Xəbər lenti

  • 2017-01-21
  • 19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    11:15 Cerrard “Liverpul”a qayıtdı
    10:59 Lapşinin anası İlham Əliyevdən oğlunun əfvini istədi
    10:41 Bu şəxs ABŞ-ın müdafiə naziri oldu
    10:25 Neft bahalaşır
    10:13 Nazir həbs edildi
    10:05 Atəşkəs rejimi 39 dəfə pozulub
    09:48 Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
    09:36 Vaşinqtonda iğtişaşlara görə 217 nəfər saxlanılıb (YENİLƏNİB)
    09:31 ABŞ-ın birinci xanımı hələlik Nyu-York şəhərində yaşayacaq
    09:06 Türkiyə PKK-ya hava zərbələri endirdi: 22 ölü
    03:19 ABŞ-ın yeni prezidenti Donald Trampın dünyanı silkələyəcək çıxışı
    00:11 Tramp administrasiyasının proqramı dərc edilib
    06
    18:30:33
    Yanvar
    376 nəfər oxuyub

    SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...

     

    Həmişə ilə yekun vurarkən özümüzdən də asılı olmadan növbəti il üçün də proqnoz xarakterli fikirlər səsləndiririk. Amma bəzən bunları daha ətraflı izah etmək lazım gəlir, çünki il ildən fərqlənir, üstəlik, elə siyasi proseslər baş verir ki, onlar nəinki bir il üçün, axtarsan, bütöv bir dövr üçün də əlamətdar olmağı vəd edir...

     

    Bu baxımdan yanaşanda biz istəsək də, istəməsək də, qlobal miqyasda bütün dünya proseslərinə ciddi şəkildə təsir edə biləcək bir məsələ vardır. O da, təbii ki, ABŞ-ın yeni hakimiyyətinin siyasi kursunun, nəhayət ki, bəlli konturlar almasıdır...

     

    Donald Trampın andiçmə mərasiminə sayılı günlər qalıb. Amma prezident seçkisiylə bağlı qalmaqallı bəyanatlar hələ bitib-tükənmir. Rusiyanın bu ölkədəki seçkilərə müdaxiləsi, “kiber-hücumlar” haqqında söhbətlər, hətta bu yönümlü araşdırmalar səngimək bilmir.

     

    Üstəlik, elə bil hakimiyyətdən getmək ərəfəsində Barak Obama Trampa daha ağır bir miras qoyub getmək, Amerika siyasətini maksimum dərəcədə özünün bu vaxta qədər apardığı siyasi kursa proyeksiya etmək istəyir. Sanki Obama bununla Trampdan həm öz partiyasının seçkidə məğlubiyyətinin əvəzini çıxmağa çalışır, həm də ki, ABŞ siyasətini elə bir vəziyyətə gətirmək istəyir ki, Trampın onun kursunu dəyişmək imkanları tamam məhdud olsun...

     

     

    O, BİR ÇOX MƏSƏLƏLƏRİ DÜZ DEYİR...

    Tramp haqqında isə o qədər deyilir, o qədər yazılır ki, bunların sayını bir az da artırmaq səmərəsiz məşğuliyyət olardı. Amma nə deyirsiniz-deyin, mən onun bəyanatlarında aşkar bir məntiq sezməyə başlamışam. Bəli, o məntiqi, sadəcə, görmək istəmək lazımdır...

     

    Ona görə də düşünürəm ki, 2017-ci ilin barış və müəyyənlik ili olmasının ehtimalı daha böyükdür, nəinki qarşıdurma və xaos ili olması ehtimalı...

     

    Məsələn, D.Tramp ilk ABŞ  prezidentidir ki, ardıcıl olaraq BMT-ni tənqid edir və onu səmərəsiz quruma çevrilməkdə suçlayır. Məgər haqlı deyilmi? Məgər illərlə digər dövlətlər də imkan düşəndə bunu demirdimi? Məgər biz azərbaycanlılar özümüz də artıq 25 ildir bunları dilə gətirmirikmi?..

