Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    07
    22:26:35
    İyul
    1208 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı III

    “Arzularımızın tərcümanı”

    Türk dünyasının, türkçülük düşüncəsinin memarlarından olan Qaspıralı İsmayıl bəy...

    Düzü, layihəni başladığım vaxt seçdiyimiz 9 böyük türkçü ilə bağlı əlavə bu qədər informasiya öyrənəcəyimi təsəvvür belə eləmirdim. Onlar haqqında yetərincə məlumatım var deyə düşünürdüm. Amma elə deyilmiş. Bu insanlar nə qədər dərinmiş... Oxuduqca oxumaq, öyrənmək, dərinliyinə varmaq və ən nəhayət, təbii ki, dönə-dönə örnək almaq istəyir insan.

    O - türk dünyasının fikir babalarından biri, müəllim, millətin yorulmaz əsgəri, yazıçı-publisist, redaktor İsmayıl bəy Qaspıralı da, məhz, belə insanlardan biri  idi...

    İsmayıl bəyin həyatı o qədər maraqlı, fərqli, keşməkeşli olub ki, bu böyük şəxsiyyət yenidən başlamaqdan, öz əsas məqsədi üçün illərlə eyni hədəfə vurmaqdan yorulmayıb, usanmayıb. Yoluna çıxan maneələrə, məqsədli şəkildə hədəf seçilməsinə, təzyiqlərə və təqiblərə baxmayaraq heç bir vəchlə geri çəkilməyib.

    İsmayıl bəy Krım müharibəsinin ən şiddətli vaxtında, 1851-ci ilin baharında  Baxçasaray yaxınlığındakı Avcıköydə (Ovçukənd) dünyaya gəlib. Atasının doğma kəndi olan Qaspirinskinin adını soyad kimi istifadə edən İsmayıl bəy təhsilinə 10 yaşında başlayıb. Öncə 2 il Akməscid litseyində, sonra Voronej əsgər məktəbində, ən sonda Moskva hərbi akademiyasında təhsil alıb. Məhz, əsgər məktəblərində təzyiqlərə, panslavizmin (slavyan xalqlarının məskunlaşdığı bölgələrdə formalaşan millətçilik ideyası) ağır təsirinə məruz qalan İsmayıl bəydə öz millətinə sevgi güclənir və ömrünü bu sevginin təbliğinə həsr eləmək qərarına gəlir. Əsgər akademiyasında təhsilini, məhz, bu təzyiqlər və toqquşmalar üzündən yarımçıq qoyub Krıma qayıdan Qaspıralı Zəncirli mədrəsəsində müəllimlik fəaliyyətinə başlayır. Amma zabit olmaq, həm də bir türk zabit olmaq arzusu onu rahat buraxmır. Buna görə də 1871-ci ildə 20 yaşlı gənc İsmayıl Fransaya yola düşür. Parisdə hərbi təhsilini 3 il içində tamamlayaraq İstanbula gəlir. Amma onun türk zabiti olmaq istəyi yenə də həyata keçmir, Rusiyanın İstanbuldakı səfiri ona var-gücüylə mane olur. Qaspıralı məcburən Krıma qayıdır və düz 4 il heç bir yerdə işləmədən sadəcə öz üzərində çalışır, oxuyur, yazır, xalqın maariflənməsi üçün yeni metod işləyib hazırlayır. 1878-ci ildə sevimli şəhəri Baxçasaraya bələdiyyə başqanı seçilir. Bütün maneələrə və məhdudiyyətlərə baxmayaraq, o, bu vəifəni icra edərkən hədəflərinin bəzilərini də tətbiq etməyə çalışırdı. Eyni zamanda müxtəlif imzalarla qəzetlərə məqalələr yazır, paralel olaraq risalələr dərc etdirirdi. Rusiya höküməti bu fərqli imzaların altında eyni xətti görürdü və çox keçmədən bu risalələrin nəşrinə qadağa qoyulur.

    Yazıçı, publisist, siyasi xadim, istiqlal mücahidi Ceyhun Hacıbəyli onun haqqında deyirdi: «Həqiqətən də müsəlman-türk olub İsmayıl bəy Qaspıralı kimi bir xadimi dəyərləndirməmək olmaz». («İsmayıl bəy Qaspıralı» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 1914).

