Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    23
    14:43:14
    Dekabr
    773 nəfər oxuyub

    Şəhid verən millət niyə Atatürkün heykəlini sökməklə məşğuldur?

    Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi bir andaca dünya mediasının gündəmini zəbt etdi. Qətlin üzərindən bir neçə gün keçsə də, bu məsələ hələ də müzakirə olunur və belə görünür ki, bundan sonra uzun müddət də diqqət mərkəzində olacaq.

     

    Təbii ki, burada hamını düşündürən bir sual var: Qətli kim sifariş edib? Daha doğrusu, səfirin öldürülməsi bu və ya digər dərəcədə kimin, yaxud kimlərin işinə yaraya bilər?!  Bununla bağlı ən müxtəlif versiyalar irəli sürülür. Bəzi mənbələr Amerikanı, digərləri Fətullah Gülən hərəkatını qətlin potensial sifarişçisi qismində təqdim edir. Bu məsələdə bir müddət islamçı terror təşkilatlarının da adı hallandı. Hətta Rusiya mətbuatı məsuliyyəti “Fəth Ordusu”nun qətlə görə üzərinə götürdüyü haqda məlumatlar versə də, tezliklə bu xəbər təkzib edildi.

     

    Ərdoğan tənqid edilir

    Rusiya mediası başda olmaqla, dünya mətbuatında səfirin qətlinin sifarişçisinin kimliyi haqda iddiaların geniş müzakirə edildiyi bir vaxtda Türkiyə mediası qatilin kimliyini və həyatını araşdırmağa başladı və bir andaca Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tənqid hədəfinə çevrildi. Bəli, hazırda müstəqil türk mətbuat orqanları səfirin öldürülməsində dolayı yolla da olsa, Ərdoğanı günahlandırır. Arqument isə sadədir: Mert Altıntaş kimi insanlar Ərdoğanın hakimiyyəti illərində yetişdi. Əslində, burada az da olsa həqiqət payı var. Belə ki, 1994-cü ildə anadan olan qatil Mevlut Mert Altıntaşın səkkiz yaşı olarkən AKP hakimiyyətə gəlib və o, bu partiyanın hakimiyyəti illərində böyüyüb və təhsil alıb. Bu həmin təhsil sistemidir ki, hər gün keçdikcə dünyəvi dəyərlərin yerini sürətlə dini faktorlar almağa başlayır.  Altıntaş da məhz bu təhsil sisteminin yetirməsi idi. Son illər Türkiyənin sekulyar quruluşunun sürətlə məhv edildiyi, onun yerinə dini tədrisin artması fonunda bu hadisə əslində gözlənilən idi. Üstəlik, bu ilk də deyildi. Bundan öncə də dəfələrlə bu və ya digər formada prezident “altıntaşları” qorumuş, onlara rəvac vermişdi. Elə qətldən bir neçə gün öncə Rusiya səfirliyi qarşısında “Suriya və Hələbə” azadlıq mitinqləri də buna misal olaraq göstərilə bilər. Hər nə qədər hökumət mitinqlərin müstəqil qurumlar tərəfindən təşkil edildiyini bildirsə də, məsələdən AKP-nin xəbərdar olduğu, hətta bu işə xüsusi canfəşanlıq göstərdiyi məlumdur.

     

    Vəziyyəti bu yerə gətirən proseslərdə isə Ərdoğan tək yürüməmişdi. Ona qol-qanad verən Fətullah Gülən vardı. Bu gün isə Gülən sadəcə bu mənzərəni uzaq Amerikadan seyr edir və... (orasını Allah bilir) Artıq bu və ya digər qətllərdə, terrorlarda barmağı olsa da, olmasa da. O, əlini bu işlərə çoxdan, lap çoxdan bulayıb.

     

    “FETÖ” yaptı”, bəs kim yoğurmuşdu?

    Elə sui-qəsddən dərhal sonra Ərdoğan açıqlamasında qətli Fətullah Gülənlə əlaqələndirmiş və səfirin öldürülməsində onun əlinin olduğunu bildirmişdi. Üstəlik, qatilin keçmişdə “Hizmet Hərəkatı”na aid məktəblərdən birində oxuduğu da məlum olmuşdu. İddialarda həqiqət payının olub-olmadığını, əlbəttə, zaman göstərəcək, amma bir şey məlumdur: Fətullah Gülən tərəfdarları elə Ərdoğanın hakimiyyəti zamanında sürətlə çoxaldılar və vəzifə pilləkənlərini sürətlə yuxarıya doğru çıxdılar. Hətta Ərdoğan onların çiyinləri üzərində hakimiyyətə gəlmişdi desək yanılmarıq. Nəticədə, Türkiyə cümhuriyyətinin dünyəvi dəyərlər sistemi bir-birinin ardınca təriqətlərin güdazına qurban getdi. Bu işdə, təbii ki, fətullahçıların da rolu az olmadı. Lakin baş nazir olaraq Ərdoğan bu məsələdə birbaşa məsuliyyət daşıyırdı. Doğrudur, cənab Ərdoğan sonra baş verənlərə görə üzr istəməyi də bacardı və “aldadıldıq” demə cəsarətini özündə tapdı. Bundan başqa gec də olsa səhvlərinin bir hissəsini düzəldə bildi. Amma və lakin, iş işdən keçmişdi. Üstəlik, bu kimi halların yenidən yaşanmayacağının heç bir təminatı yoxdur. Hələ illər öncə öldürülmüş jurnalist Uğur Mumcu bu günləri görərək dinçilərin aktivləşməsinin gələcəkdə ölkə üçün ciddi təhlükələr törədəcəyini görmüşdü. Kim bilir, bəlkə də elə bu kimi fikirlərinə görə öldürülmüşdü, Mumcu.

