Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    19
    00:25:02
    Noyabr
    1248 nəfər oxuyub

    Bütöv Azərbaycan üzərinə düşüncələr

    Son həftələrdə Güney Azərbaycanda cərəyan edən hadisələri- soydaşlarımıza edilən həqarət, buna qarşı keçirilən etiraz aksiyaları fonunda aktuallığını nəzərə alaraq, bütöv Azərbaycan ideyasını siyasi gündəmə daşıyan, uğruna təşkilat yaradan və bu ideyanı alovlandıran dövlət, siyasi və ictimai xadim olmaqla yanaşı həm də şərq tarixini, filologiyası, fəlsəfə və mədəniyyətini gözəl bilən alim, bu sahədə bir çox monumental tədqiqatlar aparmış, məqalələr yazmış Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan yolunda” adlı kitabından  maraqlı hissələri sizə təqdim etmək qərarına gəldik. Adıçəkilən kitabda o, bir çox məsələlərlə yanaşı bu gün güneydə baş verən hadisələrin köklərini, səbəb və nəticələrini də geniş şəkildə, tarixi faktlar əsasında araşdırıb.

     

    İndiyədək Rus şovinizmi, Alman şovinizmi, İtalyan şovinizmi haqqında çox yazılıb, çox deyilib, bu şovinizmlər, demək olar ki, dağılıb, Rus şovinizmi isə son günlərini yaşayır! Bu sadaladığımız millətlər şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün necə böyük faciə və fəlakət gətirdiyini görmüşlər.
    Çin şovinizmi haqda da çox yazılıb, çox deyilib. Nə fayda ki, Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, Çindəki başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını da acınacaqlı, çıxılmaz duruma sürükləyir. 

     

    ***

     

    Fars şovinizminə gəldikdə, o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir! Ən pisi də budur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli saxlanılmış xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, Fras xalqı üçün xərçəng xəstəliyinə çevrilmişdir! Şovinizm farsları tarixin bataqlığına atmışdır! Ölüm ayağında olan fars şovinizmi farsları bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qoşqay türklərini, “Körfəz ərəblərini”, imkan olarsa, İraq, Suriya, Duruz və Səudiyyə Ərəblərini, kürdləri, beluçları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var-gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.

     

    ***

     

    İran özü tarixən coğrafi bir ad deyil, sadəcə olaraq, müəyyən coğrafi ərazilərin üzərində sonradan yaranmış bir addır, özü də tez-tez dəyişilən bir ad. İran Sovet İttifaqı kimi, yaxud Yuqoslaviya kimi bir anlayışdır. Əgər dünənə kimi Azərbaycanın quzeyi Sovet İttifaqının tərkibində sayılırdısa, bu gün artıq ayrıca müstəqil bir ölkədir. Azərbaycan parçalanandan dünənə qədər Culfanın quzey hissəsinə “rus Culfası” və ya “sovet Culfası”, güney hissəsinə  isə “İran Culfası” deyilirdisə, artıq bu gün “rus Culfası”, “sovet Culfası” kimi terminlər tarixin arxivinə verilmiş və “Azərbaycan Culfası” gerçəkliyi öz yerini tapmışdır. Yaxud dünənə qədər Astara şəhərinin quzey hissəsinə “rus Astarası” və ya “sovet Astarası” deylirdisə, artıq bu gün “rus Astarası”, “sovet Astarası” terminləri də tarixə qovuşmuşdur. Şübhəsiz, çox çəkməyəcək ki, “İran Culfası”, “İran Astarası” kimi uydurma adlar da tarixin dərinliklərinə gömüləcəkdir. Çünki bunlar Azərbaycan şəhərləridir, Azərbaycana məxsusdur və Azərbaycanın yalnız bir Culfa şəhəri, yalnız bir Astara şəhəri vardır.

     

    ***

     

    Azərbaycan xalqı, Azərbaycan torpaqları zorakılıqla bölünüb, zorakılıqla parçalanıb. Ancaq bu xalq mənəvi, mədəni birliyini heç bir zaman itirməyibdir! Biz Bütöv bir millətik! Bizim parçalanmamız daha çox siyasi-inzibati və iqtisadi parçalanma idi. Heç vaxt mənəvi parçalanmağımız olmayıb, ədəbi parçalanmağımız olmayıb, dildə parçalanmağımız olmayıb.
    Tarix sübut etdi ki, Azərbaycan Türkünün bütövlük ruhu parçalanmazdır! Çünki bu milli bütövlük ruhu 
    -    Dilimizin eyniliyində yaşamaqdadır;
    -    Ədəbiyyatımızın bütövlüyündə yaşamaqdadır;
    -    Tariximizin vahidliyində yaşamaqdadır;
    -    Mədəniyyətimizin bütövlüyündə yaşamaqdadır;
    -    İnanc və mənəviyyat birliyimizdə yaşamaqdadır;
    -    Milli kimlik şüurumuzun fərqsizliyində yaşamaqdadır;
    -    Qəhrəmanlarımızın, qəhrəmanlıqlarımızın və dərdlərimizin ortaqlığında yaşamaqdadır...”

     

    Bunlarsa göstərir ki, heç kimsə bizi bir-birimizdən ayıra bilməz. Zaman gələcək ki, Sovet İttifaqı, Yuqoslaviya anlayışları tarixə gömüldüyü kimi İran da dağılacaq, Azərbaycanın güneyi öz istiqlaliyyətini əldə edəcək və Bütöv Azərbaycan dövləti qurulacaqdır.