     

    Tərcüman

    Azərbaycan Xalq Cumhuriyyəti qurucularından «Müsavat» partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə:  

    “«Dilə, fikrə və işə» bağlı bir türk sifətiylə böyük müəllimin yaratdığı müvəffəq əsərin ildönümünü keçirərkən, istiqlalları üçün çalışan türk elləri arasında ən çox iztirab çəkən və ən müstəqil mövqedə bulunan krımlı qardaşlarımıza demək istəyirik ki, qardaşlar, sarsılmadan yüyürünüz, əski tarixində şanlı hadisələr və yeni tarixində də «Tərcüman» kimi qəzetlərə malik bulunan bir vətənin övladı heç bir zaman haqq etdiyi istiqlal və hürriyyət nemətindən məhrum edilə bilməz!”

    "Tərcüman" açmaq üçün İsmayıl bəy ilk dəfə 1881-ci ildə çar hökumətinə müraciət edir.  O dövrdə bələdiyyə başqanı olmağına baxmayaraq hökumət ona imtina məktubu göndərir.  İsmayıl Qaspıralı  geri çəkilmir.  Və nəhayət, 1883-cü ildə türkcə olan hissəsinin eynilə ruscaya tərcümə olunması şərtilə "Tərcümani Əhvali Zaman" qəzetinin nəşrinə icazə ala bilir. Ailəsinin zinət əşyalarını və bahalı paltarlarını sataraq qəzeti nəşr edən Qaspıralı ilk nömrədən “Tərcüman” üçün abunə toplaya bilmişdi.  “Tərcüman” Rusiyada çıxan türkdilli qəzetlərin arasında ən uzun ömürlüsü olur və tam 33 il bəzən həftəlik,  bəzən həftədə bir neçə dəfə olmaqla nəşr edilir. Bu qəzeti İsmayıl Qaspıralının şah əsəri də hesab eləmək olar. Çünki qəzetində tək türkçülüyə yox, bütün müsəlmanların problemlərinə yer ayıran böyük maarifçinin xüsusi yanaşması, maraqlı məqalə seçimləri sayəsində qəzet tezliklə Rusiya sərhədlərini aşır, Çində, İranda, Misirdə də böyük maraqla satılmağa başlayır. O həm də “Tərcüman” vasitəsilə ortaq türk dilini yayır, populyarlaşdırırdı. Türk milləti üçün çox əhəmiyyətli  işlər görmüş böyük insan   İ.Qaspıralı  "Dildə, fikirdə, işdə birlik" ideyasını da “Tərcüman”ın köməyi ilə həyata keçirməyə çalışırdı.  O, Rusiya Müsəlman İttifaqının III Konqresində də dil birliyi fikrini müzakirəyə çıxarır və bu dili rəsmi dil olaraq qəbul etdirir. Məhz, onun sayəsində bir neçə ildən sonra artıq 40-ya yaxın qəzetin nəşrində “Tərcüman”da istifadə edilən ortaq türk dilindən (Qaspıralı dili) istifadə olunurdu.

    İ.Qaspiralı qəzet nəşrinin xüsusi gücünə inanırdı və deyirdi: “Qəzet nəşrini mənimsəmiş bir millət gec-tez öz varlığını onu inkar edənlərə göstərəcək və haqqını tanıdacaqdır”.

    Eyni zamanda İsmayıl bəy Qaspıralı “Tərcüman”dan başqa 10-a yaxın broşüranın, 5 qəzet və jurnalın da nəşrinə imza atmışdı. Məsələn, İ.Qaspiralının qızı və Azərbaycan Xalq Cumhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım qadınlar üçün Rusiya müsəlmanlarının ilk jurnalı olan «Aləmi-nişvan»ı (1906-1910) nəşr etdirmişdi, jurnal “Tərcüman”ın redaksiyasında dərc olunurdu.  Bundan başqa “Aləmi Sübyan" (1906-1912), Qahirədə dərc olunan "Al Nahdah" kimi nəşrlər də vardı.