     

    Və yaxud da bu adam NATO-nu, xüsusən də Qərbi Avropa ölkələrini tənqid edir. Haqlı deyilmi? İndi Avropa ölkələri İkinci Dünya Savaşından sonrakı ölkələr deyillər və onlar da razılaşmalıdırlar ki, təhlükəsiz həyat üçün də yaxşı pul xərcləmək lazımdır. Avropa ölkələrinin bəzisi isə hətta “iki faizlik tələb”ə əməl etmək istəmirlər...

     

    Üstəlik, NATO ilə Rusiya arasında son bir-iki ildə formalaşmış kəskin konfrontasiya dünyanı yeni soyuq müharibəyə sürükləmirmi? Mən hələ deyə bilmərəm ki, Tramp Rusiyaya yönəlik necə siyasət yürüdəcək?..

     

    Di gəl böyük ümid var ki, konfrontasiya aradan qalxacaq. Bu isə Suriyada siyasətin dəyişməsi və hətta ola bilsin, neft böhranının sonu olacaq... D.Tramp siyasət adamından daha çox biznes və iş adamıdır. Ona görə də siyasi şablonlara elə də bağlı deyildir.

     

    Bu gün dünya üzrə ümumdaxili məhsulun 22.8 faizi ABŞ-ın, 13.6 faizi Çinin, yalnız 1.74 faizi isə Rusiyanın payına düşür! Belə bir detal Trampın diqqətinin Rusiyadan daha çox Çinə yönəlməsində belə bəlli məntiqin olması qənaətinə gətirmirmi?..

     

    Tamamilə mümkündür ki, D.Trampın gəlişilə geosiyasi orientirlər dəyişmiş olsun. Bu isə böyük boşalma və mülayimləşmə vəd edir. Əsas istiqamətləri dedik. Bunlardan biri bizim üçün xüsusi önəm kəsb etdiyi üçün onu bir daha qeyd edirik. Bu da neft böhranıdır...

     

     

    NEFT BÖHRANI DA ÇƏKİLƏ BİLƏR...

    Aydındır ki, bu, stimullaşdırılmış məsələdir. Böyük dövlətlər razılığa gəlsə, onu çözmək mümkün olacaq. İndi dünya dövlətləri arasında bəlli bir iqtisadi differensasiyaya yaranıb. Ölkələr var ki, yüksək texnologiyalara və intensiv iqtisadiyyata malikdirlər. Ölkələr də var ki, yalnız və yalnız təbii resurslarına, əlverişli coğrafiyalarına arxayındırlar.

     

    Sonuncuların da marağı nəzərə alınmalıdır. Belə bir anlaşma isə neftlə bağlı baş verə bilər. Hazırda neft ölkələri böhranlı anlar yaşayırlar və iki böyük dövlət arasındakı konfrontasiya bunun, demək olar ki, yeganə bir səbəbidir.

     

    Ona görə də, ümidlər böyükdür. Bu aspektdən yanaşanda bu il həqiqətən böyük anlaşma və barış ili ola bilər. Düzdür, bu anlaşmanın başqa tərəfləri də var. Hər şey ondan asılı deyil ki, Tramp Rusiyaya qarşı nə qədər addım atacaq, həm də ondan asılıdır ki, Kreml ona tərəf nə qədər irəliləyə biləcəkdir...

     

    TƏK TRAMP DEYİL, PUTİN DƏ GERİ ÇƏKİLMƏLİDİR...

    Vladimi Putin Obamanın bir neçə rus diplomatını ölkədən çıxarmaq qərarının qarşılığını verməyə heç də tələsmədi. Amma bu, hələ hər şey demək deyil. Əsas odur ki, Rusiya öz Ukrayna siyasətində nə qədər geri çəkilə biləcək?..

