Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    15
    18:28:20
    Noyabr
    761 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı VII

    Əhməd Cavad - bir ölkənin HAQQ bağıran səsi


    Bir millətin mədəni səviyyəsi onun ədəbiyyatı ilə ölçülür desək, yanılmarıq.  Amma tək mədəni səviyyəsimi? Dünyagörüşü, müqavimət ruhu, inkişafı, tarixi hamısı ədəbiyyatdan keçmirmi sizcə? Axı ədəbiyyat birbaşa millətin yaşamından keçir, qaynaqlanır, ruhunu alır və tamamilə xalqın əksinə çevrilir. Çox təəssüf ki, bizim xalqın ədəbiyyatı da 30-cu illərdən sonra öləziməyə, sönməyə başladı sanki.  Sovet imperiyası xalqın "ruh adamlar"ını kütləvi şəkildə qətl etməyə başlayandan sonra... Bu gün sizə onlardan biri, dönməz türkçü, əvəzolunmaz qələm adamı,  hüceyrələrinə qədər millət aşiqi olan Əhməd Cavad haqqında danışacam - Axundzadə Cavad Məmmədəli oğlu haqqında...
    Cümhuriyyət dövrümüzün ən parlaq şəxslərindən biri o Əhməd Cavad - Axundzadə Cavad Məmmədəli oğlu 1892-ci ildə o zamanlar Gəncə qəzasına aid olan Şəmkirin Seyfəli kəndində doğulmuşdu. Balaca vaxtından atasını itirən Əhməd müasirlərinin bir çoxu kimi ilk təhsilini din üzrə almışdı.   Türk, ərəb, fars dillərini, Şərq ədəbiyyatını öyrənməklə yanaşı Qurani Kərimi də əzbər bilirdi.  Buna baxmayaraq “Cəmiyyəti-xeyriyyə”nin Gəncədə açdığı ruhani seminariyasında (“Məktəbi - ruhaniy- yə”) təhsil alır və 6 illik təhsili dövründə Hüseyn Cavid, Sevad Cavad, Abdulla Sur kimi düşüncə aydınlarının təsirində milli istiqlal, türkçülük sevdasına yoluxur. Hətta elə türkçü alim Sevad Cavadın şərəfinə özünə eyni təxəllüsü götürdüyü də deyilir. Seminariyanı bitirən kimi gənc Əhməd müəllimlik fəaliyyətinə başlayır.  Dərs verməklə yanaşı şeirlər də yazır, ilk şeirlərinin oxucuları da elə tələbələri olur.  Amma şeirlər bir müddət sonra kitab şəklində dərc olunur. Birinci kitabı “Qoşma” 1916-cı ildə, "Dalğa" adlı ikinci kitabı isə 1919-cu ildə yayınlanır.  Hələlik isə gənc Əhmədi Türk ordusunda savaş gözləyirdi. 1912-1913-cü illərdə Azərbaycanda Türk Ordusu üçün maddi yardım toplanmağa başlayır və bu vəsilə ilə bir çox gənc İstanbulda qurulmuş "Qafqaz Könüllüləri Birliyi" adlanan döyüş birliyinə qoşulurlar. Əhməd Cavad da onlardan biri olur,  döyüşlərdə aktiv iştirak edir. İkinci dəfə Əhməd Cavad 1915-ci ildə erməni qətliamına məruz qalmış Qar-Ərzurum bölgəsində təşkil olunan yardım kampaniyalarına qoşulur. Döyüş xətti üzrə məsul olan Hüsrev Paşanın köməkçisi, maddi yardım paylanması üzrə cavabdeh katib olur. Yaralı və əsir türk əsgərlərini ziyarət edir, köməyini əsirgəmirdi.  
    I Dünya Müharibəsi zamanı işğal edilərək Batumun tabeçiliyinə verilən Artvində, Rizədə, Trabzon və Ərzurumda fəaliyyət göstərmişdir.  Türk ordusu üçün çalışdığı günlərini də şeir misralarına tökən Əhməd Cavad deyirdi: 

    Qardaş, imdada gəldim!
    Ziyafət görmədim, yaslıdır ellər,
    Çoxalmış məzarlar, dərdini söylər,
    Talanmış şanələr, pozulmuş tellər,
    Olduğunu duydum, imdada gəldim!
    Yarılmış qorxudan pəmbə dodaqlar,
    Aşıqlar ah çəkir, dərdindən ağlar,
    Bax, nələr söyləyir tarlalar, dağlar,
    Qardaş səsi duydum, imdada gəldim!