     

    Zaman Uğur Mumcunu haqlı çıxardı. Türkiyə cəmiyyəti son bir neçə il ərzində Ərdoğanın Mehdi adlandırılmasından tutmuş, peyğəmbər elan edilməsinə, xəlifə kimi qəbulunun vacibliyinə qədər onlarla faktla rastlaşmışmalı oldu. Ərdoğan dəfələrlə bu və ya digər şəkildə İŞİDi, Əl-Nüsra Cəbhəsini dəstəklədi. Üstəlik bu dəstək yalnız sözlərlə qalmadı, iddialara görə həm əməli fəaliyyətə çevrildi.

    Artıq İstanbul və İzmir küçələrində uzun dini geyimlərlə gəzən insanların sayı çoxalması heç kimdə təəccüb doğurmur. Dəfələrlə dindarlar tərəfindən içki  və əyləncə məclislərinə edilən basqınlar, açıq-saçıq geyinən qadınlara qarşı törədilmiş fiziki təzyiqlər Türkiyə üçün artıq adi hala çevrilib. Üstəlik, əksər hallarda günahkarların özlərini dini fikirlərlə müdafiə etməsi və nəticədə cəzalandırılmaması adi hala çevrilib. Belə olan halda günlərin bir günü Mert Altıntaş kimi birinin çıxıb səfiri öldürəcəyi, ərəbcə şüarlar səsləndirəcəyi də gözlənilən olmalı idi. Amma görünən odur ki, bu da hələ son deyil. Türkiyə cəmiyyəti bundan sonra da bu kimi hadisələrə hazır olmalıdır. Bəli, məlumdur ki, bu tipli cinayətlərdə istifadə edilmək üçün həmişə adam tapılır. Amma, etiraf etmək lazımdır ki, Altıntaş üzərinə düşən rolu oynayarkən çox həvəsli idi və hazırkı Türkiyədə onun yerində olmaq istəyən yüzlərlə, minlərlə gənclər də var.

     

    Azərbaycanı da təhlükə gözləyir

    Türkiyədən və onun sürətlə dindarlaşmasından danışarkən Azərbaycanı da unutmamaq lazımdır. Belə ki, son illər ölkəmizdə də bu kimi hallar çoxalmaqdadır. Son zamanlar radikal dindarlarla bağlı yaranmış problemlər bunu deməyə əsas verir. Təkcə Suriya müharibəsi göstərdi ki, Azərbaycan bu tip radikal fikirləri dəstəkləyən yüzlərlə insan var və hər an qəbul etdikləri ideologiyaya görə əllərinə silah alıb vuruşmağa hazırdırlar. Suriyadan yayılan videolarda azərbaycanlılar buradakı tanışlarını cihada səsləyir, kafirlə müharibə aparmağın vacibliyindən dəm vururdular. Vaxtilə həbsdə olmuş “Musavat” başqanının müavini Tofiq Yaqublu da azad edildikdən sonra türmələrdə olan radikal dindarların real təhlükə mənbəyi olduqlarını açıqlamışdı: “Amma ordakı təhlükə nədən ibarət idi, bilirsizmi? O vəhabilər birmənalı şəkildə deyirdilər ki, çıxacağıq və bircə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq. Mən ora təzəcə getmişdim. Orda şiə və vəhabilər arasında ciddi toqquşma oldu. Qoşun yeritdilər, yoxsa qırırdılar bir-birini. Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar “Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, bunlar qəmginləşir" .

     

    Üstəlik, məsələ bununla da yekunlaşmır. Azərbaycanda təhsilin səviyyəsi aşağı düşdükcə digər zərərli ideologiyalara maraq da artır. Son olaraq “qanuni oğru” Rövşən Lənkəranskinin ölümü zamanı bunu bir daha şahidi olduq.

     

    “Dolya Vorovskaya” çalan 10 yaşlı Ataxan

    Bir neçə gün öncə Xəzər Tv-də verilişlərin birində Ataxan adlı 10 yaşlı klarnet ifaçısı qonaq idi. Əlbəttə, az yaşda xüsusi istedadlı və bacarıqlı bir musiqiçini görmək sevindirici hal idi. Lakin sonra vəziyyət dəyişdi. Belə ki, Ataxandan “Dolya Vorovskaya” ifa etməsini istədilər. Bəli, məhz “Dolya Vorovskaya”. Dəhşətlisi isə o idi ki, o, bunu ifa etməyi bacarırdı və dərhal sifarişi yerinə yetirməyə girişmişdi. Cəmi 10 yaşı var idi ...

     

    P.S: Dünən isə Türkiyənin Rizə şəhərində Mustafa Kamal Atatürkün heykəli götürüldü. Şəhər bələdiyyəsi bildirib ki, heykəlin yerində “15 iyul şəhidləri” abidəsi ucaldılacaq. 15 iyulda şəhid olanlar da bu vətənin övladları idi, onlarla qarşı-qarşıya gətirilənlər də, səfiri öldürən Mərt də, dünən İŞİD-in yandırdığı deyilən iki türk əsgər də... Həm də Atatürkün övladları idi. Bəs həm də Rizənin övladları, Ərdoğanın övladları deyilmi onlar? Elədisə, niyə övladları ölən, öldürən, yandırılan bir vaxtda Atatürkün heykəlini sökməklə məşğuldurlar? Niyə? Onu da Allah bilir, çünki bu sualın heç bir məntiqli cavabı yoxdur. Çünki torpağa hər gün şəhid verən bir dövlət  və millət onların Atasının heykəlini “dəfn” etməz.