Xəbər lenti

  • 2017-02-21
  • 22:50 Azərbaycanlı diplomat Aİ komissarı ilə görüşüb
    22:46 1,4 milyon uşaq aclıqla üz-üzədir
    22:34 Ukrayna da Qarabağdakı "referendum"u tanımır
    22:12 Cocuq Mərcanlıda raket zərərsizləşdirilib
    21:56 Mehriban Əliyevanın deputat mandatı ləğv ediləcək
    21:43 Səfirimiz Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
    21:36 Türkiyə və Rusiya daha bir ortaq layihə həyata keçirəcək
    21:17 Səlahəddin Dəmirtaş 5 ay müddətində həbs edildi
    20:59 Trampın qərarları neftin qiymətinə müsbət təsir göstərir
    20:42 İran sərhəd-keçid məntəqəsini bağladı
    20:26 AKP-lilər Mehriban Əliyevanı təbrik etdi
    20:08 Birinci xanım: "Prinsiplərimə sadiq qalacağam"
    20:00 Sabah üç şəhərdə qaz olmayacaq
    19:46 Rusiya İraq kürd müxtar vilayətindən neft alacaq
    19:31 Ermənilər Ağdamı atəşə tutdu
    19:09 Ərdoğan İlham Əliyevi təbrik etdi: Mehriban Əliyevaya görə
    18:53 Elmar Məmmədyarov Türkiyəyə gedir
    18:41 Bakı Mühəndislik Universitetinin nizamnaməsi təsdiq edildi
    18:28 Çində partlayış baş verib
    18:10 “WhatsApp”dan daha bir yenilik
    17:59 "Prezident özündən sonra estafeti Mehriban Əliyevaya verməyi düşünür"
    17:50 Türkiyədəki sonuncu referendum anketinin nəticəsi bəlli oldu
    17:34 "İqtidar komandasına baxanda ən layiqli namizəd Mehriban Əliyevadır"
    17:33 Sergey Markov:Mehriban Əliyevanın vitse-prezident təyin olunması ölkəyə fayda verəcək
    17:22 Elmar Məmmədyarov Türkiyəyə gedib
    17:15 Bərzani Türkiyəyə gəlir
    17:05 Ermənistan baş naziri Gürcüstana səfər edəcək
    16:45 Çin ABŞ-a xəbərdarlıq etdi
    16:33 Novruz Məmmədov: "Hamı bu vəzifədə Mehriban Əliyevanı görürdü"
    16:28 Oskanianın oğlu adam oğurluğunda ittiham olunur
    16:14 Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
    16:02 "İdarəetmədə təkmilləşmə olacaqsa, təyinat effektli olacaq"
    15:56 Elmar Məmmədyarov Belçika xalqını təbrik etdi
    15:45 Yaralı fələstinlini öldürən əsgərə 18 ay cəza
    15:33 BMT: Qəddafinin oğlunun taleyi məlum deyil
    15:07 Mehriban Əliyeva: "Cənab prezident, bu yüksək etimada görə Sizə minnətdaram"
    15:03 "Dünyada analoqu olmayan situasiya yaranıb" - ADP sədri
    14:50 Rusiya dünyanın ən böyük neft istehsalçısı oldu
    14:35 “Parabank”ın məcburi ləğv prosesi dayandırılıb
    14:20 Ağdamda çobanlar atəşə tutulub
    14:04 Arif Hacılı: "Bu təyinat hakimiyyətdaxili qarşıdurmanı gücləndirəcək"
    13:55 Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq
    13:50 Roma Papasının nümayəndəsi:Xocalını törədənlər cəzasız qalmayacaq
    13:38 Tailandda körpü dağıldı - Xəsarət alan var
    13:23 Fazil Mustafa: "Bu postun ən layiqli namizədi odur"
    13:22 Dollar bahalaşdı
    13:12 Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
    13:01 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
    12:41 Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur
    12:31 Yeni vitse-prezident təyin olundu
    07
    14:28:03
    Yanvar
    431 nəfər oxuyub

    2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil

    2017-ci il elə ilk günlərindəncə ölkə iqtisadiyyatı, qarşıdakı 12 ay ərzində vəziyyətin yaxşılığa doğru dəyişməyəcəyini göstərdi.  Belə ki, bu ilin ilk valyuta hərracından sonra manat dollara qarşı dəyər itirdi, başqa sözlə desək, ucuzlaşdı. Bundan başqa millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun bu il üçün proqnozları bizi qarşıda nələrin gözləyəcəyi ilə bağlı müəyyən siqnallar verdi.

