Xəbər lenti

  • 2017-03-24
  • 11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    11:34 Eyro: "Status-kvo vəziyyəti ağırlaşdıran siyasi seçimdir”
    11:16 "Atatürk ailəmə hörmət etməsə də..."
    10:58 "16 apreldən sonra çox sürprizlə qarşılaşacaqsınız"
    10:44 Vestminster körpüsü yenidən istifadəyə verildi
    10:27 Tramp yük maşını sürərsə... - VİDEO
    10:15 Düşmən mövqelərimizi 109 dəfə atəşə tutub
    09:56 Erməni hərbçilərin maşını qəzaya düşdü: 10 yaralı
    09:43 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
    09:30 Sabahdan mazut gömrük rüsumundan azad olunacaq
    09:15 ABŞ-ın İsraildəki səfirinin adı bəlli oldu
  • 2017-03-23
  • 23:40 Bağırsaqları ziyanlı maddələrdən təmizləməyin üsulları
    23:20 Evlilik proqramlarının aqibəti necə olacaq?
    23:00 Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq
    22:40 Azərbaycanda 5 minə yaxın eşşək yoxa çıxdı
    22:20 Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib
    22:00 Prezident qızları: Ataları kimi güclü və nüfuzlu
    21:40 İran, gəmilərin körfəzdə sərbəst hərəkətinə təhlükə yaradır
    21:20 Yük maşınları niyə Rusiya sərhədində ilişib?
    21:00 Lənkəranda silah-sursat tapılıb
    20:40 Rusiya "Eurovision" müsabiqəsini yayımlamayacaq
    20:20 "Petkim"in rəhbərliyinə yeni təyinat olub
    20:00 Belçikada terror aktına cəhdin qarşısı alındı
    19:45 Müdafiə naziri ön xətdə olub
    19:22 Ötən illərin Novruzları- FOTOLAR
    19:00 İŞİD Londondakı terrorun məsuliyyətini üzərinə götürdü
    18:45 Apple qırmızı rəngdə iPhone7 buraxıb
    18:30 Keşniş toxumunun faydaları
    18:00 IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib
    17:45 Gürcüstandakı həmyerlilərimiz hökumət strukturlarında təcrübə keçəcəklər
    17:30 Moldova MDB PA-nın iclasında iştirakdan imtina edib
    17:15 Londonda terror aktını britaniyalı törədib
    17:00 Kambocalı körpələrin süd payını Amerika bəbələri yeyir
    16:45 Londondakı teraktla bağlı 7 nəfəri saxlanıldı
    16:30 Manatın təzədən özünə gəlmək şansı var?
    16:15 Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır
    16:00 Bahalaşmaya göz yummaq olmaz
    15:45 Rusiya səfiri Türkiyə XİN-ə çağırıldı
    15:30 Şimali Koreyanın Türkiyədəki mülkiyyəti dondurulacaq
    15:15 Cem Yılmazın yeni filmində kimlər olacaq?
    15:00 Azərbaycan Gürcüstana qaz ixracını 22 faiz artırıb
    14:45 Erməni general Azərbaycanı snayperlərlə hədələdi
    14:30 Sarkisyan Lapşinin ekstradisiyasına mane ola bilməyən səfiri cəzalandırdı
    14:00 Almaniya millisi Bakıya qələbə ilə gəlir
    13:45 Daun sindromunu hamiləlikdə yoxlayın
    13:30 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
    13:15 Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı
    13:00 Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir
    12:45 Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
    12:30 Londonun müsəlman merinin sözləri narazılıq yaratdı
    12:15 Britaniyada bayraqlar endirildi
    12:00 Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb
    11:45 ABŞ İŞİD-in arxasına qəfil desant atdı
    11:30 Cəbhə bölgəsində yenə atəşkəs pozulub
    11:15 Rəsmi Bakı Londondakı teraktı kəskin şəkildə pislədi
    11:00 Rusiya ilə dialoqu davam etdirmək vacibdir
    10:45 Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
    10:30 Azərbaycan Ekoloji Fəaliyyətinə görə 31-ci olub
    10:15 Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək
    10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    15
    23:58:10
    Dekabr
    624 nəfər oxuyub

    Azərbaycanı və dünyanı nə gözləyir?

