Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    05
    11:42:49
    Oktyabr
    1079 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı V

    "Avropaya inanmayınız, biz bütün insaniyyəti eyni haqqa sahib insan övladları hesab edirik"


        
    Sitat: "Millət - irq və dil birliyi səbəbi ilə ictimai vicdanında da birlik olmuş insan topluluğudur"

    Xeber365.com-un türkçülüyün ideologiya, eyni zamanda milli bir xilas kimi formalaşmasında əvəzsiz xidmətləri olan insanlarla bağlı yazı silsiləsi davam edir. Bu yazının qəhrəmanı tatar əsilli türk, 1876-cı ildə Rusiyanın Simbirsk şəhərində doğulmuş Yusuf Akçuradır. Çox imkanlı ailənin övladı olan Yusuf hələ uşaqkən atasını itirir. Akçuralar Simbirsk şəhərində və onun ətrafında olan bütün parça fabriklərinin sahibi idilər. Atası Həsən bəyin çuxa istehsal edən fabriklərini sadəcə bir müddət idarə edə bilən anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada Dağıstanlı Osman bəylə evlənir. Osman bəyin Yusufun təhsilində və dünyagörüşünün formalaşmasında danılmaz rolu var. Orta məktəbi bitirdikdən sonra Akçura təhsilini hərbi məktəbdə davam etdirir. Bu dövr 20 yaşlı gəncin fikirlərinin formalaşmasında ən əhəmiyyətli dövr olur. Bir tərəfdən yeni-yeni formalaşan türkçülük hərəkatları, digər tərəfdən acgözlüklə oxuyub-araşdırdığı, müasiri olan milli düşüncə adamlarının əsərləri həyatının ana xəttinə çevriləcək türkçülük uğrunda savaşın əsasını qoyurdu. Təbii ki, onu bu istiqamətdə yönləndirənlərdən biri də əmisi qızı Zöhrənin həyat yoldaşı İsmayıl Bəy Qaspıralı idi. O, fransız dilinin öyrənilməsinə və Osmanlı tarixinə xüsusi önəm verirdi. Uzun zamanlar sonra Osmanlı tarixini bilməsi onun türkçülüklə bağlı əsərlərinin ərsəyə gəlməsində böyük rol oynayacaqdı.  
    Hərbi məktəbdə təhsil zamanı aktiv fəalliyyət göstərməsi o zamankı hakimiyyətin gözündən qaçmır, qısa zaman içində Akçura "Gənc türklər" hərəkatı ilə əlaqədə ittiham edilərək öncə ömürlük həbs cəzasına məhkum edilir, sonra İttihad və Tərəqqi Partiyasının apardığı danışıqlar nəticəsində Fizana sürgünə göndərilir. Bundan istifadə edən Yusuf bir dostu ilə birlikdə Parisə mühacirət edir, orda fəaliyyət göstərən "Gənc türklər" hərəkatına üzv yazılır. Eyni zamanda Paris Siyasi Elmlər Akademiyasına qəbul olur. 1903-cü ildə Osmanlı imperatorluğunun dövlət qurumlarının tarixinə dair "Bir təcrübə" adlı elmi işi ilə bu Akademiyanı üçüncülüklə bitirir. 
    Fransada təhsilini bitirdikdən sonra Türkiyəyə girişi qadağan olduğu üçün Rusiyaya qayıtmaq məcburiyyətində qalan Akçura, Kazanda pedoqoji fəaliyyətə başlayır. Eyni zamanda, "Kazan müxbiri" adlı qəzetin redaktoru olur. Türkçülüklə bağlı fəaliyyətlərini davam etdirən Yusuf bəy Rusiyadakı türklərin bir-birini tanıması üçün bioqrafik xarakterli bir yazı hazırlayır. Həmçinin Qahirədə dərc olunan "Şurayi-Ümmət" və "Türk" qəzetlərində imzasız xeyli məqaləsi dərc olunur. Bu müddətdə ikinci -"Üç tərzi siyasət" adlı əsərini ərsəyə gətirir. Rusiyadakı türklər arasında xeyli populyarlıq qazanan Akçura rus hökümətinin hədəfinə çevrilməmək üçün bu əsərini yenə Qahirədə dərc etdirməyə məcbur olur. Amma bu, Dumaya millət vəkilliyinə namizəd olan Akçuranı rus hökumətinin qəzəbindən qurtara bilmir. Yusuf bəy 1906-cı ildə həbs olunur. 

    1908-ci ildə həbsdən çıxan Akçura İkinci Məşrutiyyətin elanından sonra İstanbula qayıdır. 
    Yusif bəy İstanbulda müəllimlik fəaliyyəti ilə məşğul olur, İstanbul Universitetində və Mülkiyyə məktəbində siyasi tarix fənlərindən dərs deyir. Türkçülük nəzəriyyəsinin ayrı-ayrı istiqamətlərini araşdıran Akçura, "Türk Dərnəyi" və "Türk Ocağı" təşkilatlarının qurucularındandır.  Belə ki, "Türk dərnəyi dərgisi", sonra isə "Türk Yurdu" jurnalının buraxılmasına çalışan böyük türkçülər, nəhayət, 1911-ci ildə "Türk Yurdu Cəmiyyəti"ni qururlar. Cəmiyyətin idarəetməsində Məhəmməd Əmin Rəsulzadə, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Gökalp, Emin Yurdaqul kimi tanınmış simalar vardı. 1912-ci ildə Cəmiyyətin adı dəyişdirilib "Türk ocağı" qoyulur. 
    Y.Akçura "Türk Yurdu" jurnalının baş redaktoru olduğu dövrdə İlk Millət Məclisinə millət vəkili seçilir. 1934-cü ilə qədər Məclisdə İstanbulu təmsil edir. Ölümündən bir il öncə isə Qarsdan millət vəkili seçilir. 1932-ci ildən ölümünədək Türk Tarix Qurumu adlı dövlət təşkilatına rəhbərlik edir. Y.Akçura 1935-ci ildə ürək tutmasından dünyasını dəyişir və İstanbulun Ədirnəqapı şəhidliyində dəfn edilir.

