Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    03
    15:03:18
    Yanvar
    729 nəfər oxuyub

    Neftdən üzülən əlimiz nədən yapışacaq? – İqtisadi təhlil

    Onlar da cənab fakt qarşısında şlyapalarını çıxardılar...

     

    2016-cı il bir çox hadisələrlə yadda qaldı. Sözsüz ki, bunların içində diqqəti ən çox cəlb edən məsələlərin çoxu iqtisadi sahənin payına düşdü. Əlbəttə, bu, başadüşülən idi. Belə ki, 2014-cü ilin ortalarından dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi 2015-ci ildə özünü əməlli-başlı hiss etdirmiş, üstəlik 2016-cı ilə də bir çox problemləri miras qoymuşdu. Bu da öz növbəsində, bu ilin elə də asan keçməyəcəyindən xəbər verirdi. Hər nə qədər hakimiyyət qurumları və onların nəzarəti altında olan mətbuat orqanları nikbin proqnozlar səsləndirməyə çalışsalar da, artıq əvvəlki qətiyyət hiss edilmirdi. Üstəlik,  2015-ci ilin son günlərində  ikinci devalvasiya şokunu yaşamış ölkədə danışmağa elə də ehtiyac qalmırdı. Təsadüfi deyil ki, ötən ilin son on iki ayında Azərbaycan iqtisadiyyatında baş verənlər hətta ən nikbin mütəxəssisləri belə susmağa məcbur etdi. Necə deyərlər, hamı cənab fakt qarşısında şlyapasını çıxarır.

     

     

     

     

    Devalvasiya olmadı, amma manat yenə etibarsız çıxdı

     

    Yuxarıda da qeyd edildiyi kimi, Azərbayan əhalisi 2015-ci ildə iki dəfə devalvasiyaya məruz qalmış və dollar qarşısında xeyli dəyər itirərək 1$=0.78 manatdan, 1$=1.55 manatadək ucuşlaşmışdı. Nəticədə,  milli valyutamız həmin ildə ən çox ucuzlaşan valyuta oldu. Buna görə dillərində “devalvasiya” bitmiş sıravi vətəndaşların 2016-cı ildə də gözləri bankların məzənnə tablosunda, qulaqları səlahiyyətli qurumların “layla” tipli bəyanatlarına dikilmişdi. Doğrudur, 2016-cı ildə devalvasiya baş vermədi. Buna əsas səbəb kimi hökumətin növbəti dəfə bu addımı atmaqdan çəkinməsini göstərmək olar. Əvəzində isə, eyni proses tədricən həyata keçirildi. Belə ki, ilin əvvəllərində 1$=1.55 AZN idisə, hazırda bu rəqəm rəsmi məzənnəyə görə 1$=1.76 AZN şəklindədir. Kommersiya banklarında isə dollar 1.80 manatdan baha satılır. Bundan başqa, 2016-cı ildə bir neçə dəfə dollar qıtlığı yaşandı ki, sonda hökumət rəsmi şəkildə “Qara bazar”ın mövcudluğunu etiraf etməli oldu.

     

    Atan və batan banklar

     

    Neft qiymətinin ucuzlaşması ilə başlanan böhran iqtisadiyyatın bir çox sahələri kimi bank sektorunu da “vurdu”. Nəticədə “Bank Standart” da daxil olmaqla bir sıra banklar bağlandı və ya birləşmək məcburiyyətində qaldı. Bununla yanaşı bank olmayan kredit təşkilatlarından da bəziləri anoloji vəziyyətlə üzləşməli oldular. Təkcə onu demək kifayətdir ki, bu və ya digər səbəblərdən “Beynəlxalq bank” ətrafında baş verənlər il boyu mətbuatın gündəmindən düşmədi. Banklardan danışarkən əhalinin kredit borclarını da unutmamaq lazımdır. 2016-cı ilə nəzər salarkən banklarla vətəndaşlar arasında çoxsaylı problemlərin yaşandığını, bir çox hallarda bu maliyyə qurumlarının müştərilərinə qarşı qanunsuz davranışlar sərgilədiyinin şahidi olduq. Artan kredit borcları çoxsaylı intiharlarla müşayət olundu. Beləliklə, 2016-cı ilin bank sektoru üçün də uğursuz olduğunu əminliklə deyə bilərik.

     

     

     

     

    “Qara qızıl”ın “qara”sı

     

    Uzun illər boyunca ali məmurundan tutmuş sıravi vətəndaşa qədər hamının rahatlıq və qürur mənbəyi olan, haqqında şanlı mahnılar bəstələnən, şeirlər qoşulan neft il ərzində obrazlı şəkildə desək “xırıldamaqla” məşğul oldu. Bəzi hallarda qiyməti cüzi qalxan qara qızıl, əksər hallarda dəyər itirməsi və ona bəslənən ümidləri öldürməsi ilə gündəmə gəldi. OPEK-in ilboyu əlləşib-vuruşub sonda hasilatı azaltmaq qərarı da bu tendensiyaya güclü şəkildə təsir edə bilmədi və növbəti ildə də bunun baş verəcəyini gözləmək doğru olmazdı. Beləliklə, Azərbaycana qara qızıldan qala-qala “qara” qaldı – qara gün, qara bəxt və qaranlıq 2017 – sözün bütün mənalarında. Bu isə öz növbəsində, ölkənin əlini neftdən üzməsinə gətirib çıxardı. Bəli, ölkə əlini bundan üzdü, bəs nəyə yönəldi?

