Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    11
    11:24:41
    Yanvar
    1398 nəfər oxuyub

    Neft Fondunun büdcəsiylə bağlı 8 vacib məqam açıqlandı

    Yanvarın 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman verib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat məbləğində təsdiq edilib. 

     

    Bu məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu "Bu il üçün ARDNF-nin büdcə kəsiri 42,2 faiz proqnozlaşdırılıb" deyir: 

     

    "ARDNF-nin 2017-ci il üçün büdcəsi ilə əlaqədar aşağıdakı məqamlara diqqət çəkmək istərdim. 

    1) Fondun büdcəsinin təsdiqi proseduru pozulur. Bu il üçün də ARDNF-nin büdcəsi 1 ay 10 gün gecikdilərək təsdiq edilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”. Təəssüf ki, qanunvericiliyin bu tələbi ARDNF yaranandan bu günədək heç vaxt yerinə yetirilməyib. 
    2) Fondun büdcəsinin kəsiri kəskin artır. İlk dəfədir ki, ARDNF-nin büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu i il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da xərclərin 42,2 faizinin Fondun aktivləri hesabına maliyyələşdiriləcəyinə deməyə əsas verir. Bu il ilk dəfədir ki, o Fondun illik gözlənilən gəlirləri onun planlaşdıırlan xərclərinin 57,8 faizini örtə biləcək. 
    3) Fondun mədaxilinin təminatında tükənən və azalan gəlirlər üstünlük təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri əsasən Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər hesabına formalaşacaq. Bu il üçün proqnoza görə, bu mənbədən Fondun büdcəsinə 7 milyard 550 milyon 705,3 min manat vəsait daxil olacaq ki, bu da ümumi gəlirləri 90,2 faizini təşkil edəcək. Bu məbləğ neft və qaz hasilastının səviyyəsidən və dünya bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. 
    4) Fondun aktivlərinin idarəolunmasından gəlirləri manatla artır. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, Fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq. 
    5) Böhranın xərcləri Fonddan maliyyələşdirilir. İlk dəfə olaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub. Onun yuxarı həddi 7,5 milyard manat müəyyən edilib ki, bu da Fondun cari ildə proqnozlaşdıırlan gəlirlərin 90 faizə qədərini təşkil edir. Halbuki, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”nın qüvvədə olduğu dövrdə “daimi real xərclər” prinsipi əsasında müəyyənləşdirilmiş xərc hədlərinə riayət olunmalıdır. Bu qayda yenə də pozulub. Strategiyaya görə, ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə (neft sektoru istisna olmaqla, ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərqə) əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır. Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və nəzərə almaq lazımdır ki, qeyri-neft kəsiri belə sürətlə ani dəyişə bilməz.
    6) Fiskal qaydalar olmadan Fondun gəlirlərinin dördə üçündən çoxu xərclənir. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb. Bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Lakin, hətta bu qaydalar bu il hazırlansa da növbəti ildən qüvvəyə minəcək, bu isə o deməkdir ki, bu il də nəzərə alınmaqla hökümət fiskal qaydalrı Fondun gəlirlərinin 80 faizə qədərini xərcləyəndən sonra tətbiq edəcək. Bu isə o deməkdir ki, indiyə qədər qaydasız xərclənən neft gəlirləri tənzimlənməyib. Təbii sərvətlərdən gəlirlərin idarə olunmasında fiskal qaydalar və fiskal çərçivə çox vacib olsa da bununla əlaqədar olaraq, hökümətə dəfələrlə təkliflər versək də indiyə qədər nəzərə alınmayıb. Tərəfimizdən sonuncu belə təklifi 2012-ci ildə Maliyyə Nazirliyinə təqdim olunub. Hazırda yenə də aşağıdakı suallar açıq qalır:
    • Hər il Fonddan gəlirlərin neçə faizi çıxarıla bilər?
    • Uzun müddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə idarə olunur?
    • Hansı xərc maddələri Fonddan maliyyələşdirə bilər, hansılar maliyyələşdirilə bilməz?
    7) Fondun büdcəsinə Hesablama Palatası rəy vermir. “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə görə, Hesablama Palatası Neft Fondunun büdcəsi ilə bağlı rəy verməlidir. Belə ki, Nizamnamənin 4-cü bəndinin 12-ci maddəsində qeyd olunur ki, “Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (institutlarının) büdcə layihələri ilə bağlı rəy vermək. Bu, Hesablama Palatasının əsas öhdəliklərindən biridir. Bundan əlavə, 29 dekabr 2000-ci il tarixli 434 saylı Prezident Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 1.3-cü maddəsində qeyd olunur ki, “Fond büdcədənkənar institutdur”. Ona görə də Hesablama Palatası Neft Fondunun büdcəsinə dair rəy verməlidir. Hesablama Palatası tərəfindən Neft Fondunun budcəsinə rəy verilməməsi, eləcə də ali audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçılı rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.
    8) Fondun fəaliyyətinə ictimai nəzarət yoxdur. Dövlət Neft Fondunun Əsasnaməsinin 5.4-cü maddəsində deyilir: “Müşahidə Şurası” Fondun fəaliyyəti üzərində ümumi rəhbərliyi təmin etmək üçün müvafiq dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılır.” (Fondun Müşahidə Şurasında vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsinin təmsil olunması) əməl olunmadığı üçün onun idarə olunmasında vətəndaş iştirakçılığı və ictimai nəzarət imkanları məhdudlaşdırır və bu da Müşahidə Şurasının formal fəaliyyətini şərtləndirir. 
    Yekun olaraq onu qeyd etmək istərdim ki, bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir. Eyni zamanda, Hesablama Palatasını, parlamenti və vətəndaş cəmiyyəti təşkilatlarını bu prosesdən kənarda qoymaqla bir tərəfdən xərcləmələrlə bağlı qərarların qəbul edilməsini icra hakimiyyətinin inhisarında saxlamağa səbəb olur, digər tərəfdən isə şəffaflığın və ictimai nəzarətin təmin olumamasına yol açır".