Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    05
    14:00:16
    Noyabr
    1555 nəfər oxuyub

    QARA ŞEY AXIRIMIZA NECƏ ÇIXDI?

    Ağlamalı mövzuya gülməli giriş

    Uzun illər Rusiyada yaşayan azərbaycanlı günlərin bir günü kəndinə qayıdır. Özü də tək yox, yanında rus xanımı ilə. Belə qərara alınır ki, həmin bu adam bundan sonra rus arvadı ilə birlikdə kənddə - ata-anasının yanında yaşayacaq. Kənd yeri, Rusiyada yağ-balın içində yaşamağa öyrəşmiş rus və kasıbçılıq. Rus qız hər gün görür ki, oğlan və ailəsi səhər-səhər ağ nə isə yeyirlər. Şorun nə olduğunu bilməyən bu rus buna təəccüblənsə də, ac qalmamaq üçün o da bu sıraya qoşulur. Günlər keçir və ailə hər gün eyni qayda ilə səhərlər şor yeməyə davam edir. Günlərin bir günü səhər rus qızın evdə olmadığının və qaçdığının fərqinə varırlar. Qız stolun üstünə qoyduğu məktubda bircə cümlə yazmışdı: Mən gedirəm, amma o ağ şey nədirsə, sizin axırınıza çıxacaq.

     

    Yaman olur qara şeyin sərxoşluğu

    Bu lətifədəki ailəni Azərbaycana bənzətmək olar. Yeganə fərq odur ki, bizim sonumuza ağ yox, qara şey çıxdı. Əlbəttə, bütün bunlar bir gün baş verməli idi. Daha doğrusu, hakimiyyət qızıl nimçədə önümüzə qoyulan tarixi imkanı neft pullarının sərxoşluğu altında əlinin tərsi ilə geri çevirməsəydi, bəlkə də indi tamam başqa şeylər müzakirə olunar, fərqli mövzulardan danışılardı. Amma istənilən halda, olmalıydı və oldu. İndi artıq sərxoşluq baş ağrıları ilə əvəz olunub və gedişat onu göstərir ki, bu “baş” hələ çox ağrıyacaq.

    Təxminən, iki il əvvələ qədər sıravi vətəndaşdan tutmuş yüksək rütbəli dövlət məmurlarına qədər, demək olar ki, heç kim bütün bunların baş verə biləcəyinə inanmırdı. Azərbaycan iqtidasiyyatı gücünə, inkişaf tempinə görə seçilir, neft vəsaitləri fonunda əzəmətini nümayiş etdirə bilirdi. Lakin birdən-birə hər şey dəyişdi. Dünya bazarında neftin qiymətinin düşməsi özü ilə bərabər bir sıra problemlər də gətirdi. İndi artıq heç kim bu problemləri inkar edə bilmir, sadəcə forma və məzmununu dəyişdirməyə cəhd göstərirlər. Nazirlər kabinetinin bir qrup idxal məhsullarına tətbiq olunan gömrük rüsumunu artırması da kənardan bu cür təsir bağışlayır.

     

    Bir qərarın tarixçəsi

    Oktyabrın 2-də Nazirlər Kabineti Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni gömrük rüsumları müəyyənləşdirdi, daha doğrusu, mövcud rüsumları artırdı. Belə ki, dəyişikliklərə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1, 1000 ədəd toyuq yumurtası üçün 100, 1 kq xiyar üçün 0.2, 1 kq üzüm üçün 0.4, 1 kq soğan üçün 0.2, 1 kq qoz-fındıq üçün 1.5, 1 kq xurma üçün 0.3 dollar gömrük rüsumu ödəniləcək. Meyvə şirələri və spirtli içkilərin 1 litri üçün isə minimum 0.7 dollar idxal rüsumu müəyyənləşdirilib. Bu vaxta qədər mövcud qaydalara əsasən gömrük dəyərinin 15%-i miqdarında idxal rüsumu nəzərdə tutulurdu.  Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətinə nəzərdə tutulmuşdu.

