Xəbər lenti

  • 2017-01-19
  • 14:35 FTB istədi, rus proqramçı həbs edildi
    14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    27
    20:14:43
    Dekabr
    284 nəfər oxuyub

    Dollar bu il dünyanı necə bir-birinə qatdı? – SON SÖZ

    Son günlərini yaşadığımız 2016-cı ildə bir sıra mühüm hadisələr baş verdi. Bu hadisələr sırasında siyasi qərarlar və onların nəticəsində baş vermiş iqtisadi proseslər də xüsusi yer tutur. Hər zaman olduğu kimi, bu iki faktor yenə də dünyanın istiqamətinə təsir edən əsas qüvvə oldu və  hərəkətverici faktor qismində çıxış etdi.

     

    Dollar şahə qalxdı

    2016-cı ildə baş vermiş iqtisadi proseslərdən danışarkən, sözsüz ki, diqqət ilk növbədə okeanın o tayına – ABŞ-a yönəlir. ABŞ hər zaman olduğu kimi son 12 ayda da dünyanın əsas iqtisadi qütblərindən biri və bəlkə də, elə birincisi oldu. Təbii ki, bu məsələdə dollar faktoru mühüm oynadı. Ümumilikdə ilə nəzər saldıqda görmək mümkündür ki, dollar dünyada öz nüfuzunu nəinki qorudu, hətta bir az daha da artıra bildi. FED-in faiz artımı haqqında son qərarını da bu sıraya aid etmək olar.

    Təbii ki, ABŞ-dan və onun dünya iqtisadiyyatına təsirindən bəhs edərkən ilin sonlarına doğru ölkədə keçirilmiş prezident seçkilərini və onun bir çoxlarına görə gözlənilməz olan nəticəsini də qeyd etmək lazımdır. Donald Trampın qələbəsində onun iqtisadi sahədə verdiyi sözlərin mühüm rol oynadığını düşünənlər də az deyil. Belə ki, gələcək prezident vergi dərəcələrini azaltmağa və həmçinin, daha çox ABŞ-ın daxili məsələləri ilə məşğul olmağa söz verdi ki, bu da öz növbəsində ölkə iqtisadiyyatı üçün müsbət siqnal oldu. Bu baxımdan gələn il üçün də müsbət tendensiyanın davam etməsi proqnozlaşdırılır. FED-in 2017-ci ildə üç dəfə faiz artımına gedə biləcəyi ilə bağlı fikirlər də bunu bir daha sübut edir.

     

    Avro uçurumun kənarına qədər gəldi

    Təbii ki, 2016-cı il dünya iqtisadiyyatından danışarkən, onun ən mühüm tərkib hissələrindən olan avrodan bəhs etməmək olmaz. Çünki son bir il ərzində istər Avropa ölkələri, istərsə də bir bura daxil olan əksər dövlətlərin pul vahidi olan avro üçün il elə də asan keçmədi. Belə ki, dolların güclənməsi fonunda avro dəyər itirdi, üstəlik, onun gələcəyə olan inamı da sarsılmağa başladı.  Buna təsir edən əsas faktorlar sırasında Yunanıstan da daxil olmaqla bir sıra avrozona ölkələrində iqtisadi böhranın davam etməsini qeyd etmək olar. Təbii ki, 2016-cı ildə avro üçün əsas təhlükə Böyük Britaniyanın ittifaqdan çıxmaq üçün keçirdiyi referendum oldu. Səsvermə nəticələrinə görə, Avropanın ən əzəmətlilərindən olan bu dövlətin, belə demək mümkünsə, köhnə qitə ilə “arası dəydi”.  Bu isə, təbii ki, öz növbəsində avronun gələcəyi haqqında bədbin proqnozların artmasına gətirib çıxardı. 2017-ci ilin bu valyuta üçün asan keçməcəyini indidən söyləmək olar. Çünki bir sıra Avropa ölkələrində iqtisadi çətinliklər hələ də davam edir ki, bu da yuxarıda deyilənləri bir daha təsdiqləyir.

     

    Neftə olan ümidlər özünü doğrultmadı

    2016-cı ili iqtisadi cəhətdən ağır keçirən ölkələr sırasına, şübhəsiz ki, iqtisadiyyatı neftdən asılı olan dövlətləri də əlavə etmək olar. Təsadüfi deyil ki, il ərzində neft qiymətlərində bəzi hallarda cüzi artımlar olsa da, ümumi trend aşağıyönlü oldu. Bu isə öz növbəsində “çörəyi neftdən çıxan” ölkələr üçün ən arzuedilməz ssenari idi. Çünki azsaylı optimist proqnozlar 2016-cı ildə neftin qiymətində artım olacağını deyirdi. Lakin ilin gedişatı bu fikirlərin əsassız olduğunu amansızca təkrarladı.

    2016-cı ildə neftin qiymətindən danışarkən, təbii ki, OPEK-in bu sahədəki fəaliyyətini də diqqətə çatdırmaq lazım gəlir. Belə ki, neft ixrac edən ölkələrin birliyi olan bu təşkilat bütün çətinliklərə və anlaşmazlıqlara rəğmən, ilin sonlarına doğru hasilatın azaldılması haqda qərarın verilməsinə nail oldu. Məqsəd bu üsulla neftin qiymətinin artırılmasını təmin etmək idi. Bir çox mütəxəssisin proqnozlarına görə, bu, elə də mümkün görünmürdü, lakin proqnozların əksinə olaraq, razılaşma əldə edildi. Hətta İran və Səudiyyə Ərəbistanı kimi illərin barışmaz düşmənləri belə bu məsələdə yekdil mövqe sərgilədilər. Lakin dolların güclənməsi və neftə olan tələbatın aşağı düşməsi fonunda neftin qiyməti elə də ciddi sıçrayış əldə etmədi və bu haqda ümidləri növbəti ilə miras qoydu.

     

    Rusiya və Çin birləşir

    Dünya iqtisadiyyatının son ilini analiz edərkən Çin və Rusiya faktorunu da unutmamaq lazımdır. Siyasi proseslər fonunda yaxınlaşan bu iki iqtisadi sahədə də əməkdaşlığı genişləndirməyə başladılar. Bu isə, təbii ki, dünyanın yeni qütbünün yaranması və ya yenidən bərpa edilməsi haqda fikirləri artırdı. Doğrudur, sürətli artım tempi ilə inkişaf edən Çin iqtisadiyyatı son bir ildə nisbətən yavaşlasa da, əvəzində Rusiya böhrandan çıxmış kimi görünür. Üstəlik, artıq Avropada Rusiyaya qarşı sanksiyaların davam etməsinə maraq dövlətlərin sayı günü-gündən azalır ki, bunu da rəsmi Moskvanın aktivinə yazmaq olar. İlin sonlarına doğru Rusiyanın başlatdığı “dollardan imtina” siyasəti və ona qoşulmağa həvəsli dövlətlərin tapılması da növbəti ildə də ABŞ və Rusiya-Çin ittifaqı arasında iqtisadi mübarizənin davam edəcəyini söyləməyə əsas verir.