Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    10
    21:52:47
    Noyabr
    1145 nəfər oxuyub

    Obama iqtidarı da, müxalifəti də aldatdı

    Obama out, Trump in

    Xeyli müddət idi ki, dünyanın diqqəti ABŞ-da keçirilən prezident seçkilərinə yönəlmişdi. Artıq seçkilər başa çatıb və prezident seçilib. Çoxlarının gözləmədikləri halda Donald Tramp mübarizədən qalib ayrıldı və belə demək mümkünsə, bir anda diqqət mərkəzinə düşdü. Seçki kampaniyası zamanı istər nitqləri, istər davranışları və s. ilə daim tənqid olunan Tramp indi dünyanın bir nömrəli müzakirə mövzusudur. Məhz, bu səbəbdəndir ki, dünya mətbuatı onun haqqında müxtəlif məlumatlar verir, həyat və fəaliyyətini, seçki kampaniyası zamanı çıxışlarını araşdırır, onu uğura aparan faktorları tapmağa çalışır. Trampın verdiyi vədlər və onlara nə dərəcədə əməl edə biləcəyi də diqqət mərkəzindədir. Bütün diqqətlərin Trampın üzərinə yönəldiyi bir vaxtda hazırkı prezident Barak Obama sanki kölgədə qalır və belə demək mümkünsə, bu hay-küydə unudulur. Halbuki qısa bir müddət sonra prezidentlik postundan gedəcək olan Obamanın müzakirə edilməsi daha doğru olardı. Çünki o, dünyanın ən qüdrətli dövlətinin başçısı kimi qlobal siyasətdə mühüm rol oynayırdı və qərarları bir çox ölkələrə birbaşa təsir edirdi. Təbii ki, Obama hakimiyyətə gələrkən bir sıra vədlər vermişdi ki, onlara nə dərəcədə əməl edib-etmədiyi hələ uzun illər boyunca müzakirə olunacaq.

     

    Müsəlman Obama müsəlmanlara qarşı

    Obama hakimiyyətə gəlməzdən öncə Buş administrasiyası müsəlman ölkələri ilə münasibətləri korlamış və Amerikanın İslam ölkələrində reytinqi xeyli aşağı düşmüşdü. Belə olan halda yeni prezidentin bu problemi həll edəcəyi gözlənilirdi. Elə Obamanın “zorla” müsəlman elan edilməsi də bunun nəticəsi idi. Barak Obamanın özü də bunu bilməmiş deyildi və seçki vədlərində müsəlman ölkələr xüsusi yer tuturdu. Məsələn Obama qoşunları Əfqanıstandan geri çəkəcəyini bildirirdi. Lakin bu baş vermədi. 2001-ci ildə Əfqanıstana girən ABŞ hərbçiləri hələ də oradadırlar. Üstəlik Obama hakimiyyətə gəldikdən sonra nəinki qoşunlar Əfqanıstandan çıxarıldı, hətta onun sayı artırıldı. Belə ki, 2009-cu ilə qədər bu ölkədə 17 min olan əsgər sayı təxminən 50% artırıldı.

    Barak Obamanın müsəlman ölkələri ilə bağlı daha bir vədi İraqa aid idi. Hələ ilk dəfə seçilməmişdən öncə gələcək prezident İraqda uzun müddət qalmayacaqlarını, yalnız kiçik bir hərbi birləşmə saxlayacaqlarını bəyan etmişdi. 2011-ci ildə ABŞ orduları İraqdan çıxsa da, sonra vəziyyət dəyişdi. Hazırda İraqda davam edən müharibədə ABŞ ordu birləşmələri də iştirak edirlər ki, bu da Obamanın bu vədini də yerinə yetirmədiyini göstərir.

    Suriya münaqişəsində də eyni hal yaşandı. Prezident ilk vaxtlarda Suriyada baş verənlərə müdaxilə etməsə də, sonradan siyasətini dəyişdi və Əsəd rejiminin hakimiyyətdən getməli olduğunu bildirdi. Nəticədə bu ölkədə müxalifləri dəstəkləyən bir sıra addımlar atıldı, hakimiyyətin dəyişdirilməsi üçün siyasi və hərbi vasitələrdən istifadə edildi. Çıxışlarından birində “ABŞ ordusu Suriyaya girməyəcək” desə də, hazırda ölkəsi Suriya müharibəsinin əsas iştirakçılarından biridir və belə görünür ki, bu məsələdə də Obama sözünə əməl etməyib.

