Xəbər lenti

  • 2017-03-26
  • 12:52 Yaponiyada quş qripinə görə 300 minədək toyuq məhv edilib
    12:30 İraqın neft naziri Rusiyaya səfər edəcək
    12:09 ABŞ şirkətləri "YouTube"ni boykot etdi
    11:54 Üzük barmağında qaldı - FHN-i köməyə çağırdı
    11:31 "Türkiyə suriyalı qaçqınlarla bağlı fədakarlıq göstərdi"
    11:08 Türkiyəli nazir Hakan Şükür qərarına etiraz etdi
    10:53 Ermənistan tərəfi atəşkəs rejimini 118 dəfə pozub
    10:31 Bu bazar Müsfiq Ötgün tövsiyə edir
    10:10 İslandiya sahillərində zəlzələ olub
    09:55 Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma oldu - VİDEO
    09:33 Bolqarıstanda parlament seçkiləri keçirilir
    09:12 Rus Dram Teatrı aprel repertuarını açıqlayıb
    08:57 Britaniyada güclü partlayış baş verdi
    08:32 Məşhur aktyor referenduma "Yox" dedi - Serialdan qovuldu
    08:07 Ukrayna Rusiya qarşısında şərt qoydu
  • 2017-03-25
  • 23:21 Banqladeşdə partlayış: 3 ölü, 30 yaralı
    22:53 ABŞ səkkiz Rusiya şirkətinə sanksiya tətbiq etdi
    22:35 Rusiya: Talibanı silahlandırmırıq
    22:15 İsveçrənin səfir köməkçisi Ankara XİN-nə çağırıldı
    21:50 "Ukraynanı Rusiyaya qarşı silahlandırmaq lazımdır"
    21:40 Ərdoğan: AB ilə müzakirələr üçün referendum edə bilərik
    21:24 Millimizin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib
    21:00 Bu il Avropaya köçən miqrantların sayı açıqlandı
    20:47 İsveçrədə terror təşkilatı Ərdoğanı hədəf göstərdi: Öldürün
    20:32 ABŞ ordusu 200 dinc sakini öldürdüyünü etiraf etdi
    20:14 Rus turistlərə Atatürk xəbərdarlığı
    19:45 Türkiyəli millət vəkilinin Bolqarıstana girişi qadağan edildi
    19:35 Əfqanıstanda polis bölməsinə hücum: 16 ölü
    19:15 300 AKP-li istefa verib CHP-yə qoşuldu
    18:47 Uşaq məhkumlar həbsxananı yandırdılar
    18:35 Azərbaycana çətir idxalı 2 dəfə artıb
    18:20 İlham Əliyev banqladeşli həmkarını təbrik etdi
    18:10 Facebook növbəti yeniliyə hazırlaşır
    17:50 Baykal: "Mən "yox" deyirəm, mənə "terrorçu" deyənin isə..."
    17:40 İraq Mosuldakı əməliyyatı dayandırdı - SƏBƏBİ
    17:20 Tatlıses də FETÖ qurbanı imiş
    17:00 Tusk: Vahid və müstəqil Aİ demokratiya zəmanəti ola bilər
    16:53 Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
    16:35 Ərdoğandan Kılıçdaroğluna: Quzu kimi gəldin
    16:15 "Astana görüşlərini tezləşdirmək lazımdır"
    16:00 Hollivud terroru dəstəkləyən film çəkir
    15:46 Bu gün işıqlar 1 saatlıq söndürüləcək - SƏBƏBİ
    15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
    11
    09:45:04
    Yanvar
    226 nəfər oxuyub

    Azərbaycanda yayılan virusun adı məlum oldu: "Honkonq qripi"

    Son aylar ölkə əhalisi arasında sürətlə yayılan qrip virusu ciddi təşviş yaradıb. 

     

    Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva əhali arasında yayılan bu kəskin virusun A tipli H3N2 qripi olduğunu deyib.

     

    Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır?   

     

    V.Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova Lent.az-a  bildirib ki, ümumiyyətlə qrip virusları dəyişkən viruslardır. Hazırda dünyada insanlar arasında dövr edən qrip virusları A(H1N1) və A(H3N2) adlanır.

     

    Burada H “hemaqqlyutinin”, N isə “neyraminidaza” sözünün qısalmasıdır. Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Və bunların dəyişməsinin nəticəsində qrip virusunun yeni müxtəlif variantları əmələ gəlir.

     

    H. Qədirovanın sözlərinə görə, H3N2 virusu hazırda dünyada dövr edən viruslardan biridir və 1968-69-cu illərdə pandemiya törətmişdi: “Bu qrip virusuna “Honkonq qripi" də deyilir: "Ötən il H1N1 ( "İspan qripi") virusu daha geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə isə, 2016-cı ilin sonu və bu ilin əvvəllərində Avropa ölkələrinin əksəriyyətində H3N2 virusu H1N1-dən daha çox yayılıb. Müxtəlif ölkələrdə xəstələnənlər arasında bu virusun üstünlük təşkil etməsi qeyd olunur.

     

    Ümumiyyətlə H3N2 virusu daha yüngül xəstəlik törədir.  Ağır pandemiya məhz o biri viruslarla bağlı yaşanır. Hazırda əhali arasında sürətlə yayılmış bu xəstəlik yüngül keçən mövsümi qrip xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyüklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur”.