    FES-in növbəti toplantısı da sona çatdı. Bütün dünyada,  o cümlədən ölkəmizdə də uzun müddətdir ki, müzakirə olunan suallar dünən gecə, nəhayət ki, cavabını tapdı. İclasda verilmiş qərarlar nə qədər gözlənilən olsa da, kifayət qədər yeni məqamlar da üzə çıxdı. Belə ki, faiz dərəcələrinin 0.25% artırılacağı ilə bağlı proqnozlar özünü doğrultdu. Lakin FES rəhbəri Canet Yellen növbəti ildə üç dəfə faiz artımına gedə biləcəklərini bildirdi ki, bu daha az ehtimal edilən variant idi. Çünki bir çox mütəxəssislər  2017-ci ildə bunun ən yaxşı halda iki dəfə olacağını bildirirdilər. Bu qərarın verilməsində Donald Tramp faktoru da mühüm rol oynadı. Yeni seçilmiş prezidentin vergiləri azaldacağını və iqtisadiyyatın inkişafı üçün müəyyən addımlar atacağını bəyan etməsi FES-in iclasından dollar üçün müsbət qərarın çıxmasına şərait yaratdı. 

                       

     Qərar dünya üçün nə vəd edir?

     

     

     

     

    Əslində dünya faiz dərəcələrinin 0.25% artırılmasına hazır idi desək, yanılmarıq. Çünki proqnozlar, demək olar ki, artımın bu dərəcədə baş verəcəyini təsdiqləyirdi və belə demək mümkünsə, bu, artıq öncədən bəlli idi. Lakin  istənilən halda qərardan dərhal sonra dollar digər əksər valyutalara qarşı gücləndi ki, bu da gözlənilən idi. Bundan başqa FES-in 2017-ci il üçün proqnozları da dolların güclənməkdə davam edəcəyini göstərir. Bu faktor da maliyyə bazarlarında öz sözünü deməyə başladı.

    FES-in qərarının neft qiymətlərinə ciddi təsir edəcəyi gözlənilir. Belə ki, dolların dəyər qazanması neftin qiymətinin düşməsinə gətirib çıxaracaq. Artıq dünya bazarında neftin qiymətinin sürətlə azalması müşahidə olunur. 

     

     

    Azərbaycanı nə gözləyir? 

     

    FES-in verəcəyi qərar və onun Azərbaycan iqtisadiyyatına təsiri uzun müddətdir ki, müzakirə mövzusu idi. Əksər mütəxəssislərin bununla bağlı proqnozları bədbin idi. Belə ki, qurumun faiz artımına gedəcəyi təqdirdə - bu, demək olar ki, dəqiq idi – manatı yaxşı heç nəyin gözləmədiyi bildirilirdi. Bunun, xüsusilə, 2017-ci il üçün aktual olacağı vurğulanırdı. Məsələnin bir digər tərəfi isə maliyyə və pul siyasəti sahəsinə nəzarət edən qurumların reaksiyası idi. Belə ki, 2015-ci ildə iki dəfə devalvasiya şoku yaşamış ölkə üçün növbəti belə hal arzuolunmazdır. Lakin bununla belə cəmiyyətdə növbəti devalvasiyaların olacağı ilə bağlı fikirlər hələ də dolaşmaqdadır. Üstəlik hökumət nümayəndələri də bunu təkzib etmirlər. Həmçinin manat günü-gündən dollara qarşı dəyər itirir ki, bu da əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə, sosial gərginliyin artmasına gətirib çıxarır. Görünən odur ki, kəskin devalvasiya baş verməsə belə, yumşaq şəkildə manatın ucuzlaşması prosesi növbəti ildə daha da sürətlənəcək.

     

     

    1 dollar 2 manat olacaqmı?

     

     

     

     

    İndi artıq istər mütəxəssislər, istərsə də sıravi vətəndaşlar arasında bir sual müzakirə olunur: 1 dollar 2 manat olacaqmı? Proqnozlar göstərir ki,  yaxın müddət ərzində tablolarda bu mənzərəni görəcəyik.

    Dolların bahalaşmasının Azərbaycan üçün bir digər mənfi təsiri də yuxarıda qeyd edildiyi kimi neft qiymətləri ilə bağlıdır. Belə ki, gəlirlərinin çox hissəsini neftdən əldə edən Azərbaycan üçün bu hal əlavə problemlər yaradacaq. Ən azı, neftin yenidən bahalaşması haqda ümidlər puça çıxmaqdadır. 2017-ci ildə də bu tendensiyada dəyişiklikliyin olacağını gözləmək yersizdir. Deyəsən, belə getsə, üzümüzə gələn il ayağımızdan qısa olan yorğanımız daha da qısalacaq. Nə deyək, Allah axırımızı xeyir, yorğanımızı uzun eləsin...