Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    28
    13:37:46
    Dekabr
    678 nəfər oxuyub

    2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA

    Yekunlaşmaqda olan 2016-cı il daha çox neqativ hadisələrlə yadda qaldı. Hətta mütəxəssislər bu ili “Terror ili” adlandırmaqdan da çəkinmədilər. Çünki 2016-cı ildə terrorun arealı daha da genişləndi və terrordan ölənlərin sayı əvvəlki illərə nisbətən artdı.

     

    Xəbər365.com yola salmaqda olduğumuz ilə nəzər salaraq dünyanın terror xəritəsini sizə təqdim edir:

     

     

    Orta Şərq statistikada birincidir

    2016-cı ildə ən çox terror aktı yenə də Orta Şərqdə qeydə alındı. İraq ordusunun koalisiya qüvvələri ilə birlikdə Mosulda İŞİD-ə qarşı hücuma keçməsi, bu ölkəni terror statistikasında birinci yerə çıxardı. İŞİD itirdiyi hər kəndə görə İraqda terakt törətdi desək, yanılmarıq. Siyahıda ikinci yeri  Suriya və Somali tutur. Somalidə “Əş-Şəbab” qruplaşması paytaxtda və regionlarda dəfələrlə terrakt törətdi.

    Orta Şərqin terror statistikası bununla bitmir. Əfqanıstan və Liviya da bu il terrordan gözünü aça bilmədi. Həmçinin, Misir, Yəmən terrorun ən çox törədildiyi ölkələr siyahısındadır.

     

     

    Türkiyə də terrordan sığortalana bilmədi

    Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə aparmaq üçün Azad Suriya Ordusu ilə birlikdə “Fırat Qalxanı” əməliyyatlarına başladı. Ancaq bu terror hadisələrinin daha da artmasına səbəb oldu. Türkiyə bütün zərbələri əzəli dərdi PKK-dan gözlədiyi bir vaxtda, bu dəfə də İŞİD meydan suladı.

    Elə 2016-cı ilin ilk günlərindən, daha dəqiq desək, yanvarın 12-də Türkiyənin turis məkanlarından biri olan Sultan Ahmet məscidində partlayış baş verdi. 28 yaşlı suriyalı terrorist turistlərin oturduğu kafeyə gələrək vücuduna bağladığı bombanı partlatdı. Partlayış nəticəsində 13 nəfər dünyasını dəyişdi, 16-sı isə ağır yaralandı.

    Ancaq Türkiyənin terror bəlası bununla bitmədi. Bu hadisədən elə bir gün sonra PKK Diyarbəkir şəhərinin Çinar Rayon Polis Şöbəsinə bomba yüklü maşınla və iri çaplı silahlarla hücum etdi. Nəticədə 6 nəfər öldü, 39-u isə yaralandı.

    Fevralın 17-si İstanbulda yenə bomba yüklü maşın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və TBMM yaxınlığında partladıldı. Bu terraktdan isə 29 nəfər öldü, 61 nəfər yaralandı.

    Fevral ayı ümumilikdə Türkiyənin bölgələrində müxtəlif tipli teraktlar törədildi. Bu teraktların da məsuliyyətini PKK öz üzərinə götürdü. Sözügedən hadisələrdə isə əsas hədəf polis və hərbçilər oldu.

    Martın 17-də PKK İstanbulun Qızılay meydanında yenə terror aktı törətdi. Bombalı maşının partladılması nəticəsində 35 nəfər dünyasını dəyişdi. 2 terrorist də hadisə yerində məhv oldu.

    Martın 19-da İstanbulun ən izdihamlı yeri sayılan İstiqlal küçəsində İŞİD üzvü olan canlı bomba özünü partlatdı. Nəticədə 3 İsrail, 1 İran vətəndaşı öldü.

    İyunun 7-si Veznecilər bölgəsində patlayış nəticəsində 5-i polis olmaqla 12 nəfər dünyasını dəyişdi, 36 nəfər yaralandı.

    İyunun 29-da Atütürk Hava Limanında iki canlı bomba “Kalaşnikov” avtomatlarından ətrafa atəş açdıqdan sonra özlərini partlatdılar. Terror nəticəsində 42 nəfər öldü, 239 nəfər isə yaralandı.

    İyulun 15-də Türkiyə daha bir terror təşkilatı ilə tanış oldu. Bu terror təşkilatı ölkənin müxtəlif yerlərində terrakt törətməsə də, dövlət çevrilişə cəhd göstərməkdə şübhəli bilindi. Məhz bu gün bir qrup hərbçi İstanbulda əsas körpüləri tanklarla tutdu. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına hücum edərək, qərargah binasını ələ keçirdi. TRT1 televiziyası binasına basqın edildi və televiziyadan ölkədə hərbi çevriliş olduğu ilə bağlı bəyanat oxundu. Türkiyə parlamentinə havadan hücum edildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə silahlı şəxslər hücum etdi. Bütün bunlara rəğmən çevriliş cəhdi yatırdıla bildi. Kəşfiyyat İdarəsi və polis bütün bu hadisələrin günahkarı kimi FETÖ terror qruplaşmasını göstərdi. Bundan sonra Türkiyə 2 yox, 3 – PKK, İŞİD, FETÖ terrorçularına qarşı mübarizə aparmağa başladı.

    Dekabrın 11-də Türkiyədə “Beşiktaş” və “Bursaspor” klublarının oyunundan sonra “Vodafone Arena” yaxınlığında partlayış baş verdi. PKK-nın törətdiyi partlayışın əsas hədəfi polislər oldu. Hadisə nəticəsində 36-sı polis olmaqla, 44 nəfər dünyasını dəyişdi.

