Xəbər lenti

  • 2017-01-19
  • 14:35 FTB istədi, rus proqramçı həbs edildi
    14:25 “CinemaPlus”da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək
    14:05 Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq
    13:47 "Reina" terrorçusu azərbaycanlılarla təlim keçibmiş
    13:35 Sabaha olan hava proqnozu
    13:20 Trampın BMT səfiri deyir ki, Rusiyaya inanmaq olmaz
    13:04 Tehranın mərkəzində çoxmərtəbəli bina yanğından sonra çöküb
    12:52 TRT Şəhidlər xiyabanından canlı yayım verəcək
    12:35 Bahar Muradova: Lavrov vəziyyətə adekvat olan açıqlama verməli idi
    12:18 İtaliyada qar uçqunu nəticəsində 30 nəfər ölüb(Yenilənib)
    12:02 İran BMT-nin silah embarqosunu pozur
    11:49 Azərbaycandan ixracla bağlı təkliflər paketi hazırlanıb
    11:32 Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
    11:26 Senator ABŞ-ın Rusiya siyasətini dəyişməsini istəyir
    11:18 Kipr liderləri birləşmə ilə bağlı danışıqlar aparır
    11:05 Telefon və internet xidmətlərinin ödənişi onlayn olacaq
    10:55 Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi
    10:40 Lapşin Azərbaycandan üzr istəməyə hazırdır
    10:28 Bayden Davosda Rusiyanı tənqid edib
    10:18 Dollar bahalaşdı:1.8311
    10:10 Moskva Astana görüşünə kürdləri də dəvət edib
    09:55 İtaliyada otel qarın altında qalıb
    09:45 Neft ucuzlaşdı
    09:30 Türkiyə baş konsulluğuna hücum olub - Sürixdə
    09:15 FED uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır
    09:01 Azərbaycanda orqan transplantasiyası mümkün olacaq
    00:15 Gədəbəy / Şınıx-Kollu-Qarabağlı
    00:12 2017-ci ildə dollar daha da möhkəmlənəcək
    00:07 Ata Corc Buş reanimasiyaya yerləşdirilib
  • 2017-01-18
  • 23:51 “Honkonq qripi”ndən artıq ölən var
    23:45 Türkiyəyə səyahət etmək istəyən rusların sayı iki dəfə artıb
    23:27 Ərdoğan Erməni Vəqflər Birliyinin sədri ilə görüşdü
    23:13 700 fransız İŞİD-ə qoşuldu
    22:59 Ukrayna separatçı rejimi heç vaxt tanımayacaq
    22:42 Hacıbala Abutalıbov jurnalistlərə məsləhət verdi
    22:29 Tacikistanın Baş Qərargah rəisi yol qəzasında ölüb
    22:11 Azərbaycan prezidenti Barzani ilə görüşdü
    21:50 "Receb İvedik 5" filmində qalmaqallı səhnələr yığışdırıldı
    21:41 Çində 1,4 milyon nəfər köçürüləcək
    21:33 Çavuşoğlu ABŞ-da Maykl Flinnlə görüşüb
    21:10 CHP TBMM-də konstitusiya dəyişikliklərini baykot etdi
    20:57 Gürcüstanda etiraz aksiyası keçirildi
    20:44 Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
    20:30 Türkiyə və Rusiya Hələbdə birgə əməliyyat keçirdi
    20:07 Türkiyədə daha bir terrorist ələ keçirildi
    19:55 İlham Əliyev Vahid Ələkbərovla görüşdü
    19:45 Moldova MDB-yə inteqrasiya etmək istəyir
    19:32 “Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
    19:17 İsveç ən böyük təhlükəni radikal islamçılardan gözləyir
    18:58 Erməni hərbçisi öldürüldü
    18:39 Koçaryanın ABŞ-a köçmək xəbəri təkzib olunub
    18:26 NATO –nu yalançılıqda ittiham etdilər
    18:10 OPEC-in neft hasilatı azalıb
    18:00 Eks baş prokuror prezident müşaviri oldu
    17:55 Tbilisidə azərbaycanlıların pulsuz müayinəsi təşkil olunub
    17:41 Putin Trampa görə Obamanı ittiham etdi
    17:28 Rusiyada "Honkonq qripi"ndən ilk ölüm faktı qeydə alınıb
    17:07 Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi (video)
    16:52 Qafqaz Universitetinin müəllim və tələbələrinin taleyinə aydınlıq gətirlib
    16:31 Suriyadakı İŞİD-in başçısı tacik polis polkovniki imiş
    16:22 Əli Şəmxani: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
    16:15 Lavrov ABŞ-ı Rusiyanı şərləməkdə günahlandırır
    16:05 Malidə hərbi bazada partlayışda azı 37 nəfər ölüb
    15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    01
    23:55:25
    Yanvar
    1255 nəfər oxuyub

    Qərb üçün demokratiya Qərb üçündür

     

     

    2016-cı il hamımızı çox yordu. Hər gün monitor qarşısına keçər-keçməz dünyanın hansısa nöqtəsində baş verən terror hadisəsindən, az və ya çox sayda insan ölümündən xəbər tutduq.

