Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    11
    16:56:05
    Yanvar
    606 nəfər oxuyub

    Qubad İbadoğlu hakimiyyəti debata dəvət etdi

    İqtisadçı-ekspert Qubad İbadoğlu ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadçılarla bağlı söylədiyi fikirlərə  münasibət bildirib.

    Xəbər365 bildirir ki, iqtisadçı öz facebook səhifəsində bunları deyib: "Əvvala qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, həqiqətən də ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq.

    İkincisi, hesab edirəm ki, bu açıqlama yerli iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu daha aydın görsənir. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin çox böyük əksəriyyəti bu hakimiyyətin yalnış, səbatsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ğlkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki, ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər"