Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    01
    10:18:22
    Yanvar
    659 nəfər oxuyub

    Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT

    Başa vurmaqda olduğumuz 2016-cı il dünyada və ölkəmizdə bir sıra müsbət və mənfi hadisələrlə yadda qaldı. Dünyada, xüsusilə də, Yaxın Şərqdə baş verən proseslər   dini radikalizm, terror hadisələri, siyasi təlatümlər, yüz minlərlə insanın ölümü,  milyonlarla insanın ev-eşiyindən didərgin düşməsi acı hadisə olaraq tarixə həkk olundu. Eləcə də, neftin qiymətində müşahidə olunan dəyişikliklər, ayrı-ayrı ölkələrin valyutalarının dəyərdən düşməsi dünya iqtisadiyyatına ciddi təsir göstərdi.

    2016-cı il Azərbaycan üçün də o qədər sakit il olmadı. Ölkənin ictimai-siyasi, o cümlədən, iqtisadi həyatında bir sıra yaddaqalan hadisələr oldu.

    Həmin hadisələri və ümumilikdə ötən ili tanınmış siyasilərlə dəyərləndirdik.

     

    Uğurlu hərbi əməliyyat, bahalaşma, işsizlik...

     

    016-cı il ictimai-siyasi baxımdan Azərbaycanın sabiq baş naziri Pənah Hüseynin yadında belə qalıb: “Müsbət hadisə kimi mən 4 günlük aprel döyüşlərini göstərə bilərəm. Çox uğurlu bir əməliyyat oldu. Bu ildə xoşagəlməz hadisələr də oldu. Bahalıq, qıtlıq, işsizlik, manatın dəyərini itirməsi, ağır qəzalar, çoxsaylı insan itkiləri, şəhidlərimiz oldu. Mən maliyyə-bank sektorundakı böhranı vurğulamaq istəyərdim. Ölkədə maliyyə-bank sektoru, demək olar ki, çöküb. Bu, iqtisadiyyatda ciddi böhran yaradacaq”.

    Pənah Hüseyn hesab edir ki, 2016-cı ildə yürüdülən yanlış siyasət 2017-ci ildə öz nəticəsini göstərəcək: “Düşünürəm ki, 2017-ci il daha ağır olacaq. Amma bayram ərəfəsində mən bizi gözləyən təhlükəni sadalayıb insanların əhvalını korlamaq istəmirəm. Arzu edirəm ki, gələn il xalqımız xoşbəxt və firəvan yaşasın. Xüsusilə də, Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər əldə edək. Azərbaycan xalqını həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm”.

     

    Davamlı devalvasiya, islahatların imitasiyası, differensiallaşdırılma...

     

    zərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun sözlərinə görə, 2016-cı il Azərbaycanda daha çox ciddi iqtisadi hadisələrlə yadda qalıb: “2016-cı ilin iqtisadi yekunları ilə bağlı dəyərləndirmələrim olub. Bir daha qeyd edirəm ki, hökumətin ötənilki proqnozları başa vurmaqda olduğumuz ildə özünü doğrultmadı. Xüsusilə də, maliyyə-bank sektorunda baş verənlər ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərdi, böhran yarandı. Davam edən devalvasiya nəticəsində milli valyutamız iki dəfə dəyərdən düşdü.

    Dövlət büdcəsinin gəlirləri kəskin şəkildə aşağı düşdü. Büdcədən maliyyələşən şəxslərin maaşları aşağı salındı. 50 mindən çox iş yerlərinin ixtisarı, maaşların aşağı düşməsi, gizli  işsizliyin artması ölkədə ciddi sosial problemlər yaratdı. İlin ən böyük itkisi islahatların imitasiyası üzündən  baş verdi və nəticədə 2016-ci il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı. Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat görüntüsü yaratmağa xidmət etdi. İlin sonunda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərinin differensiallaşdırılması ilə bağlı əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərarı ilin ən uğursuz qərarı oldu. Yola saldığımız ilin ən riskli qərarı Dövlət Neft Fondunun Beynəlxalq Bankda yerləşdirdiyi 1 milyard dollar depozitlə bağlı oldu. 2016-cı ilin ən səmərəsiz iqtisadi siyasəti manatın məzənnəsinin inzibati tənzimlənməsinin davam edirilməsi sayıla bilər”.

    Qubad İbadoğlunun fikrincə, ilin ən mənasız iqtisadi siyasəti aqraq sahədə, xüsusilə də pambıqçılıqla bağlı oldu. İlin fiaskosu da bu sahədə qeydə alındı. İlin ən çox əzilən təbəqəsi sahibkarlar oldu. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxıldılar. Bu il ərzində dövətin ən aciz siyasəti kapitala nəzarətlə bağlı oldu. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı.

