Xəbər lenti

  • 2017-01-19
  • 14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    29
    20:14:32
    Dekabr
    638 nəfər oxuyub

    Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?

    2016-cı ili geridə qoymaq, yeni ili qarşılamaq üzrəyik. Yola salacağımız ilin sonunda ilin digər sahələrlə yanaşı, ilin ədəbi hadisələrini də gözdən keçirmək istədik.

    İl boyu yazan, pozan, söz deyib, nəğmə qoşan qələm adamları bu ili necə xatırlayır? 2016-cı ildə dünyada və ölkəmizdə hansı yaddaqalan ədəbi hadisələr baş verdi, kimlər sözüylə yaddaşlara yazıldı?

    Xəbər365.com bu suallarla qələm adamları  arasında sorğu keçirib. Cavabları təqdim edirik.

     

     

     

     

    “ Bob Dilana Nobel mükafatı verilməsi ədəbiyyatın böhranı idi

     

    Yazıçı Əkrəm Əylisli bu il Azərbaycanda ciddi ədəbiyyat hadisəsinin baş vermədiyini deyir: “Bilirsiniz, ciddi ədəbiyyat hadisəsi əsasən nəsrdə olur.  Çox təəssüf, bu janrda ciddi ədəbiyyat hadisəsi müşahidə eləmədim. Çoxdandır biz bunun həsrətindəyik. Tez-tez  “Nobel”dən danışırıq. Amma real iş getmir bizdə. Yəni o işləri ki, biz edirik, dövlət də dəstək olur, biz hələ onların bəhrəsini görə bilməmişik. Ancaq Azərbaycanda yeni nəsil çətinliklə də olsa yetişir. Yeni nəsil yeni təfəkkür formasıdır. Yeni nəsil yeni mənəvi formasiyada yaranır. Mənəvi formasiyanın yaranması prosesi çox çətin keçir, bizdə hələ ki, yeni mənəvi formasiya yaranmayıb. SSRİ dağılıb, yəni həm də onun mənəvi mühiti də dağılıb və dağılandan sonra yeni mühit yaranmayıb. Amma yenə də bir qrup gənc var ki, təfəkkürü təzədir. Bu, təzə təfəkkürün, dünyaya baxışın öz məhsulu ola bilər. Amma mən real olaraq, elə bir ciddi məhsul görmürəm.

     

     

     

    İndi gələk dünyadakı ədəbiyyat hadisəsinə. Mən Bob Dilana verilən Nobel mükafatından danışmaq istəyirəm. Mənim fikrimcə, Nobel mükafatının bir musiqiçiyə verilməsi ədəbiyyatın dünya miqyasında böhranıdır. Bunu elə bir şəxsə verdilər ki, başqası ondan daha çox layiq idi, bəlkə də. Düzdür, mən burda hansısa siyasi nüans görmürəm. Çünki o adamın elə bir siyasi mövqeyi olmayıb. O, başqa cür tanıbıb, müğənni kimi. Estrada ədəbiyyatda da, sənətdə də hər şeyi ələ alanda onda böyük ədəbiyyat kölgədə qalır. Yəni ədəbiyyat yol verir ki, estrada ədəbiyyatı, estrada sənəti qabağa çıxsın. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, gərək həmişə üzdə olasan. Mən “Nobel”in Bob Dilana verilməyinə faciə kimi baxmıram. Amma eyni zamanda, böhran kimi baxıram buna. Ədəbiyyatda, mənəviyyatda böhranın göstəricisi kimi görmək olar”.

     

    “Mən kitabsatan deyiləm axı, kitabımı niyə özüm satmalıyam?

     

     

     

    Şair Musa Yaqub düşünür ki, ədəbiyyat üçün yekun söz demək çətindir: “Çünki hərənin öz fərdi yaradıcılığı var, dünyası var. Ola bilər onun yazdığı bu il olmasın, o biri illər ədəbi hadisəyə çevrilsin. Amma bu il mənim çox xoşuma gələn bir şey oldu ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adı altında yaxşı bir kitab nəşr etdi. O, iki cildlik hesabatdır. Hər yazıçı, şair haqqında orda danışılıb. Neçə vaxtdır Ədəbiyyat İnstitutunda belə uğurlu kitab çıxmırdı. Amma ümumilikdə bu il hansısa böyük bir ədəbi hadisə müşahidə etmədim.

