Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    08
    12:06:17
    Sentyabr
    966 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı IV

    Türkçülük mücadiləsinin yorulmaz fədaisi

     

    “Doqquz böyük Türk”ün növbəti “qonağı” Əhməd bəy Ağaoğludur. Əksəriyyətimiz onu tarix kitablarında yazıldığı qədər, yəni   Azərbaycan Demokratik Respublikasının qurucularından biri kimi tanıyırıq. Lakin Ağaoğlu o məqama çatana qədər çox böyük və örnək bir həyat yolu keçib, türkçülük ideyalarının inkişafında, millətinin maariflənməsində böyük xidmətləri olub. 

     

    ***

    Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Şuşada, ata tərəfdən Qurdeli, ana tərəfdən Sarıcalı nəslindən olan bir ailədə doğulub. Atası Mirzə Həsənlə əmisi Mirzə Məhəmməd şərq təhsili almış olsalar da, dünyəvi elmlərlə də maraqlanırdılar.

    İlk təhsilini məhəllə məktəbində və özəl dərslərdə alan  balaca Əhməd anasının arzusu ilə rus dilini öyrənmiş, əvvəlcə Şuşadakı rus orta məktəbində, daha sonra isə  təbiət fənləri təmayüllü gimnaziyada oxumuşdu. Əhməd Ağaoğlu uşaqlığı haqqında xatirələrində məktəbin erməni məhəlləsində yerləşdiyini və orda cəmi beş azərbaycanlı şagirdin olduğunu yazırdı: “Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni uşaqlarından çəkdiklərini təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz beş nəfər türk şagird cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni uşağı qəflətən üstümüzə hücum edir, yumruq, qapaz, təpiklə bizi əzişdirirdilər. Bəzən sözü bir yerə qoyub üstümüzə böhtan atır, hamısı üzümüzə durur, bizə haqsız yerə cəza verdirirdilər. Türklərdən yalnız mən son sinfə qədər tab gətirə bildim”.

    Politexnik institutuna qəbul olunmaq üçün Peterburqa gələn, burda gələcək həmfikirləri Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovla tanış olan Əhməd bəy arzusuna çata bilmir. İmtahan zamanı onu yəhudi sayan antisemit müəllim qiymət yazmır. Qarşılaşdığı haqsızlıqdan qəzəblənən 19 yaşlı gənc 1888-ci ilin yanvarında cibində az miqdarla pul Parisə yollanır.

    Orda fransız dilini öyrənib Sorbonna Universitetinin Şərq dilləri fakültəsində mühazirələrə girir, eyni zamanda hüquq fakültəsində oxuyur. Əhmədin dərslərinə ciddi yanaşması, fövqəladə istedadı professorlarının diqqətini çəkir, tezliklə o, Parisin aydın salonlarına yol tapır, məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Renanın dinlər tarixi haqqında yazdığı əsərlər gənc Əhməd bəyin diqqətini çəkir, onun protest ruhunu qıcıqlandırır.

    Renanın dinlər tarixi və onun  toplum həyatında rolu haqqında əsas tezislərini təqdir edən Əhməd bəy, ortodoks İslamdan fərqli olaraq şiəliyin inkişafa meylli, yalnız farslara xas məzhəb, hətta din olduğu tezisini müdafiə məqsədilə “La Société persane” (“Fars toplumu”) ümumi başlıqlı, yeddi bölümdən ibarət məqalələrini 1891-ci ildə “La Nouvelle Revue” dərgisində, 1892-ci ildə isə “Confession du derviche” (“Dərvişin tövbəsi”) adlı məqaləsini başqa bir jurnalda dərc etdirir. Elə həmin il Şərqşünasların XIX Beynəlxalq Konqresində şiəliyin məzdəkçi kökləri haqqında məruzə edir. Əhməd Ağaoğlunun həyat və fəaliyyətini araşdıran  A. Holly Shissler onun Paris yazılarında “özünü doğma kültürü haqqında yazan fars kimi təqdim etməsi”nə diqqət çəkir. “Gənc Əhməd bəydəki bu “kimlik problemini” tədqiqatçı iki mümkün səbəblə izah edir. Birincisi, Peterburqu dini-imperial kimliklə (“rus müsəlmanı”) tərk etmiş Əhməd bəyin yetişdiyi Qafqaz mühiti fars kültürünün hələ güclü olduğu məkan idi; bu kültürün də özəyində şiəlik dururdu. İkincisi, Orta Şərqdən gəlmiş və bir Qərb paytaxt şəhərinin akademik dairələrinə daxil olan şəxs kimi özünü “ari” irqinə aid etmək müəyyən dəyər ifadə edə bilərdi” (N.Nəsibli “Nəhəng fikir əməl adamı).

