Xəbər lenti

  • 2017-01-19
  • 14:35 FTB istədi, rus proqramçı həbs edildi
    14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    10
    19:04:09
    Noyabr
    741 nəfər oxuyub

    BÖYÜK EYFORİYADAN SÜKUTA DOĞRU...

     

    Bəli, Qarabağla bağlı böyük ümidlər ili başa çatmaqdadır. Yazın əvvəlindən başlanan böyük optimizmin əvəzində indi seyrək bəyanatlar və ehtimallar sezilməkdədir...

    Düzdür, payızın ilk günlərində üzücü diplomatik sükut ləng də olsa, pozulmağa başladı. Di gəl ki, böyük hesabla gurultulu və ya sensasion xəbərlər və açıqlamalar da olmadı...

    Bəlkə də rəsmi Bakının bir daha Dağlıq Qarabağa ən yüksək status – muxtar respublika statusu vermək haqdakı bəyanatı belə təsəvvür yarada bilərdi ki, necə deyərlər, artıq buzlar əriyir, amma bu, zahirən belədir. Ən azı ona görə ki, qarşı tərəfin buna reaksiyası haqqında heç nə məlum olmadı...

    Əslində burada da təəccüblü heç nə yoxdur. Bakı Qarabağa əvvəllər daha böyük status formulları təklif etmişdi. Amma onlar da elə bu cür, səssiz-səmirsiz qarşılanmışdı, çünki Yerevanın iddiası həmişə böyük olub və o, həmişə Dağlıq Qarabağa müstəqillik tələb edib...

    Üstəlik həmsədrlərin prezidentləri dekabrda görüşdürməyə çalışacaqları bildirilsə də, bu xəbər də böyük ümidlərə qapılmağa əsas vermir.

    Qərəz, indi Yerevan diplomatik sükut içindədir. Ermənistan diplomatları ora-bura vurnuxsalar da, Bakı ilə danışıqlar stolu arxasına oturmağa tələsmirlər. Bakı da elə bu günlərdə irimiqyaslı hərbi təlimlərə start verdi. Bunun özü isə o deməkdir ki, hər iki tərəf yenidən diplomatiyanı bir tərəfə qoyaraq biri-birinə “əzələ nümayiş” etdirmək yolunu tutub...

     

    SƏBRSİZLİYİMİZİN SƏBƏBİ...

    Bir tərəfdən düşünürsən ki, ən azı 24 il sükuta, Minsk Qrupu həmsədrlərinin biri –birindən tənbəl bəyanatlarına alışmışıqsa, indi niyə səssizlik bizi narahat edir?

    Prinsipcə, son bir-iki ildə və yaxud ayda nə dəyişib? Böyük hesabla heç nə... Bəlkə də dəyişən yeganə odur ki, Rusiya daha on il öncə tanıdığımız ölkə olmaq istəmir, harada bacarırsa və harada mümkündürsə, orada ABŞ üçün, eləcə də bütövlükdə Qərb ölkələri üçün problemlər yaratmağa çalışır.

    Fəqət, Rusiyanın zəif olduğu məqamlarda da digər ölkələr, o cümlədən də, ABŞ Qarabağ problemini həll etmək üçün əllərini-əllərinin üstünə qoymamışdılar.

    Düzdür, bir ara çox gurultulu “dinləmə”lər və “müzakirə”lər olmuşdu. Məsələn, məşhur Ki-Uest (bizdə buna Ki-Vest deyirdilər!) müzakirələrini necə unudasan?..

    Di gəl, ABŞ-ın elə o fəallığı da Rusiyanın fəallaşması ilə bir dövrə təsadüf etmişdi. Ümumiyyətlə, baxıb görürsən ki, ABŞ, eləcə də Fransa da o vaxt “fəallaşırlar” ki, Rusiyadan tərpəniş duyulur...

    Bəzən mənə elə gəlir ki, bir çox hallarda belə “çoxtərəfli çözüm formatı” heç də işin xeyrinə olmur.

    Nə gizlədək, problemin həlli və sülh planının qəbul edilməsi üçün münaqişə tərəflərinə təzyiq zəruridir. Amma di gəl ki, “çoxtərəfli çözüm formatı” buna imkan vermir. Məsələn, Ermənistan özünə qarşı təzyiq hiss edəndə başlayır Fransaya və ya  ABŞ-a tərəf dreyf etməyə... 