    Qarları boyamış məzlumlar qanı,
    Ölənlər çox, fəqət, məzarı hanı?
    Ayaqlar altında şöhrəti, şanı,
    Yerdə qalan görüb, fəryada gəldim!
    Həyatını tamamilə təmənnasız olaraq millətə həsr etməyi seçmiş Əhməd Cavad “Cəmiyyəti-xeyriyyə”nin xətti ilə fəaliyyətini Gürcüstan, Dağıstan, Avarıstanda da davam etdirirdi. Müharibə dövründə və müharibədən sonra gördüyü dəhşətlər onun yaradıcılığında dərin iz buraxmış, “Şəhid əsir”, “Mayis”, “Oyan”, “Yazıq”, “Uf, bu yol” şeirləri yazılmışdı. Müharibə, millət mövzusu Əhməd Cavad yaradıcılığında Acarıstanda Süleyman bəyin qızı Şükriyyəni görüb aşiq olana qədər aktual oldu. Və o zaman Cavad ilk dəfə sevgi şeiri yazdı. O özünün ömür gün yoldaşını, bundan sonra millət davasında da, ağır represiya illərində də çiyin-çiyinə addımlayacağı, birgə əziyyət çəkəcəyi qadını tapmışdı, bunu bilməsə də. Bəlkə də bilsəydi, sevimli Şükriyyəsinə bu məşəqqətli həyatı rəva bilməzdi. Batumlu Süleyman bəy isə bu gənc, kasıb şairi təqdir etsə də, qızının əziyyət çəkəcəyini anlayırdı, bu səbəbdən də Əhmədin elçilərinə yox cavabı verdi. Əhməd sevgilisini qaçırmaq qərarına gəldi və sevgili Şükriyyəsini Bakıya gətirdi.
    Şükriyyə taleyim, şükür xudaya!
    Gördüyüm doğrumu, yoxsa pək röya?!
    Dolub ürəyimə bu dadlı xülya,
    Şirin günlərimi sürmərəm sənsiz! 

    Heyif ki, şirin günləri çox az oldu. 2 il - sadəcə 2 Cumhuriyyət ili, Əhməd Cavadın həyat amallarının, nəfəsinin, ruhunun, qələminin sevindiyi ikicə il....
    Cumhuriyyət Əhməd Cavadın həyata keçən arzuları idi, özü zamanında yardımına qoşduğu türk əsgərlərinin Bakının azad etməsini sevgi ilə, qürurla vəsf edirdi şair:
    Atıldı dağlardan zəfər topları,
    Yürüdü irəli əsgər, Bismillah.
    O, Xan sarayında çiçəkli bir qız,
    Bəkliyor bizləri zəfər, Bismillah.
    Ey hərbin taleyi bizə yol ver, yol.
    Sən ey coşan dəniz, gəl türkə ram ol,
    Sən ey sağa, sola qılınc vuran qol,
    Qollarına qüvvət gəlir, Bismillah.
    Yeni qurulan dövlətdə hər bir istiqamətdə geniş fəaliyyət aparırdı Əhməd Cavad. Mədəni maarif işlərində, Universitetdə müəllim kimi, Musavat partiyasında xalqın sözünü deyən aktivist kimi, dilçi alim və əlbəttə şair kimi... Müstəqillik dövründə o, ali məktəblər üçün “Türk dilinin sərfi və nəhvi” adlı dərsliyi yazmış, eyni zamanda “Canım, gözüm, gözüm, canım Azərbaycanım”,  “Azərbaycan, Azərbaycan!”, "Bayrağım" və sair Vətən vəsfli şerləri yazmışdı. Ümumiyyətlə, qeyd eləmək lazımdır ki, Əhməd Cavad bayrağımız haqqında ən çox şeir yazan şair olub.  Çox təəssüf ki, çox sonralar da bayrağımıza olan sevgimiz onun sonuncu həbsinə və ölümünə səbəb olacaqdı...
    Türküstan elləri öpüb alnını,
    Söyləyir dərdini sana, bayrağım!
    Üç rəngin əksini Quzğun dənizdən
    Ərməğan yolla sən yara, bayrağım!

