Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    29
    20:28:50
    Dekabr
    1010 nəfər oxuyub

    2016-cı il: mediamızda kim uduzdu, kim uddu?

    Dünyanın müxtəlif yerində, eləcə də ölkədə baş verən hadisələr barədə  media vasitəsilə xəbər ala bilirik. 2016-cı ildə baş verən iqtisadi-siyasi proseslər digər sahələr kimi mətbuata da öz təsirini göstərdi. Bir neçə qəzet, eləcə də, xəbər saytları fəaliyyətini dayandırdı, bir çox media orqanlarında ixtisarlar oldu. 

    Siyasi prosesin bilavasitə qurbanı isə ANS Milli Televiziya kanalı oldu. Belə ki, Türkiyədə hərbi çevriliş törətməkdə ittiham olunan Fətullah Güləndən müsahibə alınması və həmin müsahibənin anonsunun yayımlanması telekanalın bağlanması ilə nəticələndi. 

    İl boyu mətbuatın gündəmindən düşməyən daha bir hadisə isə Arif Alışanov və Qulu Məhərrəmli “savaşı” oldu. Belə ki, müsahibələrinin birində AzTV və kanal rəhbərliyini tənqid edən professor Qulu Məhərrəmli Arif Alışanovun qəzəbinə tuş gəldi və ona qarşı “ifşa” kampaniyaları başlatdı. Məsələ məhkəməyə qədər gedib çıxdı və hələ də yekunlaşmayıb.

    Bəs dinamikliyi ilə digər illərdən geri qalmayan 2016-cı ildə mediada başqa nələr baş verdi, hansı hadisələr yadda qaldı? Mətbuat aprel döyüşlərində özünü necə apardı? Hansı imzalar gözə çarpdı? Bu suallara media nümayəndələrinin özləri cavab verdi.

     

    “Media kapitanları həyəcan təbili çalmadılar...”

     

    Tanınmış media eksperti Zeynal Məmmədli medianın fəaliyyətində əvvəlki illərlə müqayisədə heç bir irəliləyiş görmədiyini deyir: “İstənilən mövzunu gətirib peşəkar qaydada yaya, ictimai rəy formalaşdıra bilmədilər. Eyni zamanda, media kapitanlarının medianın gələcək taleyi ilə bağlı həyəcan təbili çaldıqlarının şahidi olmadıq. Baxmayaraq ki, nəinki Azərbaycanda, bütövlükdə dünya mediasında kommersiyalaşma çox sürətlə gedir. Kommersiyalaşma medianı ayrı-ayrı korperasiyalardan, pul qablarından, şəxslərdən asılılığını gücləndirir. Ayrı-ayrı şəxslər deyəndə yəni, medianın hökümətdən də asılılığı da artır. Bütün dünyada bu proses gedir və zamanla daha da güclənir. Azərbaycanda isə bu əvvəldən belə idi. Bu il mənim yaddaşımda ona görə həm də ona görə qara rəngdə qaldı ki, bəyənib-bəyənməməyimizdən, necə olmağından asılı olmayaraq bizim müstəqil zamanın ilk televiziyalarından biri ANS-in bağlandı. Bunlar ciddi uğursuzluqlardır. Döyüş gedən zaman ANS çox ciddi əmək sərf etdi, işıqlandırdı. Ayrıca vətənpərvərlik verilişlərinə çox üstünlük verirdilər. Çünki media təminatla deyil, işıqlandırmaqla məşğul olmalıdır. Apel döyüşlərinin işıqlandırılmasına gəldikdə çox ürkək idi. Bu ürkəkliyi biz dezinformasiyaların əvvəlki kimi yayılmaması kimi anlayırıqsa,bu başqa məsələ. Dezinformasiya təbii ki, yayılmamalıdır. Belə bir şəraitdə, yəni müharibə şəraitində təbii ki, medianın sağlam olması lazımdır. Amma gəlin görək, büdcədən maliyyələşən AzTV, İTV kimi nəhəng televiziya kanalları nə verir? Söhbət milyonların göyə sovrulmasından gedir. Onların ordu həyatından verdikləri nə idi. Və baxırdın balaca bir erməni saytı hansı videoları yerləşdirir, məlumatlar verir dünyaya o savaşı çatdırır. Amma bizim Müdafiə Nazirliyinin saytında Azərbaycan dilindən başqa material yox idi. Hələ Azərbaycan dilində olan materiallar da bərbad gündə idi, videodan isə ümumiyyətlə əsər-əlamət yox idi. Sonrakı günlərdə olanlar da bərbad idi. Eyni zamanda AzTV-dən, İTV-dən götürüləsi heç nə yox idi. Amma biz onlardan nəsə götürə bilərdik, götürməli idik daha doğrusu. Ona görə məndə media haqqında bu illə bağlı müsbət heç bir fikir formalaşmadı”.