    Qərəz, qayıdaq əsas mətləbə... Cəmi dörd – beş ay əvvəl Qarabağ probleminin ətrafında necə bir eyforiya yaşandığını xatırlayanda adam təəccüblənməyə bilmir...

    İxtiyarsız olaraq düşünürsən ki, əcəba, doğrudanmı, vur-tut bir neçə ay ərzində hər şey bu qədər dəyişə bilərmiş?..

    Təbii, bizə ümid verən, həm də bir az səbrsiz edən aprelin ilk günlərindəki hərbi uğurlar idi. Ilk dəfə idi ki, bizim diplomatlar danışıqlar prosesinə üstün hərbi mövqe ilə gedirdilər.

    Fəqət, yalnız bunlar idimi ümid verən? Yox, hətta rusiyalı diplomatların özləri deyirdilər ki, böyük ehtimalla ilin sonunadək problemin çözülməsi istiqamətində çox ciddi addımlar atılacaq. Deyirdilər, ola bilsin, bu ilin sonunda ilk beş rayon qaytarılacaq...

    Həmsədrlər də problemi müzakirə etmək üçün hətta Ankaraya da baş çəkəcəklərini bildirirdilər. Bir az əvvəldə dediyim kimi, hətta ABŞ da bir az fəallaşmış və Rusiyanın səylərinə dəstək verməyə hazır olduğunu da bildirmişdi...

    İndi bunların heç biri yoxdur, sanki vədlər və ümid dolu bəyanatlar heç olmayıbmış...

    Bununla belə yenə də ümidlərimizi itirmir və düşünürdük ki, ən azı, payızda Qarabağ prosesinə yenidən start veriləcək, münaqişə tərəflərini, Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək, bir araya gətirmək və onların mövqelərini yaxınlaşdırmaqçün ciddi cəhdlər ediləcək...

    Bəli, bir az əvvəldə dediyimiz kimi, həmsədrlər dekabrda bunu edəcəklərini bildirirlər. Amma onların da bəyanatında elə bir nikbinlik sezmək olmur...

     

    RUSİYANIN MİN BİR “İZAH”I...

    Dağlıq Qarabağla bağlı bütün söz-söhbətlərə ilin möhürünü bəlkə də ABŞ dövlət katibinin ay yarım bundan öncəki bədbin açıqlaması vurdu...

    Etiraf edirəm ki, bütün bu illər ərzində həmsədr ölkələrin diplomatlarının dilindən belə bədbin açıqlama eşitməmişdim. Hətta ən ümidsiz vaxtlarda, heç bir nəticənin, yaxud irəliləyişin olmadığı hallarda belə həmsədrlər yenə də nikbin notlarda danışmağa üstünlük verir və prosesi davam etdirməyə çağırırdılar...

    Həmin məşhur bəyanat və Azərbaycanın ona rəsmi münasibəti haqqında əvvəllər çox yazdığımdan daha ona burada toxunmayacam...

    Bizə elə gəlir ki, əsas hesabı Rusiyadan soruşmaq lazımdır. Ən azı ona görə ki, “Putin-Lavrov planı” deyib aləmə səs salan onlar idi. Azca əvvəldə dediyimiz kimi ilin sonuna qədər rayonların qaytarılmasını vəd edən onlar idi...

    İndi nə deyirlər? Belə bəlli olur ki, hələ bir neçə il bundan əvvəl sülh planı hazır imiş və sadəcə onu imzalamaq qalırmış. Amma S.Sarkisyan ölkədəki “ictimai ovqat”dan çəkinərək onu imzalamaqdan imtina edib... 

    İnanmaq olarmı bütün bunlara? Bəlkə də olardı, əgər həmin S.Sarkisyan Dağlıq Qarabağa silsilə səfərlər edib oradakı erməniləri militarist şüarlarla, Dağlıq Qarabağın tez bir zamanda müstəqil olacağı haqqında vədlərlə “yedizdirməsəydi”!..

    Eləcə də Rusiyanın səylərinin də səmimiyyətinə şübhə etməmək olardı və düşünmək olardı ki, ölkə elə, doğrudan da, problemi həll etmək üçün çalışır. Əgər bəzi məsələlər olmasaydı...

