Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    07
    11:15:31
    İyun
    1077 nəfər oxuyub

    Yaradıcı Esmira Məhiqızı

    Şairə Esmira Məhiqızı Ağdamda doğulub. Bir kitabı var. Şeir yazmağı sevir. Ən çox da xatirələri... 

    ***

    hansı yana üz tutsam...
    üzümə çırpılır mənsizlik.
    bir umud...
    bir umud varıydı
    şəftəli çiçəyi rəngində.
    o ağacın altında umudlanmışdım yaza.

    amma yazın içindəydim,
    amma başqa yaz gözləyirdim,
    şəftəli çiçəyinin rəngindən.

    mən varıydım deyəsən...
    gözlərimi günəş qamaşdırırdı,
    dodaqlarımı gülüş,
    əllərim hər şeydən çox xoşbəxt idi-
    əllərimdə hörüklərim.

    saçlarımı nənəm hörərdi,
    donumu anam tikərdi,
    boyumu atam çəkərdi artımamızın dirəyinə.

    buğda-buğda böyüyürdüm günəşlikdə...
    bir Qızlar bulağı varıydı,
    sərçələr də ordan su içirdi,
    keçilər də,
    keçi qızlar da,
    sərçə qızlar da.

    mən varıydım deyəsən...
    babamın ağ atı varıydı deyə,
    ağatlı gözləmirdim heç.

    mən bir umudu sevirdim ən çox...
    deyirdim, heç kim ölməsin.

    ən birinci babamın ağ atı öldü...
    sonra davalarda ağatlı oğlanlar...
    sonra hamı öldü,
    sonra torpaqlar.

    sonra da umudlar...
    hayana üz tutsam...
    mənsizlik şəftəli çiçəyinin çürüyən rəngi.
    və umudlarım  bənövşəyi.

    ***

    gecə saat ikidən yazıram bu məktubu...
    gecə saat ikinin şəhərindən,
    gecə saat ikinin evindən.

    nimdaş xəyalların gözətçisi kimi...
    barmaqlarım həriflərin solğun şəklini çəkir varaqlara.
    bir şeir buxarlanır içimdən...
    ya bu şeiri də yazımmı məktuba...?

    sonra gülməyim tutur fikirləşdiklərimə...
    ay dəli, deyirəm
    gecə saat ikinin məktubunu
    elə şeirlə yazırsan.

    həyat daha başqa şeylər pıçıldıyır qulağıma,
    mənzərələr qaranlıq dəyir gözümə,
    havalarda şər qarışır ayrılıqlar kimi.

    hər yan gecə saat iki kimi...
    dəli Tərişin qoluna çəkmişdik saatı göy qələmlə.
    əqrəblər ikinin üstəydi elə.

    bütün saatlarda saat ikiydi...
    uşaqlığımızda dəli Tərişin saatı
    günorta ikini göstərirdi həmişə.

    sonra biz böyüdük...
    sonra saatlar da geri çəkildi,
    saatlar gündüzdən gecəyə,
    umudlar heç nəyə çəkildi.

    gecə saat ikidən yazıram bu məktubu...
    bütün dəlilərə yazıram,
    Tərişə, Minişə...
    və saatı ikidən o yana keçməyən keçmişə...

    uşaqlıqdan sonra…
    deyirəm ki, gecə saat ikinin şəhərində...
    gündüz saat  iki elə  gecə saat ikidi. 

    ***

    yox axı... o qızın qaçmağa göyü,
    o qızın uçmağa yeri varıydı.
    cıqqılı könlündə hamıdan gizli,
    biri varıydı eyyy, biri varıydı.
    sərçə balasıydı, quş balasıydı
    hələ təzə-təzə civildəyirdi.
    günü çiçək-çiçək gül topasıydı,
    sevmirəm gələndə, sevir deyirdi.
    yox axı... o qızın özündən böyük,
    arzusu gözündə aşıb, daşırdı.
    yanında getməyə o kəndçi sütül,
    o kəndçi sütülə bu yaraşırdı.
    xəyallar eləcə xəyal oldular,
    arzular o qızın gözündə qaldı.
    bir qızın qolundan tutdu o oğlan,
    bu qızın əlləri üzündə qaldı.
    bir kəlmə susadı dodaqlarında,
    istədi söyləsin, deyə bilmədi.
    ağladı toy səsi qulaqlarında,
    güldü dəli-dəli niyə, bilmədi.
    yox axı, o qızın o gündən sonra,
    uçmağa, qaçmağa yeri yoxuydu.
    cıqqılı könlündə biri varıydı-
    biri yoxuydu eyyyy, biri yoxuydu!

    ***

    bir qutu dərman kimi
    atıram günləri...
    bir gün analgin,
    bir gün aspirin,
    bir gün valokardin...
    bir gün də ölüm.
    hər gün... ölüm atıram yaşamağa...


