Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12
    09:00:11
    Dekabr
    1560 nəfər oxuyub

    Əcəl zəngi kimin üçün çalınır?

    Artıq elə bir həftə yoxdur ki, ölkənin iqtisadi və maliyyə həyatında ciddi bir hadisə baş verməsin. Təəssüf ki, əksər hallarda bu xəbərlər yaxşı heç nə vəd etmir və vəziyyətin günü-gündən ağırlaşmasının göstəricisi kimi çıxış edir. Elə son günlər “Beynəlxalq Bank” qalmaqalının yenidən alovlanmasını da bu sıraya aid etmək olar. Belə ki, bu ilin iyulunda həmin banka sədr təyin edilən Elmar Məmmədov gözlənilmədən vəzifəsindən azad edildi. Rəsmi olmasa da, qeyri-rəsmi xəbərlərə görə o, qara bazara dollar axıtmaqda ittiham olunur. Onunla yanaşı dekabrın 2-də vəzifəsini itirən Azər-Türk Bankın rəhbəri Fərhad Adıgözəlov da eyni ittihamla üzləşdi.

     

    Beynəlxalq Bank

    Beynəlxalq Bankın başı uzun müddətdir ki, qalmaqallardan səngimir. Bankın keçmiş rəhbəri Cahangir Hacıyev oktyabrın 14-də mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla bir sıra maddələr üzrə günahkar bilinərək 15 il müddətində azadlıqdan məhrum edilmişdi. Təbii ki, məhkəmə prosesi qalmaqallı şəkildə keçmiş, eks bankir ittihamları qəbul etməyərək onları sifarişli adlandırmış və bu məsələdə Maliyyə naziri Samir Şərifovu günahlandırmışdı. Özü də olduqca ciddi iddalar səsləndirməklə.

    Samir Şərifov barədə bir az sonra. İndi isə iki bankirin vəzifədən azad edilməsi barədə iddialara gələk.

     

    Qara bazar

    Mətbuat istər Elmar Məmmədovun, istərsə də Fərhad Adıgözəlovun “qara bazar”a dollar axıtdıqlarına görə vəzifələrindən azad edildiklərini və hətta həbs olunacaqlarını bildirir. Diqqətli oxucular xatırlayırlarsa, bir müddət öncə yazıların birində qara bazarda dollar satışında hakimiyyət orqanlarının da əlinin ola biləcəyi haqda məlumat vermişdik. Daha doğrusu, millət vəkili Vahid Əhmədov Mərkəzi Bankı qara bazardakı əməliyyatlarda iştirak etməkdə  ittiham etmişdi. Əslində, dolların kursunun artması və bu fonda mətbuatda gedən spekulyasiyalar bunu deməyə əsas verirdi, sadəcə Vahid Əhmədov hədəfi bir az daha konkretləşdirmişdi. İndi isə məlum olur ki, bu işdə daha çox banklar rol oynayırmış – bəlkə heç Mərkəzi Bankın belə xəbəri olmadan. İstənilən halda hələ ki, rəsmi ittiham irəli sürülmədiyindən və hökm oxunmadığından bunlar sadəcə fərziyyə olaraq qalır. Bununla belə ortada ciddi ittihamlar var və deyilənlərin doğru olma ehtimalı olduqca yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, üç artıq, beş əksik – qara bazar var və bu bazarın güclənməsində hakimiyyətdaxili qüvvələr də yaxından iştirak ediblər.

     

    Samir Şərifova növbəti ittiham

    Azərbaycanda iqtisadi böhran başlayandan bu yana ən çox tənqid edilən və haqqında ittihamlar irəli sürülən şəxslərdən biri də Samir Şərifovdur. Onun haqqında ilk ciddi iddianı keçmiş “KQB” agenti, indi isə ABŞ-da maliyyə analitiki kimi fəaliyyət göstərən Yuri Şvets səsləndirmişdi. O, ölkənin maliyyə nazirini üç dövlətə işləməkdə, daha konkret desək, Rusiya, Türkiyə və ABŞ kəşfiyyat oqranlarına məlumat ötürməkdə ittiham etmişdi. Həmin vaxt bu məsələ geniş müzakirə edilsə də, sonradan sanki unuduldu. Əks arqument də var idi: Samir Şərifov baş nazir olmaq istəyir və rəqibləri bu üsulla onu sıradan çıxarmağa çalışırlar.