     

    “Yaxşı ofislər, avadanlıqlar var, amma yaradıcı azadlıq yoxdur”

     

    Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mətbuatla bağlı deyəcəklərinin ürəkaçan olmayacağını bildirir: “Çünki diqqətimi çəkən heç bir hadisə olmadı bu sahədə. Yəni yenilik, qeyri-adi bir sıçrayış olmadı. Elə bu da onu göstərir ki, inkişaf baxımından bizdə heç bir irəliləyiş yoxdur. Ola bilsin yaxşı ofislər var, avadanlıq var, müasir avadanlıq var, istənilən halda işini bacaran jurnalistlər var. Amma onların potensialının tam şəkildə açılması üçün şərait yoxdur. Şərait deyəndə yaradıcı azadlığı nəzərdə tuturam, sözün azadlığını nəzərdə tuturam. Təbii ki, jurnalistika etikası çərçivəsində. Bir də mənim üçün ən pis hallardan biri o olddu ki, ANS kimi qosqocaman kanalı bir məhkəmə qərarı ilə bağladılar. Bu yerdə hansısa inkişafdan, xoş bir şeydən danışmaq çətindir”.

     

    “Böhran dövründə dövlətin mətbuata ciddi dəstəyi oldu”

     

    Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli 2016-cı ili jurnalistikada sabit bir il kimi qiymətləndirir: “Bilirsiniz ki, 2016-cı il qlobal səviyyədə maliyyə böhranı və iqtisadi böhrana görə problemli il oldu. Bu qlobal maliyyə böhranı digər sahələr kimi, media sferasından da kənar keçmədi. Hətta əksər o qlobal transmilli KİV-lər özlərinin ştat vahidlərində, dövriyyələrində müəyyən ixtisarlar etmək məcburiyyətində qaldılar. Amma belə deyək ki, Azərbaycan KİV-i bu maliyyə böhranından yan keçməyi bacardı. Çünki dövlətin ciddi dəstəyi oldu. Bilirsiniz ki, 2016-cı ilin yayında həm cənab prezidentin sərəncamı ilə KİV-lərə birbaşa maliyyə yardımı göstərildi. Onların texniki imkanlarının artırılması və iqtisadi cəhətdən sağlamlaşdırılması üçün. İkinci tərəfdən prezident yanında KİV fondu bizim KİV-lərə ciddi maliyyə dəstəyi göstərdi. Həmçinin il boyu keçirilən müsabiqələr nəticəsində 400-dən yuxarı jurnalistimiz qalib oldular, mükafatlandırıldılar, müəyyən maddi gəlir əldə eliyə bildilər. Beləliklə, dövlətin göstərdiyi dəstək nəticəsində bizim Azərbaycan KİV-i maliyyə iqtisadi böhranından yayınmağı bacardı. Amma demək olmaz ki, bu iqtisadi böhrana tam təsirsiz oldu. Çünki bilirsiniz ki, ölkədə müəyyən qiymət artımı getdi, çap məhsullarının qiymətində artım oldu və sairə. Belə deyək, manatın ucuzlaşması fonunda əhalinin bütün təbəqələri kimi, jurnalistlər də çətinliklər yaşayır”.