    ***

    yaşadıqlarımı unutmaq üçündü...bu şəhər də,
    bu ögey küçələr,
    bu yad üzlər,
    bu soyuq adamlar da.
    it yiyəsini tanımadığı bir vaxtda,
    it kimi darıxmaqlar dolur canıma.
    ən çox...özümnən ötrü darıxıram.
    balaca əllərimnən,
    yüyrək ayaqlarımnan,
    dupduru gözlərimnən ötrü
    başımı divarlara vururam.
    nə əllərim o əl deyil,
    nə saçlarım o saçlar.
    hər gün məni dilim-dilim 
    bir ayrılıq qucaxlar.
    yaşadıqlarımı unutmaq üçündü...bu şeir də,
    yazıb başımı qatıram həriflərlə.
    sonra həriflər söz olur,
    sonra sözlər ağrı olur.
    hara qaçıram üstümə yüyürür
    topal misralar.
    və şikəst şairliyimin
    dizlərində göynəyir
    yazmadığım çox şeylər.
    iki duzlu göl gəzdirirəm
    gözlərimin yerində,
    iki qırılmış budaq kimidi qollarım....
    və mən küləyin şəhərə yıxdığı
    gilənar ağacıyam.
    yaşadıqlarımı unutmaq üşündü...yaşamadıqlarım,
    daha yaşaya bilmirəm yaşadıqlarımı,
    heç yaşamadıqlarımı da yaşaya bilmirəm.
    sadəcə...qaraltım qalıb ayaqlarımın altında.
    sadəcə...kölgəm qalıb,
    kölgəm də qaranlıq düşən kimi qaranlığı çoxaldır.
    hələ də mən dəli 
    elə bilirəm ki, qaranlıq hamının kölgəsidi.

    ****

    elə bir gün gələ, lap güllə kimi,
    güllə ələməyə ələyin ola.
    yığasan ömründən boş gilizləri,
    gün-gün doldurmağa gərəyin ola.
    gözünə oturan qış da eymənə,
    telində dən gəzən quş da eymənə,
    qəpiyə atdığın güllələr dönə-
    güllə keçirməyən çörəyin ola.
    mən də bir itiyəm, ay İsax-Musax,
    kim itik tapır ki, çilələr susa,
    bir güllə sıxasan, güllələr susa-
    güllə saxlamağa ürəyin ola.

    ***

    gözləmədiyin gündə...
    unamadığın anda
    bir əski xatirə toxunar ürəyinə...

    bir qom xatirə dolar gözlərinə...
    bir də görərsən...üzün yoxdu,
    üzünün kölgəsində axır yaşlar...

    yaa...yaşlar da deyil heçç,
    yaşların kölgəsidi.

    və ...əllərinin kölgəsi
    silir yaşlarının kölgəsini.
    barmaqlarının kölgəsi islanır....

    bir də görərsən ki,
    kölgəsinin üstünə yıxılıb ağac.
    yarpaqları kölgəsinə sarılıb,
    budaqları kölgəsini qucub.

    və kölgəsinə qovuşmağın
    kədər olduğunu bircə ağac bilir...
    yarpaqların nə vecinə,
    budaqların nə vecinə....

    gözləmədiyin bir gündə...
    kölgən dostların çiyninə düşəndə...

    bir də görərsən ki...
    tabutun o ağacdandır-
    kölgəsinin üstünə yıxılan ağacdan.

    və sən qayıdıb tabutuna  deyərsən ki,
    -heç bilmirdim,  kölgələrin belə ağır olduğunu.

    ***

    ən gözəl ümidlər öldü beləcə,
    bir qızın titrəyən əlləri üstə.
    gecə dalğalandı, bitmədi gecə,
    bir qızın dalğalı telləri üstə.

    o vaxtdan gecədi... göyü ulduzsuz,
    ayı da doğmur ki, aydınlıq ola.
    ah, bir qız ağlıyır, dilində bir söz:
    -nə qədər, nə qədər qaranlıq olar...

    daha günəş doğmaz gecələrində,
    bir qız gecələrdə saçlar ağardar.
    bir ömrün cavabsız necələrində,
    bir ömür tükədib, günlər qaraldar.
    ən gözəl gününü yellərə verib,
    gözəl baxışını güzgülər udub.
    bu qızı içindən çatlar əridib,
    bu qızı üzündən çizgilər udub.
    bir ömür çatında...çatlara dönüb,
    sabahı çatlıyıb, yolu çatlıyıb.
    İlahi, bu boyda çatlamaq olmaz,
    bu qızın qoynunda qolu çatlıyıb.
    daha çat yolların ağzı uçurum,
    o solu bu sağa calamaq olmur.
    havadan adamı ayrılıq vurur,
    çatlaq havalarda oynamaq olmur.
    ən gözəl ümidlər...ümid deyil ki,
    bir qızın qırılmış xəyallarıdı.
    sevgi məktubundan gəmi düzəldir...
    onsuz da bu yollar su yollarıdı.
    daha su yoludu...sevdanın yolu,
    yolları sulara gömür beləcə.
    ən gizli sevgilər...ürəkdə solur,
    ən gözəl ümidlər ölür beləcə.


    üstəlik də bu boydana soyuqluq,
    bu boydana soyuqlarda üşümək.
    hələ belə üşüməyə darıxmaq,
    hələ belə darıxmağa üşənmək.
    hələ bir də soyuqluğun içində,
    sevmədiyin baxışlara dözürsən.
    ən şiddətli küləkləri ötürüb,
    ən şıdırğı yağışlara dözürsən.
    gözlərinin yol çəkdiyi yerlərə,
    axşam-sabah gözyaşların döşənir.
    adam belə tıncıxmaqdan bezir də,
    adam belə yaşamaqdan üşənir.
    üstəlik də, anlayan yox halından,
    düşüncəni-fikirini yorursan.
    gedib-gedib ilğımlarda batırsan,
    gəlib-gəlib ayrılıqda durursan.
    üşənirsən bu axının buzunda,
    ömür keçir, sırsıralar keçmir heç.
    baxırsan ki, hamı köçür dünyadan,
    baxırsan ki, xatirələr köçmür heç.
    üstəlik də, qəfil gələn ağrılar,
    bu duz adlı, şəkər adlı xəstəlik.
    üşənirsən, üşüyürsən o ki, var,
    daha nələr...daha nələr üstəlik.