    Samir Şərifov haqqında ittihamlar dalğası ikinci devalvasiyadan sonra daha da kəskinləşdi. Bəli, maliyyə naziri birbaşa devalvasiyada günahkar şəxs elan edilmişdi və hədəf olaraq göstərilmişdi. Həmin vaxt bir çoxları bunun Elman Rüstəmovun üzərinə çox “yük” düşməməsi üçün edildiyini bildirirdi. Maraqlısı budur ki, bu iddia da Samir Şərifovun kreslosunu laxlada bilməmişdi.

    Maliyyə nazirinin adı növbəti dəfə Cahangir Hacıyevin məhkəmə prosesi zamanı səsləndirildi. Eks bankir maliyyə nazirinin məhkəmədə ifadə verməsini tələb edir və mənimsəmə və s. kimi ittihamların əsas səbəbkarı kimi onu göstərirdi. Əslində hadisələrin mərkəzində Beynəlxalq Bankın olması elə də təəccüblü deyil. Məlum olduğu kimi bu bankın 51%-i dövlətə məxsusdur və burada dövləti maliyyə nazirliyi – indiki halda isə Samir Şərifov təmsil edir. Elə Cahangir Hacıyev də baş vermiş neqativ hallarda naziri ittiham edir, onun xəbəri və icazəsi olmadan bunların baş verməsinin mümkünsüzlüyünü bildirirdi.

    Maraqlısı budur ki, mətbuat Beynəlxalq Bankın qara bazara dollar axıtmaqda ittiham olunan eks sədri Elmar Məmmədovu da Samir Şərifovun adamı kimi təqdim edir və dolayısı ilə bu işdə də onun əlinin olduğunu bildirir. Öz növbəsində bu da olduqca ciddi ittihamdır və nazir üçün ağır nəticələrə gətirib çıxara bilər.

     

    Qurbanlar və qəhrəmanlar

    Ölkədə iqtisadi və maliyyə sahəsində ciddi problemlərin olduğu və bir çoxunun həll edilməmiş qaldığı heç kimə sirr deyil. Bu isə əhali arasında getdikcə narazılığı artırır və təbii ki, hakimiyyət də bunun fərqindədir. Belə olan halda isə bir çıxış yolu var – cəmiyyətə kimisə hədəf göstərmək. Bu, sınanmış metoddur və bizimlə eyni idarəetmə metodlarına və xarakteristikaya malik ölkələrdə tətbiq edilib. Məsələn, bir müddət öncə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev rüşvətalma ittihamı ilə həbs edilmişdi. Bir çoxlarına görə Ulyukayev Putinin növbəti qurbanlarından biri idi. Səbəb isə sadədir: İqtisadiyyatda yaranmış problemlər bir adamın adına yazılır, o həbs olunur, prezident qəhrəmana çevrilir və insanlarda hər şeyin düzələcəyinə, ədalətin bərpa ediləcəyinə ümidlər artır.

    Azərbaycan üçün də eyni şeylər keçərlidir. Ölkənin hazırkı vəziyyəti yeni qurban tələb edir. Görünən odur ki, “qurbanlıq” üçün hazırda iki əsas namizədin adı çəkilir: Samir Şərifov və Elman Rüstəmov. Təbii ki, müəyyən sürprizlər də ola bilər, lakin proqnozlar daha çox bu ikisinin üzərində cəmləşir. Artıq bu şəxslər millət vəkilləri səviyyəsində belə tənqid edilirlər ki, bunun da şəxsi təşəbbüs olduğunu düşünmək ağılsızlıq olardı. Bəli, hakimiyyət bu iki şəxsdən birini, bəlkə də tamam başqasını qurban edəcək, bütün günahları üstlərinə yıxacaq və narazılar bir müddət sakitləşdiriləcək. Təcrübə göstərir ki, bu baş verəcək. Görünən odur ki, əcəl zənginin kimin üçün çalındığını görməyimiz elə də uzun çəkməyəcək.

     

    P.S Mətbuatda prezidentin Tarif Şurasının qərarını ləğv edəcəyi haqda xəbərlər artmaqdadır. Necə demişdik? Qurbanlar və qəhrəmanlar.