     

    Hələ ki, köhnə imzalarla keçinirik

    APA İnformasiya Agentliyinin baş direktor müavini Cavid İsmayılın sözlərinə görə, ölkəmizdə vəziyyət necədirsə, mətbuatında da elədir: “Bilmirəm, hansı şairin sözüdür, deyir, halim məmləkətin hali (Can Yücel -red). Bu prizmadan yanaşanda Azərbaycan mediasının halı da məmləkətin halıdır. Axı media cəmiyyətin güzgüsüdür.

    Bu ilin ən mühüm siyasi, hərbi və media hadisəsi, heç şübhəsiz ki, aprel döyüşləri oldu. Avqust döyüşlərindən fərqli olaraq, mediamız bu dəfə üzərinə düşəni layiqincə yerinə yetirə bildi, dezinformasiyalarla cəmiyyəti çaşqın duruma salmadı. Əksinə, cəmiyyətin Vətən uğrunda səfərbər olması işində əlindən gələni əsirgəmədi.


    Media ilə bağlı ikinci unudulmayan hadisə, məncə, ANS-in bağlanması oldu. Üçüncü hadisəni xatırlamıram. Azərbaycan kiçik ölkə olduğu üçün informasiya məkanı da kiçikdir. Ona görə də mediamız gündəmi həm də xaricdə, xüsusən Rusiya və Türkiyədə baş verən hadisələrlə doldurmaq zorunda qalır. Bu baxımdan Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycan mətbuatının “işinə yaradı”. Mediamızın özündə ciddi, yaddaqalan hadisə olduğunu xatırlamıram. Heç yeni imzalara da rast gəlmədik. Hələ ki, köhnə imzalarla keçinirik. Görək axırı necə olacaq...”

     

    “Aprel döyüşləri uğurla işıqlandırıldı”

     

    Report” İnformasiya Agentliyinin baş redaktoru  Murad Əliyev isə 2016-cı ilin Azərbaycan mətbuatı üçün bir çox hadisələrlə yaddaqalan olduğu qənaətindədir: “İstər ölkə daxilində baş verən proseslərin işıqlandırılmasında, istər regionda yaşanan kataklizmlərin işıqlandırılmasında. Lakin şübhəsiz, Azərbaycan mətbuatının sınaq anı aprel döyüşləri zamanı oldu; mətbuatımız aktiv informasiya müharibəsinə necə hazır olduğunu nümayiş etdirməli idi və bunun da öhdəsindən kifayət qədər uğurla gələ bildi. Misal üçün, Report agentliyinin müharibə şəraiti, Azərbaycan ordusunun uğurları ilə bağlı 100-dən artıq informasiya dərc etdi ki, bunun da mütləq əksəriyyəti saytın rus və ingilis dili versiyalarında dərc olundu. Bundan əlavə, mətbuat üçün ötən ilin əhəmiyyətli hadisələri sırasına bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisini qeyd etmək olar, həmçinin “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu sayıla biləcək çıxışları. Ölkə səviyyəsində önəmli hadisələrdən biri də sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsini (referendum) olub ki, ölkə mətbuatı da bu hadisənin işıqlandırılmasında kifayət qədər operativ işləyib. Misal üçün, 2009-cu ildə keçirilmiş referendumu işıqlandırmış jurnalist kimi deyə bilərəm ki , ötən 7 ildə ölkə mediasının belə önəmli hadisəni işıqlandırmaq təcrübəsi xeyli artıb”

     

    “Reketliyə son qoymağın vaxtıdır”