     

    Səyahət və yeni səfərlərin təsirindən yaranan əsərlər

    Qaspıralının əsərlərinin siyahısını burda sizə vermək fikrindən uzağıq. Çünki İsmayıl bəyin yaradıcılığı xeyli zəngindir. 40-dan çox əsərin adını burda yazmaq əvəzinə onlardan bəziləri haqqında danışmağa üstünlük veririk. İsmayıl bəyin əsərlərinin ərsəyə gəlməsində əhəmiyyətli rolu onun səyahətləri  oynamışdı. Fransada hərbi təhsildən başqa o, islam konfranslarını, müsəlman ittifaqlarının görüşlərini keçirmək üçün Qahirəyə, Hindistana, ərəb ölkələrinə səfərlər edirdi. Türkiyədə hökumətin elanından sonra da yenidən onun üçün doğma olan İstanbula gəlmiş və böyük coşqu ilə qarşılanmışdı. Gördükləri və şahid olduqları insanlara  ideyalarını daha doğru və faydalı şəkildə çatdırmaq üçün ona çox kömək edirdi.
    Prof.dr. Turan Yazgan (Türk Dünyası Araşdırmaları Vakfı başqanı): «Məncə, İsmayıl Qaspıralı türk tarixinin yetişdirdiyi, türk millətinin gələcəyinin təsbit edilməsində ən doğru idealları irəli sürmüş çox böyük bir mədəniyyət, siyasət xadimi və düşüncə sahibidir». («İsmayıl bəy Qaspıralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004)

    «Firəngistan məktubları», «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar ölkəsi» və s. kimi bədii əsərləri – roman və hekayələri qələmə alan İ.Qaspıralı Şərq ölkələrinə səyahətindən sonra «Bir-iki gün İstanbulda», «Qafqazda üç-beş gün», «Zaqafqaziya boyu», «Baxçasaraydan Daşkəndə səyahət», «İslam ölkələrinin məişəti», «Buxarada nə gördüm», «Misirdən məktub», «Maarif yolunda», «Hind yolunda», «Hinddən dönərkən» və s. bədii-publisistik əsərləri – səyahət oçerklərini yazmışdı.

    "Baxçasaray məktubları"  İ.Qaspıralının məram və planlarını, hədəflərini, ömür boyu izləyəcəyi proqramı əks etdirir sanki. Yuxarıda göstərdiyimiz kimi hərbi litseydə oxuduğu zaman İsmayıl bəy panslavizmin birbaşa şahidi olmuş, təzyiqlər görmüşdü. Məhz, bu əsərində Rusiyada rus və türk, rus və müsəlman xalqlar arasında nifrətin, kinin azaldılmasının, Rusiyada yaşayan müsəlmanların sayının nəzərə alınmasının vacibliyini və artıq daha yumşaq münasibətlərin qurulması ilə müsəlman əhalinin fəal vətəndaş kimi ölkəyə qazandırlmasının yollarını göstərir.

    «Firəngistan məktubları» adlı əsərində baş qəhrəman olaraq İsmayıl bəy öz prototipini yaradır. Molla Abbas onun əvvəllər də məqalələrində istifadə etdiyi imzalardan biri idi və sonra bu əsərin baş qəhrəmanı oldu. Bu əsər Avropaya səyahətnamədir. O öz dil və din qardaşlarına Avropanı tanıtmaq arzusunda olduğundan danışırdı. Amma bu əsərdə eyni zamanda tarixə, Avropadakı türk-islam tarixi abidələrinə, Avropanı fəth etmiş türk sərkərdələrə də xüsusi yer ayrılıb.

    Qaspıralının ən maraqlı əsərlərindən biri də “Qadınlar aləmi”dir. Əsərin qəhrəmanı «Firəngistan məktubları»nda olduğu kimi Molla Abbasdır. O, Sudan səyahəti zamanı əsir düşür və onu Qadınlar ölkəsinə aparırlar. Bu ölkədə bizim adət elədiyimiz quruluş tam fərqlidir. Ölkəni qadınlar idarə edir, kişilər isə ev işlərinə, uşaqlara baxırlar. Qaspıralı bu əsərdə sanki yaşadığı cəmiyyətin kişi-qadın münasibətindəki eybəcərliyi göstərmək istəyib və müəyyən mənada buna nail olub.

