Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    20
    18:36:37
    Dekabr
    392 nəfər oxuyub

    ŞƏRQ İNCƏ MƏSƏLƏDİR...

     

     

     

     

     

    Buna qədər də Türkiyədə iki böyük, müdhiş terror hadisəsi olmuşdu – hər ikisi də dekabrın birinci yarısında...

    Ümumiyyətlə, son vaxtlar hər birimiz üçün doğma olan bu ölkədə terrorlar, az qala, adicə bir olaya çevrilibdir – o qədər adi ki, hətta bəzi, özü də böyük “dost” ölkələr bunlara  reaksiya verməyi belə özləri üçün əziyyət sayırlar...

    Sözsüz ki, Rusiya səfirinə qarşı sui-qəsd bütün bu silsilə terror hadisələrindən bir qədər kənarda dayanır, çünki diplomat, özü də yüksək ranqlı bir insan, səfir öldürülübdür!...

    Elə ona görə də dərhal üzə çıxan ilk “ehtimal” bu oldu ki, kimsə Türkiyə ilə Rusiyanın arasını vurmaq istəyir...

    Sözsüz, bu da digər ehtimallar sırasında“yaşamağ”a haqqı olanlardandır. Xüsusən nəzərə alanda ki, iki ölkə arasındakı münasibətlər yenicə normallaşmağa başlayıb. Amma bir azcıq səbrli olmaq lazımdır. Ən azı ona görə ki, baş vermiş insidentin Türkiyə-Rusiya münasibətlərini korlaya biləcəyini düşünmürük...

    Çünki bir az qəribə olsa da, hadisə ilə bağlı Rusiya mediasında indiyədək alışdığımız isterikanı görmədik. Bir fikir bizim diqqətimizi çox cəlb etdi: ruslar özləri yazır ki, baş vermiş olayı “Hələbə görə qisas” kimi dəyərləndirmək olar.

    Elə biz də məhz bu detalın üstündə dayanmaq istərdik. Demirik ki, burada mütləq son Hələb hadisələriylə bağlı nəsə ola bilər və yaxud da ki, olmalıdır...

    Amma bu detal hər halda, Rusiyanı başqa bir şeyə - özünün siyasəti, əsas da Suriyadakı “missiyası” haqqında düşünməyə vadar edə bilərdi. Rusiya Yaxın Şərqdə hansı “oyun”a girdiyinin fərqində olmalıdır. Mən, doğrusu, xatırlamıram ki, “Şərq incə məsələdir!” deyimi hansı ölkənin siyasət və ya elm adamlarına məxsusdur... Onu bilirəm ki, Rusiyada, bir qayda olaraq, Şərqi yaxşı biliblər və bu ölkənin gözəl şərqşünasları olub!

    Bəli, Şərq həqiqətən də çox incə məsələdir... Ona görə də, bir daha deyirəm ki, Rusiya Yaxın Şərqdəki, xüsusən də Suriyadakı missiyasını bir daha təftiş etməlidir.

    Bu ölkə Suriya probleminə qatılmaqla onu daha da alovlandırdı... Bəşər Əsəd rejimi çökmək astanasında idi, amma Rusiya işə qarışmaqla Əsədə də, onun biabırçı rejiminə də “ikinci nəfəs” verdi.

    İndi Suriyada hamı biri-birinə qarşı vuruşur – bu, isə həm də Rusiyanın xidmətidir. Amma düşünmürəm ki, səfirin ölümü bu ölkənin siyasət və diplomatiya adamları üçün “soyuq vanna” olacaq. Onlar hələ məşhur “təyyarə olayı” zamanı müəyyən nəticələr çıxara bilərdilər. Gəl ki, bunu etmədilər və bu dəfə də etməyəcəklər, çünki tarix boyu Rusiya üçün ən qiymətsiz bir şey olub – o da Rusiya insanıdır... 

     

     

    TÜRKİYƏ KİMİN “ƏMİOĞLUSU”DUR?..

     

     

     

     

    Fəqət, başqa cür “düşünən”lər də az deyil. Tez bir zamanda bir az əvvəl qeyd etdiyimiz ehtimaldan savayı başqa “ehtimallar” da meydana çıxdı və hətta diqqəti belə bir detal çəkdi ki, bizim bəzi azərbaycanlılar belə öz təxəyyüllərini işə salmaqdan dayana bilmədilər, tez bir zamanda özləri yeni “ehtimal”lar irəli sürdülər...