    İlin əziz qonağı ərəblər oldu. Onların sayəsində xidmət sektoru mövsümi olsa da canlandı və əsil turist gördü. İlin ən səmimi etirafları yeni iqtisadi modelin axtarışı, savadlı iqtisadçıların sayının azlığıdır.

    İlin ən böyük iqtisadi yalanı keçmiş rabitə nazirinin aylıq xərclərinin 200-300 min manat təşkil etməsi oldu. Nəinki bu ilin hətta ötən 5 ilin ən iri maliyyə fırıldağı Beynəlxalq Bankla bağlı oldu.  İlin ən radikal qərarı “Bank Standart”ın bağlanması sayıla bilər. İlin ən iri korrupsiya faktları MTN və Rabitə işi ilə yadda qaldı.İlin ən populyar kreditoru Asiya İnkişaf Bankı oldu, Asiya bankları ilə sayəsində Azərbaycanın borcları son 25 ildə ən böyük sürətlə artdı və ölkəmiz Çin və Hindistandan sonra bu bankın ən böyük tərəfdaşına çevrildi.

    İlin ən uzun təqdimatı Strateji Yol Xəritələri ilə bağlı oldu. Hələ də davam edir. İlin ən bahalı reklam kampaniyası “SOCAR-ın istiqrazları” ilə bağlı sayılsa da, gözlənildiyinin əksinə olaraq bu istiqrazların əsas alıcısı vətəndaşlar deyil, şirkətlər oldu. İlin ən uzun müddətli müqaviləsi ARDNŞ və ВР arasında 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi barədə saziş oldu. İlinə ən pozitiv iqtsiadi qərarı gec də olsa qeyri-neft sektorunun və icracatın inkişaf modelinə önəm veriilməsi hesab oluna bilər”.

     

    Aprel döyüşü və Azərbaycan ordusunun qüdrəti...

     

    afqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının fikrincə,  2016-ci ildə dünyada baş verən proseslər Azərbaycana da təsirsiz ötüşməyib: “Ölkəmizdə baş verən proseslərə toxunmazdan öncə, mən qardaş Türkiyədəki hadisələrə diqqət yetirmək istərdim. Ötən il dünyada ən çox danışılan mövzu terror, ən çox diqqət mərkəzində olan ölkə isə Türkiyə Cümhuriyyəti oldu. Bu ölkədə (eləcə də bütün dünyada) terrorun artmasını; Baş nazir Ahmet Davutoğlunun yerinə Binali Yıldırımın təyin olunmasını; 15 iyul çevriliş təşəbbüsünü və bu təşəbbüsə qarşı ümumxalq müqavimətini; Türkiyənin Suriyada quru hərbi əməliyyatlarına başlamasını və s. mövzuları misal kimi göstərə bilərik. Türkiyədə terrorun çox artması hamımızı çox üzsə də, bu ölkədə ümumxalq irdəsinin terrora qarşı birləşməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bu mövzuyla bağlı olaraq xüsusilə Ankaradakı partlayışlardan sonra mart ayında Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edərək həmrəylik nümayiş etdirməsini tarixi məqamlardan biri idi. Türkiyə-Rusiya münasibətlərinin yoluna qoyulması prosesi, hətta Rusiyanın Ankaradakı səfirinə qarşı törədilən terrorun da bu proseslərə mane olmaması digər diqqət çəkən məqamlardan biri oldu. Türkiyə-Rusiya-İran üçlüsünün Suriya ilə bağlı olaraq mövqelərini yaxınlaşdırması həm bu üç ölkə üçün, həm Suriya üçün, həm ümumilikdə region üçün, həm də qlobal proseslər baxımından nəticələr yarada bilər. Bu üçlü zəncirdə zəif həlqə hələ ki, Türkiyə-İran münasibətləri görünür. Avrointeqrasiya, Avropanın güc mərkəzi olması ehtimalı və qlobal çoxqütblülük prosesləri baxımından Brexit-i xüsusi hal kimi qiymətləndirmək olar. Bir çoxlarının gözləntisinin əksinə Donald Trumpın prezident seçilməsi ABŞ-dakı seçki sistemi, ABŞ-ın qlobal rolu, hətta ərazi bütövlüyü ilə bağlı mübahisələri artırdı. Ermənistan-Azərbaycan cəbhə xəttindəki Aprel döyüşlərini də ilin yaddaqalan məqamları kimi qeyd etmək mümkündür. Bu döyüşlər nəticəsində vacib bir gedişat davam etdirilmiş oldu. Azərbaycanın Xocalı aeroportunun istifadəsinə icazə verməməsi, Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, Ermənistan vertalyotunun vurulması və nəhayət, cəbhədə hətta bəzi xarici dövlətlərə rəğmən qazanılan zəfər. Yəni Azərbaycan rəsmilərinin qüdrətli orduyla bağlı sözləri sadəcə ritorika xarakterli deyil, reallığı əks etdirir. Artıq Azərbaycan danışıqlar masasına əvvəlkindən bir qədər fərqli ruhla oturur və digər tərəflər də bununla hesablaşır”.