    Altı ildən sonra Sorbonna Universitetinin Şərq dilləri və hüquq diplomları ilə vətənə dönən Əhməd bəy yolüstü dörd ay İstanbulda qalır. Burda Osmanlının bir sıra görkəmli aydınları və dövlət adamları ilə görüşür, Şeyx Cəmaləddin Əfqani ilə yenidən bir araya gəlir, siyasi-ideoloji məsələləri müzakirə edir. Keçmiş dostu Əli bəy Hüseynzadə onu İttihad və Tərəqqi Komitəsinin liderləri ilə tanış edir. Bu görüşlər və uzun müzakirələr Ə.Ağaoğlunun  dünyagörüşünün dəyişməsində mühüm rol oynayır. 

    Qafqaza qayıdan Ağaoğlu, bir müddət Tiflis gimnaziyasında müəllim işləyib, yerli qəzetlərlə əməkdaşlıq etdikdən sonra “Məşriğ” (Şərq) adlı türkcə qəzet çıxarmaq üçün müraciət etsə də, hakimiyyətdən rədd cavabı alır, çünki “o vaxt hökumət rus ünsüründən bulunmayan müsəlmanlara böylə bir vasitəyə izn verməyə müsaidə etmirdi”. Əhməd bəy hər şeyə- bütün maneələrə, imtinalara rəğmən ruhdan düşmür, “İslama görə və İslam aləmində qadın” və “İslam və axund” əsərlərini yazır. Bu əsərlərində İslamda islahat aparmağın, onu savadsız mollaların inhisarından qurtarmaq və günün tələblərinə uyğunlaşdırmağın, sünni-şiə ixtilaflarına son qoymağın, qadına layiq olduğu yeri verməyin vacibliyindən danışır. Lakin Əhməd bəyin islamla bağlı baxışlarında dəyişiklik də hiss olunur, o, artıq şiəliyi  birtərəfli vəsf etmir, fars kültürünü digər etnik kültürlərdən üstün saymır. Hətta hesab edir ki, “Türk qadınını aşağılayaraq Türk həyatiyyət və mədəniyyətinin gəlişməsi və iləriləməsinə əngəl olan qüvvə o köhnə və çürük İran mədəniyyətidir”. 

    Əhməd bəy Ağaoğlunun həmin dövrdə yazdığı “Bizim millətçilər” adlı digər məqaləsi isə onun, Paris dövrünün yanlış fikirlərindən tamamilə uzaqlaşdığını bir daha göstərir. Bu məqalə həm dövrün, həm də müəllifin özünün ideoloji-siyasi əhval-ruhiyyəsini əks etdirmək baxımından önəmlidir. Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların  zülmü altında inləməli olacaqdı və məhz, onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”.

    Amma Əhməd bəyin təriflədiyi millətçiliyin başqa xalqlara qarşı şiddət, zorakılığı təbliğ edən şovinizmlə heç bir əlaqəsi yox idi və onu rədd edirdi.

    1905-ci ildə Ə. Ağaoğlu Ə. Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin öz vəsaiti hesabına təsis etdiyi “Həyat” qəzetinin redaktoru olur. Bununla da onun həyatında yeni mərhələ başlayır. O, artıq dostları ilə bir yerdə xalqının problemlərinin həlli yolunda çalışmaq üçün təsirli bir vasitə əldə etmiş, ideoloji həyatda başlayan fəal fikir çatışmalarının tam mərkəzində yer almış, hətta ona yön verirdi. Belə ki, o, millətçiliyin gərəkliyi mövzusuna qayıdıb Millət millətçilik başlıqlı dörd hissədən ibarət məqalə yazır. Məqalə Bakı mətbuatını sosializm (“adəmiyyət”) fikrinə aludə olmaqda ittiham edən Tərcüman qəzetinə cavab olaraq yazılmışdı. Əhməd bəy cavabında bu iddianın doğru olmadığını bildirir və millətçilik haqqında özünün baxışlarını izah edirdi. O yazırdı ki, “hər fərdin ömründə olduğu kibi, bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir”. Daha sonra müəllif Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və: “... cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!” deyə bildirirdi.  Elə buradaca öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət adlandırırdı: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”.