    ****
    Azərbaycan bayrağına

    Türküstan yelləri öpüb alnını,
    Söyləyir dərdini sənə, bayrağım!
    Üç rəngin əksini Quzğun dənizdən
    Ərməğan yollasın sana, bayrağım!

    Gedərkən Turana çıxdın qarşıma,
    Kölgən dövlət quşu qondu başıma.
    İzin ver gözümdən axan yaşıma 
    Dinlətsin dərdini sənə, bayrağım!

    Qayı xan soyundan aldığın rəngi,
    Qucamış Elxanla müsəlman bəyi.
    Elxanın övladı-dinin dirəyi.
    Gətirdin könlümə səf, bayrağım!

    Köksümdə tufanlar gəldim irəli,
    Öpüm kölgən düşən müqəddəs yeri.
    Allahın yıldızı - o gözəl pəri
    Sığınmış qoynunda aya, bayrağım!!!


    Cumhuriyyətimizin süqutundan və sovet imperiyasının Azərbaycanı ələ keçirməsindən sonra Əhməd Cavadın yaradıcılığı sanki yasa bürünür.  İşğal olunan ölkəsinə, beşikdə boğulan cumhuriyyətinə saysız şeirlər həsr edir. 
    Hanı yaz mövsümü gülüm, çiçəyim?
    Tez düşdü yurduma xəzan, ay ellər.
    Mən yaza bilmədim, əllərim bağlı,
    Yoxmu bu dərdimi yazan, ay ellər? 
    Çoxdan ayrı düşdüm,
    Üçboyalı bayraqdan. 
    Ay dostlar, mən yoruldum, 
    Bu gizli ağlamaqdan...
    Bir neçə dəfə şeirlərinə görə həbs olunur. İlk dövrlərdə dostlarının, köhnə silahdaşlarının xahişi ilə azad olunub. Onların tövsiyyəsi ilə bir müddət susub və yazdıqlarını yayınlamayıb. 
    Dolaşıb dağı, daşı,
    Qatırım ol, yük daşı.
    Əyil Kürüm, əyil, keç!
    Meydan sənin deyil, keç!
    Amma Əhməd Cavadın şeirləri çoxdan sərhədləri aşmışdı. Türkiyədə, Avropada yaşayan mühacirlər onun şeirlərinə müxtəlif nəşrlərdə tez-tez yer verirdilər. Bu da yaltaqların və bədxahların gözündən yayınmırdı.  Nəinki Bakıdakı dairələrə, birbaşa Moskvaya Əhməd Cavad haqqında gedən donosların sayı günbəgün artırdı.  Qəzetlərdə onun haqqında geniş məqalələr dərc edirdilər. Onun sağ qalması belə çoxlarını narahat edirdi. 
    Yetişib Türkiyəyə yazdığı bir çox əsəri,
    Yazdığından özünün yaxşıca vardır xəbəri;
    Əyləşib Türkiyədə, dəvət edib dərbədəri
    Şeirinə çıxdı yiyə Türkiyə Əhməd Cavadın,
    Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın.
    Və bütün bu təqiblərin, şər-böhtanın sonunda onun yazdığı "Göygöl" şeiri Əhməd Cavadın adının qara siyahıya düşməsinə səbəb oldu. Bədxahları bu şeirdə onun sevgili bayrağına işarə vuraraq, ay ulduzdan bəhs etdiyini görmüşdülər. Şeir tərcümə olunub Moskvaya göndərildi. 

    Bulunmaz dünyada bənzərin bəlkə,
    Zəvvarın olmuşdur bir böyük ölkə.
    Olaydı könlümdə bir yaşıl kölgə,
    Düşəydi sinənə yaralı, Göygöl.

    Sənin gözəlliyin gəlməz ki saya,
    Qoynunda yer vardır yıldıza, aya.
    Oldun sən onlara mehriban daya,
    Fələk büsatını quralı, Göygöl.