     

    Qeyri-neft sektoru – gözlədik, gəlib çıxmadı

     

    Hökumət ilin əvvəllərindən post neft erasının başlandığını, qeyri-neft sektorunun inkişaf etdiriləcəyini bildirirdi. Bu məqsədlə nələr danışılmadı, hansı məsələlər müzakirə edilmədi ki? İxracın diversifikasiyasından tutmuş, kənd təsərrüfatının inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması, daxili bazarın qorunması, “Made in Azerbaijan” brendinin təbliği və sairə kimi məsələlər mətbuatın gündəmindən düşmədi. İlin sonlarına doğru gəldikdə isə qeyd edilən sahələrdə elə də ciddi irəliləyişin olmadığı məlum olur. Görünən odur ki, gələn il də səlahiyyətli orqanların bu məsələdə danışmaq üçün sözləri olacaq.

     

    Büdcə azaldı, söz-söhbət çoxaldı

     

    Ölkə iqtisadiyyatında bunlar baş verdiyi bir vaxtda gələn ilin dövlət büdcəsində müsbət nəyinsə baş verəcəyini gözləmək sadəlövhlük olardı. Elə baş verənlər də bunu göstərdi. Belə ki, gələn ilin dövlət büdcəsində uzun müddətdən sonra azalma müşahidə edildi, bir çox sahələrə yönəldilməsi nəzərdə tutulan vəsaitlərin həcmi kəskin sürətdə aşağı salındı. Adını hər nə qədər “Sosial yönümlü büdcə” qoysalar da, elementar riyazi bilikəri olan hər kəsin vəziyyətin nə olduğunu görmək üçün elə də çətinlik çəkməyəcəyini anlamaq olar. Onu da qeyd etmək lazımdır ki, növbəti ildə də eyni halın yaşanacağı 2016-cı ilin son günlərindən baxanda belə aydın şəkildə görünür.

     

     

     

    Vergi və rüsumlar artırıldı

     

    2016-cı ildə ölkə iqtisadiyyatında diqqəti cəlb edən bir məsələ də bir çox sahələrdə vergi və rüsumların artırılması oldu. Ölkəyə gətirilən bəzi idxal məhsullarına qoyulmuş vergilərdən tutmuş, ayrı-ayrı fəaliyyət sahələri üzrə təyin edilmiş bir çox rüsumlar artırıldı. İş o yerə gəlib çatdı ki, hökumət il ərzində elektrik enerjisi də daxil olmaqla enerji daşıyıcıların qiymətini bir neçə dəfə artırdı. Məlumdur ki, buna əsas səbəb kimi büdcədə yaranmış kəsiri göstərmək olar. Vergilərin artırılmasından və əvvəlki illərə nisbətən daha sərt vergi siyasətinin həyata keçirilməsindən danışarkən əlbəttə müğənnilərin də vergiyə cəlb edilmələrindən bəhs etmək olar. Üstəlik, hələ uşaq bağçalarından, təhsil müəssisələrindən, hətta tamadalardan belə vergi tutulması təklif edildi ki, gələn il bunun baş verəcəyini gözləmək olar.

     

    İslahatlar aparıldı(mı?)

     

    2016-cı il boyunca hakimiyyət orqanları iqtisadi sahədə vəziyyəti düzəltmək üçün bir sıra addımlar atdılar. Bu addımlar daha çox iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi və institutional dəyişikliklərin aparılması ilə xarakterizə olunurdu. 2016-cı il ərzində bu sahədə verilmiş fərman və sərəncamların çoxluğu, eləcə də qəbul edilmiş qanunların sayı bu fikri bir daha təsdiq edir. Təbii ki, 2016-cı ildə iqtisadiyyat sahəsində qəbul edilmiş ən vacib qərar kimi iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf strategiyasını özündə əks etdirən “Strateji yol xəritəsini” göstərmək olar. Hər nə qədər tənqid olunsa da bu sənədin gələcək illərdə Azərbaycanın iqtisadi inkişafının əsas istiqaməti olacağı dəqiqdir. Buna nə qədər nail olunub-olunmayacağını isə zaman göstərəcək.

     

    2017-ci ildə bizi nə gözləyir

     

    2016-cı ildə ölkə iqtisadiyyatında baş vermiş hadisələr növbəti ilin Azərbaycan üçün elə də asan keçməyəcəyini göstərir. Bir çox proqnozlara görə 2017-ci ildə ölkə iqtisadiyyatındakı böhran daha da dərinləşəcək və öz növbəsində, sosial problemlərin artırmasına gətirib çıxaracaq. Fikrimizi qısa olaraq ifadə edəsi olsaq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı komaya girdi, 2017-ci ildə onun ayağa qalxması ilə bağlı fikirlər isə mübahisəlidir.