     

    Bahalaşma qaçınılmazdır

    Aidiyyatı qurumlar bu addımın yerli istehsalı qorumaq üçün atıldığını bildirirlər. Belə ki, onların fikrincə xaricdən gətirilən məhsullara qoyulan yüksək rüsum nəticəsində bu malların qiyməti artacaq, belə olan halda isə rəqabətlilik qabiliyyəti azalacaq ki, bu da öz növbəsində yerli istehsalın satışına müsbət təsir göstərəcək. Əslində ilk baxışda bu normal görünür. Dünya ölkələrinin bu sahədə anoloji təcrübələri mövcuddur. Lakin bununla belə heç də hər şeyin iddia edildiyi kimi asan olmayacağı dəqiqdir.

    İlk növbədə onu qeyd etmək lazımdır ki, bu məhsulların bir çoxu üzrə yerli istehsal daxili tələbatı ödəmək gücündə deyil və idxal məhsulları bu sahədəki boşluğu doldura bilirdi. Üstəlik onların istehsal həcmini artırması üçün uzun müddət, hətta iki ildən də çox vaxt lazım gələ bilər ki, bu da qərarın effektivliliyini şübhə altında qoyur. Hətta bunun baş verəcəyini düşünsək belə, həmin vaxta qədər qiymətlər yüksək olacaq ki, bu da əhali üçün arzuedilməzdir. İndi vətəndaşlar hətta yumurtanın, toyuğun qiymətində də bahalaşmanı hiss edib evə əliboş və dilxor qayıda biləcəklər.

     

    Kənd təsərrüfatının problemləri həll edilməyib

    Siyahıya nəzər salanda gömrük rüsumu artırılan əksər malların kənd təsərrüfatına aid olduğu görünür. İllərdir ölkəyə neft milyonlarının axdığı bir dövrdə unudulan və ya az xatırlanan kənd təsərrüfatının Azərbaycanda maliyyə problemlərinin yaşandığı bir dövrdə tezliklə inkişaf etdirilə biləcəyi elə də inandırıcı görünmür. Üstəlik ölkədə iqtisadi problemlərin özünü göstərməyə başladığı dövrdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, demək olar ki, heç bir ciddi uğur əldə edilməyib. Hələ də insanlar devalvasiya qorxusu ilə yaşayır, sahibkarlar bu və ya digər səbəbdən azad şəkildə fəaliyyət göstərə bilmir, dövlətin ayrı-ayrı sahələrdə, o cümlədən, kənd təsərrüfatının inkişafı üçün atdığı addımlar özünü doğrultmur. Belə olan halda yerli istehsalın tezliklə inkişaf edəcəyi və bahalaşmanın azalacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil.  Məsələni  aktuallaşdıran bir digər məsələ isə inhisarların mövcudluğudur. Az qala, hamıya məlumdur ki, ölkə iqtisadiyyatının əsas problemlərindən biri də inhisarlardır və onlara qarşı mübarizədə hələ də ciddi uğur əldə edilməyib. Belə olan halda mövcud qərar əslində onları daha da gücləndirəcək və geniş vüsət almasına gətirib çıxaracaq.  Məsələyə iki tərəfli baxmaq mümkündür. Birincisi, daxildə qiymətlərin normadan artıq qalxmaq ehtimalı var. Yəni inhisarlar onsuz da artmalı olan qiymətləri bir az da  artıra bilərlər – bəhanə də artıq hazırdır. İkincisi isə, xaricdən ölkəyə mal gətirən monopolistlər onsuz da artmış olan qiymətləri bir az da şişirdəcəklər.

     

    Dünənkindən pis, sabahkından yaxşı

    Vaxtilə Hüseyn Cavidin oğlu Ərtoğruldan necə olduğunu soruşanda “Dünənkindən pis, sabahkından yaxşıyam” deyirmiş. Azərbaycanın eyni taleyi yaşamayacağına ümid edək. Əks halda, nəticə indidən məlumdur. Bahaçılıq, problemli kreditlər, daha da ciddi iqtisadi problemlər, əhalinin dövlətə inamının bir az da azalması və s...