Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    27
    19:28:42
    Dekabr
    821 nəfər oxuyub

    QARABAĞ 2016-NI NECƏ YOLA SALIR?

     

    Biz də olmasaq, zamanın özü hər bir şeyin nöqtəsini qoyur – ya birdəfəlik, ya da ki, müvəqqəti. Bu sözləri ilin Qarabağ prosesi haqqında da demək mümkündür. Güman ki, 28 ildir davam edən münaqişənin daha bir səhifəsini çevirmək olar...

    Hamburqda prezidentlərin görüşünün baş tutmaması, eləcə də artıq bitməkdə olan dekabr ayı izafi ümidlər üçün yer qoymur – çətin ki, bir neçə gün ərzində yeni nəsə baş versin...

    İndi bəlkə də daha düzgünü bu olardı ki, bir ilin prosesinə yekun vurasan və onun əvvəlki illərdən fərqli olan hansı reallıqları yaratdığını anlamağa çalışasan.

    Təkrarçılıq olmasın, amma il “Lavrov-Putin planı” adlı çox gurultulu diplomatik təşəbbüslə yadda qaldı. İndi bunu bir daha vurğulamağa elə bir ehtiyac yoxdur.

    Sadəcə bir daha xatırlatmaq istərdik ki, Rusiya yazda, ya da yayda etmək istədiklərinin üstündən payızda böyük bir qara xətt çəkdi...

    Artıq bu ölkə Ermənistanla birgə hərbi komandanlığa keçib və bu da faktiki olaraq o deməkdir ki, Ermənistan hərbisi Kremldən idarə olunacaq. Üstəlik Rusiya bununla da kifayətlənmədi – bundan sonra Kremlin Yerevana verdiyi və yaxud hədiyyə etdiyi silah-sursat dövlət sirri kimi təsnif olunacaq...

     

    RUSİYA QARABAĞI NƏYƏSƏ DƏYİŞMƏYƏ TƏLƏSMİR...

    Bu iki detal yeni və ciddi reallıqlar yaradır. Bir tərəfdən Rusiyanın Ermənistanı daha çox nəzarətə götürməsi yaxşıdır, o biri tərəfdən də bu izafi çətinliklər də yarada bilər. Hər şey Rusiyanın niyyətindən asılıdır. Bu niyyəti isə diplomatlarımız on illərdir yalnız fəhm etməyə çalışırlar...

    Bir tərəfdən Bakıda belə çağırışlar səslənir ki, əgər Rusiya Ermənistan üzərində bu qədər nəzarət əldə edibsə, onda daha onunla deyil, birbaşa Rusiyanın özü ilə danışmalıyıq...

    Təbii, bu yanaşmada da məntiq var. Amma Rusiya ilə “danışıq”ların predmeti neçə illərdir ki, aydındır - əvvəllər bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq idisə, indi burada Avrasiya İttifaqı da özünə yer edib. Amma bu da hamısı deyil. Hətta Bakı bütün bunlara razılıq versə belə, yenə də bu yolla Qarabağın qaytarılacağına heç ümid yoxdur.

    Keçmiş dövlət məmurları dəfələrlə söhbətlərdə, müsahibələrdə bildiriblər ki, vaxtilə bu variantlar da Kremlə təklif olunsa da, bir nəticəsi olmayıb – Rusiya Qarabağı nəyəsə dəyişməyə tələsmir...

    O ki qaldı ikinci məsələyə, Rusiyanın Ermənistanı daha çox nəzarətə götürməsinin yarada biləcəyi çətinliklərə və eləcə də Moskvanın Yerevanı silah – sursatla təmin etməsinə, buna da Bakıda ikili reaksiya var. Bir tərəfdən Azərbaycanda belə addımlar ictimai səviyyədə qəti pislənir və Rusiya ikibaşlı oyun oynamaqda ittiham edilir. Digər tərəfdən də rəsmilərin buna münasibət tamamilə fərqlidir. Özünə yalnız Qərbə qarşı kəskin bəyanatlar səsləndirməyi rəva görən Bakı bildirir ki, Kreml hansı ölkəyə silah satıb –satmamaq məsələsini özü həll edir...

    Düzdür, Ermənistan da Rusiyanı Azərbaycana silah satdığına görə qınayır. Ona görə düşünmək olardı ki, münasibət prinsipcə simmetrik və başadüşüləndir. Bu aspektdən yanaşanda rəsmi Bakı hətta haqlı da görünür. Ona görə ki, bir az əvvəldə dediyimiz kimi, Rusiya Azərbaycana da silah satır. Amma bütün bunlar zahirən belə “ədalətli” görünür...

    Birincisi, ona görə ki, Rusiya silahı Azərbaycana satır, Ermənistana isə sadəcə hədiyyə edir. İkincisi, Bakı bütün hallarda Rusiyanı belə ikibaşlı siyasətə görə qınamalı idi...

    Eyni ritorika İrana da ünvanlanır. Əvvəllər Azərbaycan bu ölkənin Ermənistana yönəlik siyasətinə təsir etməyə çalışırdı. İndisə bunu etmir və “İran öz tərəfdaşlarını seçməkdə azaddır!” deyir...

    Halbuki İran Qarabağ məsələsində Türkiyənin göstərdiyi prinsipiallığın, heç olmasa, yarısını etsəydi, bəlkə də problem çoxdan həll olunardı. İndi Yerevanın dünyaya iki çıxışı var – biri Gürcüstandır, digəri İran. Sonuncu xüsusilə böyük önəm kəsb edir Ermənistan üçün...

    Amma digər - “sanksiyalara məruz qalan İran” üçün Ermənistanın fövqəl maraq kəsb etməsi də uydurmadan başqa şey deyil. Mən iki ölkə arasındakı ticarət dövriyyəsilə də maraqlanmışam. Elə də böyük ədəd deyil, 150-200 milyon dollar təşkil edir, çünki Ermənistan bazarı olduqca kasıbdır...  