    Bəlkə də biz şanslıydıq, çünki bu kimi terakt xəbərlərinin sadəcə oxucusu olduq. Ancaq yenə də qanımızın qaralmadığı bircə gün belə olmadı. Çünki il boyu qardaş Türkiyənin, demək olar ki, mərkəzindən tutmuş ucqar kəndlərinə qədər hər yerində terror hadisəsi baş verdi. Bu terrorun hədəfi bir dəfə mülki vətəndaşlar oldusa, bir dəfə hərbçilər, polislər, əsgərlər oldu. Bu terrorları bir dəfə İŞİD öz üzərinə götürdüsə, bir dəfə PKK üstləndi. Türkiyənin dərdi azmış kimi ortaya terror törədən üçüncü qüvvə çıxdı - FETÖ. Kəsəsi, ötən il terror ili adını üstünə götürüb təqvimdən çıxdı.

     

    2017-ci il gəldi. Ümidləndik, faciələr ötən ildə qaldı deyə...

     

    Yeni il gecəsi İstanbulda Şaxta baba qılığına girmiş şəxs (ya da şəxslər) “Reina” əyləncə klubuna silahlı hücum eləyərək 40-a yaxın insanı öldürdü, 70-dən çox insanı  yaraladı.    

     

     

    Nə baş verir Türkiyədə? Nədir bu qanlar, bu terrorlar..

     

     Bir az məntiqli adamlar üçün hadisələri analiz edib doğru rəy çıxarmaq heç də çətin olmur.

     

    Deməli, mən dəfələrlə sonuncu terror hadisəsinin baş verdiyi həmin klubda olmuşam və yaxşı bilirəm ki, o məkana kiminsə silahla girməsi mümkün deyil. Buna cəhd eləyəni yerindəcə öldürərlər. O, nə qədər hazırlıqlı və güclü olsa belə, insident qapı önündən o tərəfə keçə bilməz. Məkan hər zaman dənizdən və qurudan yuksək səviyyədə qorunur. Çünki “Reina”, Türkiyənin əyləncə və gecə həyatının bir nömrəsidir. Orda bir gecədə toplaşan insanların bəzilərinin şirkətlərinin illik dövriyyəsi Türkiyənin dövlət büdcəsindən çoxdur. Belə bir məkana Şaxta baba qiyafəsində terrorçu necə girə bilər?

     

    Bu suala cavab tapa bilmək üçün olayları diqqətlə və ardıcıllıqla nəzərdən keçirək.

     

    Ankarada səfir öldürülür və qatilin, səfirin arxasında mühafizəçi rolunda dayanan polis  olduğu müəyyənləşdirilir. Sonra isə məlum olur ki, bu şəxs heç həmin gün növbətçi deyilmiş, orda olmamalı imiş. Ən əsası isə bu adam 8 dəfə prezidentin xüsusi mühafizəsində yer alıb.

     

     

    İndi isə İstanbulda ən yüksək səviyyədə qorunan məkanda terror baş verir,  yenə qarşısı alına bilmir.

     

    Bu, o deməkdir ki, artıq teror hadisələrinin rəngi dəyişir. Həm Andrey Karlovun qanını tökməyə göndərilən polis, həm də "Reina"ya təşrif buyuran “Şaxta baba” başqa mesaj verir. Oyun daha ciddi və təhlükəli xarakter almağa başlayır. Yaxud da terror sifarişçiləri demək istəyirlər ki, biz oyun oynamırıq, bizi ciddiyə alın.

     

    Bir məqama da diqqət yetirək. “Reina”nın sahibi Mehmet Koçarslan “Hüriyyət” qəzetinə açıqlama verir və Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin belə bir təhlükənin ola biləcəyi ilə bağlı ona xəbərdarlıq etdiyini deyir. Üstündən 3-4 saat keçəndən sonra isə “acıdan nə söylədiyimi bilmirdim” deyərək təkzib verir. Birincisi, Mehmet Koçarslan kifayət qədər sanballı adamdır və nəyisə bilmədən, düşünmədən söyləmək ehtimalı yox dərəcəsindədir. İkincisi, açıqlama media sahəsində məktəb sayıla biləcək  “Hürriyət”  qəzetində dərc olunub. Açıqlamanın hansı mətbu orqana və hansı jurnalistə verilməsi çox önəmli məqamdı. Türkiyə siyasəti ilə dərindən maraqlananlar “Hürriyət” qəzetinin proseslərdə hansı rol oynadığından az-çox xəbərdardılar.