     

    Lap tutaq ki, D.Tramp Krımın ilhaqı ilə barışdı. Bəs Şərqi Ukrayna? Bəs post-sovet məkanında on illərlə davam edən münaqişələr?.. Rusiya bu istiqamətlərdə geri çəkilməyə hazırdırmı?.. Hiss olunan budur ki, Rusiya dünyada ədalətdən daha çox maraqlar balansına ümid edir, ABŞ-la yeni bölgü yarada biləcəyini, dünyanı bölə biləcəyini zənn edir...

     

    Bütün bunlar isə narahatlıq yaradır. Diqqət çəkən odur ki, D.Trampın çıxış və bəyanatlarında “yırtıcı imperializm”in çalarları duyulmur, daha çox harmonik və balanlaşdırılmış dünya nizamına çağırış duyulur. Amma bunu Rusiya tərəfdən də görməliyik. Görəcəyikmi? Görsək, o halda, ABŞ üçün də addım atmaq asan olacaq...

     

     

    DEMOKRATİYADA GERİLƏMƏ OLA BİLƏR...

    Təbii ki, çabaların bir predmeti də qlobal demokratiya ilə bağlıdır. ABŞ azad ölkədir və azad ölkə olaraq da qalacaq. Amma bu azad ölkənin digər ölkələrdəki azadlıq proseslərinə dəstəyi heç də az əhəmiyyət kəsb etmir.

     

    Bəli, bu istiqamətdə müəyyən problemlər yaşana bilər. Problemi də daha çox qismən azad və yaxud qeyri-azad ölkələrin vətəndaşları yaşaya bilər. Dövlətlərin “maraq”larının nəzərə alınması, onların “daxili işlərinə” qarışmamaq bir çox regionlardakı avtoritar rejimlərin daha çox “çiçəklənmə”sinə səbəb ola bilər.

     

    Bu isə demokratik proseslərin bir az da səngiməsi və hətta arxa plana keçməsinə səbəb ola bilər. Amma nə etmək olar? Görünür, qlobal barış üçün də qurban vermək lazım gəlir...

     

     

    TƏK MƏCHUL BİR MƏSƏLƏ – TERROR...

    Ən çətin məsələ isə, bilirsiniz, nədir? Tək bir məsələ ilə bağlı – terrorizmlə bağlı konkret söz demək olmur. Demək olmur ki, bu məsələ necə çözüləcək? Onu heç olmasa, cilovlamaq mümkün olacaqmı? Hələ 11 Sentyabr hadisələri baş verərkən bəlli oldu ki, terror əsas beynəlxalq təhdidlərdən biri kimi gündəmə gəlir və gəldi də...

     

    Amma ötən illər ərzində ona qarşı ciddi beynəlxalq immunitet formalaşmadı və məlum deyil ki, heç olmasa, bundan sonra formalaşa biləcəkmi?..

     

    Məsələ bundadır ki, terror dünyada bir çox neqativ şeylərin təzahürüdür. Bura dünayadakı qlobal sosial-iqtisadi problemlər, bir çox ölkələrdəki kasıblıq və gerilik, ideoloji ixtilaflar, dünyagörüşü və mental fərqlər, siyasi sistem və mənəvi institutlar problemləri aiddir. Ona görə də onu nəzarətə və hədəfə götürmək çətindir...

     

    Məsələ həm də psixoloji bir məsələdir. Terror sanki həm də bir qisas məsələsidir – bu yolla geridə olanlar irəlidəkilərdən acıqlarnı çıxırlar və ən dəhşətlisi odur ki, geridə olanlar geriliklərinin səbəblərini özlərində deyil, daha irəlidə olanların, daha firavan həyat yaşayanların məkrli planlarında və “gizli sövdələşmə”lərində görürlər. Bu, bir növ inkişafdan qalan dünyanın inkişaf etmiş dünya ilə müharibəsidir. Ona görə də onun həlli inkişafdan qalan bölgələri də inkişaf etmişlərin səviyyəsinə qaldırmaqdır. Bu isə heç də bir ayın, bir ilin və hətta dörd ilin işi deyildir.