    Trend İnformasiya Agentliyinin Azərbaycan xəbərlər xidmətinin müdir müavini Bəxtiyar Haciyev hesab edir ki, artıq “reketlik” fəaliyyətinə, xəbərlərin istinadsız verilməsinə son qoymağın vaxtı çatıb: “2016-cı il Azərbaycanın onlayn mediaları arasında obyektivlik, oxucu sayı, xəbərlərin əhatəsi baxımından güclü rəqabətlə yadda qaldı. Təbii ki, rəqabət olan yerdə inkişaf da olacaq. Lakin təəssüf ki, bu il də bir sıra media orqanlarında artıq “ənənəvi” deyə biləcəyimiz qeyri-peşəkar hallara rast gəlindi. Bu qeyri-peşəkarlıq aprel döyüşlərində daha qabarıq nəzərə çarpdı. Reytinq arxasınca qaçan bəzi saytlar hərbi sirr sayılacaq xəbərləri yaymaqla əslində düşmən tərəfə xeyir verdiklərini anlamadılar. Rəsmi şəxslər də KİV-ləri bu məsələdə diqqətli olmağa çağırdılar. Amma bir sıra portallar “reytinq mərəzi”ndən xilas ola bilmədilər. Bu mərəz xəbərin mətninə uyğun olmayan başlıqların verilməsinə, məlumatı dolğun əks etdirməməyə, xəbərin yazılışında bir çox səhvlərə səbəb olur. Əlbəttə, Azərbaycanda bir sıra peşəkar informasiya agentlikləri, portalları var və bu nöqsanları onlara aid etmək olmaz. Ümumiyyətlə, düşünürəm ki, artıq onlayn media ilə bağlı standartlar hazırlamağın, qeyri-etik səslənsə də, hər yerindən duranın sayt açıb özünü baş redaktor təyin etməyə, eləcə də “reketlik” fəaliyyətinə, xəbərlərin istinadsız verilməsinə - oğurlanmasına son qoymağın vaxtı çatıb. Hər bir sahədə, o cümlədən mediada yalnız həmin sahənin peşəkarları fəaliyyət göstərsə, bu sahəyə yeni gələnlərə peşəkarlar nəzarət etsə, biz gələcəkdə tam əminliklə Azərbaycan mediasının daha da inkişafından, uğurlarından danışa bilərik.


    Mətbuatın daha bir problemi isə, xəbərlər yazılarkən Azərbaycan dilinin qrammatikasının tələblərinin pozulmasıdır. Bu xoşagəlməz hala hər gün və tez-tez rast gəlinir. Nəzərə almalıyıq ki, müasir dövrdə insanlar kitabdan çox xəbər oxuyur və onların xəbərlərdə gördüyü səhvləri düz kimi qəbul etməsi mümkündür. Bu mənada Azərbaycan mətbuatı həm də dilimizin normalarının qoruyucusu kimi çıxış etməlidir. Yaxşı olardı ki, media qurumlarının rəhbərləri bu məsələni də daim nəzarətdə saxlasınlar.


    Ümumiyyətlə, jurnalistika yaradıcılıq tələb edən sahədir və bu sahənin hər bir təmsilçisinə öz potensialını göstərməyə imkan vermək lazımdır. Təsadüfi deyil ki, bu il də Azərbaycan mətbuatında bir sıra uğurlu imzalar – konkret ad çəkmək istəməzdim – oldu”.

     

     

    “Bir neçə şarlatan “jurnalist”in həbsi müsbət hadisə oldu”

    Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, qəzet, televiziya və radiolar il keçdikcə zəifləyir: “Aprel döyüşləri zamanı Azərbaycan mediası çox düzgün xətt yürütdü və müharibənin informasiya cəbhəsinə düşən cinahında özünü olduqca yaxşı göstərdi. Bu, mediamızın uğuru və media sferasında ilin əsas hadisəsi idi.


    İkinci vacib məqam reket jurnalistlərə qarşı mübarizənin güclənməsi, bir neçə o cür şarlatan “jurnalist”in həbsi oldu. Bu, yaxşı başlanğıcdır və davamı mütləq gəlməlidir. Bu ikisindən başqa, media sahəsində elə bir ciddi müsbət hadisə xatırlaya bilmirəm. Mənfi hadisə kimi ANS-ın bağlanmasını göstərmək olar.