    Quantanamo həbsxanası da Obamanın planlarına daxil idi. Gələcək prezident seçkiöncəsi kampaniyada dəfələrlə buranı bağlayacağını bəyan etmişdi. O, çıxışlarından birində “Əbu Qureyb həbsxanasının qaranlıq dəhlizlərində və Quantanamonun gizli hücrələrində ən qiymətli dəyərlərimizi qurban verdik” deyirdi. Doğrudur, Obamanın hakimiyyəti dövründə oradakı məhbusların sayı xeyli azaldıldı, lakin həbsxana hələ də fəaliyyət göstərir.

     

    Sevgi qalib gəldi

    Obamanın vədləri, təbii ki, yalnız hərbi və siyasi məsələləri deyil, eyni zamanda digər sahələri də əhatə edirdi. Bu sahələrdən biri də səhiyyə sistemi idi. Ona qədər səhiyyə sistemində baş qaldırmış ciddi problemlərin bir hissəsi Obama dövründə həll edildi. Məsələn, o, vətəndaşların istədikləri sosial sığorta paketlərini seçə bilmələri üçün zəmin hazırladı. Lakin bununla belə vətəndaşların sığorta xərclərini aşağı salacağı ilə bağlı məsələni həll etmədi. Onun dövründə amerikalılar səhiyyə sığortası üçün daha çox pul ödəməyə başladılar.

    Obamanın bir digər fəaliyyət sahəsi də ictimai bərabərlik məsələsi idi. Belə ki, onun dövründə həmcinslərin nigahı qanuniləşdirildi. Hətta prezident bunu tvitter səhifəsində “Sevgi qalib gəldi” şəklində elan etmişdi. Bundan başqa qadınların hüquqları ilə bağlı problemlər də aradan qaldırıldı. Lakin Obama, hər nə qədər gözlənilməz olsa da, qaradərili vətəndaşlar üçün yaranan problemlərlə yadda qaldı. Belə ki, onun dövründə ölkənin qaradərili əhalisinə təzyiqlər artdı, müxtəlif hadisələr zamanı polis zorakılığı nəticəsində zəncilər öldürüldü.

     

    Obama iqtidarı da, müxalifəti də aldatdı

    Azərbaycanın da Barak Obamadan ciddi gözləntiləri var idi. Azərbaycanlılar Obamanın Qarabağ məsələsini həll edəcəyini, üstəlik prosesin Azərbaycanın xeyrinə baş tutacağına inanırdılar. Lakin gözləntilər özünü doğrultmadı. Onun dövründə də bu məsələdə, demək olar ki, heç bir xüsusi irəliləyiş baş vermədi. Müxalifətin də ondan gözləntiləri böyük idi. Onun ölkədə demokratiyanın inkişafı üçün hakimiyyətə təzyiqlər edəcəyi güman edilirdi. Lakin bu da olmadı. Belə ki, kiçik hallar istisna olmaqla ABŞ ölkədə baş verənlərə göz yumdu. Obamanın dövründə bəlkə də azərbaycanlıları razı salan yeganə məsələ onun hər il ənənəvi çıxışında “soyqırım” sözünü işlətməməsi oldu. Hər il ermənilər bunu gözləsələr və ümid etsələr də, bu baş vermədi. Prezident soyqırım yerinə “böyük fəlakət” ifadəsini istifadə etməklə kifayətləndi.

     

    Tramp azərbaycanlıların dostudur, Azərbaycanın dostu ola biləcəkmi?

    Artıq Obama prezidentliyinin son günlərini yaşayır. Başqa sözlə desək, növbə indi Trampındır. Onun azərbaycanlı dostları haqqında uzun müddətdir ki, yazılır. İndi onun Azərbaycanın dostu olacağı ilə bağlı ümidli fərziyyələr də dolaşmaqdadır. Böyük ehtimalla yenə iqtidar Trampdan Qarabağ, müxalifət isə demokratiya istəyəcək. Amma yeni prezidentin onlara nə verəcəyini zaman göstərəcək ...