09:36 Vaşinqtonda iğtişaşlara görə 217 nəfər saxlanılıb (YENİLƏNİB)
    09:31 ABŞ-ın birinci xanımı hələlik Nyu-York şəhərində yaşayacaq
    09:06 Türkiyə PKK-ya hava zərbələri endirdi: 22 ölü
    03:19 ABŞ-ın yeni prezidenti Donald Trampın dünyanı silkələyəcək çıxışı
    00:11 Tramp administrasiyasının proqramı dərc edilib
    12
    00:10:45
    Yanvar
    362 nəfər oxuyub

    Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ

    Ötən ilin sonlarından başlayaraq, Türkiyədə prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan layihə ölkəni, demək olar ki, bir-birinə vurub. Onsuz terror təşkilatlarının təhdidi altında olan ölkə gündəmini indi də partiyaların, millət vəkillərinin qarşıdurması zəbt edib. Hətta bu gün qardaş ölkədə, sözün əsl mənasında, demokratiya uğrunda savaş gedir. Çünki layihənin əleyhinə olan kəsim Türkiyədə başqanlıq sistemi elan olunduğu halda demokratiyanın təhlükə altına düşəcəyini vurğulayır və bunun baş verməməsi üçün mübarizə aparır. Bu gün isə Türkiyə parlamenti səs çoxluğuyla konstitusiyaya dəyişiklik təklifini qəbul etdi.

    Belə bir qarışıq zamandaTürkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu ilə ölkədəki vəziyyəti dəyərləndirdik. Xəbər365Yusif Halaçoğlunun müsahibəsini təqdim edir:

     

     

    - Yusif bəy, Türkiyədə Konstitusiyaya dəyişikliyi nəzərdə tutan qanun layihəsi ilə bağlı son günlər qızğın müzakirələr gedir. Polemika Milliyətçi Hərəkat Partiyasında da müşahidə olunur. Sizin bu layihə ilə bağlı qərarınız necədir?

     

    - Konstitusiyaya dəyişikliyə qarşıyam və “yox” deyirəm. Qanunvericilik və məhkəmə orqanının bir şəxsi əlində cəmləşməsi demokratiyaya ziddir. Bu layihə hazırkı prezident üçün hazırlanıb. Ana Yasaya dəyişiklik olarsa, Türkiyə Böyük Millət Məclisi simvolik quruma çevriləcək.

     

    - MHP başqanı Dövlət Baxçalı isə fərqli mövqe nümayiş etdirir. Bu fikir ayrılığının səbəbi nədir?

     

    - Türkiyə Konstitusiyasına görə, hər kəs müstəqil iradəsini nümayiş etdirir və partiya yekun qərar vermir. Konstitusiyaya dəyişikliklə bağlı da hər bir millət vəkilinin özgür iradəsi ilə hərəkət etmək haqqı var. Bir sözlə, mənim qərarım partiyanın qərarı ilə uyuşmur.

     

     

    - Baxçalının qərarına sərt təpki göstərən MHP-lilər də oldu, sədr müavini Atilla Kaya istefa verdi. Onun qərarını necə qiymətləndirirsiniz?

     

    - Atilla Kaya da bizim kimi düşünür. O da hesab edir ki, qanunvericilik, məhkəmə hakimiyyəti və icra orqanının bir şəxsin əlində cəmləşməsi ölkəni diktaturaya gətirib çıxaracaq.O, məhz bu səbəbdən etirazını bildirdi və partiya qərarı ilə şəxsi fikri əks olduğu üçün sədr müavini vəzifəsindən uzaqlaşdı. Onun qərarına hörmətlə yanaşıram. Hər bir millət vəkili bu məsələdə müstəqil fikri ilə hərəkət etməlidir. Konstitusiyaya dəyişiklik sadəcə bir kəsimi əhatə etmir, bütün türk millətinin gələcəyi ilə bağlıdır. Türkiyədə ya demokratiya olacaq, ya da olmayacaq. Biz demokratiyadan yanayıq. Demokratiyanı aradan qaldıran qanun layihəsini dəstəkləmirik.

     

    - MHP-də sizin düşüncələrinizi paylaşan nə qədər deputat var?

     

    - İlkin səsvermədə 16 nəfər qanun layihəsinin əleyhinə səs verdi. Bu say arta bilər.

     

     

    - Partiya sədri Dövlət Baxçalı qərarınıza necə reaksiya verdi? Onunla görüşüb- söhbətləşmək imkanınız olubmu?