     

    Publisistikası

    İstanbula köçdükdən sonra "Şərq məsələsinə dair tarixçi-siyasi qeydlər" (1920), "Müasir Avropada siyasi və ictimai fikir cərəyanları" (1923), "Siyasət və iqtisad haqqında bir neçə xitab və məqalə", "Osmanlı imperatorluğunun dağılma dövrü" adlı əsərlərini yazır. "Türk ili" adlı iri həcmli əsərində türkçülük hərəkatının qaynaqlarını və inkişafını geniş araşdırır. Filologiya elmləri doktoru Aybəniz Kəngərlinin fikrincə, "XIX yüzilin sonu, XX yüzilin əvvəllərində türk milli təfəkkürünün inkişaf, təşəkkül və təkamül yolunu, türkçülük hərəkatını izləyən araşdırmaçılar bu adın üzərində dönə-dönə dayanmaq məcburiyyətindədirlər. Y.Akçura təkcə "Türkçülüyün tarixi"ni yazan şəxsiyyət deyil, həm də bu tarixi yaradan, öz xidmətləri, çalışmaları ilə türkçülük hərəkatının tarixində mühüm yer tutan türk böyüklərindəndir. Milliyyətcə Kazan tatarı olsa da, onun xidmətləri bütün türk xalqları, türk dünyası ilə bağlıdır. Bu səbəbdən də Akçuranın irsi bütün türk dünyasında öyrənilməlidir". 
    Yuxarıda qeyd etdiyimiz kimi, Yusuf bəyin ilk yazısı Rusiya ilə Osmanlı türklərinin bir-birilərini tanıması məqsədilə yazdığı "Şəhabəddin Mərcani" adlı bioqrafiya xarakterli məqalədir. O, dayanmadan Rusiya türklərinin həyatını öyrənir, qohumu Qaspıralı ilə yanaşı, dövrün tanınmışlarından olan Qəyyum Nasiri, Şəhabəddin Həzrəti də araşdırırdı. O, türk millətinin xilasını türkçülük ideyalarının inkişaf etdirilməsində və yayılmasında görür, osmanlının çöküşü ilə türk millətinin dağılıb, yox olmasından qorxurdu. O, Avropada təhsil aldığı dövrdə Qərbin və qərblilərin Şərq və ümumiyyətlə, türk düşmənliyindən əmin olmuşdu. Dostları ilə müzakirələrdə Qərbin əlində bayraq elədiyi ədalət və insaniyyət barədə düşüncələrin səmimi olmadığından danışardı. Onları inandırmağa çalışardı ki, bütün bunlara güvənmək axmaqlıqdır. O deyirdi: "Avropalıların dünyaya hökm etmək üçün ortaya atdıqları irqçiliyin elmi əsası yoxdur. Biz bütün dünyada yaşayan insanları avropalılar kimi və onların səviyyəsində haqq-hüquqa sahib insan övladları hesab edirik".

    Yusuf Akçura Türk tarixi haqqında ilk elmi əsər yazan şəxs idi, həmçinin Akçuranın türkçülüklə bağlı fikirləri onun əsas əsəri hesab olunan, türkçülüyün manifesti sayılan "Üç tərzi-siyasət" də əks olunur. O, bu əsərdə Osmanlı dövlətinin çökməsindən sonra türklərin birlik və bərabərliyini qoruması üçün lazım olan üç əsas tövsiyəni, üç əsas xətti qələmə alıb. Bu əsər çoxlu mübahisələrə səbəb olsa da, müxtəlif qəzetlərdə o qədər çox əks arqument və dəstək yazıları verildi ki, bunun özünü də türkçülüyə xidmət adlandırmaq olar. Çünki o zamanlar ideologiyanın inkişafı üçün istənilən müzakirə məqbul sayılırdı və fikrin yayılmasına xidmət edirdi. 
    Xüsusi qeyd etmək lazımdır ki, osmançılıq, islamçılıq və türkçülük fikirlərinin qarşılıqlı müqayisəsini ilk dəfə Akçura aparıb və həmin müqayisə, məhz, bu əsərdə yer alıb. Akçura həmçinin müasirlik, islam və türkçülük fonunda islamın qabardılmasını uyğun bilməyən türkçülürəmizdəndir. Ziya Gökalpdan, Məhəmməd Əmin Rəsulzadədən fərqli olaraq o, bu fikrin  qeyri-müsəlman türklərin kənarda qalmasına yol açdığını düşünürdü. Akçuranın millət tərifi beləydi: "Millət - irq və dil birliyi səbəbi ilə ictimai vicdanında da birlik olmuş insan topluluğudur". Tərifdən də gördüyünüz kimi irq və dil birliyini əsas götürən Akçura mədəni və ictimai maraqları da önə çəkir. Amma Ziya Gökalpdan fərqli olaraq din faktorunu vurğulamır. Bu da Mustafa Kamal Atatürkün qurduğu sekulyar dövlət anlayışına daha yaxın düşüncələrdir və onunla paralellik təşkil edir.