Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    12
    00:10:45
    Yanvar
    467 nəfər oxuyub

    Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ

    Ötən ilin sonlarından başlayaraq, Türkiyədə prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan layihə ölkəni, demək olar ki, bir-birinə vurub. Onsuz terror təşkilatlarının təhdidi altında olan ölkə gündəmini indi də partiyaların, millət vəkillərinin qarşıdurması zəbt edib. Hətta bu gün qardaş ölkədə, sözün əsl mənasında, demokratiya uğrunda savaş gedir. Çünki layihənin əleyhinə olan kəsim Türkiyədə başqanlıq sistemi elan olunduğu halda demokratiyanın təhlükə altına düşəcəyini vurğulayır və bunun baş verməməsi üçün mübarizə aparır. Bu gün isə Türkiyə parlamenti səs çoxluğuyla konstitusiyaya dəyişiklik təklifini qəbul etdi.

    Belə bir qarışıq zamandaTürkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu ilə ölkədəki vəziyyəti dəyərləndirdik. Xəbər365Yusif Halaçoğlunun müsahibəsini təqdim edir:

     

     

    - Yusif bəy, Türkiyədə Konstitusiyaya dəyişikliyi nəzərdə tutan qanun layihəsi ilə bağlı son günlər qızğın müzakirələr gedir. Polemika Milliyətçi Hərəkat Partiyasında da müşahidə olunur. Sizin bu layihə ilə bağlı qərarınız necədir?

     

    - Konstitusiyaya dəyişikliyə qarşıyam və “yox” deyirəm. Qanunvericilik və məhkəmə orqanının bir şəxsi əlində cəmləşməsi demokratiyaya ziddir. Bu layihə hazırkı prezident üçün hazırlanıb. Ana Yasaya dəyişiklik olarsa, Türkiyə Böyük Millət Məclisi simvolik quruma çevriləcək.

     

    - MHP başqanı Dövlət Baxçalı isə fərqli mövqe nümayiş etdirir. Bu fikir ayrılığının səbəbi nədir?

     

    - Türkiyə Konstitusiyasına görə, hər kəs müstəqil iradəsini nümayiş etdirir və partiya yekun qərar vermir. Konstitusiyaya dəyişikliklə bağlı da hər bir millət vəkilinin özgür iradəsi ilə hərəkət etmək haqqı var. Bir sözlə, mənim qərarım partiyanın qərarı ilə uyuşmur.

     

     

    - Baxçalının qərarına sərt təpki göstərən MHP-lilər də oldu, sədr müavini Atilla Kaya istefa verdi. Onun qərarını necə qiymətləndirirsiniz?

     

    - Atilla Kaya da bizim kimi düşünür. O da hesab edir ki, qanunvericilik, məhkəmə hakimiyyəti və icra orqanının bir şəxsin əlində cəmləşməsi ölkəni diktaturaya gətirib çıxaracaq.O, məhz bu səbəbdən etirazını bildirdi və partiya qərarı ilə şəxsi fikri əks olduğu üçün sədr müavini vəzifəsindən uzaqlaşdı. Onun qərarına hörmətlə yanaşıram. Hər bir millət vəkili bu məsələdə müstəqil fikri ilə hərəkət etməlidir. Konstitusiyaya dəyişiklik sadəcə bir kəsimi əhatə etmir, bütün türk millətinin gələcəyi ilə bağlıdır. Türkiyədə ya demokratiya olacaq, ya da olmayacaq. Biz demokratiyadan yanayıq. Demokratiyanı aradan qaldıran qanun layihəsini dəstəkləmirik.

     

    - MHP-də sizin düşüncələrinizi paylaşan nə qədər deputat var?

     

    - İlkin səsvermədə 16 nəfər qanun layihəsinin əleyhinə səs verdi. Bu say arta bilər.

     

     

    - Partiya sədri Dövlət Baxçalı qərarınıza necə reaksiya verdi? Onunla görüşüb- söhbətləşmək imkanınız olubmu?

     