     

    - Dünən onunla görüşdüm, qərarıma hörmətlə yanaşdığını dedi. Mən də öz növbəmdə ülkücü tərbiyəmə uyğun olaraq cənab sədrə hörmətsizlik etməyəcəyimi söylədim. Konstitusiyaya dəyişikliklə bağlı narahatlığımı onun diqqətinə çatdırdım. O ilk açıqlamasında bildirmişdi ki, mən layihəyə “hə” deyəcəyəm, amma qrup şəklində qərar verə bilmərik, hər millət vəkili öz qərarını verəcək. Bu kimi məsələlər partiya səviyyəsində olan məsələ deyil. Partiyadan da yüksək səviyyəli məsələdir, çünki Türkiyənin gələcək idarəçilik sisteminin yenidən müəyyənləşdirməsinə qərar veririk. Bu dəyişikliyi qəbul edəcəyik, yoxsa etməyəcəyik, əsas məsələ budur. Nə lider, nə doktrina mənə ölkənin tək adam tərəfindən idarə olunmasına yönəlik layihəyə “hə” deməyə məcbur edə bilər. Liderə hörmət ayrı bir şeydir, hansısa yanlışa qarşı mövqe nümayiş etdirmək isə tamam başqa şeydir. Əgər bu yanlışlıq ölkənin gələcəyini məhv edirsə, heç nə məni ona qarşı çıxmağa mane ola bilməz. Dəyişikliyə əsasən, qanunvericiliklə bağlı səlahiyyətlərin bir qismi icraedici orqana həvalə edilə bilər. Bu isə Ana Yasanın 7-ci maddəsinə ziddir. Bu maddədə deyilir ki, qanunvericilik səlahiyyəti türk milləti adından Türkiyə Böyük Millət Məclisinə aiddir və bu səlahiyyət başqa orqana verilə bilməz. Lakin dəyişikliyə əsasən, prezidentə icra ilə bağlı məsələlərdə qanunvericilik təşəbbüsü ilə çıxış emək səlahiyyəti verilir. Konstitusiyaya dəyişikliyə “yox” demək üçün elə təkcə bu maddə ilə bağlı düzəliş yetərlidir və bu layihənin ləğvinə qərar vermək lazımdır. Baş nazir olmayacaq, prezidenteyni zamanda məhkəmə orqanlarına təyinat hüququna malik olacaq. Hakimlərin yarısını prezident təyin edəcək, digər hakimləri isə simvolik parlament. Sabah özü məhkəmə qarşısına çıxarsa, onu hansı hakim mühakimə edəcək? Özünün təyin etdiyi hakimlər?!

     

    - Cümhurriyyətçi Xalq Partiyası( CHP) MHP-yə nisbətən daha radikal mövqe nümayiş edirir. Onların yanaşmasını necə şərh edərdiniz?

     

    - Onları tənqid etməyim düzgün olmaz. CHP-li millət vəkilləri layihə ilə bağlı öz müxalifət anlayışları çərçivəsində reaksiya göstərirlər. Hesab edirəm ki, hansı partiyanın üzvü olur-olsun, o cümlədən, iqtidar partiyasının millət vəkilləri də öz şəxsi iradəsi və ağlı ilə qərar verməlidirlər. Liderləri və bəzi şəxslərin istəkləri ilə hərəkət etməməlidirlər.Sabah övladlarının və nəvələrinin necə Türkiyədə yaşayacaqlarını düşünüb qərar versələr daha yaxşı olardı.

     

    - MHP-də baş verənlər, partiyanın ölkə həyatındakı proseslərlə bağlı mövqeyi Azərbaycanda diqqətlə izlənilir. Partiyanızın son seçkilərdə mandat itirməsi və müxalif partiya kimi zəiflədiyi fikirləri səslənir. Belə yanaşmalarla razısınızmı?

     

    - Türkiyədə insanlar partiyalara niyə səs verirlər? İqtidar olsunlar deyə! Amma siz iqtidar olmaq istəmirsinizsə, səs verməzlər. İkincisi, təbii ki, partiyanın gəncliyini inkişaf etdirmək və formalaşdırmaq lazımdır. Həm siyasət üçün, həm də qlobal düşüncədə, kültürəl olaraq yetişdirməlisiniz ki, nəyə hörmətlə yanaşacağını, nəyi tənqid edəcəyini özü bilsin. Sabah iqtidara gələndə dövləti idarə etmək üçün ixtisaslı və peşəkar kadrınız olmazsa,uğur qazana bilməzsiniz.

     

    - Gələcəklə bağlı pozitiv düşüncədəsiniz, yoxsa?..

     

    - Əgər qanun layihəsi təsdiqlənərsə, bunun nəticələri çox ağır olacaq. Türkiyə cəmiyyəti sabah daha böyük təpki göstərə bilər, bu isə qopmalara səbəb olacaq. Bir dövlət hüquq dövlətidirsə, ayaqda qala bilər, əks halda bu, mümkün deyil. Mən qanunvericilik orqanının müstəqil olmasını, parlament və məhkəmə orqanlarının bir adamın əmri ilə hərəkət etməməsinin tərəfdarıyam. Hər bir qurum müstəqil qüvvə kimi qalmalıdır, ölkə rəhbərliyinin bir şəxsin əlində cəmləşməsinin əleyhinəyəm. Fikirlərimi sərt tənqid edənlər var, bəs görəsən onlar diktatorluq istəyirlər? Əgər belədirsə vay Türkiyənin halına. Allah hamımızın yardımçısı olsun!