    Birincisi, Rusiya tərəfdən indi hər hansı tərpəniş yoxdur. Nə oldu? Onlar ki, guya, böyük nikbinliklə məsələyə girişmişdilər?!.

    Geniş yaylmış izah budur ki, yayda Ermənistanda siyasi gərginlik yaşandı. Böyük ehtimalla oxucu yay aylarında Yerevanda polis binasının ələ keçirilməsilə bağlı yaşanan siyasi gərginlyi xatırlayır. Guya ki, həmin  gərginlik “missiya”sını yerinə yetirdi və prezidentlərin görüşünü qeyri-müəyyən müddətə təxirə salmağa imkan verdi...

    Amma bu hamısıdırmı? Rusların bu “izah”ına inanmaq olarmı? Bəlkə də olardı, əgər digər bir detal olmasaydı.. Ötən ayın əvvəlində Ermənistanda Rusiyanın “İskəndər” tipli raketləri nümayiş etdirildi ki, bu haqda da xeyli yazmışıq...

    Düzdür, elə bu xüsusda xeyli mübahisə və təhlillər də oldu. Hamı bircə sual verirdi: raketlər kimə məxsusdur?..

    Halbuki bunun heç əhəmiyyəti yox idi. Əsas o idi ki, Ermənistanda belə raket sistemi mövcuddur...

     

    RUSİYA KİMƏ TƏZYİQ ETMƏYİ DÜŞÜNÜRDÜ?..

    Qarabağ problemini yaxın vaxtlarda çözəcəyini vəd edən Rusiyanın niyə belə etdiyi də xeyli mübahisə doğurdu...

    Bununla nə demək istəyirdi ruslar? Kimə təzyiq etməyi düşünürdülər? Zənnimizcə, bu sualların cavabını tapmaq elə də müşkül məsələ deyildir. 

    Rusiyalı diplomatlar və hərbçilər, eləcə də böyük siyasətin birinci personaları  Azərbaycanı da Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Təşkilatında (KTMT) görmək arzularını gizlətmirlər...

    Azərbaycan hələki bu işarələrə biganədir. Güman ki, Rusiya Ermənistanda öz raketlərini nümayiş etdirməklə Azərbaycana da Kollektiv Təhlükəsizlik Təşkilatında olmağın üstünlüklərini göstərmək istədi...

    Həm də aprel döyüşlərindən sonra Azərbaycanda hələ də Qarabağ problemini hərb yolu ilə çözmək çağırışları səngimirdi. Mümkündür ki, raketlər eləcə də bu çağırışlara bir mesaj idi. Rusiya göstərmək istədi ki, Ermənistanın silah – sursat problemi yoxdur...

    Bütün bu proseslərdə Rusiya, necə deyərlər, cibini də güdür. İki dövlət – Azərbaycan və Ermənistan arasında silahlanma yarışı gedir. Ermənistanda yeni silahlar görən Azərbaycanın ilk qənaəti bu olur ki, özünün müdafiə xərclərini bir az da artırsın. Bu isə yenə də Rusiyanın uduşu deməkdir, çünki silahlar, əsasən, Rusiyadan alınır...

    İstisna deyil ki, Azərbaycan indi çox ciddi şəkildə “İskəndər”ləri neytrallaşdırmağın yollarını düşünür. Təhlilçilər hətta Pakistanın baş nazirinin oktyabrda baş tutan səfərini də bu aspektdən yozmağa cəhd etdilər. Amma bu, tələsik nəticə də ola bilər...

    Bir daha Rusiyaya gəldikdə isə, hələ Qarabağla bağlı çox intensiv danışıqlar prosesi başlayandan dəfələrlə yazmışdıq ki, bu ölkə heç bir halda siyasi filantropiya ilə məşğul olmaz.

    Qarabağ probleminin çözülməsinin, eləcədə rayonların qaytarılmasının müqabilində ya münaqişə bölgəsinə sülhməramlılarını gətirmək istəyəcək, ya da Azərbaycanı KTMT-nın və yaxud  Avrasiya İttifaqının üzvü olmağa “dəvət” edəcək...

    Əslində sülh yaratmaq istəyən tərəf ilk növbədə çalışır ki, münaqişə tərəfləri silahlanmaya “stop!” desinlər. Ruslar nə edirlər? Ermənistanın küçə və meydanlarına ən müasir raket komplekslərini çıxarırlar...