    Həbslər, təqiblər Əhməd Cavadı yormadı, usandırmadı. O, ömrünün sonuna qədər istiqlal ideyalarına sadiq qaldı. 1937-ci ilin iyununda həbs olundu, 25 sentyabra qədər istintaqı davam edir, oktyabrın 12-də ölümündən sonra millətçilik fəaliyyəti ittihamı ilə edam hökmü alır.  Sovet şər maşınının ünsürləri onun 12-dən 13-nə keçən gecə güllələndiyini aktlaşdırırlar, amma bir millətin haqq bağıran səsi ondan bir gün öncə,  növbəti sorğu-sual zamanı döyülərək öldürülmüşdü.  

    Mən bir aşiqəm ki, bu çaldığım saz,
    Dumanlı dağlara səs salacaqdır.
    Anlatdığım teldə inləyən avaz,
    Elin xatırında çox qalacaqdır...

    Həyat yoldaşı Şükriyyə xanım Cavadın ölümündən illər sonraya qədər də represiyalara məruz qalır. Dəfələrlə Cavaddan boşanmaq üçün ərizə yazılmaq təklif olunsa da, imtina edir, dözür. 8 il Qazaxıstanın həbs düşərgələrində zülm çəkir, sınmır, dönmür. Sevgili Əhmədinin ölüm xəbərini belə ondan gizli saxlayırlar. 1945-ci ildə, nəhayət ki, Şükriyyə xanım azad olunur. Onların 4 övladı - Aydın, Niyazi müxtəlif müddətlərdə azadlıqdan məhrum olunsalar da, analarında çox öncə sərbəst buraxılmışdılar. Tuqay bir uşaq evinə təhvil verilmişdi. Sonbeşikləri İlmas isə yaşlı nənəsinin ümidinə qoyulmuşdu. Millətə fəda olunan bir ömrün və ailənin həyatı darmadağın edilmişdi. 

    Amma bu həyat boşuna yaşanmamışdı, sınmayan insanların örnək cəsarət və millət sevgisinin dastanına çevrilmişdi. Əhməd Cavad həbsxanada keçirdiyi son günlərdə yanına ziyarətə gələn bir dostuna sonuncu şeirini əzbərlədir: "Ağaclara baxaraq deyəcəm, sən də əzbərlə. Bu günlər gəlib keçəcək, gözəl, hürriyyət dolu günlər gələndə sən də bu şeiri yazıb oğluma çatdırarsan. O da şeiri dərc elətdirib, millətimə hədiyyə edər"demişdi. Şeir "Susmaram" adlanırdı. 
    Mən bir qulam,  yük altında əzilmişəm, qardaşım,
    Sevinc bilməz bir məhkumam, ahu zardır sirdaşım,
    Damğa vurub, zəncirləyib, tullayıblar zindana, 
    Qarlı-qışlı cəhənnəmlər məskən olmuşdur mənə.
    Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
    Böhranların, hicranların, məhbəsində qalacam? 
    Niyə susum, danışmayım, insanlıqda payım var,
    Mənim ana Vətənimdir talan olan bu diyar.
    Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
    Oğuzların, elhanların, vətənində kimdir bax!
    Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
    Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!
    Necə susum, danışmayım, mən eləyim xəyanət?
    Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
    Mən bir qulam, yerim qızıl, suyum gümüş, özüm ac,
    Atam məhkum, anam məzlum, elim hər şeyə möhtac.
    Mən bir türk övladıyam, dərin ağlım, zəkam var,
    Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar? 
    Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
    Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram! 

    Fikrimcə, tək bu şeir deyil, Əhməd Cavadın özü millətə hədiyyə oldu. Belə Vətən fədailəri bir örnəkdir, daim öyrəniləcək, and yerinə çevriləcək örnək. Yəqin ki, Əhməd Cavadın ruhu bu gün çox rahatdır. Onun sevimli milləti azaddır, adı ilə çağrılır. Gözünün nurunu həsr etdiyi üçrəngli bayrağı Azərbaycanın üzərində dalğalandıqca, qürurla yazdığı "Çırpınırdı Qara dəniz" türk millətinin himni kimi dillərdə dolaşdıqca bu amal uğrundə çəkdiyi işgəncələrin əbəs olmadığını düşünürəm. 
    Ruhun şad, yerin rahat, amalların daim yaşar olsun Böyük Türk! 
    Haqq bağıran səsinin davamçısı olmaq kimi ağır, amma şərəfli bir işi aparmaq üçün Uca Tenqri bu millətə güc versin!