    Bir də bizdə belə bir şey var. Yazıçı yazdığı əsəri özü çap edir, təqdimatı özü keçirir, kitabını özü satdırır. Niyə? Mən kitabsatan deyiləm axı. Bizdə bunun bir strukturu yoxdur. Kitabın reklamı olmalıdır. Biz yazırıq və bilmirik ki, yazdığımıza oxucunun, dövlətin münasibəti nədir.

    Dünya ədəbiyyatına gəldikdə, onu izləmək çətindir. Bu il “Nobel”i Bob Dilana verdilər. Amma hansı məsələlərə görə o mükafat verilir, onu aydınlaşdırmaq çətindir. Düzdür, onlar da seçimdə siyasi nüanslara üstünlük verirlər, hansı millətdən olduğun, hansı siyasi mövqedə olduğun fərqləndirilir. Yəni mən ədəbiyyata dövlət münasibətini yox, həqiqi ədəbiyyata ədəbiyyatçıların münasibətini görmək istəyirəm. Təssüflər olsun ki, “Nobel”ə kimi olan bütün mükafatlarda siyasi məqamlar var”.

     

     

     

    Yazıçı Səfər Alışarlı isə ili belə dəyərləndirir: “Bu il mən bir neçə azərbaycanlı nasirin əsərlərini oxudum: Şərif Ağayar, Kəramət Böyükçöl, Mövlud Mövlud, Ayxan Ayvaz, Şəhriyar del Gerani, Günel Səfərova. Başqaları da vardı, ad çəkmək istəmirəm. Amma onların arasında Şərif Ağayarın "Gülüstan" romanını xüsusi qeyd etmək istərdim. Dünya ədəbiyyatından əsaslı şəkildə heç kimi oxumadığım üçün nəsə deməyə çətinlik çəkirəm”.

     

    “İlin ən kədərli hadisəsi: Zəlimxan Yaqubun vəfatı”

     

     

     

    Tənqidçi Əsəd Cahangir bu il yaddaqalan ədəbi hadisələri belə xatırlayır: “İlin ən gözlənilməz olayı – Nobelin musiqiçi Bob Dilana verilməsi; Ən aktual roman Mişel Uelbek “İtaət”, Ən kədərli olay – Zəlimxan Yaqubun vəfatı; Ən çox dartışılan əsər – Elçinin “Baş” romanı; Ən monumental roman – Sona Vəliyeva “İşığa gedən yol”; Ən maraqlı tərcümə – Afaq Məsudın Leyla Əliyevadan çevirdiyi “Dünya itir yuxu kimi” şeirlər kitabı; Ən sürətlə oxunan kitab – Kamal Abdulla, “Dümadan Coysa qədər”; Ən ciddi analitik məqalə – Əsəd Cahangir “Baş”lanğıc”, İlin gənc şairi – Ulucay Akif; İlin gənc nasiri – Müşfiq Şükürlü; İlin hekayəsi – Cavid Zeynallı, “Coğrafiya müəlliminin pencəyi”; İlin ədəbi jurnalı – “Ulduz”;  İlin ədəbi qəzeti – “Ədəbiyyat qəzeti”; İlin ədəbiyyat teleproqramı – “Məclisi-üns”;  İlin ən ciddi ədəbi-fəlsəfi essesi – İlqar Fəhmi, “Sən kimsən, Səfəvi?”.

     

     

     

     

    “Yalançı mükafatlar, kitab təqdimatları ədəbiyyatın uğuru deyil”

     

     

     

    Şair Baba Vəziroğlu düşünür ki, bu il ədəbiyyatımız üçün uğurlu il olub: “Dünyada elə bir ədəbi hadisə eşitməmişəm bu il. Amma Azərbaycanda cavan yazarlar var ki, maraqlı fikirləri, əsərləri ilə diqqətimi çəkdi. Məsələn, Kəramət Böyükçölün maraqlı statusları mənə görə bir roman mövzusudur, sonra Şəhriyar Del Gerani şeirləri, Qan Turalının “Şaxta Baba” hekayəsi və fikirləri marağıma səbəb olmuşdu. Mənə elə gəlir, bizim ədəbiyyatımız üçün çox gözəl il oldu. Mən, əlbəttə ki, yalançı mükafatları, kitab təqdimatlarını ədəbiyyatın uğuru hesab etmirəm. Ədəbiyyatın uğuru bədii əsərlərdir. Heç bir mükafat almaya da bilər, nəzərə çarpmaya da bilər amma o əsərləri oxucular oxuyub qiymət verəcəklər”.