     

     

    Hər iki hadisə zamanı Amerika dərhal reaksiya verir, Türkiyə ilə bərabər terrora qarşı mübarizə aparmağa hazır olduğunu deyir. Ümumiyyətlə, Amerika və Avropa mediası olayın baş verdiyi ilk dəqiqələrdə belə TƏƏCÜBLƏNDİRƏCƏK qədər "dəqiq" informasiyalar yayır. İçində bəlli mesajlar olan informasiyalar...

     

    Bu arada Türkiyənin Mosulda uğurlu əməliyyatlar apardığı da gözdən qaçmamalıdır.

     

    Əslində, bu  nüansların hamısı faciənin baş verməsində Qərbin  barmağının olduğunun işarə edir.

     

    Pəki nədən Qərb, bir az da konkretləşdirsək, Amerika?

     

    Ərdoğan doğru və ya yanlış olmasından asılı olmayaraq, müstəqil siyasət yürütmək istəyərək Qərbdə qıcıq yaradır. Bu siyasətin mahiyyətində demokratiya olsun, ya da sultanlıq – bu, başqa bir mövzudur. Söhbət, məhz, müstəqil siyasətdən gedir.  İş ondadır ki, sabah Türkiyədə normal insanlar hakimiyyətə gəlib demokratiya qurmaq istəsələr, ancaq yenə də müstəqil idarəetməyə önəm versələr, eyni hadisələr baş verəcək. Qərb Türkiyəni özündən asılı vəziyyətdə saxlamaqdan ötrü yenə terrora əl atacaq. Çünki onlar üçün hakimiyyətdə kimin oturmasının fərqi yoxdur, əsas məsələ Türkiyəni dizə gətirməkdir.

     

     

     

    TÜRKİYƏNİ DİZƏ GƏTİRMƏYİN YEGANƏ YOLU  İSƏ TERRORDUR.

     

    Niyə terror? Terror siyasi hakimiyətləri istefaya göndərmənin yeni müasir formasıdır. Bu gün Türkiyənin gəldiyi bu nöqtəyə görə hər kəs Erdoğanı suçlayır. Bu barədə fərqli düşünməsəm də, məhz, indi danışmağı çox təhlükəli hesab edirəm: Ərdoğanı suçlamaq vaxtı deyil. Birləşmək, bütöv olmaq vaxtıdır. Dövlət naminə, Atatürkün qurub miras qoyduğu cümhuriyyət naminə birləşmək, bir olmaq, güclü olmaq vaxtıdır. Bölünən xalq və məmləkət güclü olmağa qadir deyil. Bu gün Türkiyəni bir insana bənzətsək, başı, başçısı başqanlıq hayında, bədəni isə Ərdoğanı lənətləmək, onu haqsız duruma düşürmək, daşlamaq, yola salmaq hayındadır.

     

     Bütün bu faciələr, qətllər ona görə olur ki, xalq indiki iqtidardan imtina etsin, terrorun onun ucbatından baş verdiyini düşünsün, bezsin, hazırkı hökumətin yerinə başqası gəlsə, qan-qadanın kəsiləcəyinə inansın və ayağa qalxsın. Zatən bu fikir zaman-zaman səslənir. Ona görə də xalq terror baş verəndə birmənalı şəkildə dövlətin yanında olmalıdır. Onu kimin idarə etməsindən asılı olmayaraq!

     

    Çünki bu, bir sistem məsələsidir. Çünki heç bir dövlətin digərini terrorla hədələyib iqtidarı dəyişmək imkanı olmamalıdır.

     

     Bir dövlət başqa bir dövlətin əlində oyuncağa çevrilməməlidir. Ona görə də xalq belə məsələlərdə diqqətli olmalı və qəbul etsək də, etməsək də, bütün yanlışlarına rəğmən Türkiyə dövlətinin yanında durmalıdı. Bu çox önəmlidi. Bu gün Türkiyə hökumətini suçlamağın bir anlamı yoxdur.

     

    Rusiyanı günahım qədər sevməsəm də, sözün düzünü deməliyik. Rusiya hazırda təkdir və Türkiyənin dostluğuna böyük ehtiyacı var. Bu günün Rusiyası Türkiyəyə qarşı terror törətmək, qan axıtmaq fikrində deyil.

     

     

     

    Yuxarıda da dediyim kimi, bu işdən Qərbin "kokusu" gəlir...

     

    Ən təəssüfləndirici məqam isə odur ki, biz hələ də demokratiya qurmaq üçün Qərbə bel bağlayırıq. Halbuki son illərdə  baş verən bütün olaylar bir şeyi göstərir: QƏRB ÜÇÜN DEMOKRATİYA QƏRB ÜÇÜNDÜR.

     

    Bu regiona demokratiya gətirmək adı ilə həyata keçirilən siyasətin də bircə adı var: QAN, QAN, BİR DƏ QAN...