Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    23
    16:50:36
    Dekabr
    127 nəfər oxuyub

    “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılır, BP operator qalır

    Bu gün Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb.

     

    Bu barədə “BP-Azerbaijan” və SOCAR birgə məlumat yayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

     

    Razılaşma bundan sonra da "AÇG"yə irihəcmli sərmayələrə yol açacaq. Gələcək illərdə çoxsaylı iş yerləri yaradacaq. "AÇG" tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.

     

    Bu razılaşma "AÇG" blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda “AÇG”dən hasilat gündəlik təxminən 620 minbarel neft ekvivalenti səviyyəsindədir. ABƏŞ səhmdarları BP, “Chevron”, “İnpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “İtochu” və “ONGC Videsh” şirkətləridir.

     

    Niyyət məktubu bu gün Bakıda Azərbaycan Respublikası adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

     

    Qeyd olunub ki, niyyət məktubu “AÇG” yataqlarblokunungələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

     

    SOCAR prezidenti R.Abdullayev bildirib ki, xeyli müddətdir “AÇG”-nin xarici tərəfdaşları ilə danışıqlar aparılır: "Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. “AÇG” dünyada “Əsrin Müqaviləsi” kimi tanınır. Bu yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur. “AÇG”-nin işlənməsi ölkəmizin inkişafı üçün tamamilə yeni bir dövrün başlanmasına səbəb olub. “AÇG”-nin xarici tərəfdaşları ilə bu gün imzaladığımız niyyət məktubu onu göstərir ki, bundan sonra hələ uzun illər “AÇG”-nin uğurlarının şahidi olacağıq”.

     

    BP-nin baş icraçı direktoru Bob Dadli isə bildirib ki, bu gün Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar bir gündür: “Bununla da bu çox uğuru tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində “AÇG”-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır”.

     

    BP-nin regional prezidenti Q.Birrell qeyd edib ki, “AÇG” blokunun operatoru olaraq BP bu, dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnundur: “Bugünkü imzalanma bizə “AÇG”-nin gələcək uğurlu işlənməsinin, həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da bu ölkənin potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək”.

     

    “AÇG” Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.

     

    “AÇG” blokunun işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş (PSA) 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək 3 mlrd. bareldən çox neft hasil edilib və təxminən 33 mlrd. dollar sərmayə qoyulub.

     

    “AÇG” blokunda 6 hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. Hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir.

     

    BP şirkəti ABƏŞ və "AÇG" üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir. (Report)