    Dövriyyədəki “ehtimal”lardan biri də Qərblə və hətta Fətullah Gülən cənabları ilə bağlıdır. Prinsipcə, hər iki amil diqqətə layiq ola bilər, hərçənd ki, bəzi ölkələrdə sanki Qərbi nədəsə suçlamaq üçün bir fürsət axtarırlar və təəssüf, bizim Azərbaycan da belə ölkələrin cərgəsindədir...

    Qərb, Rusiyanın bölgədəki missiyasından həddindən çox narazıdır və bunu qətiyyən gizlətmir də. Bir az da Türkiyə ilə bağlı narazılqılar var və bu səbəbdən də istisna etmək olmaz ki, burada da Rusiyanı cəzalandırmaq və yaxud da ki, Türkiyə-Rusiya münasibətlərini yenidən soyutmaq istəkləri olsun...

    Elə təsəvvür yaranmasın ki, biz dövriyyədəki bütün ehtimalları bir-bir rədd etməyə çalışırıq. Yox, belə niyyətimiz yoxdur. Düzdür, Qərb, əsas da ABŞ-la Türkiyə arasında münasibətlərçox da rəvan deyil. Amma bizə elə gəlir ki, bunun bir günahı da Ərdoğanın siyasətindədir...

    Məsələ bundadır ki, Türkiyə prezidenti bəzən “kimin əmisi oğlu olması”nı unudur. Türkiyə hələ NATO-nu tərk etməyib, hərçənd, mənə elə gəlir ki, Ərdoğan coşub-daşaraq bir gün bu məsələni də gündəmə gətirə bilər, çünki o, özü üçün elə bir müstəqilliyə can atır ki, həmin müstəqillik heç bir dövlətdə yoxdur; hətta Almaniya da, İngiltərə də düşünüələn dərəcədə müstəqil deyillər...

    Bunu böyük qüsur kimi də qəbul kimi də qəbul etmək lazım deyil– hamı bir planetdə yaşayır, üstəlik, bütün ölkələri biri-birilə müəyyən hərbi və ya siyasi öhdəliklər bağlayır. Ona görə də bir daha deyirəm ki, Türkiyə hələ ki, NATO-nun üzvüdür və bu səbəbdən də Ərdoğan öz ölkəsinin kimin “əmioğlusu” olduğunu unutmamalıdır...

    Bu yaxınlarda ABŞ prezidenti Barak Obama son mətbuat konfransında özünün Suriya böhranına görə də məsuliyyət daşıdığını etiraf etdi. Söz yox ki, belə etiraf bizim üçün elə bir təskinlik yaratmır, çünki haradasa “timsahların göz yaşları”na bənzəyir...

    Üstəlik, onu da qəbul edirəm ki, cəmi Qərb ölkələrini, hətta inəklərin havaya buraxdığı metan qazı daha çox narahat edir, nəinki Suriyadakı faciə! Amma bir məsələ var – etiraf bütün hallarda etirafdır...

    Təəssüf ki, mən bu vaxta qədər Bəşər Əsədin bircə etirafını belə eşitməmişəm. Bu adam hələ bircə dəfə deməyib ki, ölkəsindəki faciə həm də onun təqsiri ucbatından baş verib. Amma Obama bunu etiraf edir... Hərçənd, bir daha deyirəm ki, bəzən etiraflar bizim, xüsusən də  böyük siyasət adamlarının təqsirini azaltmır...

    Amma bir detala diqqət edək. Əsədin atası on illərlə Suriyanı fövqəladə vəziyyət rejimində idarə etmişdi. O, özü də belə edirdi və bu “mina” bir gün partlamalı idi.

    Fəqət, hamı Suriya hadisələrini yalnız və yalnız “Qərbin müdaxiləsi”ylə izah edir! Bunun məhz belə olduğunu qəbul etmək olarmı? Bəlkə, özümüz də razıyıq ki, biz müsəlmanları ta əbədiyyətə qədər diktatura ilə idarə etmək olar?!.