    İsmayıl bəy şərəfli, milləti üçün faydalı bir ömür yaşayır. O, 63 yaşında Baxçasarayda vəfat edir. Onun dəfnində minlərlə insan iştirak edir və millət aşiqi, yorulmaz idealistə öz son borclarını yerinə yetirirlər. İsmayıl bəyin ölüm xəbərini eşidən Mirzə Ələkbər Sabir bir şeir yazır və Qaspıralının ölümünü günəşin batmasına, kəhkəşanın bitməsinə bənzədir.

    Qaspıralının əsərlərinin hər cümləsi özü başqa bir əsərdir, başqa bir dünyadır. Sonda o əsərlərin bəzilərindən seçilmiş fikirləri təqdim edirik.

    · Millətin nə fikirdə və nəyə qadir olduğunu gələcək göstərəcək. Mənə gəlincə, siyasi inanc və görüşümün əsası, təməli «türkoğlu türk» olduğumdur. Öncə Türk olmadıqca nə aristokrat oluram, nə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə «türklükdən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, mən bu cür səadətdən bədbəxtliyi üstün tutaram. Mənim mən olmamağım nə ağlıma gələr, nə vicdanıma sığar («Zamanımızın məsələləri»).

    · Milli mənsubiyyət hər şeydən müqəddəm, hər şeydən müqəddəsdir («Zamanımızın məsələləri»).

    · Ədalətsiz, insafsız bir müsəlmanın ağzına yüyən, başına noxta salıb, ədalətə bağlamaq şəriətə zidd deyil, əksinə, ona uyğundur («Zülm haradan gəlir»).

    · Böyük bina tikiləndə kiçik daşlar da işə yarayır («Arslan qız»).

    · Bütün nöqsanlarımız milli məktəblərimizin nöqsanından, pərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»).

    · Gələcəkdə millətlər orduları ilə deyil, mədəniyyət və kəmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»).

    · Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla («Firəngistan məktubları»).

    · İngilis dili şeytan dilindən güclüdür («Firəngistan məktubları»).

    · Xəstə ağacda sağ meyvə olmaz («Darrürrahat müsəlmanları»).

    · Qadınlara əsir düşmək, divanələr əlinə düşməkdən daha yaxşıdır («Sudan məktubları»).

    · Düşmən məktubu hiylədən ibarət olur, onda xoş xəbər axtarma («Arslan qız»).

    · İnsanların görüş və düşüncələri fərqli ola bilər. Lakin bu hal milliyyət, xalq düşüncəsinə əngəl olmamalıdır. Bir ananın üç övladının üç fərqli fikri, düşüncəsi ola bilər. Amma anaya münasibətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»).

    · Bir millətə ilk öncə lazım olan üç şeydir: milli düşüncə, milli dil, milli təhsil («Zamanımızın məsələləri»).

    · İqtisadi düşkünlüyümüzə, fikir və ağıl hərəkətsizliyimizə görədir ki, Şərqdə bir yazar ortaya çıxarsa, Qərbdən yüz fikir, yüz əsər, yüz ədib çıxar. Bu vəziyyət halımızın nə qədər müşkül olduğunu daha gözəl anladır («Müsəlmanlar konqresi»)

    · Əgər «əski mollalarımız» dilə ərəb və fars sözlərini doldurduqları kimi «yeni mollalarımız», yəni sivilizasiyalılarımız fransızcadan, nemescədən söz qəbulunu moda və adət etsələr, gələcəkdə türk dili… çox çirkin, çox yad görünəcəkdir («Osmanlıca və sadə türkcə»).

    · Mərhum Həsənbəy Məlikovun təşəbbüsündən («Əkinçi»nin nəşri nəzərdə tutulur – T.A.) bu günə qədər Azərbaycanda türk dili çalışıldı; qəzetlər, teatrlar, risalələr türk dilində nəşr edildi… Qardaş-qardaşı gördü, tanıdı, təkrar qucaqlaşdı, birləşdi… («Farsimi, türkimi»).