Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    21
    00:44:34
    Dekabr
    831 nəfər oxuyub

    Türkiyədə terrorun artmasının 3 vacib səbəbi

     

     

    Qardaş Türkiyədə və bu dövlətin ətrafında baş verənlər Azərbaycanda da böyük diqqətlə izlənilir. Xüsusilə 2015-ci ilin ikinci yarısında bu ölkədə terrorçu fəaliyyətlərin artması, 2016-cı ildə isə ölkənin ümumən qeyri-sabitlik mühiti içərisinə daxil olması xeyli dərəcədə üzücüdür. Dekabr ayında ard-arda törədilən partlayışlar və son olaraq (ümid edirəm ki) Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun öldürülməsi vəziyyətin kifayət qədər mürəkkəb olduğuna tərəddüd yeri saxlamır. Bütün bu baş verənlərin səbəbləri və nəticələri barədə fərqli yanaşmalar mövcuddur. Bu,  çox təbiidir. Çünki Türkiyənin terrorun hədəfinə çevrilməsi yeni deyil. Terrorla mübarizə, terrorun Türkiyə üçün yaratdığı risklər, Türkiyənin terrora verdiyi qurbanlar məsələsi də eyni şəkildə.

    Bu, həm Türkiyənin geopolitik mövqeyindən qaynaqlanır, həm də müxtəlif dövrlərdə, müxtəlif istiqamətlərdə izlədiyi siyasətlərindən. Türkiyənin imkanlarını və siyasətini özləri üçün riskli hesab edən qüvvələr, eləcə də, Türkiyəni öz maraq dairəsi daxilində tutmağa çalışan güclər daim terrordan vasitə kimi istifadə etməyə çalışıblar. Bu yanaşma hazırda da davam edir. Müxtəlif dövrlərdə bu yanaşmanın vasitəsi ASALA və PKK olub, bunlara DHKP-C, digər “marksist” qruplar da qoşulub. Nisbətən yeni mərhələdə müxtəlif “İslamçı” qrupların (“Hizbullah” və digərləri) rolunu da xatırlatmaq yerində olar.

    1970-ci illərin sonlarındakı vətəndaş müharibəsi ab-havasında yaşanan sui-qəsdlər və terror aksiyaları, 1990-cı illərdə yaşanan sui-qəsd xarakterli terror aksiyaları (bəzilərini kimin törətdiyi hələ də müəyyənləşdirilməyib) da ümumilikdə Türkiyənin hədəfi olduğu terrorun bir parçası olub.

    Son 15 ildə Türkiyənin siyasi xəttini dəyişdirmək, Türkiyənin hərbi imkanlarını zəiflətmək, Türkiyədə elmi yeniliklər etmək istəyən müəyyən şəxslərə qarşı törədilən sui-qəsdlər də xaraktercə terror aksiyaları sayıla bilər. Suriya və İraqdakı qeyri-sabitlik fonunda bunlara İŞİD (DAEŞ) də əlavə olunub və yəqin ki, bu, heç vaxt tam bitməyəcək. Arzulamasaq da, yeni adları, yeni uydurma terminləri eşitməyə hazır olmalıyıq.

     

     

     

    Hazırda isə vəziyyəti mürəkkəbləşdirən başqa məqamlar var. Bunlardan biri ümumilikdə terrorun və terrorçuların imkanlarının genişlənməsi, digəri region uğrunda mübarizənin şiddətlənməsi və regionun ümumilikdə getdikcə daha da qeyri-sabit olması, üçüncüsü isə Türkiyənin daxilində gedən proseslərdir. Təbii ki, bura başqa məqamları da əlavə etmək mümkündür. Amma ən azı bu 3 amil Türkiyənin terrorun daha çox hədəfi olmasına səbəb olur.

    İlk amillə bağlı olaraq Türkiyənin imkanları məhduddur. Terror bütün dünya üçün əvvəlki dövrlərə nisbətən daha dəhşətli təhlükəyə çevrilib. Bunda qloballaşma prosesinin yaratdığı imkanlar da, dövlətlərin xarici siyasətdə terrordan vasitə kimi istifadə etmələri də ciddi rol oynayır. Müəyyən terrorçu qruplar onların ortaya çıxmasında ən vacib rolu oynayan dövlətlərin təsir dairəsindən çıxa, hətta başqa dövlətlərdən dəstək alaraq onları “yaradan” dövlətin özünə qarşı belə yönələ bilirlər. Ümumilikdə isə terrorun bu qədər dövlət dəstəyinə malik olduğu bir dünyada Türkiyə üçün (elə digər dövlətlər üçün də) terror riskinin artması arzuolunan olmasa da təbiidir.