    Qərəz, ümumi vəziyyət belədir. Bakı İranı da, eləcə də Rusiyanı da gözəl anlayır.

     

    MÜHARİBƏ DƏ SİYASƏTİN DAVAMIDIR...

    Bəs növbəti ildən nə gözləmək olar? Doğrusu, birmənalı söz demək olmur. Bəzi məsələlər aydınlaşmalıdır. Məsələn, gələcək ABŞ hökumətinin Qarabağla bağlı, ümumiyyətlə, regionla əlaqəli siyasəti hələ tam bilinmir. Təbii ki, ümumi sözlər demək mümkündür. Amma hər bir kabinet, hər hakimiyyət problemlərə öz baxışını da gətirir...

    Türkiyə ilə Rusiyanın münasibətlərindən də asılı məqamlar var. Görək, bu münasibətlər hara qədər inkişaf edəcək? İlin əvvəlində Rusiya hətta bununla da bağlı ümidverici bəyanatlar səsləndirirdi –  həmsədrlər, guya ki, Ankaraya səfər etməyi planlaşdırırdılar...

    Elə Türkiyə diplomatları da yaydan sonra yenidən “donmuş” Qarabağ probleminin “buz”unu əritmək üçün çox səy göstərir.

    Hətta Türkiyədən  bəyanatlar səsləndi ki, Ermənistan, heç olmasa, Azərbaycanın bir rayonunu azad edərsə, o halda onların ölkəsi blokadanı  yumşaltmağa qərar verə bilər...

    Hamburqda da belə fikirlər dilə gətirildi ki, Minks Qrupuna yeni bir impuls verilməlidir. Bu xüsusda Bakıda bir daha Türkiyənin də həmsədr ölkələrin sırasına qatılması məsələsi gündəmə gəldi. Amma Ermənistan, yaxud Rusiya buna razılıq verərmi?..

    Bəs hərbi əməliyyatların təkrarlanması necə? Daha bir aprel təkrar oluna bilərmi? Bakıda ritorik şəkildə olsa da, bunu istisna etmirlər və bir daha belə fikirlər səslənir ki, tərəflər yenidən hərbə müraciət edə bilər...

    Amma iki nüans var. Rusiya Ermənistanın müdafiə imkanlarını bir az da artırdı. Bir “İsgəndər”lər qalmışdı, onları da Yerevanda nümayiş etdirdi! Bu da məsələnin bütün detalları deyil. Təbii ki, aprel bizim üçün hərbi və siyasi uğur idi. Bunu heç kim inkar etmir...

    Amma ermənilərin də özlərindən “razı” qalmağa “əsas”ları var. Ona görə ki, apreldə azad edilən iki min hektarlıq ərazi işğal olunmuş cəmi ərazilərin qarşılığında çox azdır...

    22 il idi ki, bu günə hazıralaşırdıq və onu gözləyirdik. 22 il idi ki, Azərbaycanın iqtisadi və demoqrafik üstünlüklərinin ciddi hərbi və diplomatik nəticələrə gətirib çıxaracağı deyilirdi. Belə də oldu. Amma di gəl, çox da böyük uğura imza ata bilmədik. Bəlkə də hərbi uğurumuz daha böyük olardı və elə olmuşdu da... Mümkündür ki, elə nüanslar var ki, biz onları bilmirik. Bu, tamamilə mümkündür. Amma daha böyük uğura və ən azı, təcavüzkarı sülhə məcbur edəcəyimizə ümid edirdik...

    Ona görə də özümüzə gələcəklə bağlı çox da “rəngli yuxu”ları rəva görmürük. Di gəl, bir məsələ var: əgər sülh yoxdursa, ədalət tapdanıbsa, torpaqlar işğal olunubsa, müharibə hər an ola bilər. Amma bunun üçün də şərait yetişməli, əlverişli diplomatik fon yaranmalıdır, çünki lap Lenin deyən kimi: müharibə sadəcə, siyasətin başqa vasitələrlə davamıdır...

    Amma indi hərbi müstəvidə perspektivsiz bir durum yaranıb. Dəfələrlə qeyd etdik ki, Moskva Azərbaycana valyutaya satdığı silahlardan da qat-qat güclü və müasir silahları Ermənistana hədiyyə edir.

    Demirik ki, Bakı vəziyyəti sadəcə seyr etməklə məşğuldur. Yox, o da özünün müdafiə imkanlarını Pakistanın və xüsusən də İsrailin hesabına gücləndirməyə cəhd edir.

    Amma əsas silah ticarəti Rusiya ilə bağlıdır. Rusiya artıq Qafqazdakı silah bazarında İsraili özünə rəqib görür – təkcə dekabr ayında Rusiyanın silah satışı üzrə baş məmuru D.Roqozin düz iki dəfə Bakıya səfər edib və bu səfərlərdən biri B.Netanyahunun səfərindən sonraya təsadüf olunub.

    Amma əsas bilirsinizmi nədir? Prosesin sonu görünmür. Azərbaycan pulla silah alacaq, Ermənistan isə onu Rusiyadan bir hədiyyə kimi qəbul edəcək. Nəticədə Rusiyanın xəzinəsi dolacaq, üstəlik geosiyasi ambisiyaları təmin olunacaq. Ermənistanın isə işğal etdiyi əraziləri indən belə də nəzarətdə saxlamaq imkanları artacaq...

    Bəs Azərbaycan real olaraq nə qazanacaq? Bax, bu suala ürəkaçan, nikbin bir cavab vermək olmur. Elə adamın ürəyini ağrıdan da budur.