Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    14
    10:48:33
    Oktyabr
    1325 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı VI

    "Dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir."


    Türkçülüklə bağlı davam edən silsilə yazımızın bu dəfəki qəhrəmanı Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan tarixində əvəzsiz rola malik olan Rəsulzadə Şərqin ilk cümhuriyyətini yaratmaqla mümkünsüzü gerçək etmiş şəxsiyyətlərdəndir. Onun xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətləri olub. Məhəmməd Əmin Rəsulzadə eyni zamanda siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim kimi tarixə düşüb. Rəsulzadə zamanın, dövrün çətinliklərinə boyun əymədən xalqına aid dəyərləri yaşatmaq üçün hər vasitədən faydalanan əsl siyasi lider idi.

     

    Məhəmməd Əmin 1884-cü il yanvarın 31- də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyur, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə M.Ə.Rəsulzadə hələ on yeddi yaşındaykən “Müsəlman gənclik təşkilatı”nı yaradır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Təşkilatın üzvləri arasında müxtəlif  məktəblərdə oxuyan azərbaycanlı türk tələbələr var idi. Dərnəyin fəaliyyəti haqqında M. Ə. Rəsulzadə yazırdı: “Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə irəlilətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu”.

     

    M. Ə. Rəsulzadənin bu dövrdəki fəaliyyətində daha çox xalqın elmlənməsinə, maariflənməsinə böyük əhəmiyyət verilir. Cəhalət qaranlığında əzab çəkən xalqın nicat yolunun yalnız elmdə, tərəqqidə, hürriyyətdə olduğunu bütün yazılarında, çıxışlarında vurğulayırdı. Rəsulzadənin fikrincə hürriyyət beş formada ola bilərdi: birincisi - söz azadlığı; ikincisi - mətbuat azadlığı; üçüncüsü - cəmiyyət və ittifaq azadlığı; dördüncüsü - vicdan azadlığı; beşincisi - malın və canın mühafizə olunması azadlığı. O, belə bir azadlığın Rusiya məmləkətində olmadığını göstərirdi. 

     

    M.Ə.Rəsulzadə öncə İranda “Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi fəaliyyətə başladı. Xalqın güzəranının ağırlığı, mübarizliyi və qətiyyəti onu ciddi maraqlandırırdı. İranda məşrutə hərəkatı yatırılandan sonra, Millət Məclisi dağıdıldı, hürriyyətsevərlər isə cəzalandırıldı. Siyasi proseslərin qarışması nəticəsində M.Ə.Rəsulzadə yaxın dostu H.Tağızadə ilə birlikdə Türkiyəyə getdi. 1911-ci ildən onun Türkiyədə mühacirət dövrü başlayır. Bu illərdə türk millətçiliyi böyük inkişaf mərhələsini yaşayırdı. Rusiyada irtica və terrorun artması ilə bağlı yurdlarını tərk edən rusların əsirinə çevrikmiş türklərə mənsub bir çox mütəfəkkirlər, o cümlədən azərbaycanlı milliyyətçilərdən Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu da burada idilər. Onları da burda siyasi mühacirət həyatı yaşayırdılar. M.Ə.Rəsulzadə İstanbulda yeni fəaliyyətə başlayan “Türk ocağına” daxil oldu və “Türk yurdu” jurnalında “İran türkləri” başlığı ilə silsilə məqalələr çap etdirdi. Qeyd edək ki, İranda yaşayan Azərbaycan türkləri haqqında ilk geniş məlumatı mətbuata çıxaran Rəsulzadə olub. İstanbulda “Türk ocağı” mühitinin ona təsirini M.Ə.Rəsulzadə sonralar belə ifadə edirdi: “Mərhumun (Ziya Göyalpın) “Türk yurdu”nda dərc olunan “Türkləşmək, islamlaşmaq və müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya geri döndüm. Mətbuatda dil məsələsi ilə önə çəkməyə başladım. Bu məsələdə Ziya nəzəriyyəsinin müdafiəçisi oldum” . Türkiyə həyatı, “Türk ocağı”nda böyük fikir sahibləri ilə təmas M.Ə.Rəsulzadənin türkçülük əqidəsinin tam əsaslı formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. 