    Fətullah Gülənə gəldikdə isə, indi Türkiyədə hər bir iğtişaşda onun izlərini görmək adicə bir haldır. Ona görə də bu “ehtimal” da bizi təəccübləndirmədi və üstəlik, Rusiya mediasında diqqətimizi bir detal cəlb etdi: guya səfirə atəş açan polis elə 15 iyul hadisələrindən sonra xidməti vəzifəsindən kənarlaşdırılanlardan imiş...

    Amma hətta bu da yekun bir söz deməyə əsas vermir, çünki biz jurnalistik, son sözü demək və ehtimallara nöqtə qoymaq isə təhqiqat orqanlarının işidir...

     

     

     

    GÜNAHIMIZ MÜSƏLMAN OLMAĞIMIZDIRMI?..

     

     

     

     

    Bütün bunların sonu nə olacaq? Doğrusu, Rusiya ilə Türkiyənin münasibətlərinin korlanması məni elə də narahat etmir. Üstəlik, əminəm ki, bu, olmayacaq, çünki Türkiyə höküməti sui-qəsdi hətta Rusiya orqanları ilə birgə araşdıracağını deyib...

    Türkiyə Rusiyanın və rusların timsalında, uzağı, özünün bazarını və turistlərini itirə bilər. Mən də etiraf edirəm ki, hətta bu da az deyil və unutmayaq ki, “təyyarə olayı”ndan sonra türk iqtisadiyatı milyardlarla dollar itirdi – halbuki, soyuq münasibətlər cəmi bir neçə ay çəkmişdi...

    Məni daha çox Türkiyənin ABŞ-la və Qərblə münasibətlərinin soyuya bilməsi narahat edir. Söhbət heç Rusiya səfiriylə bağlı olaydan da getmir. Son vaxtlar həm Türkiyədən və həm də ABŞ-dan soyuqluğu  gerçəkləşdirmək iqtidarında olan addımlar atılır ki, məhz elə onlar bizim narahatlığımızı artırır...

    Bir səbəbi azca əvvəldə dedim: Ərdoğan həddindən artıq müstəqil olmaq istəyir... Amma Qərbin təqsiri də az deyil. Türkiyə, faktiki olaraq, yeganə demokratik islam ölkəsidir və mübaliğəsiz demək olar ki, bütün müsəlman dünyası üçün örnəkdir.

    Bu ölkə həmişə azad Qərb dəyərlərinə və demokratiyaya açıq olub. Təbii ki, ideal demokratik ölkə deyil, Qərblə hələki bu xüsusda yarışmaq gücündə deyil. Amma nəsə var, özü də bu “nəsə” az deyildir...

    Fəqət, Türkiyə Qərbdən özünə qarşı diqqət görmür. Ona anlayışla və səmimiyyətlə yanaşmırlar. Səbəb nədir?

    Dünyanı heç də qara rəngdə görmək istəmirəm. Amma bu gün böyük siyasətdə din amili də var. Müsəlmanların bir dırnaqarası “günah”ı da var: bu da müsəlman olmağımızdır...

    Demirəm ki, bizlər tamam mələyik, yox, pisimiz də, yaxşımız da, hətta lap pislərimiz də var! Hətta aramızda elələrimiz var ki, özümüz də onlar haqda “Filankəs kənd- kəsəyə qoyulası deyil!”deyirik. Amma ki, bütün millətlər və hətta ümmətlər də belədir – pisi də var, yaxşısı da...

    Biz müsəlmanlar indi durub nə edək? Dinimizdən imtinamı edək?.. Bəzi qərblilər islam haqqında elə danışır ki, sanki biz müsəlmanların heç islah olunmaq şansımız yoxdur!..

    Belədirmi? Əlbəttə ki, yox... Buna əmin olmağın bir yolu da müsəlman ölkələrinə daha diqqətlə yanaşamaqdır. Baxın, Türkiyə demokratik, dünyəvi ölkədir, islam dünyasında ciddi bir tendensiyadır və hətta belə deyərdik ki, islamla bağlı qara təsəvvürlərə bir alternativdir – daim ona baxıb “Belə də islam var!” demək olar...

    Elə bu səbəbdən Qərb ölkələri də bir nəticə çıxarmalıdır. Yox, əgər qeyri-rəsmi şəkildə növbəti “səlib müharibəsi”nə start veriblərsə, bunu da açıq desinlər – islam dünyası haqqında, heç olmasa, ağızlarına gələni, ağıllarına gələni danışsınlar...