     

     

    Manat bir az da bahalaşacaq

     

     

     

    Beləliklə, Vahid Əhmədov nə deyib?! Millət vəkili əslində çoxlarına bəlli olan və proqnozlaşdırılan mətləbləri dilə gətirib, amma yarımçıq formada.  Məsələn, o deyib ki, ilin birinci yarısında manatın dəyərdən düşməsi prosesi davam edəcək, ikinci altıaylıqda isə stabilləşmə müşahidə olunacaq. Təbii ki,  bunun hansı həddə qədər olacağı naməlumdur. Bundan başqa cənab Əhmədov neft qiymətlərində müəyyən sıçrayışların ola biləcəyini də deyib ki, bu da qətiyyən ciddi artım mənasına gəlməməlidir. Millət vəkili çıxışı zamanı manatın valyuta bazarında öz dəyərini almalı olduğunu da qeyd edib. Lakin yenə milli valyutanın real bazar dəyərinin nə olduğunu, başqa sözlə desək, bundan sonra manatın daha nə qədər bahalaşmalı olduğunu vurğulamayıb.

     

    Yeni hökumət formalaşmalıdır

     

     

     

     

    Yuxarıda qeyd edilən məsələlər və verilən proqnozlar, təbii ki, yeni deyil. Elə Vahid Əhmədovun özü də daxil olmaqla hakimiyyətə yaxın bir çox  iqtisadçılar konkret fikir söyləməkdən qaçaraq ümumi sözlər ətrafında bu tipli proqnozlar verirdilər. Lakin məsələ burasındadır ki, Vahid Əhmədovun növbəti dedikləri daha maraqlıdır və ciddi məqamlara toxunur, amma yenə yarımçıq şəkildi: “Düzdür, “Strateji Yol Xəritəsi” təsdiqlənib. Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik. Çünki hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”. Bunu necə başa düşək? Yuxarıda qeyd edilən cümlələr dolayısı yolla hökumətin normal olmadığı mənasınamı gəlir? Əgər hökumət normal deyilsə, niyə uzun illərdir, demək olar ki, tərkibi dəyişmədən fəaliyyət göstərir? İndiki hökumət nəyi bacarmır ki, yeni hökumət bunu həll edəcək? Yeni hökumətdə təmsil olunacaq iqtisadiyyat,  maliyyə və kənd təsərrüfatı nazirliyi kimi qurumlarda hər hansı dəyişikliklər baş verə bilərmi? Məsələyə digər tərəfdən yanaşsaq, bu, həm də müstəqil iqtisadçıların böhranın əslində iqtisadi deyil, institutsional xarakterli olması haqda fikirlərini təsdiqləmək mənasına gəlmirmi? Hər halda, Vahid Əhmədovun səsləndirdiyi fikirlər boşuna deyil və bəlkə də ciddi hökumət dəyişikliklərinə hazır olmaq lazımdır. Burada da əsas məqam bu baş verəcəyi təqdirdə yeninin köhnədən nə ilə fərqlənəcəyidir.

     

     

    Yeni qanunlar qəbul edilməlidir

     

     

     

     

    Vahid Əhmədovla davam edirik:  “Yeni qanunların da qəbul edilməsi gözlənilir. İnhisarçılığın qarşısını almaq üçün “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbul edilməsini gözləyirik. Çox istərdik ki, maliyyə ilə əlaqədar müəyyən qanunlar qəbul edilsin. Büdcəyə nəzarət mexanizmini daha da formalaşdırmaq üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsi qəbul olunmalıdır. İstəyirik ki, 2017-ci ildə müəyyən qədər iqtisadiyyatı stabilləşdirək”.