     

     

    “Ədəbiyyat qar uçqunu altında qaldı”

     

     

     

    Tənqidçi Cavanşir Yusifli düşünür ki, bu il ədəbi aləmi silkələyən hadisə baş vermədi: “Zənnimcə, bu ildə hadisələr çox olsa da, önəmli ədəbi hadisə olmadı. İndi, belə demək olarsa, ədəbiyyat və ümumən humanitar, o cümlədən, filoloji fikir “qar uçqunu” altında qaldı. Bunu, yəqin ki, qlobal səviyyədə və bütün sahələrdə tarazlığın pozulması ilə izah eləmək mümkündür. Hərdən deyəndə ki, filan sahə zəifləyib, o nöqtədə hadisələr arasındakı daxili əlaqəni gözdən qaçırırıq. Zəifləyən şey başqa hadisələrin basqısı altından belə görünə bilər.

    Bir məqamı qeyd edim ki, Fərid Hüseynin şeirlər kitabı çap edildi. Fəridin obrazı bu kitabıyla tam, bütün cəhətləriylə göründü”.

     

     

    “Azərbaycan ədəbiyyatının vəziyyəti sabit ağır olaraq qaldı

     

     

     

    Yazar Mirmehdi Ağaoğlu ili ədəbi baxımdan belə dəyərləndirir: “ Ədəbi hadisələr arasında hər il, demək olar, yalnız Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi yaddaqalan olur, dünya mediasının manşetlərinə yansıyır bu xəbər. Bu mənada builki Ədəbiyyat üzrə Nobel mükafatının daha çox musiqiçi kimi tanınan birinə verilməsi yaddaqalan oldu. Azərbaycanla bağlı isə, nə qədər eləsəm də, yaddaqalan bir hadisə xatırlaya bilmirəm. Ümumilkdə ədəbi proses inkişafa can atsa da, xüsusi bir irəliləmə olmayıb. Necə deyərlər, ədəbiyyatımızda vəziyyət sabit ağır olaraq qalır”.

     

     

    “Şəhriyar del Geraninin açıqlamaları...”

     

     

     

    Şair Cəlil Cavanşir suala yarızarafat, yarıciddi cavab verib: “ Yaddaqalan ədəbi hadisə dünyada Nobelin Bob Dilana verilməsi, Azərbaycanda da Şəhriyar del Geranin gündəmi silkələyən açıqlamaları oldu”.

     

     

     

     

    “Salam Sarvanın YAP-a keçməyi...”

     

     

     

    Tərcüməçi Nadir Qocabəyli dünya ədəbiyyatından Bob Dilanı, Azərbaycandan isə Salam Sarvanı yaddaqalan hesab edir: “Dünya ədəbiyyatından, əlbəttə, əgər buna ədəbiyyat demək mümkündürsə, Nobel mükafatını alan Bob Dilan yadımdadır. Azərbaycan ədəbiyyatı nümayəndələrindən isə ən çox Salam Sarvanın YAP-a keçməyini, Murad Köhnəqalanın AYB üzvü olmasını, bir də Ramiz Rövşənin 70 yaşını tamam etməsini xatırlayıram”.

