Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    11
    19:58:28
    Yanvar
    88 nəfər oxuyub

    Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub

    Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov yanvarın 11-də Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə direktoru Filip Buaya və Siyasi məsələlər üzrə direktoru Aleksandr Qessellə görüşüb.


    Respublika Baş Prokurorluğun mətbuat xidmətindən Xeber365-ə verilən məlumata görə, görüşdə Baş prokurorun müvini Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirərək örezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində imzaladığı qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.


    İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Namiq Əsgərov çıxışında, respublikamızda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini, eyni zamanda cinayət təqibi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun rolu və bu istiqamətdə respublikanın digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulduğunu xüsusi vurğulayıb.


    Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Filip Buaya əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.


    Tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılan görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç iştirak edib.