Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    12
    12:10:19
    Yanvar
    89 nəfər oxuyub

    ABŞ kürdlərin Suriya danışıqlarında tərəf olmasını istəyir

    ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik brifinqdə deyib ki, Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlarda kürdlər (PYD) də iştirak etməlidir. Amerikalı rəsmi Vaşinqtonun Suriya münaqişəsinin həlli prosesinin BMT-nin çətiri altında aparılmalı olduğunu bildirib. Toner deyib ki, kürdlər Suriyada gücü olan bir qrupdur, həll prosesində onların da iştirak etməsi lazımdır. 

     

    Eyni zamanda o, ABŞ-ın PYD-nin silahlı qanadı olan YPG-yə silah vermədiyini bildirib. Ancaq eyni zamanda jurnalistlərin “əgər PKK PYD ilə eyni bir təşkilat deyilsə, o zaman PYD-yə nədən silah vermirsiniz” sualına cavab olaraq Türkiyə hakimiyyətinin həssas yanaşmasını nəzərə aldıqlarını deyib.

     

    Qeyd edək ki, PYD-nin hərbi qanadı YPG Suriya münaqişəsinin ilk illərində yaranıb və tezliklə kürdlərin sıx yaşadığı şimal kantonlarının 3-də nəzarəti ələ alıblar. Daha sonra İŞİD o bölgədə gücə çevrildikdən sonra ABŞ İŞİD-ə qarşı YPG-ni dəstəkləyib. Kobani qəsəbəsinə İŞİD-in hücumu zamanı beynəlxalq koalisiya hava dəstəyi ilə kürdlərin qəsəbəni qorumasına nail olublar. Ancaq kürdlərin tədricən Suriyanın şimalında gücə çevrilməsi Ankaranı narahat etməyə başlayıb və Vaşinqtona etirazlardan sonra 2015-ci ilin payızında Pentaqon kürdlərə yardımı dayandırdığını bəyan edib. Məhz bu dövrdə kürdlərin silahlı qüvvələri - ərəb və türkmənlərdən ibarət yeni Suriya Demokratik Qüvvələri adlı birlik yaradılıb. Bu qruplaşmaya Qərb ölkələri ciddi şəkildə dəstək verir. ABŞ və Avropa ölkələri İŞİD-ə qarşı mübarizədə SDQ-nin qüvvələrindən quruda əməliyyat gücləri kimi istifadə edir. Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin təlimatçıları SDQ-yə müxtəlif silah və təchizat yardımı edir. 100 fransız təlimatçısının SDQ-yə yardım etdiyi bildirilir. Ümumilikdə 600 nəfərə yaxın ABŞ hərbi təlimatçısının İŞİD-in Suriyadakı “paytaxtı” Raqqaya hücum əməliyyatı üçün kürdlərə təlim keçdiyi bilinir.

     

    Ancaq Vaşinqtonun bu açıqlaması ən çox Ankaranı narahat edir. Çünki Ankara PYD-ni PKK-nın qolu hesab edir, hər iki qruplaşma sol ideya daşıyıcısıdır, separatizmi, yəni kürd dövləti qurulmasına çalışır. PYD artıq buna müəyyən qədər nail olub. Suriyadakı münaqişədən istifadə edən PYD son illərdə böyük bir ərazini nəzarətə götürüb. Ankara narahatdır ki, İŞİD-dən sonra kürdlər Suriyanın şimalında İraqda olduğu kimi kürd muxtariyyəti yaradacaq və Suriya hakimiyyəti bunu qəbul edəcək. Bu isə Türkiyədə kürd separatizmini gücləndirəcək, Türkiyəyə qarşı ikinci bir kürd təhdidi ortaya çıxacaq. Doğrudur, kürdlər bu iddianı qəbul etmirlər, ancaq istənilən halda sərhədin o tayında kürd muxtariyyəti Ankara üçün başağrısıdır. 

     

    Bu səbəbdən də Türkiyə ordusu ötən ilin 24 avqustunda sərhədi keçərək Suriya ərazisində əməliyyat başlatdı. Hazırda İŞİD-lə qarşıdurmada olan Türkiyə ordusunun kürdlərlə toqquşması qaçılmazdır. Ancaq ən ciddi problem kürdlərin məhz ABŞ tərəfindən dəstəklənməsidir. Vaşinqton kürdləri İŞİD-ə qarşı mübarizə adı altında ciddi şəkildə silahlandırıb və dəstəkləri hələ də davam edir. Vaşinqton məhz SDQ-nin əli ilə Raqqanı təmizləməyə çalışır. 

     

    Bu isə o deməkdir ki, İŞİD-dən sonra bölgədə əsas güc kürdlər olacaq. Bu isə Ankara üçün yolverilməzdir. Ankara hələlik siyasi-diplomatik yollarla Vaşinqtona təzyiq göstərməyə çalışır. Ancaq Tonerin son açıqlaması göstərir ki, Vaşinqton kürdlərin Suriyada keçid prosesində iştirakına və bununla da əslində kürdlərin muxtariyyətinin leqallaşmasına nail olmaq fikrindədir. Bu isə Türkiyə üçün ciddi diplomatik sınaq olacaq, Ankara-Vaşinqton münasibətləri daha da gərginləşəcək. (musavat.com)