     

    “Yerli ədəbiyyatda yaddaqalan özüməm”

     

     

     

    Yazar Ömər Xəyyam Azərbaycan ədəbiyyatından özünün, dünya ədəbiyyatdan isə Bob Dilanın yadda qaldığını düşünür: “Ədəbiyyatın predmeti insandır – bizim ədəbiyyatın mərkəzində də insan dayanır, amma, ancaq və lakin bu adam balası azərbaycanlıdır, heç olmasa, əsərlərdə imkan vermirlər ki, azərbaycanlı dünyəviləşsin, qlobal məsələlərlə üzbəüz qalsın. Obrazlarda, mövzularda problem var. Yerli ədəbiyyatda yadımda qalan bircə özüməm. Dünya ədəbiyyatında bu ilin əvvəlləri fərqli imzaların yeni əsərləri dərc olundu, hərəsi müəyyən vaxt ərzində gündəm oldu, eyni zamanda da yadda qaldı, amma Bob Dilanın Nobel mükafatına layiq görülməsi sonuncu ciddi beynəlxalq hadisə oldu. Həmçinin, ilin sonuna yaxın gerçəkləşdiyinə görə il ərzində baş verən ədəbi hadisələri kölgədə qoydu. Sizə bir şey deyim, heç kimə deməyin: Ədəbiyyat illik hadisə deyil”.

     

     “Gitarası ilə Bob Dilan, qalmaqallarla Salam Sarvan...

     

     

     

    Şair Hikmət Orhun Salam Sarvanın Bob Dilandan daha çox yadda qaldığını deyir: “Dünyada gitarası ilə Bob Dilan, Azərbaycanda qalmaqalları ilə Salam Sarvanı xatırlayıram ancaq. Adam üç dəfə hadisə çıxardı; doğum günündə oxucuları söydü, sonra YAP-a keçəcəyi ilə bağlı açıqlama verdi, bir neç gün qabaq da türkçüləri qələminə doladı. Məncə, o, Bob Dilandan daha məşhurdur. Bobun isə ən yadımda qalan cəhəti “Mənim mahnılarım ədəbiyyatdırmı?” adlı Nobel Nitqi oldu. Adam İsveç Akademiyasını barmağına dolamışdı”.

     

    “Şeir gecələrinin sayı artdı və format dəyişdi”

     

     

     

    Şair Rəbiqə Nazimqızı düşünür ki, ədəbiyyat daha çox feysbuk vasitəsilə yayıldı: “Dünyada ədəbi zəmində Bob Dilanın Nobel mükafatına layiq görülməsi uzun müddət müzakirə predmeti oldu, hətta bunu ilin ədəbi qalmaqalı adlandıra bilərik. Açığı, məndə bu, o qədər də aqressiya doğurmadı. Azərbaycanda ədəbiyyat daha çox feysbuk üzərindən yayılmağa davam elədi, bunun da öz müsbət və mənfi tərəfləri özünü göstərir. Xoşagələn hal o oldu ki, bu il ədəbi qiraət axşamları və şeir gecələrinin sayı artdı və formatı dəyişdi”.

     

    “Murad Köhnəqalanın AYB-yə qayıtması, AYO-AYB qarşıdurmasının canlanması...

     

     

     

     

    Yazar Ayxan Ayvaz yeni ildə özünün yaddaqalan imza olmağını arzu edir: “Ədəbiyyat həmişə yaddaşlarda qalır. Fərqi yoxdur, bizdə ya dünyada. Yəqin ki, bizdə Rüstəm Behrudi yadda qaldı, Yazıçılar Birliyindən yubiley təbriki almadığına görə istefa verməsinə görə. Yubiley demişkən... Ramiz Rövşən yubiley yaşında medala öyrəşməyən sinəsinə tərifli sözləri qonaq elədi. Bir də Yazıçılar Birliyinə gələn yeni üzvlər, paylaşılan üzvlük vəsiqələri, vəsiqə ilə şair, yazıçı adı alanlar, Murad Köhnəqalanın AYB-yə qayıtması, AYO-AYB qarşıdurmasının təzədən canlanması. Dünyada baş verən ədəbi hadisələrə gəldikdə isə, Pamukun “Tolstoy” mükafatı almağı yadıma düşür. Bir də təbii ki, Nobel mükafatını qazanan Bob Dilan, İsveç Akademiyasını barmağına dolayan Bob Dilan. Hər halda ədəbiyyat dünyada hər şeydən daha maraqlıdır. Çünki quru deyil, dinamikdir, hərəkətvericidir. Arzu edirəm ki, bu il dünya üçün də, Azərbaycan üçün də yaddaqalan imza özüm olum”.