    - Dünən onunla görüşdüm, qərarıma hörmətlə yanaşdığını dedi. Mən də öz növbəmdə ülkücü tərbiyəmə uyğun olaraq cənab sədrə hörmətsizlik etməyəcəyimi söylədim. Konstitusiyaya dəyişikliklə bağlı narahatlığımı onun diqqətinə çatdırdım. O ilk açıqlamasında bildirmişdi ki, mən layihəyə “hə” deyəcəyəm, amma qrup şəklində qərar verə bilmərik, hər millət vəkili öz qərarını verəcək. Bu kimi məsələlər partiya səviyyəsində olan məsələ deyil. Partiyadan da yüksək səviyyəli məsələdir, çünki Türkiyənin gələcək idarəçilik sisteminin yenidən müəyyənləşdirməsinə qərar veririk. Bu dəyişikliyi qəbul edəcəyik, yoxsa etməyəcəyik, əsas məsələ budur. Nə lider, nə doktrina mənə ölkənin tək adam tərəfindən idarə olunmasına yönəlik layihəyə “hə” deməyə məcbur edə bilər. Liderə hörmət ayrı bir şeydir, hansısa yanlışa qarşı mövqe nümayiş etdirmək isə tamam başqa şeydir. Əgər bu yanlışlıq ölkənin gələcəyini məhv edirsə, heç nə məni ona qarşı çıxmağa mane ola bilməz. Dəyişikliyə əsasən, qanunvericiliklə bağlı səlahiyyətlərin bir qismi icraedici orqana həvalə edilə bilər. Bu isə Ana Yasanın 7-ci maddəsinə ziddir. Bu maddədə deyilir ki, qanunvericilik səlahiyyəti türk milləti adından Türkiyə Böyük Millət Məclisinə aiddir və bu səlahiyyət başqa orqana verilə bilməz. Lakin dəyişikliyə əsasən, prezidentə icra ilə bağlı məsələlərdə qanunvericilik təşəbbüsü ilə çıxış emək səlahiyyəti verilir. Konstitusiyaya dəyişikliyə “yox” demək üçün elə təkcə bu maddə ilə bağlı düzəliş yetərlidir və bu layihənin ləğvinə qərar vermək lazımdır. Baş nazir olmayacaq, prezidenteyni zamanda məhkəmə orqanlarına təyinat hüququna malik olacaq. Hakimlərin yarısını prezident təyin edəcək, digər hakimləri isə simvolik parlament. Sabah özü məhkəmə qarşısına çıxarsa, onu hansı hakim mühakimə edəcək? Özünün təyin etdiyi hakimlər?!

     

    - Cümhurriyyətçi Xalq Partiyası( CHP) MHP-yə nisbətən daha radikal mövqe nümayiş edirir. Onların yanaşmasını necə şərh edərdiniz?

     

    - Onları tənqid etməyim düzgün olmaz. CHP-li millət vəkilləri layihə ilə bağlı öz müxalifət anlayışları çərçivəsində reaksiya göstərirlər. Hesab edirəm ki, hansı partiyanın üzvü olur-olsun, o cümlədən, iqtidar partiyasının millət vəkilləri də öz şəxsi iradəsi və ağlı ilə qərar verməlidirlər. Liderləri və bəzi şəxslərin istəkləri ilə hərəkət etməməlidirlər.Sabah övladlarının və nəvələrinin necə Türkiyədə yaşayacaqlarını düşünüb qərar versələr daha yaxşı olardı.

     

    - MHP-də baş verənlər, partiyanın ölkə həyatındakı proseslərlə bağlı mövqeyi Azərbaycanda diqqətlə izlənilir. Partiyanızın son seçkilərdə mandat itirməsi və müxalif partiya kimi zəiflədiyi fikirləri səslənir. Belə yanaşmalarla razısınızmı?

     

    - Türkiyədə insanlar partiyalara niyə səs verirlər? İqtidar olsunlar deyə! Amma siz iqtidar olmaq istəmirsinizsə, səs verməzlər. İkincisi, təbii ki, partiyanın gəncliyini inkişaf etdirmək və formalaşdırmaq lazımdır. Həm siyasət üçün, həm də qlobal düşüncədə, kültürəl olaraq yetişdirməlisiniz ki, nəyə hörmətlə yanaşacağını, nəyi tənqid edəcəyini özü bilsin. Sabah iqtidara gələndə dövləti idarə etmək üçün ixtisaslı və peşəkar kadrınız olmazsa,uğur qazana bilməzsiniz.

     

    - Gələcəklə bağlı pozitiv düşüncədəsiniz, yoxsa?..

     

    - Əgər qanun layihəsi təsdiqlənərsə, bunun nəticələri çox ağır olacaq. Türkiyə cəmiyyəti sabah daha böyük təpki göstərə bilər, bu isə qopmalara səbəb olacaq. Bir dövlət hüquq dövlətidirsə, ayaqda qala bilər, əks halda bu, mümkün deyil. Mən qanunvericilik orqanının müstəqil olmasını, parlament və məhkəmə orqanlarının bir adamın əmri ilə hərəkət etməməsinin tərəfdarıyam. Hər bir qurum müstəqil qüvvə kimi qalmalıdır, ölkə rəhbərliyinin bir şəxsin əlində cəmləşməsinin əleyhinəyəm. Fikirlərimi sərt tənqid edənlər var, bəs görəsən onlar diktatorluq istəyirlər? Əgər belədirsə vay Türkiyənin halına. Allah hamımızın yardımçısı olsun!