Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    24
    02:16:14
    İyun
    2066 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı II

    Türkçülük məfkurəsinin böyük təbliğatçısı, publisist, maarifçi, rəssam, həkim  və təbabət alimi Əli bəy Hüseynzadə Azərbaycanda yetərincə araşdırılan şəxsiyyətlərdəndir.  Təkrarçılığa yol vermək istəmədiyimiz üçün yazının ərsəyə gəlməsində xeyli çalışdıq. Keçən il Əli bəyin 150 illik yubileyi çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli sərəncamı olub. Bu sərəncama əsasən Əli Turanın həm həyat və yaradıcılığı geniş araşdırılıb, həm də ona həsr edilmiş silsilə tədbirlər keçirilib.  Ölkənin bir çox tanınmış qələm və elm adamları Əli bəy haqqında müxtəlif xarakterli və həcmli yazılara imza atıblar.  Əslində bu zənginlik bizi xeyli sevindirdi.  Bu inqilabi ruhlu, geniş dünyagörüşlü, böyük maarifpərvərin irsi haqqında nə qədər yazılsa belə, yenə də araşdırmağa böyük bir xəzinə var. Biz də sizə onun həyatından çox az bilinənlərlə bağlı bir yazı təqdim edirik.

     

    Ziyalı ailəsində yetişmiş mütəfəkkir

     

    Salyanda ruhani müəllim ailəsində 1864-cü ildə dünyaya gələn Əli Turan atası Molla Hüseyn Hüseynzadəni və anası Xədicə xanımı kiçik yaşlarında itirir.  Bəlkə elə bu ağır tale onun həyatının həlledici məqamı olur. Babası- 32 il Qafqazın Şeyxülislamı olmuş Şeyx Əhməd Səlyani onu himayəsinə götürür və yaşadığı Tiflis şəhərinə aparır. Əli bəy Hüseynzadə, məhz, Şeyx Əhmədin sənət əsəridir desək, yanılmarıq. Yaxın dostu, dərin mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə tez-tez fəlsəfə, tarix, siyasət, elmlə bağlı söhbətlər aparan Səlyani həm də "Tarixi-ədəbiyyati-türki" kimi bir əsərin müəllifi idi. Belə geniş düşüncəli insanların yanında Əli bəy Hüseynzadə təkcə orta məktəb təhsilini deyil, həm də ruh təhsilini, təhlil etmək qabiliyyətini də inkişaf etdirirdi. 

    Atasının da təhsil aldığı Tiflis gimnaziyasını bitirdikdən sonra Sankt- Peterburqa yola düşən Əli bəy öncə çox sevdiyi, həm də istedadlı olduğu rəssamlıq sahəsində oxumaq istəyir. Amma sonra inanılmaz bir cazibə onu tibbə çəkir. Peterburq universitetində tibb ixtisası üzrə dərslərə başlayır, Mendeleyevin mühazirələrini dinləyir, paralel olaraq şərq fakultəsinin mühazirələrində də iştirak edir. Aldığı tərbiyə və təhsil ona haqsızlıqlara qarşı xüsusi etiraz aşılamışdı. Peterburqda ictimai-siyasi hadisələrdə iştirak edən Hüseynzadə etirazçılara qoşulur, bu da onun təqib olunmasına gətirib çıxarır. Təhsilini tamamlaya bilməyən Əli bəy Peterburqu tərk etmək məcburiyyətində qalır. 

    Lakin təhsildən imtina etməyi düşünməyən Əli bəy Peterburqdan birbaşa İstanbula gəlir. Özünün də dediyi kimi  "türk oğlu, bir türk ölkəsində" təhsilini davam etdirməyə qərar vermişdi.  İstanbula gələn kimi Darülfünün əsgəri-tibb fakultəsinə daxil olur və 1895-ci ildə oranı bitirir. Təhsil aldığı  dövrdə də boş dayanmır. Türkçülük və turançılıq ideyasının nəzəriyyəsinin hazırlanmasında mühüm rol oynayan Əli Turan bu istiqamətdə onlarla insanın yetişməsi üçün  əlindən gələn edir, qoşulduğu dərnəklərdə gənclərə təmənnasız dərslər verir. 1903-cü ildə o, yenə məcburən İstanbulu tərk edib Bakıya qayıtmalı olur. İstanbulda inkişaf etdirdiyi türkçülük ideyalarını Bakıda təşviq eləmək zamanı gəlmişdi.

