Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    09
    00:07:40
    Dekabr
    660 nəfər oxuyub

    DÜNYANIN ƏN “QOCA HÖKUMƏTI” ƏSL İSLAHATLARA RAZI OLACAQMI?

     

     

     

     

    DEYİRLƏR, “BU, HƏLƏ HAMISI DEYİL!”...

     

     

    Hökumətin ölkədə maliyyə sabitliyi və “əhatəli” antiböhran proqramı üzərində işlədiyi deyilsə də, üstəlik iqtisadiyyatın əsas inkişaf istiqamətlərinin yol xəritəsi də təsdiqlənsə də, insanları daha çox bir xəbərdarlıq düşündürməkdə və ehtiyatlandırmaqadır: hökumət üzvləri faktiki olaraq özləri də etiraf etdilər ki, bu gün baş verən bahalaşma və böhran hələ hamısı deyildir, proses davam edəcək...

    İndi hamı səbrlə dekabrın bitməsini gözləyir. Çünki, məhz, yeni ildə, bəlkə də onun ilk günlərində hökumətin siyasəti və niyyəti tam bilinəcək...

    Daha çox adam, xüsusən də hökumət adamları ölkədə baş verənləri hələ də neftin qiymətinin aşağı düşməsi və eləcə də qlobal səviyyədəki müəyyən iqtisadi proseslərlə əlaqələndirirlər...

    Fəqət hətta belə də olsa, bu, heç də hökumətin məsuliyyətini azaltmır. Üstəlik, təkrar-təkrar bir sualı aktuallaşdırır: bu nədir? Hökumət, necə deyərlər, “kabinet böhranı”, yoxsa siyasi və iqtisadi sistemdəki böyük və ciddi  fəsadların, çatışmazlıqların təzahürü?...

     

     

    DÜNYANIN ƏN “QOCA HÖKUMƏTİ”...

     

     

     

     

    Baş verən böhranın konteksində bu gün bir müstəqil müşahidəçi kimi hökumətin yalnız bircə “haqq”ını etiraf edirik. O da budur ki, bütün dünyada sərt iqtisadi qərarlar qəfil baş verir...

    Amma bu, o demək deyil ki, hökumət yalnız cəmiyyətə “qəfil zərbələr” endirməklə məşğul olmalıdır...

    Böhran artıq özünün ikinci ilini başa çatdırmaqdadır. Bu vaxt ərzində çox işlər görülə bilərdi.

    İşlərin əsas hissəsi isə struktur, yaxud da institusional islahatlar ola bilərdi. Bəlkə də yanılırıq, amma indiki hökuməti peşəkar bir hökumət saymaq üçün elə bir əsas yoxdur, bu kabinet bəlkə də dünyanın ən “qoca hökuməti” adlanmağa layiqdir, hətta mediada buna ironiya ilə “qocalar klubu” da deyirlər. Elə bu səbəbdən kabinetin, ən azı, gəncləşməsinə, daha işgüzar və daha enerjili kadrlarla əvəz olunmasına ehtiyac vardı...

    İlin əvvəlində anti-böhran tədbirlərinə və bu istiqamətdə siyasətin formalaşmasına bəzi müstəqil iqtisadçıların cəlb olunacağı da bildirilmiş və hətta mediada konkret adlar da çəkilmişdi.

    Belə bir addım, ən azı, hökumətə qarşı siyasi və ictimai etimadı artıra bilərdi – bu isə sosial-iqtisadi böhran şəraitində heç də kiçik məsələ deyildi. Amma il bitdi və təəssüf ki, bu xüsusda heç bir iş görülmədi...

    Kabinet dəyişikliklərini aktuallaşdıran başqa bir səbəb də vardır. Bu il hakimiyyət vitse-prezidentlər institutunun yaradılmasına qərar verdi və məsələ ölkənin Ali Qanununda ifadəsini tapdı...

    Düzdür, güman etmirik ki, vitse-prezidentlər institutu təsis edilərkən əsas məqsəd hökuməti gücləndirmək və onun çevikliyini artırmaq idi. Amma məsələ artıq konstitusiyada əksini tapıb və hakimiyyət gec-tez vitse-prezidentlər institutunu formalaşdırmalıdır.