    Bu, nə məntiqdir? Belə sülh yaratmaq olarmı? Mənə elə gəlir ki, hər şeyin daha sadə izahı var. Böyük ehtimalla Rusiyanın Azərbaycanla bir az əvvəldə sadaladığımız predmetlər ətrafındakı danışığı sadəcə baş tutmadı...

    Elə isə, onda bəs ABŞ nə düşünür? Lap tutaq ki, Con Kerri haqlı deyildi, hökumətin mövqeyini ifadə etmirdi. Əgər belədirsə, onda ABŞ-ın əsl mövqeyi necədir?..

    Əslində on illərə qədər vaxt və bu müddət ərzində Amerikanın Qarabağla bağlı səylərinə ötəri baxış çox şey deyir. Üstəlik yazının bir az əvvəlində bəzi məqamlara toxunduq. Amma hətta bundan da maraqlı detallar var...

     

    QARABAĞ ABŞ ÜÇÜN NƏ QƏDƏR ÖNƏMLİDİR?..

    Təxminən, bir ay bundan əvvəl bir maraqlı məqam gəldi medianın gündəminə. Söhbət ondan gedirdi ki, ABŞ-ın “beyin mərkəzləri”ndən biri beş yüz nüfuzlu ekspert arasında dünyadakı hansı problemlərin öz ölkələrinin milli maraqlarını təhdid yaratması ilə bağlı sorğu keçirmişdi...

    Ciddiliyinə görə problemlər üç qrupa bölünmüşdü və Dağlıq Qarabağ da sorğuda ən axırıncı - üçüncü qrupda, özü də ən son yerdə qərar tutmuşdu. Düz beş yüz ekspertdən yanlız üçü Qarabağın da adını çəkmiş və problemin ABŞ-ın milli maraqları üçün təhdid yaratdığını bildirmişdi...

    Bu detalı qabartmağımız səbəbsiz deyil. Bunun özü də çox ciddi göstəricidir. Ona görə ki, Qarabağ probleminin həlli ABŞ-ı qətiyyən ilgiləndirmir. Bəli, Rusiya problemi həll etmək fikrinə düşərsə, o halda ABŞ bunun əleyhinə olmayacaq və hətta dəstəyini əsirgəməyəcək, amma onun xüsusi olaraq Qarabağ problemi üçün çalışmaq fikri yoxdur.

    Üstəlik burada bir məqama da diqqəti cəlb etmək istərdik. C.Kerrinin daha bir açıqlaması da Suriya ilə bağlı olmuşdu. Bu açıqlamaqdan çıxan əsas nəticə isə bu idi ki, ABŞ Rusiya ilə bacarmır...

    Bəli, bu açıqlamanın da səmimiyyətinə şübhə etmək və soruşmaq olardı ki, doğrudanmı, belədir? Doğrudanmı, ABŞ Suriya problemini həll edə bilmir? Bunun əksini düşünmək və “idarə olunan xaoslar” haqqında bir-iki il bundan irəli yazılanları və deyilənləri xatırlamaq olardı...

    Di gəl, müsəlman Suriyası bir tərəfə, ABŞ xristian Ukraynasının da problemini həll edə bilmir, axı! Ona görə də hansı problemin ABŞ üçün nə dərəcədə önəm daşıması haqda çox danışmaq və mübahisə etmək olar. Ancaq  bir məsələ var. Əvvəldə yazdıq ki, Rusiya daha əvvəlki Rusiya olmaq istəmir. Düzdür, bunun da nə qədər davam edəcəyi və Rusiyanın buna “barıtının nə qədər çatacağı” haqda da çox söhbət açmaq olardı. Amma hətta bu da böyük ümidlər vermir. Ona görə ki, digər həmsədr ölkələrin də könlündən Qarabağ problemini həll etmək istəyi keçmir ki, bunu bir az əvvəldə yazdıq...

     

    ENERJİ SAMMİTİ DƏ BİR FÜRSƏT İDİ...

    Oktyabrın əvvəlində daha bir ümid yeri yarandı. Rusiya prezidenti özünün Türkiyəyə ikinci səfərini etdi. Diqqət çəkən ilk növbədə o idi ki, səfərə V.Putin, məhz, özü yollandı. Halbuki nisbətən aşağı ranqlı dövlət və ya hökumət adamı da göndərilə bilərdi...