    Ümumi trend budur ki, media sferasında qüvvələrin yenidən qruplaşması prosesi gedir: saytlar və sosial media güclənir, televiziyalar, radiolar, qəzetlər isə zəifləyir. İl ərzində gedən bu proses, yəqin, qarşıdakı illərdə də davam edəcək”.

     

    “Mediada iqtisadi çətinliklər, reklam bazarının daha da kiçilməsi və..”

    Milli.az saytının redaktoru Elçin Alıoğlu hesab edir ki, hər bir media qurumunda hərbi xəbərlərə bağlı senzura olmalıdır: “Aprel döyüşlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəaliyyəti və cəbhə xəbərlərlə bağlı bəzi həmkarlarım arasında müəyyən narazılıqlar, “azadlığın məhdudlaşdırılması” barədə şikayətlər filan oldu. Bu deyərdim ki, dünya mediasında artıq çoxdan təsbit olunmuş bir qayda var. Nədən ibarətdir? Məsələn, mən İsraildə öz gözümlə gördüyüm bir məsələni deyəcəm. İsraildə istənilən informasiya agentliklərində, qəzet redaksiyasında, xüsusən də televiziya kanallarında xüsusi hərbi senzor oturur. Bu hərbi senzor İsrail ordusu və bu ordunun apardığı əməliyyatlar barəsində gedən məlumatları tənzimləyir. İsrail qanunvericiliyində, habelə Amerikanın, Fransanın, Avropa Birliyinin bir sıra ölkələrinin qanunvericiliyinə görə həbri əməliyyatlar gedərsə, ölkənin silahlı qüvvələrinin barəsində verilən xəbərlər mütləq şəkildə yoxlanılmalı, məntiqi və eyni zamanda təsbitlənmiş formalaşmalıdır. Ona görə də aprel döyüşləri haqqında verilən xəbərlər əvvəlki bizim mediada olan xoşagəlməz situasiyadan fərqli olaraq məni qane etdi. Azərbaycanın aparıcı media strukturlarının rəhbərləri çox yaxşı davrandılar və düşmənin dezinformasiya hücumuna, düşmənin bizə qarşı  hibrit savaşından istifadə etməsinə yol vermədilər. Mən sadəcə olaraq bizim medianı təbrik edirəm ki, biz bu Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mövqelərinə hücuma keçdiyi andan etibarən ta ki, düşmənin yerinə oturulduğu ana qədər olan hadisələrin savadlı, düşünülmüş və dövlətin, xalqın, vətəndaşların mənafeinə uyğun olaraq məlumatları oxucularımıza çatdırdıq. Bu sadəcə olaraq həqiqətin olduğu kimi əks olunması idi.

     

    Azərbaycan mediası üçün 2016 həm çətin il oldu, həm də inkişaf ili oldu. Çətinlik ondan ibarətdir ki, informasiyanın alınması, yoxlanılması, dəqiqləşdirilməsi, habelə dünya iqtisadiyyatda baş verən proseslərin bizdən yan keçməməsi, yəni, iqtisadi çətinliklər, reklam bazarının daha da kiçilməsi və sairə. Bunu həmkarlarım daha yaxşı bilirlər. İnkişaf isə ondan ibarətdir ki, bütün çatışmamazlıqlarına baxmayaraq Azərbaycan mediası daha əvvəlki media deyil. Ötən illərlə müqayisədə ciddi bir inkişafın olduğunu açıqca görə bilərik. Əsas inkişaf isə budur ki, onlay media daha da sosiallaşdı, böyüdü, struktur baxımından parçalanmağa doğru getməməsi, ən vacibi isə mediada gənclərin xüsusi yerinin və çəkisinin artmasıdır".

     

    “Media üçün uğursuz il oldu...”