    Başqa şərhə ehtiyac varmı? Deməli, inhisar var və onun qarşısını almaq zərurəti meydana gəlir. Bu, həm də mövcud qanunların işləməməsi və ya özünü doğrultmaması kimi başa düşülməlidir. Belə olan halda niyə inhisarçılığa görə kimsə cəzalandırılmayıb? Üstəlik yeni qanun köhnədən nə ilə fərqlənəcək? Ora hansı maddə və ya bəndlər əlavə ediləcək ki, inhisarçılığın qarşısını ala bilsin? Məsələn, yeni qanun yaranandan sonra bu vaxta qədər inhisarçılıqla məşğul olmuş iri biznesmen və ya məmur tövbə edib bu işdən əl çəkəcək? Bu proses necə baş verəcək? Millət vəkili bunu da izah etmir və bu vaxta qədər də etməyib.

     

    İslahatlar üçün xarici investisiyaya ehtiyac var

     

     

     

     

    Millət vəkili digər olduqca vacib məsələyə də toxunub. O, “Strateji Yol Xəritəsi”ndə göstərilmiş məsələləri həyata keçirmək üçün ölkədə kifayət qədər maliyyə resurslarının olmadığını bildirib və bunun üçün, təxminən, 27 milyard vəsaitin lazım olduğunu qeyd edib. “Strateji Yol Xəritəsi”ndə göstərilən məsələləri həyata keçirmək üçün maliyyə problemi var. Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait hardan əldən olunacaq? Əksər hissəsi ola bilsin ki, xarici investisiyalar hesabına həyatına keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq”. Tərcümə edəsi olsaq, millət vəkili bildirir ki, nə olsun ki, “Strateji Yol Xəritəsi” qəbul edilib, amma orada bu işlərin hansı vəsaitlə həyata keçiriləcəyi göstərilməyib.

    İndi biz bu pulu hardan tapacağıq? Daxildən? Axı, o qədər pulumuz yoxdur. Əksər hissəsi xaricdən? Kim verəcək bizə o qədər pulu? Özü də “ola bilsin ki” niyə? Yəni, bu olmaya da bilər?  Olacaqsa belə, xarici investor ölkəyə investisiyanı qara qaşımıza, qara gözümüzə verəcək? Bir  çox məşhur brendlərin ölkədən getməsi fonunda bu nə qədər realdır – bax, bu suala da cavab verməyib millət vəkili.

     

     

    Bütün bunları necə başa düşək?

     

     

    İllər öncə “Çeşmədən seçmələr”də belə bir lətifə oxumuşdum. Deməli, günlərin bir günü ferma müdiri gəlir prezident Ayaz Mütəllibovun yanına və deyir:

    – Cənab prezident, fermada toyuqlar qırılır, nə məsləhət görürsünüz?

    – Gedin, divara qırmızı üçbucaq çəkin!

    Ferma müdiri gedir və bir neçə gündən sonra yenidən gəlir.

    – Cənab prezident, dediklərinizi etdik, amma toyuqlar yenə qırılır.

    – Bu dəfə də gedin divara yaşıl dairə çəkin!

    Müdir  gedir və bir neçə gündən sonra yenidən qayıdır.

    – Ayaz müəllim, toyuqlar lap azalıb, yaşıl dairə də xeyir eləmədi.

    – Gedin və divara sarı üçbucaq çəkin!

    Ferma müdiri gedir və bir həftə sonra kədərli halda geri qayıdır.

    – Ayaz Niyazoviç, toyuqların hamısı qırıldı.

    Prezident ciddi görkəm alaraq deyir:

    – Eh, mənim hələ nə qədər gözəl ideyalarım var idi.

     

    Bu kimi gözəl ideyaların bizə nə vəd etdiyini isə hələ bilmirik...