     

    Yeni formasiyaya keçən dövlət-vətəndaş münasibətləri...

     

    illi Məclisin deputatı Zahid Oruc isə 2016-cı ilin dünyada və regionda mürəkkəb hadisələrlə yadda qaldığını deyir: “Şübhəsiz,onların içərisində sosial-iqtisadi xarakter daşıyan qlobal tendensiyaları bir kənara qoysaq, təhlükəsizlik və sabitlik baxımından artıq başa vurduğumuz il kifayət qədər gərgin keçdi. Silahı və hərbi resursları dünyada danışıq dilinin əsasına çevirən dövlətlər üçün sülhü, diplomatik razılaşmaları və uzlaşma nöqtələrinin tapılmasını qeyri-mümkün etdi.2017-ci ilin astanasında dünyanın böyük bir qitəsi fəlakət içərisindədir və hamımız ümid edirik ki, xaosu ixrac edənlərin cəhdlərini nəhayət, durdurmaq mümkün olacaq”.

     

    Millət vəkilinin sözlərinə görə, Azərbaycana gəldikdə isə ölkəmiz yeni iqtisadi-siyasi reallıqlar qarşısında olduğundan ənənəvi həyat və yaşayış çərçivələri dəyişikliyə uğradı, dövlət-vətəndaş münasibətləri yeni formasiyaya keçdi: “Bütün sınaqlara baxmayaraq, 2016-cı il ərazi bütövlüyümüzün təminatında tarixi xarakter daşıyacaq və böyük qələbələrimizin vəsiləsinə çevriləcək. Aprel ayında baş verən hərbi toqquşmalardan qalib çıxan Azərbaycan ordusu işğal altında olan torpaqlardan bir qismini azad etməklə böyük savaşı qazanmağa qadir olduğunu göstərdi. Ona görə də, bütün qeyri-sabit maliyyə durumuna, islahatların ağrılı xarakterinə  baxmayaraq, 2016-cı ilin xalqımızın həyatında mühüm bir mərhələ olacağı şübhəsizdir. Müsbət tendensiyaları gücləndirmək və bütün sferalarda dönüş etmək isə dövlətimizin əzmindən və hər birimizin fəaliyyətindən asılı olacaq. Hər kəsə ən xoş arzularımızı diləyirik!”

     

    Neft gəlirlərinə arxayın olmağın acı nəticəsi...

     

    öyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa 2016-cı ildə ən yaddaqalan hadisəsinin dördgünlük aprel döyüşləri olduğunu düşünür:  “Atəşkəs əldə olunandan sonra aprel ayında qısamüddətli əməliyyatın Azərbaycan üçün çox böyük nəticələri oldu. Bu müddət ərzində Azərbaycanda siyasi sabitlik qorunub saxlanıldı, dövlət idarəçiliyində islahatlar aparıldı. Dünyada cərəyan edən ictimai-siyasi gərginlik, iqtisadi böhran, hümanitar fəlakət fonunda Azərbaycandakı sabitliyi qeyd etmək olar. Təbii ki, ən ciddi hadisələr iqtisadi sferada oldu. Bu sferada baş verənlər hər bir Azərbaycan vətəndaşının həyatına, sosial durumuna təsir etdi”.

    Fazil Mustafanın  sözlərinə görə, 2016-cı ildə baş verən iqtisadi problemlər, maliyyə sıxıntıları daha öncə neft gəlirləri hesabına ölkədə müşahidə olunan arxayınlığın acı nəticəsi idi: “Ötən ilə nəzər saldıqda, digər ölkələrin durumu ilə Azərbaycandakı prosesləri müqayisəli təhlil apardıqda görürük ki, Azərbaycanda bir sıra problemlərin olmasına baxmayaraq, siyasi sabitlik qorundu, vətəndaşların təhlükəsizliyi təmin edildi, insanların hüquqlarını qorunmasına dair prosedurlar işlək oldu. İnsan haqları. Siyasi azadlıqların qorunması baxımından 2016-cı ili “faciə” adlandırmaq olmaz. Çünki referendum öncəsi və sonra müxalifətin bir neçə aksiya keçirməsinə icazə verildi. Kütləvi həbslər olmadı, siyasi məhbus adlandırılan şəxslər əfv edildi. Ölkədə müxalifət mətbuatı fəaliyyət göstərir, internet mediaya məhdudiyyət qoyulmayıb”.

    Millət vəkili hesab edir  ki, 2017-ci ildə Azərbaycanda ciddi islahatlar aparılacaq:“İqtisadi və siyasi problemlərin həlli islahatlardan keçir. 2017-ci ildə Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan nəticəyə hesablanan konkret addımlar atmalıdır”.