    İkinci amil (regional qeyri-sabitlik) ilə bağlı hər şey Türkiyədən asılı deyil və insafən Türkiyə regionda sabitliyin mümkün qədər tez bərpa olunması üçün çalışan azsaylı dövlətlərdəndir. Amma bu da mütləq qeyd olunmalıdır ki, regiondakı “dəyişiklik ssenarilərində” Türkiyə də müəyyən bir mərhələdə öz üstünə “rol” götürməyə çalışmışdı. Hazırda rəsmi olaraq ifadə etməsə də, o “rol”dan imtina etdiyi anlaşılır və bu, çox doğru qərardır. Terrorun artmasında bu, “bitməyən dəyişiklik” prosesi vacib rol oynayıb.

    Türkiyə baxımından son illərdə daxildə gedən proseslərin əsasən üzücü xarakterli olması xüsusi vurğulanmalıdır. Dövlətə nəzarət uğrundakı proseslərin nə ilə nəticələndiyini əksəriyyət müşahidə edə bilir. Dövlətin əsas strukturlarında, xüsusilə təhlükəsizliklə bağlı qurumlarda ciddi kadr dəyişiklikləri intensiv xarakter alıb və bu da terrorla mübarizə baxımından riskləri artırır.

    Təbii ki, 15 iyul hərbi çevriliş təşəbbüsündən əvvəl, eləcə də, 15-16 iyulda və sonrakı mərhələdə baş verənlərin miqyasını görürük. Türkiyə böyük təhlükə ilə qarşı-qarşıyadır. Xaricdən dəstəklənən bu daxili təhlükəni də aradan qaldırmağa çalışır. Bu prosesin yarım saxlanması gözlənilmir. Amma bu təhlükə ilə mübarizənin terrorla mübarizə baxımından yaratdığı risklər də göz önündədir.

    Suriya və İraqda mürəkkəb proseslər gedir. Türkiyənin bunlara laqeyd qalması mümkün deyil. Bunu həm daxili ictimai rəy (daxili ictimaiyyətin əksəriyyəti), həm də Türkiyənin təhlükəsizlik maraqları tələb edir. Amma Türkiyənin Suriya və İraqdakı fəallığı riskləri də artırır. Türkiyə illərdir İraqda sabitlik yaranmasını gözləyir, amma bu sabitlik yaranmır. Əksinə, İraqdakı qeyri-sabitlik Türkiyə üçün təhlükəsizlik risklərinin daim artmasına səbəb olur. Bu azmış kimi Suriyadakı proseslər də getdikcə daha acınacaqlı hal alır. Bu da Türkiyə üçün həm humanitar  və maddi yükün, həm də təhlükəsizlik risklərinin artmasına səbəb olur. Öz növbəsində Türkiyə bütün bunlarla bağlı qabaqlayıcı, ya da cavab tədbirləri görmək istədiyi zaman öz daxilindəki terrorçu hücumların sayı və miqyası artır.

     

     

     

    Son terror aksiyaları təkxarakterli sayıla bilməz. Mənbəyi və hədəfləri də vahid deyil. Ümumilikdə isə həm Türkiyə dövləti, həm konkret olaraq mövcud hökumət, həm Türkiyənin təhlükəsizlik qurumları (ordu, polis, kəşfiyyat), həm də Türkiyənin müxtəlif istiqamətdəki siyasətləri hədəfə götürülüb. Elə bir vəziyyət yaranıb ki, bir şəxs və ya kiçik bir qrup da radikal proseslərə yönəlib, kiçik, ya da qısa müddətli hadisələr törədə bilər.

    Amma aydındır ki, uzun müddətli və geniş miqyaslı terrorçu fəaliyyətlərin olması üçün hansısa dövlətin dəstəyi zəruridir. Bir daha terrora dövlət dəstəyi məsələsinə qayıdacaq olsaq, Türkiyəyə qarşı terrorun bu qədər geniş yayılması, terrorçuların bu qədər geniş imkanlara malik olmaları əsasən ondan qaynaqlanır ki, terror təşkilatlarına müxtəlif dövlətlər tərəfindən ciddi dəstək verilir. Bu cür dəstəklərin konkret məhkəmə qərarları ilə sübut olunduğuna dair də faktlar çoxdur.

    Təəssüf ki, konkret dövlətlərin adını çəkmək üçün əlimizdə kifayət qədər əsas yoxdur. Amma bütün hallarda İstanbuldakı və Ankaradakı son terror hadisələrində də xarici kəşfiyyatların rolunu istisna etmək reallıqdan uzaq olardı.