    “Həyat”da Ağaoğlu bir-birinin ardınca “İrşad” (1905), rus dilində “Proqress” (1907), “Tərəqqi” (1908) qəzetlərini nəşr etdirir. 1905-ci ildə müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbulunda olur, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib çıxmasına mane olmağa çalışır. Əhməd bəy Ağaoğlu bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılır. Həmçinin o, 1905-1907-ci illərdə Rusiya müsəlmanlarının Nijni-Novqorod və Moskvada keçirilən I-III qurultaylarının təşkilatçılarından biridir. Əhməd bəy Ağaoğlu 1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni daşnaklarının iç üzünü açıb göstərir. Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə bağlı 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı “barışdırıcı qurultayda” Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə iştirak edən Ağaoğlu Azərbaycan tərəfinin proqramını bəyan edir. O, qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün “Daşnaksutyun” partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini tələb edir. Lakin qurultay heç bir nəticə vermir, əksinə 1906-cı ildə erməni daşnaklar Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımlar törədirlər. Həmin hadisələrdən sonra Əhməd bəy Ağaoğlu Azərbaycan xalqının hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə “Difai” partiyasını yaradır. Azərbaycanın əksər qəzalarında geniş fəaliyyət göstərən, əhali arasında böyük nüfuza malik olan “Difai” partiyasına qarşı 1908-ci ildə çar hakimiyyət orqanları geniş repressiyalara başlayır. Partiya qadağan edilir, Əhməd bəy Ağaoğlunun qəzetləri bağlanır, özü isə təqib edilməyə başlanır. Nəticədə 1909-cu ildə Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət etməyə məcbur qalır.

    Bu vaxt Türkiyədə artıq hakimiyyət dəyişikliyi baş vermiş, onun tanıdığı bəzi adamlar hökumətə gəlmişdilər. Əhməd bəy bir müddət maarif müfəttişi kimi fəaliyyət göstərir, sonra Süleymaniyyə kitabxanasının müdiri təyin olunur, eyni zamanda İstanbul Darülfünunda rus dili və ədəbiyyatı, türk-monqol tarixi fənlərindən dərs deyir, elmi, ictimai və publisistlik fəaliyyətini də davam etdirir, müxtəlif nəşrlərdə məqalələri çıxır, “Türk yurdu” jurnalının yaradıcılarından, “Türk Ocağının” (1911) dörd qurucusundan biri olur. 1912-ci ildə isə “Tərcümani-həqiqət” qəzetinin nəşrinə başlayır, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Yusif Akçura, Həmdullah Sübhi, M.Ə.Yurdaqul və digər əqidə dostları ilə birlikdə türkçülüyün elmi-nəzəri əsaslarının hazırlanması üzərində çalışır.
    Mühacirət həyatının üçüncü ilində- 1912-ci ildə Afyon Qarahisardan Osmanlı parlamentinə deputat seçilir, Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsində iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi olur, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ Prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalayır.

    Əhməd Ağaoğlu Azərbaycana bir də 1918-ci ildə, xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi qayıdır. 1918-ci il iyunun 17-də Əhməd bəyin təklifi ilə Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olur.
    Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Ənzəlidəki ingilis işğal qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün göndərilən xüsusi nümayəndə heyətinə başçılıq edir. Eyni zamanda həmin il dekabrın 28-də ADR parlamenti tərəfindən Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə salınır. İngilis işğal qüvvələri İstanbulda Əhməd bəyi “türk jurnalisti və Türkiyə parlamentinin deputatı” kimi təqsirləndirərək həbs edirlər və o, 1919-cu ilin mayında “İttihad və Tərəqqi” partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunur. Bir müddətdən sonra- 1921-ci il mayın 28-də sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdiriləndə Ə.Ağaoğlu da İstanbula qayıdır və dərhal Anadoluya gedərək Qurtuluş Savaşına qoşulur. Daha sonra Ankaraya gəlir və Atatürkün başçılıq etdiyi Ankara hökumətinin mətbuat baş müdiri kimi milli hökumətin çap-təbliğat işinə rəhbərlik edir, həm də “Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru olur.