     

    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi- ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı. Artıq Bakıda Müsavat Partiyası qurulmuşdu və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. Türkiyədən yazdığı məktublarla Müsavat partiyasının qurulmasında lazım təlimatları və fikirlərini dostları ilə bölüşən böyük siyasi lider Bakıya qayıtdıqdan sonra partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi . Qeyd edək ki, Müsavat Partiyasının 32 əsası 1911-ci ilin oktyabr ayında, Məmməd Əli Rəsuloğlu, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən qoyulmuşdu. Amma 1913-cü ildə Bakıya qayıtdıqdan sonra o, partiyanın fəaliyyətinə yeni istiqamət verdi, təşkilatın əsas ideoloqu oldu. Buna görə də M.Ə.Rəsulzadə həm də Müsavat Partiyasının banisi kimi  tanınır.

     

    M. Ə. Rəsulzadə bu illərdə “Dirilik” jurnalında “Milli dirilik” başlığı ilə maraqlı yazılar çap etdirdi. Bu yazılarında o, göstərirdi ki, müsəlmançılıq milləti ifadə etmir. Milliyyət din üzərində yox, dil və kültür birliyi üzərində qurulur.  Bu illərdə Rəsulzadənin “Dirilik”də çap edilmiş məqalələri ictimai əhəmiyyət baxımından da diqqəti daha çox çəkirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılıb, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilib. O bildirirdi ki, dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir.
    1915-ci ilin oktyabr ayının 2-də Bakıda M.Ə.  Rəsulzadənin başçılığı ilə nəşrə başlayan “Açıq söz” qəzetin manşetində yazılmışdı: “Siyasi-ictimai və ədəbi Türk qəzetəsi”. Bu qəzet haqqında M.Ə.Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaz müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı” . Qəzetin baş məqaləsi “Tutacağımız yol” adlanırdı. Sonra Rəsulzadənin və onun əqidə yoldaşlarının tutduğu yol xalqı hürriyətə qovuşduracaq, Şərqin ilk cümhuriyyətinin qurulması ilə nəticələnəcəkdi.

     

    Məmməd Əmin Rəsulzadənin türk dilinə verdiyi önəm yazılan bir xatirə də daha aydın şəkildə görünür. "1917-ci il mayın 7-də Moskvada birinci Ümumrusiya qurultayının altıncı iclası keçirilirdi. İclasa Əli Mərdan bəy Topçubaşov sədrlik edirdi. M.Ə.Rəsulzadə çıxışına türkcə başladıqda bəziləri yerdən rus dilində söyləməsini təkid etdilər. Buna cavab olaraq M.Ə.Rəsulzadə dedi:
    “Mən müsəlmanların, türklərin səadətini milli hökumət və milli mədəniyyət əsaslarına görə qurulan təşkilatlarda gördüyümdən mümkün olduğu qədər hər yerdə türk dilindən başqa bir dillə əsla qonuşmayacağam!.. "

     

    Elə bu əzmkarlıq, vətənə, millətə olan bağlılıq və sevgi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələndi. Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır” .

     

    Tarixi yetərincə araşdırılmasa da cümhuriyyətin elnan olunması Azərbyacan xalqının nəyə qadir olduğunu göstərmiş oldu. Cumhuriyyətin süqutundan sonra Rəsulzadə həyatının sonrakı dövrünü mühacirətdə yaşamaq məcburiyyətində qalır, amma siyasi əqidəsindən, fəaliyyətindən dönmür. Onun milli mücadilə tariximizdə ən böyük xidmətlərindən biri də azərbaycanlı mühacirləri (o zaman mühacirlər iki qrupa bölünmüşdü: siyasi və qeyri-siyasi) birləşdirib, bir araya toplamağı oldu. Parisdə, Tehranda, Almaniya, İtaliya, Fransada, Xorasan, Mazandaran, Qars, Ərzrum kimi şəhərlərdə nümayəndələrimizin, əski mühacirlərimiz vardı, amma İstanbulda bu işi M.Ə.Rəsulzadə öz üzərinə götürmüşdü. O, ilkin olaraq Müsavatın Xarici Ölkələr Bürosunu yaratdı. Rəsulzadə 1924-cü ildə Milli Mərkəz təşkil edir, müsavatçı olmayan siyasətçiləri belə bir təşkilat halında birləşdirdi.
     