     

    "Həyat" eşqi

    Əli bəyin həyat və fəaliyyətində ən uğurlu dönəmlərdən biri  "Həyat" qəzetini dərc etdikləri dövr idi. O dövrün ziyalıları olaraq Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan  Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov və Əli bəy Hüseynzadə Hacı Zeynalabdin Tağıyevin mülkündə toplaşaraq bir qəzet çıxarmağa qərar verirlər. Çünki ziyalılar hesab edirdilər ki, "mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü) və beyni deməkdir”. Qəzetin açılmasına icazə aldıqdan sonra təsisçisi Hacı Zeynalabdin başda olmaqla, naşiri  Topçubaşov,  redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmaqla işə başlayırlar. Əhməd Ağaoğlunun ilk nömrədə dərc olunan "Qəzetimizin məsləki" məqaləsində deyilirdi:  "Ancaq o millət və tayifə təriqi-fəlah və nəcatda olur ki, özünü tanıya! Yəni hər qövm və millət öz qövmiyyəsinə, lisanına, dininə, hazirəsinə, hətta əhvali-atiyasına kəsbi –vaqif etməlidir."

    "Həyat", o dövrlər Azərbaycanda ana dilində nəşr olunan yeganə qəzet olduğu üçün yerli ziyalıların böyük rəğbətini qazanmışdı. "Həyat" da bu sevgini doğrultdu, zamanında millətin dirçəlişində, türkçülüyün təbliğində müstəsna rol oynadı. Cəmi 1 il nəşr olunan qəzet, tam 325 -ci nömrəsi çap olunandan sonra dayandı.

     

     

    Təvazökar Turançı

    Şüurlu həyatını bütünlüklə türkçülüyün inkişafına, ideyalarının yayılmasına sərf eləmişdi Əli bəy. İstər "İttihad və Tərəqqi" yaranan zaman, istər türk ocaqlarının əsası qoyulan zaman kölgədə qalmağa üstünlük vermişdi bu təvazökar insan.  Öyrətdi, öyrəndi, qurdu, yaratdı. Türkçülüyün memarlarından birinə çevrildi. Heç şöhrət haqqında düşünmədi. Hətta Müstafa Kamal Atatürk öz çıxışlarında Cumhuriyyəti quran zaman "Türk ocaqları"nın qurucularının fikirlərindən  çox yararlandıqlarını vurğulamışdı.  "Türk ocaqları"nın  qurucuları olaraq Ziya Gökalp, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, Mehmet Emin Yurdakulun  fikirləri bu gün də Turançılığın təməl ideyalarını təşkil edir.

    İllər sonra Atatürk Əli bəy Hüseynzadə başda olmaqla bu insanlara millət vəkilliyi təklif edir. Şöhrəti və göz önündə olmağı sevməyən Əli bəy "təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm" bəhanəsilə Atatürkün təklifinə razılıq vermir. Az sonra Mustafa Kamal Paşa ona çox sevdiyi və faydalı olacağını düşündüyü başqa bir iş təklif edir: Türk Dil Qurumunda çalışmaq. Atatürk, dünyasını dəyişənə qədər Əli bəylə bu qurumda çox böyük işlərə imza qoyurlar,  ilklərin və ənənələrin təməlini atırlar.

     

    Atatürklə dostluq

    Bütün bunlar Atatürkə 1926-cı ildə sui-qəsd cəhdindən illər sonra baş verirdi. Bəzi tarixçilər Əli bəy Hüseynzadənin də o sui-qəsd cinayətinə görə həbs olunması faktını vurğulayırlar. Əli bəy 1889-cu ildə Peterburqda, 1903-cü ildə İstanbulda Sultan II Əbdülhəmidin  onun haqqındakı həbs qərarından Bakıya gedərək qurtulmuşdu.  Amma bu dəfə heç yerə getmədi. Çünki həm bu ittiham onun üçün ağır idi, həm də həqiqətin tezliklə üzə çıxmasını istəyirdi. Həbsi çox qısa bir müddət sürür Əli bəyin, həm Atatürkün müdaxiləsi, həm də onun bu hadisədə tamamilə təsadüfən adının hallanmasının sübut olunması nəticəsində Əli bəy azad olunur. Sui- qəsd cinayətinin səbəbkarlarının  Əli bəyin də qurucularından olduğu "İttihad və tərəqqi”nin fəal üzvləri Qara Kamalın və İzmit millət vəkili Şükrü bəyin olduğu müəyyənləşir, hər ikisi daxil olmaqla 13 şəxs bu cinayətdə günahkar bilinərək edam edilir. Əli bəyin adının hallanmasına səbəb o dönəmdə Qara Kamalı öz mərkəzində ziyarətə getməsi imiş.

