Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    18
    11:35:38
    Noyabr
    4058 nəfər oxuyub

    “Ağ saçlı” manatı qiyamətlə “müjdələdi”

    Trampın haqqında danışdığı qadın

    Noyabrın 17-də dünyanın diqqəti yenidən okeanın o tayına yönəlmişdi. Üstəlik bu dəfə diqqət mərkəzində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyil, bir müddət öncə onun tənqid etdiyi Federal Ehtiyat Sisteminin rəhbəri Janet Yellen idi. Yellenə və onun çıxışının məzmununa keçmədən öncə qısaca olaraq Trampım FES haqqında nə dediyini xatırlayaq. Hələ bu ilin yayında Tramp “Fortune” jurnalına verdiyi müsahibədə FES-in səlahiyyətlərinin azaldılması və Konqresə  bu quruma nəzarət etmə səlahiyyətinin verilməsi fikrini dəstəklədiyini bildirmiş, Yellenin yerinə başqa birini gətirmə ehtimalının olduğunu da qeyd etmişdi. Daha sonrakı çıxışlarından birində isə o, FES-in ölkədə səhv iqtisadiyyat yaratdığını qeyd etmişdi. Bütün bunları, eləcə də ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı qeyri-müəyyən fikirlərin dolaşması faktı Yellenin çıxışının əhəmiyyətini daha da artırırdı.

     

     

    ABŞ iqtisadiyyatı inkişaf edib

    Yellen danışdı. Üstəlik, hamının maraqla gözlədiyi şeyi elə ilk cümlədəcə dedi: “Yaxın vaxtlarda faiz dərəcələrində artım məqsədəuyğundur”. Səbəbləri də izah etdi. Onun sözlərinə görə ABŞ iqtisadiyyatı qoyulan hədəflərə doğru inamla irəliləyir və bu baxımdan da gözləntilər yüksəkdir. Digər bir məsələ isə işsizlik səviyyəsinin azalması ilə bağlıdır. Yellenin sözlərinə görə keçən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 235 minə qədər geriləyib ki, bu da son 43 ilin ən aşağı göstəricisidir.

     

    Trampın cavabını verdi

    Yellen çıxışı əsnasında Trampın ittihamlarına cavab verməyə də imkan tapdı. O, mərkəzi bankların müstəqilliyinə toxunmağın faciəvi nəticələrə gətirib çıxara biləcəyini, bu qurumların uzun dönəm üçün qərarlar qəbul edə bilmə səlahiyyətinin olmasının vacibliyini qeyd edib. “Mərkəzi bankların siyasi təzyiqə məruz qaldığı ölkələrdə bunun dəhşətli nəticələri olub”- deyə xanım Yellen bildirib. 2018-ci ildə səlahiyyət müddətinin başa çatdıqdan sonra vəzifədən gedəcəyini deməklə dolayısı ilə Trampın onu başqası ilə əvəzləyə biləcəyi fikrinə münasibət də bildirib.

     

    17 dekabr dolların günü ola bilər

    Yellenin söylədikləri nə mənaya gəlir? Mütəxəssislər Janet Yellenin çıxışının 17 dekabrda keçirilməsi planlaşdırılan FES toplantısında faiz dərəcələrinin artırılacağına siqnal olduğunu deyirlər. Əslində bunun üçün kifayət qədər əsas da var. Belə ki, yuxarıda da qeyd edildiyi kimi ABŞ iqtisadiyyatında bir sıra faktorlar üzrə artım müşahidə edilmişdir ki, bu da faiz dərəcələrinin artırıla biləcəyi fikrini dəstəkləyənlərin əlini gücləndirir. Bundan başqa yeni seçilmiş prezidentin iqtisadi sahədə planlarının da iqtisadi səmərəliliyi artıracağı gözlənilir ki, bu da öz növbəsində nəticədə dolların güclənməsinə gətirib çıxaracaq. İşsizlik səviyyəsinin azalması da prosesə təsir göstərən ciddi amillərdən biri kimi çıxış edir.

     

    Manatı nə gözləyir?

    Xanım Yellenin nitqi bütün dünya iqtisadiyyatına təsir etdiyi kimi Azərbaycandan da yan keçməyəcək. İqtisadi problemlərlə üz-üzə qalmış Azərbaycanın milli valyutası olan manatın da FES-in qərarından təsirlənəcəyi şübhəsizdir. Belə ki, manat üzərində kifayət qədər təzyiqin olması və FES-in faiz artımına getməsi ilə verə biləcəyi mümkün qərarın nəticələri ölkə valyutası üçün yaxşı heç nə vəd etmir. Ən optimist iqtisadçılar belə manatın bu təzyiqə uzun müddət davam gətirə biləcəyinə inanmırlar.  Belə olan halda yaxında yeni devalvasiyanın ola bilmə ehtimalı da ön plana çıxır. Bu isə indiki halda ölkə üçün arzuedilməz haldır. Manatın dollar qarşısında dəyər itirməsinin yalnız iqtisadi deyil, eyni zamanda psixoloji nəticələrinin də olacağını nəzərə alsaq onda vəziyyətin hansı həddə çata biləcəyini düşünmək elə də çətin deyil. İstənilən halda, artıq bunun üçün edilə biləcək elə də çox şey qalmayıb. Hər şey xanım Yellenin dodaqları arasındakı sözdən asılıdır. Məşhur deyimdə deyildiyi kimi: Ya dərdimizə dərman, ya da qətlimizə fərman. Siz, yenə də ən pisinə hazır olun!