     

    Mühacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət Vətəndən uzaqda  (Türkiyə olsun, yaxud Avropa ölkələri) siyasi mücadiləyə uyğunlaşmaq çox çətin idi. Buraya nəhəng bir imperiya maşınının - Sovetlər Birliyinin təsirini, təqib və təzyiqini  də əlavə etsək, onda Rəsulzadə və başqa mühacirlərin nələr yaşadığını təsəvvür eləmək çətin deyil. O yazırdı: “Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”. Bu misralar da  Rəsulzadənin mühacirətdəki həmvətənlərimizi bir araya gətirmək üçün nə qədər çətinlik çəkdiyini göstərir. Amma bütün mühacirlər ona istisnasız oalraq inanırdılar. Yenidən Azərbaycana hürriyət gətirəcəyindən əmindilər. Hələ, 1928-ci ildə böyük mütəfəkkir  Zəki Vəlidi Toğan Saint Cluda Topçubaşovla görüşəndə, artıq yaşlanmış  Əlimərdan bəy kövrələrək “Azərbaycan istiqlalını Məmməd Əmin bəyə əmanət edirəm” deyir. Ömrünün sonuna qədəm qoyan Azərbaycanın böyük siyasətçiləri Rəsulzadənin Azərbaycanın müstəqilliyini görmədən ölməyəcəyini düşünürdülər. Bu əminlik də Rəsulzadə gücüydü, onun yorulmadan apardığı mübarizənin, inamının, Azərbaycan sevgisinin təzahürüydü. 
    Rəsulzadənin mühacirət dövründə təşkilatlanma ilə birlikdə maariflənməni də var qüvvəsilə davam etdirirdi. Nəşr etdirdiyi “Azəri Türk”, “Yeni Qafqasiya”, “Odlu Yurd” kimi mətbuu orqanlar milli hərəkata güc verməyə, bolşevizmlə mücadiləni şiddətləndirməyə yönəlmişdi. 1934-cü ilin noyabr ayından başlayaraq M.Ə.Rəsulzadə Berlində “Qurtuluş” jurnalını nəşr etdi. “Qurtuluş” aylıq məcmuəsi Rəsulzadənin millətimizə hədiyyə etdiyi ən gözəl şüarlardan biri “insanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə çıxırdı.

     

    Mühacirətdə yaşamasına baxmayaraq Rəsulzadə Azərbaycanla əlaqəni kəsmir, dostlarına məktub yazır, müzakirələr aparırdı. Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin lideri, Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadəyə aid iki məktub əldə edilib. Bu məktublar Türkiyədən tapılıb Polşadan əmisi oğlu Məhəmməd Əli Rəsulzadəyə və dostu Abbasqulu Kazımzadəyə göndərilmiş məktublarda Məhəmməd Əmin Rəsulzadə sağlamlığı barədə məlumat verir. Bu məktublar 1932-ci ildə yazılıb. O fəaliyyət dövründə Azərbaycanın yenidən müstəqil olması üçün əlindən gələni edir,  antisovet mübarizə blokunun yaranmasına nail olur. Amma bu istiqamətdə fəaliyyətinin uğurla nəticələnməməsi böyük siyasi lider, Vətən sevdalısı, dərin fikir adamı üçün ağır dərd olur. Rəsulzadə 1955-ci il martın 6-da saat 22:50-də dünyaya gözlərini yumur. Martın 8-də isə Ankaranın Hacı Bayram məscidində onunla vida mərasimi keçirilir, cənazə namazı qılınır. Tabut Ankara Ədliyyə sarayına çiyinlərdə aparılır, Əsri məzarlığında dəfn edilir. Azərbaycan davasını mühacirətdə, uzun illər müxtəlif ölkələrdə aparan M.Ə.Rəsulzadənin ölümü ilə bağlı xəbərlər Türkiyə, Almaniya, İran kimi ölkələrin mətbuatında ildırım sürətilə yayılır. Həmin xəbərlər, yayımlanan başsağlığı teleqramları “Azərbaycan” dərgisinin 1955-ci il mart sayında yayımlanıb.  Dünyanın ən böyük hürriyyət aşiqlərindən birinin dünyadan köçməsi onu sevənləri sarsıtmışdı. Hürriyyəti Azərbaycandan ayrı görməyən böyük şəxsiyyət dünyadan köçərkən də sevgili Vətənin adını dodaqlarında aparır. Ömrünü Azərbaycana həsr edən böyük insan onun adını pıçıldamaqdan doymur.