    Korrespondent.az-ın baş redaktoru Aygün Muradxanlının fikrincə, internet mediası hələlik arzuedilən səviyyədə deyil: “2016-cı ili media üçün uğursuz il sayıram. İlin media hadisəsi kimi ANS-in lisenziyasının ləğv edilməsini görürəm. Ölkədə gerçəklərə az-çox işıq tutan telekanalın bağlanması bütünlükdə mediaya münasibətin göstəricisidir. Yazılı və internet mediasında da durum ürəkaçan deyil. Çap mediası artıq sıradan çıxmağa başlayıb, onun yerini tutmağa çalışan internet mediası isə hələlik arzuedilən səviyyədən çox uzaqdadır.  Xəbər yaradıcılığı yerinə saytların çoxu xəbərin “üzünü çıxarmaqla” məşğuldur.

     

    Aprel döyüşləri son illər mediaya ayaq açan qeyri-professionalların xəbər məkanında necə bir gücə çevrildiyini və nə qədər ziyanlı olduqlarını bir daha göstərdi.  Çox təəssüf, ölkədə azad medianın və azad sözün inkişafına xidmət edən addımları görmürük. Atılan addımlar medianın azadlığına yox, asılılığına yönəlib. Bu isə mediada mümkün inkişaf meyllərini də əngəlləyir.


    Yaxın gələcəklə bağlı da proqnozlarım optimist deyil, təəssüf ki. Seçkin imzalar və azadlığını mümkün qədər qorumağa çalışan media orqanları da şərtlərə tabe olmağı mövcudluqlarının qarantı kimi görürlər. Belə bir durumda isə müsbət tendensiyalardan danışmaq yersiz görünür”.

     

     

    “Aprel döyüşlərində hətta İP “sevgisi” də arxa planda idi”

    “Yeni Müsavat”ın köşə yazarı, Təhsil TV-nin layihə aparıcısı Jalə Mütəllimova həmkarlarına bütün hallarda nikbin olmağı tövsiyə edib: “Texnikanın bu qədər inkişaf etmədiyi on beş il əvvəlin mediasına baxanda mən inkişafı ancaq texnoloji baxımdan hiss edirəm düzü. 

     

    Yaddaqalan olaylar müəyyən həmkarların ilboyu müxtəlif təşkilatlar, dövlət tərəfindən mükafatlandırılması hadisələridir. Bir də o qədər ürək açmayan amma saytlara, mediaya İP bazarında öndə olmaq üçün vacib olan xəbərlərə hədsiz yer verilməsi. Bura ailə-məişət zəminində intiriqalar, intiharlar, qətllər və insanların özəl həyatlarına dair məsələləri detallı işıqlandırıb ictimai müzakirəyə çıxarmaq hallarının çoxalması da daxildir.

     

    Aprel olayları son illər müşahidə olunmayacaq qədər diqqəti çəkən hərəkətlilik gətirdi həyatımıza. Düzdür böyük itkilərimiz oldu. Ağır günlər yaşadıq. Bəli itkilər mənim ailəmdən getmədi. Amma mən evimdən gedən kimi hiss elədim hər şeyi. Hətta hərbi hospitalda olub neçə əsgər zabitimizlə də görüşdüm. Bu, mənim insanlıq və vətəndaşlıq borcum idi. Bu məsələ göstərdi ki, Dağlıq Qarabağ uğrunda mübarizə Azərbaycanı bir edə biləcək yeganə məsələdir. Bir də bu  bizim hələ var olduğumuzu göstərdi. O dönəmdə bütün məsələlər hətta İP “sevgisi” də arxa planda idi.

     

    Son illər Azərbaycan mətbuatında böyük olmasa da nəzərə çarpacaq bir neçə imza var. Bu dar çərçivədə belə halların özü də sevindiricidir”.

     

     

    “Yenə də reytinq yarışı getdi...”

    Hafta.az saytının əməkdaşı Naibə Qurbanova da 2016-nı media üçün uğursuz il adlandırıb: “Bu il media üçün uğurlu il olmadı. İqtisadi böhran ilk olaraq bu sahəni vurdu. Bəzi qəzet və saytlar maliyyə çatışmazlığından bağlanmalı oldu. Başqa səbəblərdən fəaliyyətini dayandıranlardan isə yaddaqalan ölkənin ilk özəl telekanalı ANS-in taleyi oldu. İlin ən çox müzakirə olunan media mövzusu da ANS barədə çıxarılan məhkəmə hökmü idi.