    2016-cı il Türkiyə üçün terror aktları ilə yanaşı, anti-terror əməliyyatları ilə də yadda qaldı. Türkiyə istər ölkə daxilində, istərsə də Suriya və İraqda terroristlərə qarşı müxtəlif formalı əməliyyatlar keçirdi. Əməliyyatlar nəticəsində yüzlərlə terrorist məhv edildi.

     

     

    Qorxusuz Avropanın qorxulu yuxusu

    2016-cı il Avropa üçün də sakit keçməyib. İŞİD Avropada da müxtəlif terror aktları törətdi. Bu il ərzində terrordan əziyyət çəkən Avropa ölkələri sırasında Fransa və Almaniya ilk yerləri tutur.

    Yanvarın ilk günü Fransada 29 yaşlı tunis vətəndaşı polisə silahlı hücum etdi. Yanvarın 7-si, “Charlie Hebdo” terraktının ildönümündə əlibıçaqlı bir şəxs Parisdə polis şöbəsinə girmək istəyərkən öldürüldü. Onun cibində İŞİD bayrağına bükülmüş ərəbcə məktub çıxdı.

    Yanvarın 11-də 15 yaşlı türk Marsel şəhərində yəhudi müəlliminin başını kəsmək istədi.

    İyulun 14-də Nice şəhərində bir kamazla  “Bastille” Günü münasibətilə keçirilən tədbirin keçirildiyi meydana girdi. Terrorist 2 kilometr ərazidə kamazla adamları əzdi, silahla atəş açdı. Hadisə nəticəsində 10-u uşaq olmaqla 84 nəfər öldü.

    Almaniyada isə iyulun 22-də Münhen şəhərində yerləşən ticarət mərkəzinə hücum edildi. Silahlı insident nəticəsində 13 nəfər həlak oldu.

    Dekabrın 20-də Berlində naməlum şəxs yük avtomobilini Yeni il yarmarkasında insanların üstünə sürdü. Hadisə nəticəsində 12 nəfər öldü, 50 nəfər yaralandı.

    Avropanın digər şəhərləri Belçika və İsveçrədə də il ərzində terror aktları qeydə alındı.

     

     

    Böyük dövlətin böyük baş ağrısı

    2016-cı il ABŞ üçün daha çox prezident seçkiləri ilə xarakterizə olundu. Ancaq seçki kampaniyası terror aktları ilə müşayiət olundu. Yanvarın 7-də Filadelfiyada naməlum şəxs polisi vuraraq qaçdı. Qolundan yaralanan şəxs xəstəxanada həbs edildi və o, İŞİD-ə sədaqət andı içdiyini bildirdi.

    Fevralın 11-də terrorist restorana hücum edərək 4 nəfəri yaraladı, özü isə öldürüldü. İyunun 13-də Florida ştatında gecə klubuna basqın edildi. 29 yaşlı Ömər Mətin açdığı atəş nəticəsində 50 nəfər öldü, 53 nəfər isə yaralandı. Noyabrın 29-u isə Ohayo Universitetinə silahlı hücum oldu. Universitet tələbəsi Əbdül Razak Əli Artan 2 polis işçisini öldürüb, 11 nəfəri isə yaraladı.

     

    Rusiya səfirlikləri üçün uğursuz il

    Rusiya da bu il terrordan yaxasını qurtara bilmədi. Fevralın 15-də Dağıstan Respublikasının Dərbənd rayonundakı yol polisi postunda terror aktı törədildi. Hadisə nəticəsində 4 nəfər həlak oldu, 5 nəfər isə ağır yaralandı.

    Aprelin 11-i isə Stavropolda Daxili işlər şöbəsi binasının qarşısında kamikadzelər özlərini partlatdılar.

    Bu il Rusiyanın xarici səfirlikləri də terrordan xilas ola bilmədi. Belə ki, Rusiyanın Əfqanıstandakı səfirliyi yaxınlığında  partlayış baş verdi. Hücumu Taliban öz üzərinə götürdü. Hadisə nəticəsində 7 nəfər öldü, 25-i isə yaralandı.

    İl ərzində Rusiyanın Suriyadakı səfirliyinə iki dəfə hücum edildi.

    20 naməlum şəxs Ukraynadakı səfirliyinə fişənglərlə hücum etdi, hadisə nəticəsində zərər çəkən olmadı.

    2016-cı ilin son günlərində, dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sərgidə çıxışı zamanı güllələnərək öldürüldü. Hadisəni Mert Altıntaş adlı polisin törətdiyi məlum oldu. O, FETÖ üzvü olmaqda şübhəli bilinir. Hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya məsələsini müzakirə etmək üçün görüşündən bir gün əvvəl baş verməsi də dünya mediasında xüsusi diqqət çəkdi.

     

    Azərbaycanda terror yox, anti-terror əməliyyatları oldu

    Azərbaycanda bu il heç bir terror aktı qeydə alınmadı. Bununla yanaşı, 2016-cı il anti-terror əməliyyatları ilə yadda qaldı. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi anti-terror əməliyyatları zamanı onlarla şəxs həbs edildi. Həbs edilənlərin üzərindən müxtəlif silah-sursat əldə olundu. Əməliyyatlar zamanı məlum oldu ki, həbs edilənlərdən bəziləri Bakının müxtəlif yerlərində terrakt törətmək niyyətində olublar.