     

    H3N2 virusunun törətdiyi xəstəliyin əlamətlərini sadalayan H.Qədirova bildirib ki, xəstələr əsasən zəiflikdən, 38 dərəcədən yüksək hərarət, titrəmə, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər, bunlarla yanaşı, halsızlıq, yuxarı tənəffüs yollarının iltihabı, boğazda yanma, öskürək və zökəm kimi şikayətlər də ola bilər. Bəzi hallarda isə ürək bulanma və qusma kimi hallar da yaşanır.

     

    H.Qədirova vurğulayıb ki, bu əlamətlər müşahidə edilən şəxs mütləq yataq rejimində olmalıdır: “Həmin şəxs mütləq ayrıca otaqda, yataq şəraitində qalmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetlər ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Çünki bu virusun orqanizmdən çıxması üçün bol maye qəbulu zəruridir.

     

    Bundan başqa, Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Bu dərman preparatları uşaqlar üçün də istifadə edilə bilər, hər yaş üçün uyğun dozası var.

    Qripin ən təhlükəli xüsusiyyəti onun fəsadlarıdır. H3N2 qrip virusunun ən ağır fəsadı ağciyər pnevmoniyası,  ağciyər çatışmazlığı, meningit və qulaq iltihabıdır. Belə ağır fəsadlaşmalar olduğu halda isə evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Və həkimin məsləhəti ilə antibiotik müalicəsinə başlamaq olar”.

     

     

     

    Adı çəkilən H3N2 qrip virusuna qarşı vaksinin mövcud olduğunu xatırladan H. Qədirova bildirib ki, xəstəliyin yayılma təhlükəsi yarananda vaksinasiya etmək lazımdır: “Tam müdafiə etməsə də, xeyli qoruyur. Bu vaksin həm H1N1, həm H3N2 , üstəlik digər qrip viruslarına qarşı istifadə edilə bilər. Payız mövsümündə, oktyabr-noyabr aylarından vaksini vurdurmaq lazımdır. Bilirsiniz ki, immunitetin əmələ gəlməsi üçün bir-iki həftə vaxt lazımdır. Sadaladığımız əlamətlər qripəbənzər kəskin respirator virus infeksiyaları, eləcə də adenavirus zamanı da yaşana  bilər. Buna görə də xəstəliyin qrip olduğunu dəqiqləşdirmək üçün diaqnostika üsulları ilə virusoloji diaqnoz qoyulmalıdır”.

     

    2 nəfərdə H3N2 qrip virusu aşkarlanıb

     

    Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Lent.az-a açıqlamasında deyib ki,  oktyabr ayından bu günə qədər Respublika Taun Əleyhinə Stansiyasına tibb müəssisələrindən 165 yaxma nümunəsi daxil olub.

     

    R. İsmayılova bildirib ki, daxil olan  nümunələrin laborator müayinəsi zamanı paraqrip, adenavirus, kəskin respirator viruslar aşkarlanıb: “İki nəfərdən götürülmüş yaxma nümunəsində isə H3N2 qrip virusu aşkarlanıb. Həmin şəxslərdə kliniki əlamətlər yüngül keçdiyi üçün onlar qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təşkil olunmuş xüsusi palatalara yerləşdirilmədilər. Müalicə təyin olundu və artıq sağalıblar”.

     

    R.İsmayılova əlavə edib ki, hazırda qriplə bağlı əhali arasında nəzarət ciddi aparılır  və ölkədə qrip xəstəliyi epidemik həddi keçməyib: “Qriplə bağlı epidemioloji durum sabitdir. Epidemik həddən çox aşağıdır”.

     

     

    Səhiyyə Nazirliyi: Panikaya əsas yoxdur

     

     

    Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov Lent.az-a açıqlamasında deyib ki, əhali arasında yayılmış xəstəlik mövsümi qripdir və təşvişə gərək yoxdur.

     

    V.Qasımovun sözlərinə görə, hər il olduğu kimi bu il də mövsümi qriplə bağlı artım müşahidə olunur: “Keçən il bundan da çox mövsümi qripə yoluxma halı qeydə alınmışdı.  Azərbaycanda hələ ki, epidemioloji hədd keçilməyib. Xəstələnmə epidemioloji həddən aşağıdır. Maksimum həddə çatanda artıq başqa tədbirlər görüləcək. Məktəblər, iş yerləri bağlanacaq. hazırda həmin vəziyyətə çatmamışıq. Ölkədə epidemioloji hal elan edilməsi üçün epidemik həddin hesablanma düsturu var ki, bu Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hesablanır. Hazırda ölkədə epidemioloji durum sabitdir və daim nəzarətdədir. Hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır".

     

    Əhali arasında qripdən ölənlərin olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən V. Qasımov deyib ki, bu fikirlər həqiqətə uyğun deyil: “ Əgər ölüm halı olubsa, bunu gizlətmək olmaz axı. Belə bir şey yoxdur. Səhiyyə Nazirliyi bir daha bildirir ki, bəli, bu il mövsümi qriplə bağlı artım var və lazımı tədbirlər görülür”.

     

    V.Qasımov son olaraq əhalinin nəzərinə çatdırıb ki, xəstə olanda mütləq tibb müəssisələrinə müraciət etsinlər: “ Xəstə olan kimi dərhal bilib-bilmədən aptekə qaçmayın. Ailədə, qonşuda, qohumda xəstə varsa, təkidlə onu həkimə aparın”.