Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    11
    13:12:19
    Yanvar
    875 nəfər oxuyub

    Sabir Rüstəmxanlı: Xoşuma gəlməyən şeylər baş verir

    "Türkiyə siyasəti son vaxtlar məni az maraqlandırır"

     

    Son dövrlərdə Türkiyə terror hadisələriylə tez-tez gündəmə gəlsə də, ölkənin siyasi gündəmi də durulmaq bilmir. Yeni ilin başlanğıcında itimai-siyasi narazılıq və qarşıdurmalara şahidlik etməkdəyik. Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavinin istefası, ardınca onun ölkə prezidentinə açıq məktubu, konstistusiya dəyişiklikləri üçün keçirilən səsvermə zamanı yaranan qalmaqal Azərbaycan mətbuatının da gündəmində xüsusi yer alıb.

     

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, Türkiyənin MHP sədr müavini Atilla Kayanın istefasına və qardaş ölkədə baş verənlərə münasibət bildirib.

     

    O, xeber365.com-a açıqlamasında deyib ki, Atilla Kayanın istefasına hörmətlə yanaşır: “Atilla Kayanın istefasından media vasitəsilə xəbərdar oldum, amma MHP-də və ümumilikdə Türkiyədə hansı proseslər getdiyindən, arxasında nələr dayandığından, MHP-nin başqanlıq anayasası ilə bağlı nədən razılaşdığı barədə dəqiq məlumatlı deyiləm. Atilla Kaya dostumdur, vicdanlı adamdır, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvüdür, o, belə bir addım atıbsa, qərarına hörmətlə yanaşıram”.

     

    Atilla Kayanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı açıq məktubla tanış olduğunu deyən Sabir Rüstəmxanlı məsələ ilə bağlı hər hansı fikir bildirmək istəmədiyini vurğulayıb.

     

    O, MHP-dəki dostları ilə son vaxtlar az-az təmas qurduğunu deyib: “Partiyadakı dostlarıma da son zamanlar zəng vurmuram, Türkiyəyə də getməmişəm deyə əlaqə qurub söhbətləşə bilməmişəm. Ümumiyyətlə, Türkiyə siyasəti son vaxtlar məni az maraqlandırır. Proseslər bəyənmədiyim məcrada davam edir, xoşuma gəlməyən şeylər baş verir”.