    Bu ağır dövrdən sonra onların Atatürklə yaxın münasibətləri davam edir. Əli bəy Hüseynzadənin qızı Feyzaver xanım müsahibələrinin birində bildirir ki, Atatürk səfərlərdən dönərkən Əli bəy ailəsi ilə onu qarşılamağa gedirmiş. Və Atatürk dünyasını dəyişəndə.... Əli bəyin qızı Feyzavər Alpsar o günü belə xatırlayır:

    "Atatürkün vəfat etdiyini ona mən dedim. “Təəssüf” dedi. Sonra gördüm ki, atam Əhməd bəy Ağaoğlunun divara asılmış şəkli qarşısında dayanıb,  “mənim heç kimim qalmadı” - deyə ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm. Çox hüznlü idi."

     

    «TÜRK QANLI, İSLAM İMANLI VƏ FİRƏNG QAFALI OLALIM»

    “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

     

    "Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) ! Nə qədər gözəl nemətlər! Bunları unutmayalım! Çünki əsl nicat bu üç qüvvətdədir... ";

     

    Türkçülüklə yanaşı avropalaşmağın da önəmini bütün məqalələrində vurğulayırdı Əli bəy Hüseynzadə. Müsəlmanların ümumi idrakının yüzilliklər əvvəldə qaldığını, bu səbəbdən də Avropada və bütün dünyada çox önəmli hadisələrin gözdən qaçırıldığını, önəmli fürsətlərin əldən verildiyini deyirdi.  Hətta zarafatla "müsəlmanların başı özlərinə qarışmasaydı, Kolumb Amerikanı kəşf edəndən sonra oranın əhalisinin böyük hissəsi müsəlmanlar olardı" deyirdi.

    Türk dünyasında türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının (üçlü məqsəd) müəllifi olan Əli bəy Hüseynzadə onu özünə fikir babası hesab edən Ziya Gökalpa bu mövzuda bir kitab yazmağı tövsiyə edir. Ziya Gökalp bu formulu "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı kimi" təqdim edir.  Əli bəy bu üçlüyü milli dirçəlişin, milli istiqlalın formulu sayırdı. 

    Zamanla bu tirada yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin də milli dövlətçilik ideyasına çevrildi. Bu ideya bayrağımızın rənglərinə daşındı, bu gün Azərbaycanın dövlət bayrağı Əli bəy Hüseynzadənin Azərbaycan cümhuriyyətinə ən böyük iki hədiyyəsindən biridir.  İkinci hədiyyə Azərbaycan Cumhuriyyətinin adıdır.  Hüseynzadə qurulmaqda olan  gənc dövlətimizlə bağlı "Azərbaycanda düşündüklərim" adlı bir məqalə yazır. O məqalədə yeni qurulan dövlətimiz üçün üç ad təklif edir:

    1. Qafqaz Azərbaycanı;

    2. Azərbaycan Cumhuriyyəti;

    3. Qafqaz Türk Dövləti.

    Və bu adlardan biri qəbul olunur.

    Bu gün dövlətimizin və millətimizin əvəzsiz aşiqi Əli bəy Hüseynzadənin müəllifi olduğu üç rəngli bayrağımız yenidən dalğalanır və ümid edirik ki, onun ruhu rahatdır.

    Əli bəy Hüseynzadə Turanın həyatına həsr olunmuş bu yazımızda sizi onun həyatının bütün məqamları ilə deyil, daha az bilinən tərəfləri ilə tanış eləməyə çalışdıq. Çünki rəssam, həkim, siyasətçi, fikir adamı, qəzetçi olan bu dərin insanın 76 illik ömrünü bir məqalədə əks eləmək imkansızdır. Təsadüfi deyildi ki, Yusif Akçuralı onun haqqında deyirdi:  "Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi ... "

     

    Ucundadır dilimin

    Həqiqətin əzəmi.

    Nə qoydular söyləyim,

    Nə kəsdilər dilimi!  

    Bilirmisən cahillər

    Nə etdilər vatana?

     Nə qoydular uyusun,

    Nə qoydular uyana.  

    Böylə durmaq uyuşuq,

    Rəvamı bir diriyə!?

    Nə getmədə iləri,

    Nə dönmədə geriyə.  

    Düşman qırar qapıyı

    Biz içərdə qayğusuz.

    Nə evləri ayırır,

    Nə bir evli oluruz.  

    Ayıltmadı qələmim

    Şu türk ilə əcəmi.

    Nə qoydular yazayım,

    Nə qırdılar qələmi.

     

    Digər yazılar:

    Fundamental türkçülük - Yazı I