    Elə insanlar arasında da bununla bağlı müəyyən qədər maraq var və mediada arabir vitse-prezident postuna iddialı adamların adları hallanır. Bir daha deyirik ki, məsələ konstitusion məzmun alıb və nə vaxtsa özünün institusional tərtibatını tapmalıdır. Hərçənd bir məsələ var ki, Azərbaycanda hətta konstitusion tələblər də dərhal gerçəkləşmir və bəzən bu və ya digər konstitusion tələbin yerinə yetirilməsi illərlə öz növbəsini gösləyir. Məsələn, 1995-ci ildə Konstitusiyada ölkənin hərbi doktrinasının qəbul edilməsi əksini tapmışdı. Amma bu tələb az qala on ildən sonra reallaşdı...

     

     

    İLK DƏFƏ “MƏMUR KAPİTALİZMİ” İFADƏSİNİ YAZANDA...

     

     

     

     

    Bizə gəldikdə isə düşünürük ki, ölkədəki böhran müəyyən mənada sistem böhranı, konkret idarəçilik fəlsəfəsinin fəsadlarıdır.

    Səmimi şəkildə və hətta bir az da təəssüflə etiraf edirəm ki, 90-cı illərin əvvəllərində “məmur kapitalizmi” və “nomenklatura kapitalizmi” ifadə və ya deyimləri medianın gündəminə gətirərkən özüm də inanmazdım ki, məsələ Azərbaycan üçün əsl bəlaya çevriləcək. Onu da deyim ki, bu deyimləri, daha doğrusu, terminləri heç də özüm kəşf etməmişdim, mərhum iqtisadçı Y.Qaydarın bir kitabından oxumuşdum...

    Söhbət nədən gedir? Biz də razılaşırıq ki,  90-cı illərdə - iqtisadi islahatların lap başlanğıcında siyasi sistemin sərtliyi haradasa labüd idi, çünki həmin sərtlik və ya sabitlik olmasaydı, islahatlara başlamaq, mülkiyyət münasibətlərini dəyişmək və ya kommunist iqtisadiyyatını demontaj etmək çox çətin olardı...

    Amma sərtlik tələb olunandan çox oldu, mövsümi, müvəqqəti xarakter daşımadı, əskinə, sistem xarakteri aldı və nəticə də bu oldu ki, özəlləşdirmə “özününküləşdirmə”yə çevrildi və sonda “məmur kapitalizmi”nin eybəcər forması bərqərar oldu məmləkətdə.

    İlk dövrlərdə bu özünü elə də biruzə vermirdi, çünki bütün hallarda xüsusi mülkiyyət institutu müəyyən dəyişikliklər gətirməli idi. Üstəlik tez bir zamanda ölkəyə böyük neft pulları da daxil olmağa başladı. Bu isə iqtisadi sistemdəki böyük kələ-kötürləri müvəqqəti də olsa, malaladı və hətta onaların üstünü örtdü...

    Amma elə ki neft böhranı başlandı, ölkənin iqtisadi modelinin eybəcərlikləri çılpaqlaşdı və hər şey üzə çıxdı. İndi də istisna deyil ki, dünya neft bazarındakı qiymət siyasəti nəticəsində müəyyən mülayimləşmə yenə də ola bilər. Fəqət   böhrandan fundamental çıxış yoluna qədəm qoymaq, normal iqtisadiyyat yaratmaq üçün tamamilə başqa addımlar tələb olunur...

    Mən həmişə deyirəm ki, əslində Azərbaycanda iqtisadi islahatları hələ bitmiş hesab etmək olmaz. Biz sadəcə mülkiyyət münasibətlərini dəyişmiş və özəlləşdirmə aparmışıq.

    Amma hələ də Azərbaycanda əsl azad iqtisadi təbəqə yetişdirməmişik, siyasi  və iqtisadi elitaları biri-birindən ayırmamışıq...  

     

     

    “MƏMUR LİMİTİ”...

     

     

    Mən təkrar-təkrar bir sualı özümə verirəm: bütün bunları etmək və  ölkədə həqiqi iqtisadi islahatlar aparmaq mümkündürmü? Əvvəlcə onu deyim ki, “məmur limiti” deyilən anlayış var. Məğzi də budur ki, bu gün məmurların özəl maraqları ölkənin inkişafı və əsl iqtisadi islahı yolıunda çəpər olub.

    Əslində hər bir adamın limiti var və hər bir adam müəyyən prosesə ancaq özünə ziyan verməyəcək dərəcədə təkan verməyə və hətta imkan yaratmağa meyllidir. Əgər hər hansı proses ona ziyan gətirməyə başlayırsa, o, dərhal onu dayandırmağa çalışır. Əslində bu, hər adamın öz maraqlarını qorumaq üçün göstərdiyi psixoloji müqavimətidir.