    Təbii ki, o vaxt prosesə tamam diqqət kəsildik. Heç şübhəsiz ki, Qarabağ konteksində nəsə eşitmək üçün...

    Amma Rusiya prezidenti Sankt-Peterburq görüşündə türkiyəli həmkarının Qarabağ problemilə bağlı birgə qurum yaratmaq təklifinə necə diqqətsiz qalmışdısa, bu dəfə də Qarabağla bağlı hər hansı geniş açıqlama vermədi...

    Ola bilsin, prezidentlərin söhbətlərində, ayaqüstü fikir mübadilələrində nəsə olmuşdu. Amma  hesab edirik ki, ciddi şey olsaydı, dərhal mediaya sızardı...

    Düzdür, sonradan ötəri bəyanatlar oldu Qarabağla bağlı... Məsələn, burada Türkiyə baş nazirinin rayonların qaytarılacağı təqdirdə Türkiyənin blokada məsələsinə baxa biləcəyi haqda sözlərini xatırlatmaq olardı. Amma bütün bunlar məsələni heç də aktuallaşdıra, onu, ən azı, yaydakı səviyyəsinə gətirib çıxara bilməzdi və bilmədi də...

     

    BİR DAHA DİGƏR HƏMSƏDRLƏR HAQDA...

    O ki qaldı bir daha digər həmsədrlərin, xüsusən də, ABŞ-ın siyasi mövqeyinə, Amerika siyasətinin bir reallığı var: erməni əsilli seçicilərin səsləri hamıya, həm demokratlara, həm də ki, respublikaçılara eyni dərəcədə və eyni aktuallıqla lazımdır...  Güman edirik ki, bu, məsələyə nöqtə qoyur...

    Fransaya gəldikdə, sizin kompüter qarşısında nahaq yerə ləngimənizi istəməzdim. Ona görə ki, Fransanın bu məsələdə “səyini” təhlil etmək tamam mənasız bir işdir. Ermənistanı “Fransanın kiçik bacısı” adlandıran fransız siyasətçi və diplomatlardan nəsə gözləməyə dəyərmi?..

     

    RUSİYANIN “MONRO DOKTRİNASI”...

    Soruşa bilərsiniz ki, görən, bu adam təkrar-təkrar bir məsələyə niyə qayıdır? Bir səbəbdən. Rusiyanın nazirləri özləri etiraf edir ki, ən yaxın illərdə ölkələrini böyük böhran gözləyir. Deməli, Rusiya zəifləyəcək və başı yenə də özünə qarşıcaqdır. Buna fürsət demək olarmı?

    Bəli, olardı, əgər ABŞ və Fransa daha ədalətli siyasət yürütsəydi. Həm də başqa bir məsələ var. 90-cı illərin əvvəlində o vaxt dəbdə olan politoloq  A.Miqranyan (onda Prezident Şurasının üzvü idi!) “Nezavisimaya qazeta”da böyük məqalə ilə çıxış etmişdi. Məqalənin də əsas məğzi bu idi ki, nə qədər ki, Rusiya özü böhrandan çıxmayıb, ətrafındakı ölkələrdə münaqişələri sönməyə qoymamalıdır.

    Həmin yazı tez bir zamanda “Rusiyanın Monro doktrinası” adını aldı və Rusiyanın siyasəti də elə yazılan kimi oldu...

    Xatırladım ki, “Monro doktrinası” XVIII əsrdə “Amerika amerikalılar üçün!” şüarını özündə ehtiva edən, Amerika qitəsini ABŞ-ın maraq sferası, Avropa ölkələri üçün bağlı zona elan edən prinsiplər toplusu olmuşdu...

    Yox, demirəm ki, A.Miqranyan yazdığı üçün etdilər. Əgər o yazmasaydı, bir başqası yazacaqdı...

    Sadəcə burada bir məsələni qeyd etmək lazım gəlir: ermənilərin Rusiyanın siyasətinə təsir etmək imkanları həmişə bizimkindən çox olub. Amma bu da deyəcəyim əsas məsələ deyil. Əsas odur ki, Rusiya zəifləyən məqamlarda belə özünün siyasətindən imtina etmir. Təsəvvür edin, bu qədər yaxınlığın müqabilində Azərbaycan Kremldən bircə şey umur: Qarabağ problemində heç olmasa, tərəfsiz-neytral olmaq! Amma Rusiya buna da razılıq vermir...