Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    26
    17:15:55
    Dekabr
    117 nəfər oxuyub

    Vergi amnistiyası 44 mindən çox sahibkarı əhatə edəcək

    Bu gün Vergilər Nazirliyində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib.

     

    Xəbər365 Nazirliyin analitik-informasiya şöbəsinə istinadən bildirir ki, brinfinqdə çıxış edən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə qanun layihəsi barədə danışaraq bildirib ki, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır.

     

    Qanun layihəsinin artıq Milli Məclisinin plenar iclasına tövsiyyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə sənədin 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcəyini bildirib.

     

    Brifinqdə vurğulanıb ki, vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətlərdə geniş istifadə edilir:

     

    "Türkiyədə bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib. Dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir".

     

    Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

     

    Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Belə ki, 1 yanvar 2017-ci il tarixə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinəcək.

     

    Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.

     

    Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək.

     

    Brifinqdə media nümayəndələrinə məlumat verilib ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla, vergi orqanlarına elektron şəkildə müraciət etməklə, yaxud Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz vergi borcları barədə, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.

     

    Bildirilib ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effekti nəzərə alınarsa, o zaman bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsinin və vergi intizamının daha da artıracağına əminlik vurğulanıb.

     

    Qanun 44000-dən çox vergi ödəyicisini əhatə edəcək. Onların 97%-dən çoxu özəl sektorda çalışan sahibkarlardır