    İndi bircə anlığa məmurların nələrə sahib olduqlarını və yaxud hansı imtiyazlara malik olduqlarını yada salaraq bircə suala cavab verin: onlar heç əsl islahatlara razı olarlarmı?..

    Böhran başlayandan hökumətin addımlarını izləməyə çalışırıq. Nə edirlər? Nəyəsə nəzarət etmək üçün qurum yaradırlar... Az sonra həmin qurumun özünə nəzarət etmək üçün başqa qurum təsis edirlər. Beləcə, proses davam edir və nəticəsi olmur.

    Nəticəsi ona görə olmur ki, bunu hələ yüz illər bundan əvvəl Ş.Monteskyö başa düşmüşdü. Əgər, doğrudan da, nəzarət istəyirlərsə, qoy, müstəqil məhkəmə, azad və çoxpartiyalı parlament yaratsınlar. Amma etmirlər. Elə bu səbəbdən bir daha deyirik ki, nəticə yoxdur və ola da bilməz...

    Ölkəni bu üzücü böhrandan yalnız kompleks islahatlar, birgə siyasi və iqtisadi islahatlar çıxara bilər. Bunu isə istəmirlər...                          

     

     

    ƏSL HƏQİQƏTLƏRİ DİLƏ GƏTİRMƏK OLMUR...

     

     

     

     

    Elə cəmiyyət də yanlış gözləntilər içindədir. Bu gün Azərbaycan cəmiyyəti israrla öz əsl dərmanını qəbul etmək istəməyən və başqa üsullarla, necə deyər, “türkəçarə” ilə sağalacağına ümid edir. Deyirsən ki, ölkə yalnız demokratiya sayəsində fundamental şəkildə böhrandan qurtuluş yonuna çıxa bilər. Çavabında eşidirsən ki, əşşi, demokratiya var da, yazır və danışırlar...

    Qəbul etmək istəmirlər ki, yazmaq və danışmaq hələ demokratiya deyildir. Hələ onu demirəm ki, bu gün yazılmalı məsələlərin 95%-i yazmaq olmur.

    Qayıdaq demokratiyaya... Əsl demokratiyanın sanksiyaları olmalıdır. Bu sanksiyalar isə cəmiyyətin azad və demokratik seçkilərdə, referendumlarda və sorğularda verdiyi qərarlardır. Əslində biz bu gün məmurlara hətta “minnətdar” olmalıyıq ki, heç olmasa, nəsə edirlər. Bu gün onların ürəkdən işləməyə, cəmiyyət üçün çalışmağa heç bir stimulu yoxdur, çünki bunları onlardan tələb edən cəmiyyət yoxdur!..  

    Yaxın günlərin söhbətidir. Bir tanışıma rast gəldim... Böhrandan və bahalaşmadan xeyli gileyləndi. Axırda da qayıtdı ki, görən, bu müxalifət hara baxır, niyə etiraz – filan etmir?..

    Ona heç nə demədim... Ona görə ki, birinci dəfə deyildi ki, eşidirdim belə “fikirləri”! Azərbaycanda elə düşünürlər ki, müxalifətin öz “muzdlu ordu”su var və lazım olanda həmin “ordu”nu etirazlara çıxaracaq. On milyonluq Azərbaycan cəmiyyəti isə evlərində divanda oturub çay içə-içə bunu uzaqdan – uzağa seyr edəcək...

    Biz azərbaycanlılar Orta Asiya ölkələrinə bir az təkəbbürlə, hətta yuxarıdan-aşağı baxırıq. Amma bu günlərdə Özbəkistandakı prosesləri izlədim, Türkmənistanı yadıma saldım və Qazaxıstanda Nazarbayevdən sonrakı dövr haqqında deyilənləri xatırladım... Elə bil beynimdə hər şey qarışdı, çaş-baş qaldım, kimin “irəlidə”, kimin “geridə” olmasını qətiyyən təxmin edə bilmədim...

    Elə bu səbəbdən bir daha deyirəm ki, ümumilikdə götürəndə bizim cəmiyyət də elə Özbəkistandakı, Qazaxıstandakı və Türkmənistandakı cəmiyyətlər kimidir. Fərq yalnız ondadır ki, Azərbaycanda hələ də mövcud qaydalarla barışmaq istəməyən, nəsə etməyə çalışan ayrı-ayrı fərdlər var.

    Elə bu səbəbdən də “Böhrandan fundamental şəkildə çıxmaq mümkündürmü?” soruşan cəmiyyətə bir cavab vermək olar: böhrandan o vaxt çıxmaq mümkün olacaq ki, hamılıqla bunu istəyəksiniz...