    Əhməd bəy Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilir, eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur.

    Daima türklüyə xidmət etməyi müqəddəs vəzifə sayan Əhməd bəy Ağaoğlu zaman keçdikcə demokratiya və respublikaçılıq ideyaları ilə bağlı əndişələnməyə başlayır və 1926-cı ildə başdan-ayağa tənqidi ruhda olan bir məktub yazır. Ağaoğlu məktubunda dövlətin, hökumətin, cəmiyyətin həyatının, habelə xalqa vəd edilmiş islahat ideyalarının uğradığı xoşagəlməz dəyişikliklərin səbəblərini araşdırır, hakim Cumhuriyyət Xalq Partiyasının başçılarının addımlarını təhlil edir, ölkənin gələcəyi ilə bağlı narahatlığını bildirirdi. Bu məktub onun Türkiyənin ikinci adamı sayılan İ.İnönü ilə onsuz da soyuq olan münasibətlərini daha da gərginləşdirir. 

    1930-cu ildə Atatürk hakim CXP ilə siyasi rəqabət apara biləcək müxalifət partiyasının qurulmasına qərar verir və Fəthi Okyar, Nuri Conkur və Əhməd Ağaoğluna Sərbəst Cümhuriyyət Partiyasını yaratmağı tapşırır. SCP-nin 1930-cu ildə keçirilən ilk çoxpartiyalı seçkilərdə müvəffəqiyyət qazanması siyasi elitanı qorxudur. Sərbəst Partiya, yaranmasından cəmi 100 gün keçəndən sonra özü özünü ləğv edir. Bu eksperimentə qoşulmuş digər silahdaşlarından fərqli olaraq Əhməd bəy Atatürkün “Nə edəcəksən?” sualına “Əmrinizlə girdiyim partiyadan çıxmayacağam. Bunu izzət-nəfsim üçün təhqir sayaram. Lakin siyasi həyatdan çəkilirəm, millət vəkilliyindən istefa edirəm, sırf müəllimliklə məşğul olaram”, - cavabını verir.

    Ağaoğlu Ankaradan İstanbula köçür, darülfünunda konstitusiyanın əsaslarından dərs deməyə başlayır. 1933-cü ildə “Axın” qəzetini nəşr etdirir, lakin Atatürkün narazılığını görüb qəzeti bağlayır. İstanbul Darülfünunu universitetə çevriləndə isə Əhməd bəy Ağaoğlu təqaüdə çıxarılır.

    Ağaoğlu  Fəthi Okyara məktubunda bu ədalətsizlikdən ürək ağrısı ilə söz açır: “...Təqaüdə göndərildim. Bundan sonra fəal həyat qapıları üzümə bağlandı. Bunları sizə şikayət etmək üçün yazmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır”.

    Həyatının son illərində Əhməd bəy “Mədəniyyət Həftəsi” və “İnsan” jurnallarında, “Cumhuriyyət” qəzetində silsilə yazılar yazır.
     

    Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edir və orada da dəfn olunur.

    ***

    Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir.

    1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus"a göndərilən məktubda müəllif  Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib, yazırdı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir”…

    Müəllif, hicabla bağlı müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: "Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?" 

     

    Əsərləri

    "İslam dinində və islam aləmində qadın" 1901-ci ildə " Kavkazski vestnik" jurnalının 3-cü sayında dərc olunmuşdur

    Üç mədəniyyət, .

    Hindistan və İngiltərə, .

    Sərbəst insanlar ölkəsində, .

    Dövlət və Fərd,

    Mən kiməm,

    Türk Hüquq Tarixi,.

    Könülsüz olmaz, İhtilal mı, İnqılab mı, .

    ·                     Sərbəst Fırka Xatirələri,.

     

    Mənbələr:

    tarix elmləri doktoru, professor Nəsib NƏSİBLİƏHMƏD BƏY AĞAOĞLU: Nəhəng fikir əməl adamı

    “Türkçülüyə həsr olunmuş ömür” http://jurnal.meclis.gov.az/news.php?id=159

    Lalə Hacıyeva “Əhməd bəy Ağayevin türkçülük məfkurəsi və “Sərbəst insanlar ölkəsi” haqqında düşüncələri”