     

    İlin əvvəlindən start götürən maliyyə böhranı ilə bağlı xəbərləri aprel ayından cəbhə xəbərləri əvəzlədi və beləliklə ay bütünlüklə bu mövzunun ixtiyarında oldu. Jurnalistlər 2015-ci ilin avqust döyüşlərindəkindən fərqli olaraq bu dəfə peşəkarlıq göstərdilər. Təbii ki, normal media orqanları adına layiq, digərləri isə qeyri-peşəkarlığını sərgilədi. Ümumilikdə götürəndə aprel hadisələrində jurnalistlərin işini yüksək qiymətləndirmək olar. Döyüş bölgələrində olanlar da, şəhid və yaralıların ailəsinə baş çəkənlər də cəmiyyəti maksimum informasiya ilə təmin etməyə çalışdılar.

     

    Bu ilin uğurlu media layihəsi kimi “Ayn”a qəzetinin elektron verasiyasının bərpasını vurğulamaq istərdim. Bundan başqa, bir neçə imza ilə yaxından tanış olmaq şansımız da oldu. 2016-cı ilin mənə görə tapıntısı Nərgiz Cavadzadə, Hafiz Əhmədov, Aqşin Kərimov oldu. Ola bilər bu imzalar mətbuatda çoxdandır var, amma mən bu il kəşf etdim.

     

    Ümumi mənzərəni yüksək qiymətləndirə bilmərəm. Çünki son illərin dəbdə olan İP yarışı bu il də nəzərə çarpdı. Yenə zorlanma xəbərləri, İP-ə hesablanmış qərəzli başlıqlar, mövzuya qeyri-peşəkar yanaşmalar diqqət çəkdi”.

     

     

    “İqtisadi proseslərdən ən çox təsirlənən media oldu”

    Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər isə bildirib ki, Azərbaycan mediası aprel döyüşlərində bir nümunə ortaya qoydu: “Bilirsiniz, Azərbaycan və dünya mətbuatı üçün bu il ənənəvi illərdən biri oldu. Çox təəssüf ki, ölkədəki iqtisadi böhran bu il bir sıra imzaları, bir sıra jurnalistləri işsiz qoydu. Bu il ilə bağlı ən böyük təəsüratımız ondan ibarətdir ki, iqtisadi proseslərdən ən çox təsirlənən, ən çox ziyan görən qruplardan biri media oldu. Amma aprel məsələlərində Azərbaycan mətbuatı kifayət qədər peşəkar bir münasibət sərgilədi. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda hərbi jurnalistika yoxdur və bu sahəyə hər hansısa bir maraq da yoxdur. Bu sahənin inkişafı üçün heç bir fəaliyyət ortaya qoyulmur. Amma buna rəğmən Azərbaycan mediası aprel döyüşlərində özünü göstərə bildi, bir nümunə ortaya qoya bildi. Bu məsələdə əslində Müdafiə Nazirliyinin də mühüm bir fəaliyyəti oldu ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə MN mətbuatla intensiv əlaqə qura bildi, məlumatları yaydı. Mətbuat Müdafiə Nazirliyini tapa bilməyib ikinci, üçüncü, dördüncü mənbələrə müraciət etmədi. 

    Eyni zamanda bir mətbuat orqanı olaraq Yeniçağ üçün bu il olduqca məhsuldar keçdi deyə bilərik. Artıq rusca, yeni ildən etibarən türkcə yayına başlayırıq. Bu baxımdan bizim üçün daha yadda qalan oldu. Qarşıdan gələn yeni il münasibətilə bütün media zəhmətkeşlərini, başda Xəbər365-in kollektivi olmaqla təbrik edirəm”.